Çin ABŞ və Rusiya ilə nüvə silahlarından istifadənin məhdudlaşdırılması ilə bağlı üçtərəfli müzakirələrdə iştirak etməyəcəyini bildirib. ONA-nın “Reuters”-ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Donald Trampın bununla bağlı açıqlamasını şərh edən Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Genq Şuanq deyib.

O bildirib ki, ölkəsinin nüvə potensialı ABŞ və Rusiya ilə müqayisə edilməyəcək dərəcədə aşağı səviyyədədir.

"Çin hökuməti silahlanmaya nəzarətlə bağlı Çinin adını çəkən istənilən ölkəyə qarşıdır və nüvəsizləşmə razılaşması ilə bağlı heç bir üçtərəfli danışıqlarda iştirak etməyəcək. Çin hər zaman nüvə silahlarının tam məhdudlaşdırılmasını və məhv edilməsi ideyasını müdafiə edib və hesab edirik ki, nüvə silahlarına malik olan ölkələr xüsusi məsuliyyət daşıyır".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra Çin də daxil olmaqla dünyanın üç əsas nüvə ölkələri arasında nüvəsizləşmə ilə bağlı razılaşma məsələsini müzakirə etdiklərini deyib.

Bu gün Türkiyənin Ali Seçki Qurumu (YSK) hakim Ədalət və İnkişaf Partiyasının (AKP) martın 31-də İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi ilə bağlı müraciətinə baxıb.

ONA-nın xəbərinə görə, YSK-nin bu gün keçirilən iclasında seçkilərin təkrar keçirilməsinə qərar verilib.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçirilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyi uğrunda ən çox səsi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım toplayıb. Ali Seçki Qurumu (YSK) Əkrəm İmamoğlunun 26 min səs fərqi ilə qalib gəldiyini açıqladıqdan sonra AKP seçkinin nəticələrinə etiraz edib və bir çox rayonda səslər yenidən sayılıb. Aprelin 17-də səslərin təkrar sayılması prosesi başa çatıb və səs fərqi 12 min nəfərədək düşüb.

AKP seçkinin nəticəsinin ləğv ilə bağlı fövqəladə hüququndan istifadə edəcəyini açıqlayıb. Daha sonra İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi və yenidən keçirilməsi tələbi ilə bağlı YSK-ya müraciət edib.

YSK aprelin 17-də İstanbul bələdiyyə sədri mandatını Əkrəm İmamoğluna təqdim edib.

Xatırladaq ki, paytaxt Ankara və ölkənin üçüncü ən böyük şəhəri olan İzmirdə də CHP-nin namizədləri qalib gəlib. Mansur Yavaş Ankara, Mustafa Tunç Soyer İzmirin bələdiyyə sədrləri olub.

Yerin asteroidlə toqquşma təhlükəsi var — NASA rəhbərindən XƏBƏRDARLIQ















NASA-nın rəhbəri Cim Braydenstayn planetimizin sakinlərini təşvişə salan bəyanatla çıxış edib.
NASA rəhbəri bəşəriyyətə planetimizə dağıdıcı asteroidin düşəcəyinə hazırlaşmaq barədə xəbərdarlıq edib. NASA direktorunun fikrinə əsasən, təhlükə çox böyükdür və bir çoxumuz canlı həyatın nə böyük təhlükə qarşısında olduğunu dərk etmir.

Braydenstayn dünya ictimaiyyətinə Çelyabinsk meteoriti barədə məlumat verib. Mütəxəssis bildirib ki, meteoritin diametri 20 metr olsa da, atmosferimizə daxil olduqdan sonra Xirosimoya atılan nüvə bombasından 30 dəfə böyük güclə partlayıb.

NASA rəhbəri bildirib ki, Çelyabinsk meteoriti şəhərlərin üzərində partlayıb və dağıntılara yol açıb. Bəzi meteoritlər isə xoşbəxtlikdən okeanlara düşür. NASA alimlərinin hesablamalarına əsasən, heç olmasa 60 ildə bir dəfə yaşayış məntəqələrinə düşəcək və diametrləri 20 metrdən böyük olacaq. Əgər belə səma cismləri əhalinin sıx yaşadığı yerə düşsə, faciənin miqdarı çox böyük olacaq. Məsələn, 140 metrlik asteroid bir Avropa ölkəsini tamamilə məhv edə bilər. Braydenstayn dünya dövlətlərini təhlükə ilə üzləşməyə çağırsa da, bunun qarşısını almağın yollarından danışmayıb.
Hələlik Yerə doğru uçan asteroidləri nüvə başlıqları ilə havada partlatmaq fantastika sayılır.

Qeyd edək ki, hazırda “2007 F3” asteroidi Yerə doğru hərəkət edir. Diametri 340 metr olan bu asteroid oktyabr ayında planetimizlə toqquşa bilər...
Bələdiyyə işçisinin seks videoları şəhəri alt-üst etdi — VİDEOLAR














Argentinanın La Plata şəhərində yaşayan bələdiyyə işçisi Sonya Pellizarinin intim videolarını internetdə satır.
Bu məsələnin gündəmə düşməsi ilə şəhərdə aləm bir-birinə dəyib. 28 yaşlı qadın bu səbəbdən işdən qovulub.

Sonya videoları internetdə satırmış. Videolardan biri sosial şəbəkəyə sızıb. Sonya 2011-ci ildən bələdiyyə məclisində çalışır. 6 il sonra isə o, qərar verərək intim videolarını internetdə satmağa başlayıb. Yerli mətbuata müsahibə verən Pellizzari fahişə olmadığını deyib:

“Bu videolardan çox pul qazanıram. İlk olaraq bir dostumla çılpaq olduğum video sızdırıldı. Sonra ikinci video üzə çıxdı. Burada cinsi əlaqədə idik. Buna görə utanmıram. Heç bir zaman gizli saxlamadım. Ailəm və iş yoldaşlarım nə iş gördüyümü bilird”.<iframe width="426" height="326" src="https://www.youtube.com/embed/IunnB5pDEU0" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>

<iframe width="426" height="326" src="https://www.youtube.com/embed/-daeCTbsZP8" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>
On minlərlə erməninin Türkiyədən deportasiyası gözlənilir













Ermənistan hakimiyyəti Türkiyədən on minlərlə qeyri-leqal erməni miqrantın mümkün deportasiyasına hazır olmalıdır. Çünki Ərdoğanın siyasəti dəyişib.

Virtualaz.org xəbər verir ki, bunu erməni ekspert-türkoloq Ruben Melkonyan deyib. Onun sözlərinə görə, qeyri-leqal erməni miqrantların Türkiyədən deportasiyasına dair vaxtaşırı olaraq səslənən xəbərdarlıqlar praktikada reallaşa bilər. Səbəb odur ki, Türkiyədə oyun qaydaları dəyişib, millətçilik yüksəlib və hakimiyyətin siyasəti “daha az proqnozlaşdırıla bilən” olub.

Melkonyana görə Ermənistan sakinlərinin Türkiyədən mümkün deportasiyasının səbəbləri kimi bu ölkənin daxilindəki iqtisadi problemlər, Azərbaycan qarşısında öhdəliklər və Yerevana münasibətin sərtləşməsi və s. hesab oluna bilər.

“Həm də belə şaiyələr gəzir ki, mümkün deportasiyanın səbəblərindən biri bizim Suriyaya sülhməramlı missiya göndərməyimizlə əlaqəlidir. Lakin mən hesab etmirəm ki, bu əsas səbəbdir”-Melkonyan bildirib.

Onun sözlərinə görə, deportasiya reallaşsa Ermənistanda problemlər meydana çıxacaq. Amma hakimiyyət bu ssenariyə çoxdan hazırlaşmalıydı.

Müxtəlif məlumatlara görə Türkiyədə on minlərlə qeyri-leqal erməni miqrant var.
Koçaryanın bütün əmlakına və gəlirlərinə həbs qoyuldu

Yerevan məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanın bütün əmlakına həbs qoyub.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Koçaryanın vəkili Ovanes Xudoyan bildirib: “Həbs Koçaryanın bütün əmlakına və pensiyadan başqa gəlirlərinə qoyulub. Əmlakın dəyəri hələlik ölçülməyib, amma qiymətləndirmə mütləqdir”.

Qeyd edək ki, həbsdə olan Koçaryan 2008-ci ilin martında Ermənistanda konstitusion quruluşu pozmaqda ititham edilir.

ABŞ-ın daha bir şəhərində 28 May Azərbaycan Günü elan edildi















ABŞ-ın Pitsburq şəhərinin meri Uilyam Peduto Azərbaycan Demokratik Respublikasının 101-cü ildönümü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi ilə əlaqədar rəsmi bəyannamə imzalayıb.
Bəyannamədə 1918-ci il mayın 28-də müsəlman şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunub. 

Sənəddə bildirilib ki, Azərbaycan Demokratik Respublikası müstəqilliyinin qısa müddəti ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı, müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin edib.

Eyni zamanda, sənəddə Azərbaycan Demokratik Respublikasının 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən sovetlər birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanıb.

Qeyd edilib ki, Azərbaycan son 28 il ərzində öz suverenlik və müstəqilliyini möhkəmləndirib və hazırda vacib əhəmiyyətli regionlardan olan Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.
Bəyannamədə 2019-cu ildə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi və Azərbaycan Demokratik Respublikasının 101 illiyinin qeyd olunması ilə əlaqədar mayın 28-də Pitsburqda və dünyanın digər yerlərində yaşayan azərbaycanlılar tərəfindən milli gün olaraq qeyd ediləcəyi və öz əcdadlarının Qafqaz, Mərkəzi Asiya və Orta Şərqdə demokratiyanın yayılması üçün töhfələrinin xatırlanacağı qeyd edilir.

Sonda şəhərin meri Uilyam Peduto imzaladığı bəyannamədə 2019-cu il 28 may tarixini Pitsburqda Azərbaycan Günü elan edib.

Qeyd edək ki, Pitsburq şəhəri ABŞ-ın ən tarixi aparıcı mədəniyyət və iqtisadi mərkəzlərindən biri sayılır. ABŞ-ın daha bir şəhərində 28 May Azərbaycan Günü elan edildi
Zelinski bütün müsəlman dünyasından üzr istədi















Ukraynanın yeni seçilən Prezidenti Vladimir Zelenski, verilişlərindən birində Çeçenistan rəhbəri Ramzan Kadırovun dua etdikdən sonra ağlaması kadrlarından istifadə etdiyinə görə müsəlmanlardan üzr istəyib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Zelenskinin sözlərinə görə, o, bu video-çarx barədə məlumatsız olub, çünki proqramı digər redaktor qrupu hazırlayıb: “Mənə zəng olundu və bu video barədə nə düşündüyüm soruşuldu. Mən bildirdim ki, çarxın məğzi barədə məlumatsızam. Mən yenidən baxaram”.

“Din ağrılı mövzudur və digər bir dinin həssas nöqtəsinə toxunmaq yaxşı deyil. Müsəlman dünyası qarşısında mən öz uşaqlarımızın adından üzr istəyirəm” – deyə Zelenski vurğulayıb.

Qeyd edək ki, verilişdə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun duadan sonra 2004-cü ildə terror aktları zamanı həlak olan atası üçün ağladığını əks etdirən kadrlar yayımlanıb. Montaj vasitəsilə Çeçenistan rəhbərinin aşırılan Lenin heykəli üçün ağladığı göstərilib.

Xatırladaq ki, Ukrayna Mərkəzi Seçki Komissiyası (MSK) rəsmən Vladimir Zelenskini prezident seçkilərinin qalibi elan edib. MSK-nın məlumatına görə, o, seçkilərdə seçicilərin 73,23%-nin səsini toplayıb. Onun rəqibi, hazırkı prezidenti Pyotr Poroşenko isə 24,45% səs yığıb.

Zelenskinin inauqurasiya mərasiminin keçirilmə gününü Ali Rada təsdiqləməlidir. Qanunvericiliyə əsasən, inauqurasiya mərasimi seçkilərin rəsmən elan olunmasından 30 gün gec olmamaq şərti ilə keçirilməlidir. Bu halda isə inauqurasiya mərasimi mayın 30-a qədər keçirilməlidir.
Gürcüstan prezidentinin Keşikçidağ israrının pərdəarxası














Politoloq: “Məqsəd heç də Azərbaycanla münasibətləri pozmaq deyil, aşağı dərəcəli “kontrollu gərginlik” siyasəti yeridilir”

“Gürcüstanda prezidentlik institutu simvolikdir və bu vəzifəni tutan şəxsin heç bir icra səlahiyyəti yoxdur. Bu ölkədə parlament üsul-idarəsi mövcuddur, prezident dövlət siyasətinin müəyyən olunmasında rol oynamır və bütün səlahiyyətlər baş nazirin əlindədir. Amma Salome Zurabişvili seçildikdən bəri çox aktiv fəaliyyəti ilə diqqəti cəlb edir, hətta zaman-zaman baş naziri də kölgədə qoyur”.

Politoloq Şahin Cəfərli bu fikirləri Gürcüstan prezidenti Salome Zurabişvilinin Azərbaycanla sərhəddəki Keşikçidağ kompleksi ilə bağlı iddiaları barədə Musavat.com-a açıqlamasında söylədi. Ekspertin sözlərinə görə, Gürcüstanın siyasi sistemindən xəbərsiz olan kənar müşahidəçiyə elə gələ bilər ki, bu ölkədə prezident əsas söz və səlahiyyət sahibidir: “Mən Salome Zurabişvilinin hiperaktivliyini iki səbəblə əlaqələndirərdim: birincisi, o diplomatdır və uzun illər Fransa XİN sistemində fəaliyyət göstərdikdən sonra Gürcüstanda xarici işlər naziri vəzifəsini tutub. Belə görünür ki, Zurabişvili prezident qismində yenidən dövlət vəzifəsinə qayıtdıqdan sonra ən yaxşı bacardığı sahə ilə, yəni xarici siyasətlə məşğul olmağa üstünlük verib. Halbuki xarici siyasət hökumət tərəfindən müəyyənləşdirilir, istər baş nazir, istərsə də xarici işlər naziri bu barədə parlamentin qarşısında məsuldurlar. Prezidentin bu sahədə səlahiyyətləri səfir vəzifəsinə namizədləri təqdim etmək və bəzi məqamlarda dövləti beynəlxalq arenada təmsil etməklə məhdudlaşır. İkincisi, istisna etmirəm ki, Zurabişvilinin bəzi addımları və bəyanatları “Gürcü Arzusu”nun lideri Bidzina İvanişvilinin tapşırıqlarının nəticəsidir. Sirr deyil ki, Zurabişvilini bütün siyasi və maddi gücünü ortaya qoyaraq məhz İvanişvili prezident seçdirdi. İndi mümkündür ki, İvanişvili ona borclu olan prezidentin vasitəsilə istər daxildə, istərsə də xaricdə müəyyən mövzularla bağlı ictimai rəyi yoxlayır, gələcəkdə hökumət səviyyəsində verilməsi düşünülən qərarlara mümkün reaksiyaları öyrənir”.

Ş.Cəfərli şübhə etmir ki, Azərbaycanla dövlət sərhədinin razılaşdırılmamış hissəsi ilə bağlı mübahisənin, o cümlədən Keşikçidağ (David Qareci) məsələsinin gündəmə gətirilməsi də bu qəbildəndir: “Zurabişvili vasitəsilə bu məsələni əvvəlki dövrlərdən bir qədər sərt şəkildə aktuallaşdırıb, həm Azərbaycanın reaksiyasını yoxlayırlar, həm də gələn il keçiriləcək parlament seçkiləri ərəfəsində radikal millətçilərin bəzi şüarlarını əllərindən alaraq öz elektoratlarını millətçi seçicilərin hesabına genişləndirmək istəyirlər. Məqsəd heç də Azərbaycanla münasibətləri pozmaq deyil, aşağı dərəcəli “kontrollu gərginlik” siyasəti yeridilir. Bakı narazılığını bildirərsə, cavab verəcəklər ki, prezidentin hərəkətləri hökumətlə razılaşdırılmayıb və onun bu sahədə qərar qəbul etmək səlahiyyəti yoxdur”.

Politoloq hesab edir ki, xanım Zurabişvili Gürcüstanda ABŞ hərbi bazalarının yaradılmasına qarşı çıxmaqla da İvanişvilinin mövqeyini ifadə edir. Ş.Cəfərli ABŞ hərbi bazalarının ölkə ərazisində yerləşdirilməsinə qarşı çıxdığı üçün impiçment təhlükəsi ilə üzləşən gürcü prezidentin “Rusiyanın adamı” olması barədə səslənən fikirlərə də münasibət bildirdi: “İvanişvili ilə Zurabişvili rusiyameylli siyasətçilər deyil. Sadəcə olaraq, İvanişvili Rusiya ilə münasibətlərdə çox ehtiyatlı davranır və çalışır ki, Moskvanı çox qıcıqlandırmasın. Son illər Gürcüstan-Rusiya ticarət dövriyyəsi artır, rusiyalı turistlərin Gürcüstana axını güclənir. Bu baxımdan prezidentin “Gürcüstanda ABŞ hərbi bazasının tikintisi məqsədəuyğun deyil və provokasiya kimi qiymətləndirilə bilər” açıqlaması təsadüfən verilməyib. Bu tip qeyri-populyar bəyanatları hökumət verə bilməz. Elə bu səbəbdən “Gürcü Arzusu”nun ikinci adamı və Tiflis meri Kaxa Kaladze dərhal bəyan etdi ki, hökumət prezidentin mövqeyini bölüşmür və Gürcüstan ABŞ-la müttəfiqliyə böyük önəm verir”.

Çexiyanın paytaxtı Praqada məhbuslarla dolu avtobus II Dünya Müharibəsi dövrünə aid ABŞ tanklarını daşıyan qoşqulu yük maşını ilə toqquşub. Daha sonra avtobusda yanğın baş verib.

ONA-nın “Rossiya 24” telekanalına istinadən verdiyi xəbərə görə, qəza nəticəsində bir nəfər ölüb, daha 14 nəfər xəsarət alıb. Penitensiar xidmətə məxsus avtobus isə tamamilə yanıb. Hadisədən sonra yolda 3 saatlıq tıxac yaranıb.

Bildirilir ki, tanklar Azadlıq Konvoyunda iştirak etmələri üçün gətirilib. Azadlıq Konvoyu ABŞ tərəfindən Avropada təşkil olunan bir aksiyadır.