Dünyada məşhur olan müğənni İstanbula gəldi, İslamı qəbul etdi — FOTOLAR














Maykl Cekson və Uitni Hyuston kimi bir çox məşhurun bekvokalçısı olan amerikalı sənətçi Della Mayls Türkiyəyə səfər edib.

“Ölkə.Az” xəbər verir ki, müğənni bu səfəri zamanı İslam dinini qəbul edərək müsəlman olub.

Türkiyə və türk insanına heyranlığından hər zaman danışan sənətçi Sultan Ahmet məscidinə və minarəsinə tamaşa edib. Mayls evinə asmaq üçün bir Türkiyə bayrağı da alıb. Baş verənləri sosial şəbəkədə paylaşan Della “Eşhedü en la ilahe illallah ve eşhedü enne Muhammeden abdühü ve resulühü” kəlmeyi-şəhadətini gətirərək müsəlman olub.

Dellanın bir ildir ki, İslam və müsəlmanlıq haqqında müxtəlif araşdırmalar etdiyi məlum olub.

“Dünyanın bir çox yerində İslamafobiya xəstəlik kimi yayılır. Bunun ən vəhşi misalını Yeni Zelandiyada gördük. Qanımız dondu, içimiz parçalandı. Dövrün vəbası sevgisizlik və yaxşı niyyətin olmamasıdır. Bunun tam tərsi olaraq İslam sevgi dinidir. Bir pişiyi incitməmək üçün Məhəmməd Peyğəmbər əbasını kəsib. Bu inancı qəbul etmək məni xoşbəxt edir. Verdiyim qərara görə çox hüzurluyam. Allah məni həyatımın ən gözəl günlərində İslamla mükafatlandırdı”, – deyə müğənni yazıb.


Dünyada məşhur olan müğənni İstanbula gəldi, İslamı qəbul etdi — FOTOLAR
Dünyada məşhur olan müğənni İstanbula gəldi, İslamı qəbul etdi — FOTOLAR
Dünyada məşhur olan müğənni İstanbula gəldi, İslamı qəbul etdi — FOTOLAR
 

 

Qırğızıstan və Tacikistan nümayəndələri bu gün iki ölkənin sərhədində vəziyyətin stabilləşdirilməsi üzrə danışıqların üçüncü raundunu keçirəcək.

ONA xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirirlir ki, Qırğızıstan nümayəndə heyətinə baş nazirin birinci müavini Jeniş Razakov, Tacikistan nümayəndə heyətinə isə hökümət rəhbərinin müavini İbrahim Əzim rəhbərlik edəcək.

Danışıqların ötən həftə keçirilən birinci və ikinci raundlarında rəsmi Bişkek və Düşənbə mübahisəli ərazilərə birgə nəzarət olunması və insidentin səbəblərinin araşdırılması üçün birgə qrupların yaradılması ilə bağlı razılığa gəlib.

Bildirilir ki, ümumilikdə sərhəddə vəziyyət nəzarət altına alınıb.

Qeyd edək ki, Qırğızıstan-Tacikistan sərhədində vəziyyət martın 13-də Qırğızıstanın Aksay kəndi və Tacikistanın Mehnatabad qəsəbəsi sakinləri arasında baş vermiş toqquşmalardan sonra gərginləşib. Nəticədə iki Qırğızıstan vətəndaşı güllə yarası alıb.

Donald Tramp mərhum senatora tvitterdə sataşdı və sərt təki ilə üzləşdi














ABŞ prezidenti Donald Tramp həftəsonu tvitlərini keçən ilin avqustunda vəfat edən, ölkənin iki siyasi qanadının da böyük hörmətini qazanmış və vaxtilə Vladimir Putinə qarşı sərt mövqeyi ilə tanınan Con Makkeynə həsr edib.

Donald Tramp özünün Rusiya ilə bağlantılara malik olması haqqında “yalan və tamamilə iftira dolu dosye”ni yaymasını mərhum senatorun reputasiyası üçün “qara ləkə” hesab etdiyini yazıb.

Qeyd olunur ki, bu günlərdə respublikaçı prezidentə yaxınlığı ilə bilinən və onun siyasətini müdafiə edən Fox News kanalı Con Makkeynin 2016-cı ilin dekabrında ABŞ prezidentinə qarşı komromatlara malik olan “rus agentləri” barədə informasiyanı Federal Təhqiqatlar Bürosuna və mətbuata ötürdüyünü xəbər vermişdi.

“Makkeyn Barak Obamanın “Obamacare” deyə bilinən (çalışan vətəndaşların sığorta olunması zərurətini gətirən) qanunun ləğvinin əleyhinə səs verməklə özünü daha da ləkələndirib”, – deyə Donald Tramp daha da irəliyə gedib.

Donald Trama ilk reaksiya Con Makkeynin qızı Meqandan gəlib. Xanım Makkeyn prezidentə istirahət günlərini tvitter arxasında deyil, ailəsi ilə birlikdə keçirməyi məsləhət görüb. O, amerikalıların atasını sevdiyi qədər prezidentə nifrət etdiyini bildirib.

Türkün zəfər dastanı — Çanaqqala savaşının 104-cü ili














Mart ayının 18-də yalnız Türkiyə deyil, dünya hərb tarixinə ən böyük döyüşlərdən biri kimi daxil olan Çanaqqala savaşının 104 ili tamam oldu. 1914-cü il noyabr ayının 3-də başlayan və 1915-ci il 18 mart tarixinə qədər davam edən Çanaqqala savaşı, həmçinin 25 aprel 1915-ci ildən 1916-cı ilin 8-9 yanvarına qədər Gelibolu yarımadasında gedən döyüşlər türk hərb tarixinini ən şərəfli səhifələrindən biri, qəhrəmanlıq və zəfər dastanıdır. Canaqqala savaşının əsası 1914-ci ilin yayında bas verən 1-ci dünya müharibəsində qoyuldu.
Türkiyə həmin dövrdə istəmədən Almaniya-Avstriya-Macaristan tərəfində Antantaya (Ingiltərə-Fransa-Rusiya) qarşı döyüşlərə cəlb edilmişdi. Müharibənin başlamasından təxminən 3 ay sonra, 1914-cü il noyabrın 3-də səhər tezdən Ingiltərə və Fransaya aid olan hərbi dəniz gəmiləri Bozca adasından boğazın sahil sularına daxil oldular. Onlar dərhal da Osmanlı ordusunun boğaz sahilində yerləşən müdafiə istehkamlarına atəş açmağa başladılar. Ingilis hərb gəmiləri Seddülbahir və Ərtoğruldakı, fransız hərbi gəmiləri isə Qumqala və Orhaniyyədəki müdafiə səddlərini top yağışına tutmuşdular. Düşmənin atdığı top mərmilərindən biri on bir ton barıt saxlanan anbara düşdü və nəticədə ətraf yerlə yeksan oldu.

Dekabrın 2-də ingilis sualtı gəmisi boğaza daxil olaraq özündən 700 metr məsafədə dayanan "Məsudiyyə" hərbi gəmisini atəşə turaraq batırdı. Nəticədə 10 nəfərlik gəmi heyəti və gəmidə olan 24 nəfər əsgər şəhid oldu. Buna baxmayaraq düşmən boğazı ələ keçirə bilmədi. Həmin dövrdə admiral Carden Çanaqqalanı ələ keçirmək üçün üçmərhələli bir plan hazırlamışdı. Bu planın birinci hissəsi uğurla nəticələnmədi. Belə ki, ilkin mərhələdə noyabrın 3-də (1914) 7 hərb gəmisi ilə boğaza daxil olan ingilislərin məqsədi sahildəki istehkamları tamamilə dağıtmaq və sonraki mərhələdə boğazı ələ keçirmək idi. Lakin o buna nail ola bilmədi. Fevralın 19-da Carden boğazı ələ keçirmək üçün ikinci mərhələnin döyüşlərinə başladı.

Fevralın 25-nə kimi davam edən döyüşlərdə düşmən uzaqmənzilli toplardan atəs açaraq sahildə müdafiə mövqeyi tutan Osmanlı əsgərlərinə böyük itki verdi. Boğaz sahilindəki birinci müdafiə mövqeləri demək olar ki, tamamilə məhv edildi. Fevralın 26-da düşmən donanması boğaza daxil oldu və 8 saat ərzində sahili aramsız olaraq top atəşinə tutdu. Amma düşmən gəmiləri güclü müqavimətə rast gələrək dənizdə irəlilyə bilmirdilər. Bunu görən Ingiltərə hərbi dəniz qüvvələri komandanlığı Cardeni vəzifəsindən azad edərək onun yerinə Robecki təyin etdi. Martin 17-də öz vəzifəsinin icrasına başlayan Robeck dərhal gecikmədən adanın ələ keçirilməsini nəzərdə tutan son hücum əməliyyatına başlanması barədə əmr verdi.

Zəfər savaşı

Türkün zəfər dastanı — Çanaqqala savaşının 104-cü ili





Türk ordusu da düşmənə qarşı həlledici döyüşə hazırlaşırdı. 17 martdan 18 marta keçən gecə minbaşı Nəzmi bəy "Nüsrət" minadöşəyici gəmisi ilə boğaz sularında 11 xətdən ibarət 26 mina düzdü. Beləliklə, döyüş ərəfəsi boğaz sahili düzülən minaların sayı 400-ə çatdı. 18 mart səhər saat 10-da düşmən18 savaş gəmisi ilə döyüşə atıldı. Əvvəlcə "Queen Elizabeth"və "Inflexible" zirehli gəmisi və "Lord Nelson" və "AGEMENON" savaş gəmiləri döyüşə başladılar. Fransiz hərbi gəmiləri də döyüşün ön sıralarında yer almışdılar. Ilk atəş düşmənin "TRIUMPH" zirehli gəmisindən açıldı. Beləlklə, dünyanın ən böyük dəniz savaşlarından biri başladı. Düşmən gəmiləri əvvəlcə Rumeli Məcidiyyəni şiddətli atəşə tutdular. Sonra onlar Hamidiyyə istehkamlarına yönəldilər. Bunu görən Dardanos batareyaları düşmənə atəş açaraq diqqəti özlərinə cəlb etdilər. Düşmən bu dəfə Dardanos üzərinə atəş açmağa başladı. Bu dəfə Məsudiyyə istehkamı müdafiəçiləri Dardanosun yardımına gəldilər. Şiddətli müqavimətlə qarşılaşan düşmən gəmiləri göz aça bilmirdilər.

Bu ağır savaşın ilk bir saatı olduqca dəhşətli keçdi. Hər iki tərəfdən çoxlu sayda ölən və yaralananlar oldu. Türk topçuların açdığı atəş düşmənin "AGAMENON" gəmisinin gövdəsini parçalamis, "INFLEXIBLE" gəmisinin komanda punktunu dağıtmışdı. Buna baxmayaraq düşmən gəmiləri Çanaqqalaya 7 kilometrə qədər yaxınlaşa bilmişdilər. Döyüşün arzu edilən səviyyədə getmədiyini görən Robeck fransız gəmilərini döyüş meydanından uzaqlaşdıraraq ingilislərin daha bir neçə gəmisini boğaza yeritdi. Buna baxmayaraq düşmən istəyinə nail ola bilmədi.Türk topçuların açdığı atəş nəticəsində zədələnən Fransanın "GAULOIS" zirehli gəmisi döyüş meydanını tərk etdi. Onun ardınca zədələnən "BOUVET" gəmisi də döyüş meydanını tərk etmək istəyərəkən mina ilə toqquşaraq partladı. Nəticədə gəmidə olan 639 hərbçi sulara qərq oldu.
"BOUVET"-in yardımına gəlmək və onu xilas etmək istəyən "SUFFREN" və "GAULOIS" gəmisi də minaya düşərək batdı. Beləliklə düşmən 6 saat ərzində 3 böyük zirehli gəmisini itirdi. Bundan əlavə bir o qədər də gəmi zədələndi. Bunu görən Robeck donanmaya geri çəkilmək barədə əmr verdi. Bu döyüşlərdə düşmən tamamilə sarsıldı və Osmanlı əsgərinin qəhrəmanlığı nəticəsində bir daha dənizdən Istanbulu ələ keçirmək niyyətinə düşmədi. Bu Osmanlı əsgərinin Çanaqqala savaşında düşmən üzərində qazanan ən böyük tarixi zəfəri idi. . Necə deyərlər Çanaqqala savaşı türk və dünya tarixinə ən qanlı savaşlardan biri kimi düşdü. Bu savaşda Osmanlı 250 min nəfər şəhid verdi. Düşmən də döyüşlərdə təxminən bu qədər itki verdi. Üstündən illər ötəndən sonra isə Çanaqqala savaşı bir dastana döndü. Bu dastanda yanındaki topçular səhid olaraq tək qalan Seyid cavuş vardı. Düşmən gəmisi boğaza yaxinlaşır.

Seyid çavuş (Qoca Seyid) təkdir. Atmağa da 267 kiloqramlıq bir top mərmisi var. Normal şəkildə bu mərmini tək bir adamın götürərək topun lüləsinə qoyması ağlabatan görünmür. Özü də bilmir haradan ona bu güc gəlir və 276 kiloqramlıq mərmini bir anda götürərək topa qoyur və atəş açır. Bu atəşlə o gəminin gövdəsini dağıdır və onu batırır. Beləliklə, Seyid çavuşun bu qəhrəmanlığı düşmənin geri çəkilərək qaçmasına və boğazları tutmaq fikrindən vaz çəkməsinə gətirib çıxarır. Seyid Çavuşun bu qəhrəmanlığı dünya hərb tarixində misli-bərabəri olmayan bir igidlikdir.

Düşmənin niyyətləri boşa çıxır

Dənizdən hücumla Çanaqqalanı ələ keçirə bilməyəcəyini anlayan düşmən bu dəfə qurudan hərbi əməliyyata baslamağı qərara aldı. Aprelin 25-də adi çəkilən istiqamətdə quruya çıxarılan ingilis-fransız əsgərləri ilə Osmanlı ordusu arasında o dövrün ən qanlı döyüşləri başladı. Amma başdan ayağa qədər silahlanan çoxsaylı düşmən qarşısında Osmanlı əsgərlərinin sayı olduqca az idi. Mustafa Kamal Paşa bunu görüb Kocaiçmendə və Conkbayirdaki azsaylı əsgərlərinə son nəfəsə kimi döyüşməyi və geri çəkilməməyi əmr etdi. Düşmən dalğalar halında dəstə ilə Conkbayira doğru irəliləyirdilər.

Lakin düşmən Osmanlı əsgərlərinin qizğın müqavimətini qıraraq Istanbulu və boğazları tutmaq niyyətini həyata keçirə bilmədi. Qumqala, Besike, Bolayir, Seddülbahir, Anbumu, Qabatəpə, Conkbayir və Anafartalarda gedən döyüşlərdə hər iki tərəf çoxlu sayda itkilər verdi. Düsmən qızğın döyüslərdən sonra istədiyinə nail ola bilməyəcəyini başa düşərək 1915-ci ilin dekabr ayının 19-20-də Anafartalar və Arıburnu, 1916-ci il yanvar ayının 8-9-da isə Seddülbahir cəbhələrindən qoşunlarını geri çəkdi. Beləliklə,1915-ci ilin baharında başlanan döyüşlər düşmənin geri çəkilməsi ilə nəticələndi.
İntihar edən Avril Lavinin yerinə bənzəri keçib — Şok iddia














Mahnıları ilə bir vaxtlar bütün dünyanın diqqət mərkəzində olan Avril Lavinin öldüyü, yerinə isə ona çox bənzəyən başqa birinin keçdiyi iddia edilib.
"Ölkə.Az" xarici mediaya istinadən xəbər verir ki, iddiaya görə, müğənni məşhurlaşdıqdan qısa bir müddət sonra, yəni 2003-cü ildə ölüb. Onun yerinə isə Melissa Vandella adlı gənc bir qız keçib. Lavin ilə ona əkizi kimi bənzəyən Vandella hətta tanış da olublar və qısa vaxtda aralarında dostluq münasibətləri yaranıb. Lavin onu studiyaya aparıb mahnı oxumağı da öyrədib. Lavin öldükdən sonra isə Vandella onun yerinə keçib. Səhnəyə çıxıb, mükafat mərasimlərinə qatılıb, qırmızı xalçaada yeriyib.

Bu iddianı ortaya atanlar bildirir ki, Avril ən çox sevfiyi insan olan babasının ölümündən sonra uzun müddət depressiyaya düşüb və intihar edib. Hətta Lavinin birlikdə çalışdığı musiqi şirkəti də doğruları bilib, lakin Vandella ilə işləməyə davam edib.
Bu iddiaların ortaya atılmasının səbəbi isə Avril Lavinin uzun müddətdir gözlərdən kənarda yaşanasıdır. Əslində isə bunun başqa bir səbəbi var. Lavin 2015-ci ildən bu yana Lime xəstəliyi ilə mübarizə aparır. Sağlamlığına görə də sakit və gözlərdən uzaq bir həyat tərzi seçib.
İntihar edən Avril Lavinin yerinə bənzəri keçib — Şok iddia
İntihar edən Avril Lavinin yerinə bənzəri keçib — Şok iddia
İntihar edən Avril Lavinin yerinə bənzəri keçib — Şok iddia
İntihar edən Avril Lavinin yerinə bənzəri keçib — Şok iddia
 

 

Qərb mediası 49 müsəlmanın öldüyü hadisəyə niyə “terror” demədi?















Arzu Nağıyev: “Türkiyədə terror aktlarının yenidən baş verməsi gözlənilmir”

Yeni Zelandiyanın Kraystçerç şəhərində müsəlmanların ibadət etdiyi məsciddə törədilən terror hazırda dünya gündəminin ən çox müzakirə edilən məsələsidir. Belə ki, törədilən terror aktı 49 nəfərin ölümü, 40-a yaxın insanın yaralanması ilə nəticələnib. Hadisə zamanı məsciddə təxminən 300 nəfər ibadət edirmiş.

Terrorçu 28 yaşlı Brenton Tarrant hadisəni sosial şəbəkədə canlı yayımlayıb, bu qan donduran görüntülər qısa zamanda dünya mediasında yayılıb. Həm Yeni Zelandiya hökuməti, həm də beynəlxalq təşkilatlar, lider dövlətlər hələ ki, hadisəyə siyasi-hüquqi qiymət verməkdə çətinlik çəkir, bunun terror aktı deyil, silahlı hücum olduğunu sübut etməyə çalışırlar.

Hadisədən sonra Yeni Zelandiyanın baş naziri Jacinda Ardern qanlı hücumdan sonra ölkədəki silah əldəetmə qanunlarının dəyişəcəyini bildirib. Baş nazir Ardern qeyd edib ki, Kraystçerç şəhərində məscidə hücumu həyata keçirən terrorçu 2017-ci ilin dekabrında silah lisenziyası alıb və qətliamda 2-si yarı avtomatik, 2-si ov tüfəng olmaqla, ümumilikdə 5 silahdan istifadə edib: “Silah lisenziyalarının verilməsi və bu silahların saxlanılmasından dolayı baş verən hadisə üzərində iş aparılarkən hazırda silah qanunlarımızın dəyişəcəyini deyə bilərəm”.

Yeni Zelandiya qanunlarına görə, silah rüsxəti hər hansı bir cinayətkar keçmişi olmayan, 16 yaşından böyük və əsaslı səbəbi olanlara verilir. Terror hadisəsinin baş verdiyi şəhərə gedib, Al Nur və Linwood Məscidlərində və regionda araşdırmalar edəcəyini deyən baş nazir Ardern xəstəxanalarda 2-sinin vəziyyəti kritik, 40 yaralının olduğunu qeyd edib.

Ölkəsinin yasda olduğunu deyən baş nazir regiona kəşfiyyat əməkdaşlarının da yer aldığı, əlavə təhlükəsizlik qruplarının sövq edildiyini diqqətə çatdırıb. Lakin nə o, nə də digər bir siyasi lider hadisəni terror aktı adlandırmayıb. Bunun yalnız saxlanılan şəxslərin verdiyi ifadədən sonra açıqlanacağı vurğulanıb.

Qərb mediası 49 müsəlmanın öldüyü hadisəyə niyə “terror” demədi?


Bu hadisədən fərqli olaraq Qərb ölkələrində baş verən istənilən kiçik partlayışın, silahlı atışmanın terror olması ehtimalı dərhal önə çəkilir. Hətta buna görə, dünyanın ən böyük dövlətlərinin liderləri açıqlama verirlər. Sözügedən hadisəyə isə bu həssaslıq nəzərə çarpmır. Yalnız Türkiyə ilk addımı atıb. Türkiyə prezidentinin köməkçisi Fuad Oqtay və ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu heyətlə birlikdə qorxunc terror hücumunun yaşandığı Yeni Zelandiyaya gedib. F.Oqtay yola düşməzdən öncə İstanbul Atatürk Hava Limanında açıqlama verərək bildirib ki, bu vəhşilik iki ildir planlaşdırılıbmış: “Terrorçular Rəcəb Tayyib Ərdoğanı, türk millətini, Türkiyəni və tariximizi də hədəf alıb. Uzun illər terrorla mübarizədə böyük itkilər vermiş və terrorun hər növünə qarşı çıxmış bir ölkə olaraq Türkiyə Yeni Zelandiyanın terrorla mübarizəsində və atacağı addımlarda yanında olacaq. Yaşanan bu terror aktı İslam düşmənliyinin həddi olmadığını yenə göstərdi. Buradan bütün dünyanı İslam düşmənliyinə, xarici basqılara, radikallığa və irqçiliyə qarşı ayağa qalxmağa çağırırıq.”

Qərb mediası 49 müsəlmanın öldüyü hadisəyə niyə “terror” demədi?


Onu da qeyd edək ki, Yeni Zelandiyada iki məsciddə dəhşətli qətliam törədən avstraliyalı terrorçu Brenton Tarrantın hücumdan öncə yayılan 37 səhifəlik manifesti ilə bağlı yeni detallar ortaya çıxıb. Orada əsas məqam onun tərəfdarlarına Almaniya kansleri Angela Merkel, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı və Londonun meri Sadiq Xanı öldürməyi əmr etməsidir.

Terrorçu yazısında Merkel qədər Avropaya zərər verən bir insanın olmadığını bəyan edir. Onu Avropa irqinin düşməni adlandırır. Daha sonra Tarrant Ərdoğanı xristianların ən qədim düşməni adlandırır. O bildirir ki, Avropa türklərin işğalı altındadır.

Bəs görəsən bütün bunlar Türkiyə üçün də bir terror təhdidi formalaşdıra bilərmi? Qeyd olunan hadisələrdən sonra Qərbin hələ də hadisəni terror adlandırmaması ikili standartların göstəricisidirmi?

Qərb mediası 49 müsəlmanın öldüyü hadisəyə niyə “terror” demədi?


Mövzunu “Yeni Müsavat” üçün şərh edən politoloq Arzu Nağıyev də təsdiqlədi ki, burada ikili yanaşma var: “Yeni Zelandiya özünü ən demokratik dövlətlərdən biri hesab edir. Hadisə ilə bağlı aparılan istintaq işində iki nəfər həbs olunub. Onlar çalışırlar bu saxlanılan şəxslərin sorğusu bitdikdən sonra hadisəyə hüquqi qiymət versinlər. Təbii ki, burada ”ikili yanaşma” da var. Çünki bu müsəlman icmasına qarşı olan hadisədir. Əvvəllər onlar belə düşünürdülər ki, burada terror hadisələri yoxdur. Çünki özlərini multikultural dəyərlərə, tolerantlığa malik dövlət kimi nümayiş etdirirdilər. Lakin terroru törədən birinci şəxsin həbsi və onun Merkelə, Ərdoğana qarşı nifrəti ilə, onları məhv etməyə çalışması ilə bağlı verdiyi bəyanatlardan sonra artıq məsələyə diqqət artırıldı. Qərb təkcə bu hadisədə deyil, daha öncə də müsəlmanlara qarşı törədilən qırğınları terror aktı adlandırmadı. Lakin sonradan məcbur oldular ki, bunu terror hadisəsi kimi dəyərləndirsinlər. Əsas məsələ bundan ibarətdir. Yəqin ki, ilkin ifadələr alındıqdan sonra qərar veriləcək və bunun həqiqətən terror kimi təsbit olunması inkar olunmazdır. İkili standart ondan ibarətdir ki, Yeni Zelandiya dövləti belə bir hadisənin baş verməsini gözləmirdi. Bu, böyük Britaniyaya bağlı dövlətdir. Və çalışırlar ki, bu hadisələri “demokratiyanın beşiyi”ndə baş verən hadisə kimi qiymətləndirsinlər. Lakin paralel olaraq dünən Böyük Britaniyada məscidə ibadət etməyə gələn şəxsin avtomobilinə hücum edilməsi bir daha göstərdi ki, bu iki hadisənin bir mərkəzdən idarə edilməsi ehtimalı var”.

Politoloqun sözlərinə görə, Türkiyədə terror aktlarının yenidən baş verməsi və bu qruplaşmanın qardaş ölkə üçün təhdid doğurması gözlənilmir: “Bu inandırıcı görünmür. Bu gün Türkiyə ilə Qərb arasında elə böyük bir problem yoxdur. Türkiyə elə bir dövlətdir ki, bir çox məsələlərdə mövqeyi Qərblə üst-üstə düşür. Son hadisələrdən sonra artıq həm terrora qarşı mübarizə gücləndirilib, eyni zamanda əməliyyat şəraitinə nəzarət olunur. Türkiyədə belə hadisələrin baş verməsi inandırıcı görünmür. Ancaq onu da qeyd etmək lazımdır ki, heç bir dövlət terrordan sığortalanmayıb. Bütün dövlətlər bu hadisədən nəticə çıxartmalıdır”.

Türkiyə Super Liqasında XXVI tur başa çatıb. ONA-nın məlumatına görə, turun ikinci günündə üç oyun keçirilib.

Çempionatın lideri “Başakşəhər” Kayseri səfərində xal itirib. İstanbul klubu “Kayserispor”un qapısına 90+8-ci dəqiqədə təyin edilən penalti ilə məğlubiyyətdən qaçıb – 1:1.

Liderin ən yaxın izləyicisi “Qalatasaray” isə “Bursaspor”un qonağı olub. İki top geridə olduqları görüşdə əzmkar qələbə qazanan “sarı-qırmızılar” “Başakşəhər”lə xal fərqini 6-ya endirib.

“Yeni Malatyaspor” turu qələbə ilə başa vurub. “Ankaragücü”nü qəbul edən malatyalılar 3:1 hesabı ilə qalib gəlib.

Türkiyə Super Liqası
XXVI tur
17 mart

“Yeni Malatyaspor” – “Ankaragücü” – 3:1
Adem Böyük, 55 (pen.), Gilyerme, 58, İldiz, 90+4 – Orgil, 72
“Kayserispor” – “Başakşəhər” – 1:1
Çinaz, 20 – Adebayor, 90+8 (pen.)
“Bursaspor” – “Qalatasaray” – 2:1
Sako, 16, Saivet, 42 – Ndiaye, 45, Dianye, 56 (pen.) – Fequli, 63

Hindistanın maliyyə naziri Arun Ceytli tvitterdəki şəxsi akkauntunda ölkə üçün gündəm yaradacaq qeydlər edib.

Nazir əvvəlcə baş nazir Narendra Morini Çin Xalq Respublikasının sədri Si Tzinpinin “qabağında tir-tir əsməkdə” suçlayanlara cavab verib.

Qeyd ounur ki, Hindistan müxalifəti öz ittihamını ölkə rəhbərliyinin Çinin BMT Təhlükəszilik Şurasında “Caiş-e Muhammed” qruplaşmasının rəhbəri Məsud Əzharı beynəlxalq terroristlərin siyahısına salmaq barədə qətnaməni veto etməsini qınamaması ilə əsaslandırır.

Həmin qrup isə Cammu və Kəşmir ştatlarındakı son terror hadisələrində günahkar hesab edilir.

Hindistanın “Bharat Tayms” agentliyinin məlumatına görə Arun Centli hökumət tənqidçilərinə tarixə müraciət etməyi məsləhət görüb.

Onun sözlərinə görə vaxtilə Çinin BMT-nin Təhlükəsizlik Şurasının veto hüququna sahib 5 ölkəsindən birinə çevrilməsində ölkəyə uzun müddət rəhbərlik edən Hindistan Milli Konqresi və onun rəhbəri baş nazir Cəvahirləl Nehru günahkardır.

Bundan başqa, maliyyə naziri məhz C. Nehrunun “ölkənin qeyri-qanuni şəkildə bölünməsinə”, bunun nəticəsində isə Hindistan üçün həllolunmaz məsələyə çevrilən Cammu və Kəşmir probleminin yaranmasına görə məsuliyyət daşıdığını yazıb.

“Türkiyə yaxında Rusiyadan S-400 zenit raket kompleksini təhvil alacağı üçün üst-üstə iki il ABŞ-ın sanksiyalarına məruz qalacaq”.

Publika.az xəbər verir ki, bu barədə mərkəzi Londonda yerləşən “The Economist” dərgisi geniş məqalə yayımlayıb.

Məqalədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ ilə NATO-nun qarşı çıxdığı S-400 müdafiə sistemlərinin alınması ilə bağlı dediyi “kimsə bizdən tüpürdüyümüzü yalamağımızı gözləməsin” sözlərini xatırladıb. S-400-ün rəqib sistemlərlə müqayisədə 2,5 milyard dollar daha ucuz olduğu vurğulanan məqalədə Türkiyənin bu satışın altından qalxa bilməyəcəyi ehtimalları da dəyərləndirilib:

“Razılaşmadan vaz keçməzsə, ya da S-400-ün NATO-da yaratdığı təşvişi azaltmazsa, Türkiyə özünü ABŞ-ın maliyyə sanksiyaları ilə qarşı-qarşıya görəcək. Saat işləyir. Rusiya batareyaların ilk təhvil mərhələsini iyul ayında gerçəkləşdirməyi planlaşdırır. ABŞ Xarici İşlər və Müdafiə nazirlikləri S-400-lərin alış-verişinin ağır nəticələrinin olacağı barədə xəbərdarlıq edib. Pentaqona görə, Türkiyə Amerikadan 100 döyüş təyyarəsi almağı ehtiva edən F-35 proqramından çıxarılmaq, bundan başqa, Rusiya kəşfiyyatı və müdafiə sektoru ilə təmas quran şəxs və qurumlara qarşı CAATSA adlı qanun çərçivəsində sanksiyaya məruz qalmaq riski ilə qarşılaşacaq. Bu durum xaos yaradacaq. Amerika Türkiyənin F-35 proqramı üçün verdiyi 1 milyard dolları geri vermək məcburiyyətində olacaq. Türk istehsalçılar əhəmiyyətli detalları istehsal edir. Bunların yerinə yenisini tapmaq iki ilə başa gələcək”.

Məqalənin sonunda qeyd edilib ki, Türkiyə bundan sonra istəsə də S-400 sistemlərindən vaz keçə bilməyəcək. Çünki başda Suriya mövzusu olmaqla, Rusiya ilə Türkiyə arasında olduqca ciddi gərginlik yarana bilər: “Ərdoğan rus silahlarını anbarda saxlayaraq, ya da başqa ölkəyə sataraq böhrandan xilas ola bilər. Amma bu da kifayət etməyəcək. Amerika sadəcə sistemin yerləşdirilməsinə deyil, alınmasına da qarşıdır. Çox mütəxəssis artıq bir böhranın yaşanıb-yaşanmayacağını deyil, nə zaman və necə yaşanacağını düşünür. Bəziləri Amerikanın Türkiyədəki 31 mart seçkilərindən öncə Ərdoğana təzyiq göstərib dalana dirəyəcəyini belə deyir”.

“Dünyanın ən az 50 ölkəsi ABŞ-a zərər yetirmək potensialına malikdir və bu administrasiyanı olduqca narahat edir”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, belə bir bəyanatla ABŞ Dövlət Departamentinin Siyasi planlaşdırma idarəsinin rəhbəri Kiron Skinner Starteji və beynəlxalq araşdırmalar mərkəzində söylədiyi nitqində çıxış edib.
Xanım Skinnerin çıxışı mərkəzin saytında dərc olunub.

Dövlət departmentinin rəsmisinin sözlərinə görə, XX əsrdə ABŞ-ın əsas rəqibi nüvə silahına malik olmasına baxmayaraq, Çin yox, SSRİ sayılıb. İndi isə ÇXR həm hərbi, həm də iqtisadi sahədə rəsmi Vaşinqton üçün təhdid törədir.

“Bundan başqa, ABŞ-a kiber, iqtisadi, informasiya müharibələri ilə zərər yetirəcək 50 ölkənin adını çəkmək olar. İndi biz tamamilə ayrı dünyada yaşayırıq”,- deyə K.Skinner vurğulayıb.

Qeyd olunur ki, keçən ilin oktyabrında Birləşmiş Ştatların hərbçiləri arasında keçirilən sorğuda ordu mənsublarının az qala yarısı ölkənin irimiqyaslı müharibəyə cəlb olunacağına əminliklərini ifadə etmişdilər. Onlar əsas düşmən olaraq Rusiya və Çini gördüklərini bildiriblər.

Rusiya bu məsələdə 71%-lə önə çıxıb. Bu isə hərbçilər çün Rusiya təhlükəsinin 2017-ci illə müqayisədə 18% artdığını göstərib. Ordunun 69%-i Çini də potensial təhlükə saydığını bildirib.

Maraqlıdır ki, 2017-ci ildə hərbçilərin 72%-nin təhlükəli hesab etdiyi Şimali Koreya 2018-ci ildə daha az təhdid potensialına malik olub -46% . İran 41%, Suriya 24%, Səudiyyə Ərəbistanı 18%, İraq və Əfqanıstan isə 13%-lə ABŞ-a qarşı düşmən olan ölkələr sırasında sadalanıb.

ABŞ-ın milli təhlükəsizliyinə yönəlik ən böyük təhdidin isə kiberterrorizm olduğu vurğulanıb. Bir çoxları Birləşmiş Ştatlaırn kibermüharibələrə hazır olmadığını düşünür.

ABŞ hərçbilərinin üçdə bir hissəsi ölkənin bu sahədə apardığı siyasəti bəyənmədiklərini söyləyiblər.