ABŞ-ın Bakıdakı səfirinin şifrəli mesajları


Li Litzenberger Azərbaycanla əlaqələrə yüksək dəyər verdiklərini açıqlamaqla yanaşı, bəzi gözləntilərini bölüşdü; politoloq: “Azərbaycan Novruz bayramı ərəfəsində verilən əfvdən öncə də təhlükəsiz dövlət idi, indi də…”
ABŞ-ın Azərbaycandakı yeni səfiri Li Litzenberger (Lee Litzenberger) ilk tam həcmli müsahibəsini “Turan” informasiya agentliyi və “Amerikanın Səsi” radiosuna verib. 

Səfir “Amerikanın Səsi” və “Turan” agentliyinə müsahibəsində ABŞ-Azərbaycan münasibətləri, Ermənistan-Azərbaycan münaqişəsi, regional təhlükəsizlik və insan hüquqlarından danışıb.

“ABŞ-Azərbaycan münasibətlərinin indiki səviyyəsi Amerika hökumətini qane edirmi? Siyasi münasibətlərin daha da dərinləşməsi üçün nə edilməlidir?” – suallarına cavabında səfir deyib: “Sizin ABŞ-Azərbaycan münasibətlərinin səviyyəsindən mənim razı olub-olmamağım barədə sualınıza cavabım həm ”bəli”, həm “xeyr” ola bilər. “Bəli” cavabı barədə açıqlama versəm, onu qeyd edə bilərəm ki, indiki məqamda iki dövlət arasında çoxlu sahələrdə olan münasibətlər həqiqətən də çox yaxşıdır, öz qüdrəti, öz gücü ilə seçilən münasibətlərdir. Ümumiyyətlə, bizim tərəfdaşlığımız müxtəlif səpkidə, sahələrdə mövcuddur. Bu tərəfdaşlığa təhlükəsizlik, enerji və iqtisadiyyat, demokratiya və sosial inkişaf kimi sahələr daxildir. O ki qaldı mənim “xeyr” cavabıma, qeyd etmək istərdim ki, ümumiyyətlə, bizim münasibətlərin daha da inkişafı, daha da dərinləşməsi üçün potensial mövcuddur. Mənim Azərbaycanda ABŞ səfiri kimi fəaliyyət göstərdiyim dövrdə məqsədlərim ondan ibarətdir ki, həm Azərbaycan Respublikasının hökuməti ilə, həm də Azərbaycan xalqı ilə birgə fəaliyyət göstərərək Azərbaycanın daha təhlükəsiz, daha firavan, daha azad və ədalətli dövlətə çevrilməsi istiqamətində yardım göstərim”.

Diplomat insan haqları sahəsindən danışarkən Azərbaycanda Novruz bayramı ərəfəsində imzalanan əfv fərmanını xatırladıb: “Bu fərman əsasında bir sıra məhkum olunmuş şəxslər azadlığa buraxılıb. Biz bu faktı çox böyük bir məmnunluq hissi ilə qeyd etmək istəyirik. Sadəcə, düşünürəm ki, Azərbaycanda bu istiqamətdə görüləcək daha çox iş var. Çox ümid edirəm ki, Azərbaycanda bir gün olacaq ki, ümumiyyətlə, hər hansısa əsas azadlıqlarını və ya konstitusiya hüquqlarını bildirdiyinə görə insanlar həbs olunmayacaqlar. O ki qaldı Azərbaycanda tənzimləyici islahatların həyata keçirilməsi istiqamətinə, biz bəyan olunmuş məhkəmə sahəsində keçirilən islahatlarda maraqlıyıq. Düşünürük ki, bu təşəbbüs Azərbaycanda qanunun aliliyi kimi olan məfhumun gücləndirilməsinə təkan verəcək”.

ABŞ-ın Bakıdakı səfirinin şifrəli mesajları


ABŞ-Azərbaycan münasibətlərindən bəhs edən səfir deyib ki, ABŞ-ın cari administrasiyası dövründə daimi olaraq yüksək səviyyəli rəsmilər Azərbaycanla təmasda olublar: “Prezident Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dörd məktub ünvanlayıb. Ötən ilin payızında isə prezident Trampın milli təhlükəsizlik məsələləri üzrə əlaqələndiricisi cənab Con Bolton bölgəyə səfər edib. Düşünürəm ki, Con Boltonun Azərbaycana səfəri, ümumiyyətlə, ABŞ-ın Azərbaycanla olan strateji tərəfdaşlığının bizim üçün çox vacib olmasının əyani təzahürüdür. Ona görə düşünürəm ki, bu istiqamətdə çox müsbət bir trend mövcuddur”.

“2018-ci ilin oktyabrında Azərbaycanda səfərdə olan dövlət katibinin köməkçisinin müavini Con Kent bildirmişdi ki, növbəti səfəri zamanı AzadlıqRadiosunu dinləyəcəyinə ümid edir. Cənab Kent bir neçə gün əvvəl də Azərbaycanda səfərdə olub, amma AzadlıqRadiosunu dinləyə bilməyib. Rusiyanın bütün media orqanlarının Azərbaycanda ofisləri olduğu halda Amerika Konqresinin maliyyələşdirdiyi AzadlıqRadiosunun internet səhifəsinə girişə belə blok qoyulmasını necə izah edərdiniz?

Hazırda radionun Bakı bürosunun açılması üçün hansı səviyyədə danışıqlar aparılır?” – suallarına cavabında Li Litzenberger deyib: “Bu sualınıza cavab verərkən, ilk öncə icazənizlə bir ifadədən başlayardım ki, azad və müstəqil tərzdə fəaliyyət göstərən media həm Azərbaycanın iqtisadi və demokratik inkişafı, həm də istənilən dövlətin iqtisadi və demokratik inkişafı üçün çox böyük əhəmiyyət kəsb edir. Buna görə biz sözügedən məsələyə böyük önəm veririk. Digər bir amil də var ki, hər bir şəxs müxtəlif məlumat mənbələrindən məlumat almaq hüququna malik olmalıdır. Mən AzadlıqRadiosunun Azərbaycanda öz yayımını bərpa etməsini və sözügedən radionun veb səhifəsinə qoyulan məhdudiyyətlərin aradan götürülməsini çox görmək istərdim.

Düşünürəm ki, demokratiya şəraitində insanlar müxtəlif mənbələrdən gələn məlumatları əldə etmək və müxtəlif mənbələrdən əldə etdikləri məlumatlara əsasən öz fikirlərini formalaşdırmaq hüququna malik olmalıdır”.

Li Litzenberger deyib ki, Təhlükəsizlik məsələləri üzrə müşavir Con Boltonun bölgəyə səfəri ABŞ və Azərbaycan arasında olan ikitərəfli münasibətlərin güclənməsinin siqnalıdır: “Bu, ABŞ-la Azərbaycan arasında olan ikitərəfli münasibətlərin çox güclü olmasının bir təzahürüdür. Həqiqətən də ABŞ və Azərbaycanın təhlükəsizlik sahəsində apardıqları əməkdaşlıq çox güclüdür və bu əməkdaşlıq əsasən qlobal terrorçuluğa qarşı mübarizədə öz əksini tapır. Eyni zamanda Azərbaycanın Əfqanıstanda fəaliyyət göstərən sülhməramlı koalisiyaya verdiyi töhfələr həqiqətən çox vacibdir”.

“Turan”ın “Gürcüstan və Ukraynanın Qərb institutlarına, o cümlədən Avropa İttifaqı və NATO-ya inteqrasiyası bu ölkələri ərazi itkiləri ilə üzləşdirdi. Azərbaycan hökuməti Qərb institutlarına inteqrasiyanı sürətləndirərsə, Amerika bu ölkəni Rusiyanın təsirlərindən qorumaq üçün nə edə bilər?” – sualına Li Litzenberger belə cavab verib: “Siz Gürcüstanda və Ukraynada sözügedən olaylar, sözügedən ərazilərin itirilməsi barədə danışdınız. Mən düşünmürəm ki, ərazilərin itirilməsi Gürcüstanın və yaxud Ukraynanın atdığı hər hansı addımların nəticəsi olub. Mən düşünürəm ki, ərazilər üzərində nəzarətin itirilməsi məhz Rusiya tərəfindən açıq-aşkar şəkildə göstərilən aqressiyanın nəticəsi olub. Ümumiyyətlə, Rusiya gücdən istifadə edərək digər dövlətlərin ərazilərini qeyri-qanuni şəkildə işğal edib. Sualınıza cavab olaraq onu da qeyd etmək istəyirəm ki, hər hansı bir dövlət başqa bir dövlətin xarici siyasət istiqamətində atdığı addımlara və verdiyi qərarlara veto qoya bilməz. Deməzdim ki, ərazilər itirilib. Ərazilər işğal altındadır. Düşünmürəm ki, qəbul olunmuş beynəlxalq münasibətlər sistemində hər hansı dövlət digər dövlətlər üzərində təsir edə və ya təsirini əldə etməyə çalışa bilər. O ki qaldı Azərbaycana, mən demək istərdim ki, ABŞ ilkin müstəqillik dövründən, Sovet İttifaqından müstəqilliyini qazandıqdan sonra Azərbaycanın müstəqilliyinə həmişə dəstək verib və dəyərləndirib. Biz bu istiqamətdə müxtəlif fəaliyyətlər, o cümlədən energetika sahəsi istiqamətində dəstək göstərmişik. Yenə təkrar etmək istərdim ki, ABŞ Azərbaycanın müstəqilliyinin ilkin dövründən Azərbaycanın müstəqilliyini dəstəkləyir”. Səfir onu da deyib ki, Rusiyanın işğalçılıq siyasətinə qiymət verilib, o, indiyədək işğalçılıq siyasətinin cəzasını, əziyyətini çəkir.

Li Litzenberger deyib ki, ABŞ-ın Qarabağla bağlı mövqeyi çox aydın və çox açıqdır: “ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini dəstəkləyir. Bu da o deməkdir ki, biz münaqişəyə cəlb olunan iki tərəfdən göstərilən və nəticə etibarilə sülh sazişinə gətirib çıxara bilən səyləri çox dəstəkləyirik”.

Li Litzenberger qeyd edib ki, Azərbaycan artıq tranzit dövlət kimi çox vacibdir.

Əfv fərmanından bəhs edən diplomat söyləyib ki, atılan bu addımın nəticəsində Azərbaycan beynəlxalq dəstək qazanaraq daha da təhlükəsiz bir dövlətə çevrildi: “Biz buna bənzər əlavə addımların atılmasını görmək istəyərdik. Biz eyni istiqamətdə daha çox addımların atılmasını görmək istəyirik. Onu da deyim ki, siz düz dediniz, əfv fərmanından sonra əks istiqaməti göstərən faktlar da yer aldı. Eyni zamanda müsbət bir irəliləyişi də görürük. Bu gün belə bir xəbər var idi ki, xaricə səyahət etmək qadağası ilə üzləşən dörd jurnalistin üzərindən bu qadağa artıq götürülüb. Tolerantlıq və vətəndaşların hüquqlarına hörmət edilməsi istiqamətində irəli addım atan Azərbaycan öz maraqlarının irəliləməsinə şərait yaradır”.

ABŞ-ın Bakıdakı səfirinin şifrəli mesajları


Amerikalı diplomatın fikirlərinə, həmçinin şifrəli mesajlarına münasibət bildirən politoloq, BAXCP sədrinin müavini Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bunları söylədi: “Azərbaycan Novruz bayramı ərəfəsində verilən əfvdən öncə də təhlükəsiz dövlət idi və elə indi də təhlükəsiz dövlətdir. Bu təhlükəsizlik amillərinin beynəlxalq dəstək, yaxud beynəlxalq təzyiqlərlə birbaşa əlaqəsi yoxdur. Azərbaycandakı təhlükəsizlik daxili faktorlarla – Azərbaycan xalqının birliyi və prezidentin siyasi iradəsi ilə bağlıdır. Bizim təhlükəsizliyimizə təhdid yaradan başlıca amil isə torpaqlarımızın işğal altında olmasıdır. Məhz bu fakt ABŞ səfirinin dediyi kimi, ”daha çox” addımların atılmasına mane olur. Baxmayaraq ki, “daha çox” çox mücərrəd və sərhədi olmayan anlayışdır. Bütün daha çoxların sonunda xaos, vətəndaş qarşıdurması və xarici müdaxiləyə açıq bir nəticə gəlir. Bu baxımdan da bizim “daha çox”umuz bizim maraqlarımızın sərhədlərinə qədər irəliləyə bilər”.

E.Mirzəbəyli qeyd etdi ki, əgər ABŞ və digər dövlətlər Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə daha açıq dəstək versələr, işğalçıya qarşı beynəlxalq hüququn prinsiplərindən irəli gələn addımlar atsalar, o zaman ölkəmizin təhlükəsizliyinə təhdid yaradan faktorlar aradan qalxa və “daha çox”ların da sərhədləri genişlənə bilər: “İndiki şəraitdə bizim üçün daxili sabitlik və təhlükəsizlik bütün digər vəzifələrdən öndə dayanır. Çünki qarşımızda torpaqlarımızı işğal altında saxlayan və işğalçılıq niyyəti bitib tükənməyən bir düşmən ölkə var. Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın Şuşanın işğalı ilə bağlı son açıqlamasında yer alan fikirlər də sübuta yetirir ki, işğalçı ölkə bir zaman ölkədəki siyasi qarşıdurmadan istifadə edərək, Qarabağı işğal edib və bu gün də eyni prosesin baş verməsini arzulayır. Əgər bu təhdid aradan qalxarsa və işğalçı geriyə otuzdurularsa, o zaman şübhə etmirəm ki, Azərbaycanın ”daha çox”ları ABŞ səfirinin nəinki qənaətinin, hətta təsəvvürlərinin sərhədlərini belə aşa bilər. Çünki torpaqları işğal altında olan bir ölkənin əldə etdiyi nailiyyətlər belə düşünməyə əsas verir”.
Dünyanı şoka salan fırıldaqçılıq – Hamı bu rus qızdan danışır (FOTOLAR)


Dünya mediası bu günlərdə “saxta milyonçu” ləqəbi ilə məşhurlaşan rusiyalı Anna Sorokindən danışır.

Buna səbəb onun film hekayələrindən fərqlənməyən fırıldaqçılığı və həyat tərzidir.

Belə ki, Moskvanın yoxsul səmtlərindən birində kamaz sürücüsünün qızı olaraq 1991-ci ildə doğulan Anna Sorokin 2012-ci ildə bir moda firmasında praktika keçmək üçün Nyu-Yorka gedib. O, 2013-cü ildə özünə yeni şəxsiyyət vəsiqəsi alıb və özünü 67 milyon dollarlıq sərvətin sahibi, neft milyonçusunun qızı Anna Delvi kimi tanıtmağa başlayıb.

Qlamur partilərdə görünüb, etibar qazanan Anna 2016-cı ildə Nyu-Yorkun gecəsi 400 dollar olan ən lüks otellərindən birinə yerləşib. Bu tarixdən etibarən, 10 ay ərzində milyoner kimi yaşayıb. Qaldığı oteldə ofisiantlara 100 dollar verərək, varlı şəxslərə onun haqda danışılmasını istəyib. Dost çevrəsini genişləndirən Anna İnstaqramda da özünə səhifə yaradaraq, lüks yaşam tərzi ilə diqqət çəkib.

Dünyanı şoka salan fırıldaqçılıq – Hamı bu rus qızdan danışır (FOTOLAR)


Bir müddət dostları ilə özəl yaxtada tətilə çıxıb. 35 min 400 dollarlıq yaxta məsrəfini isə ödəməyib. Eyni il Mərakeşdə gecəsi 7 min dollarlıq oteldə tətilə gedib. Lakin geri dönəndə qaytaracağını söz verərək, otelin 62 min dollarlıq xərclərini dostuna ödətdirib.

Onun etdikləri bununla da bitməyib. Sənət vəqfi quracağını deyərək, 22 milyon dollar kredit almaq istəyən Anna bu istəyinə də nail olub. O, daha sonra aldığı pulu geri qaytarmayıb.

Onu ələ verən isə yaxın dostu olub. Beləliklə, Anna 2017-ci ildə həbs edilib. ABŞ mediası bildirib ki, Sorokin 275 min dollarlıq fırıldaqçılıqda günahlandırılır.

Hekayəsi ilə dünya mediasının marağına səbəb olan Anna bir vəkillə müqavilə imzalayaraq, özünü müdafiə edərkən “Həyatımın filmində mənim obrazımı kimin oynayacağı düşünürəm” deyə, cümlələr işlədib.

Daha sonra məlum olub ki, Annanın vəkili onun həyatının ekranlaşdırılması üçün “Netflix” serial və film platforması isə anlaşıb.

Dünyanı şoka salan fırıldaqçılıq – Hamı bu rus qızdan danışır (FOTOLAR)


Ötən günlərdə Annanın 15 il müddətinə həbs olunmasının tələb olunduğu məhkəmə iclası keçirilib. Vəkili “Anna gənclik xətası edib. Nyu-Yorkun imkanlarından hər kəs faydalanmaq istəyir. Frenk Sinatra da istəmişdi. Hamımızın içində bir az Anna var. Ancaq hər şey əldə edənədək imiş” deyə, söyləyib.

Lakin məhkəmə qərarına əsasən, Sorokin 4 il həbs cəzası alıb. Həbsdə olduğu müddət hesablanarsa, o, bir neçə il sonra azadlığa çıxacaq. Çıxandan sonra isə vətəndaşı olduğu Almaniyaya göndəriləcək.


Bütün bu proseslər zamanı digər maraqlı məqam isə Annanın vəkili tərəfindən gətirilən geyimləri bəyənməməsi olub. O, buna görə bir dəfə məhkəməyə çıxmayıb. Hakim Diana Kisel iclas zamanı “Məhkəmə ilə podiumu qarışdırırsınız” deyə, Sorokinə deyib. Vəkili isə Annaya stilist tutmaq məcburiyyətində qalıb. Məhz, bundan sonra Anna bütün iclaslara dünyaca məşhur dizaynerlərin əl işi olan libaslarla ilə qatılıb.

Axşam.az
Paşinyanın Şuşa səfərinə XİN-dən reaksiya













Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal altındakı torpaqlarına səfərini şərh edib.

XİN-dən daxil olan məlumatda bildirilir ki, Ermənistan siyasi rəhbərliyinin hərbi işğal altında saxladığı Şuşa şəhərinə səfəri, bu xüsusda səsləndirilmiş bəyanatlar, eləcə də xarici işlər naziri də daxil olmaqla rəsmi Yerevanın səsləndirdiyi “Artsaxın azadlığının müdafiəsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli öhdəliyimizin əsasını təşkil edir” kimi fikirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar üçün çox yalnış ismarış olmaqla yanaşı, son görüşlərdə qəbul edilmiş birgə bəyanatlarda əks olunmuş əhalilərin sülhə hazırlanması çağırışı ilə kəskin ziddiyyət təşkil edir:

“Hadisələrin bundan sonrakı mümkün inkişafı ilə bağlı bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.

Bütün beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanıyır. Ermənistan rəhbərliyi nə qədər tez bu reallığı dərk edərsə və ilk növbədə öz əhalisini aldatmağa son qoyarsa, bir o qədər də tez bölgədə sülh, sabitlik və dayanıqlı inkişaf təmin olunar”.
CHP-li bələdiyyələrin məzəli seçki reklamları – FOTOLAR


Türkiyə Mərkəzi Seçki Komissiyasının (YSK) qərarı ilə İstanbulda Bələdiyyə başqanlığına seçkilər yenidən keçiriləcək.
YSK təkrar seçkini iyunun 23-nə təyin edib. Qalib gəlmiş Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlunu narahat edən əsas məqam odur ki, istirahətə gedənlər çox olacaq, seçkidə aktivlik aşağı düşəcək.

Bizimyol.info xəbər verir ki, CHP-nin qələbə qazandığı şəhər bələdiyyələri adamların təkrar seçkidə iştirakı üçün əlindən gələni edir. Həmin bələdiyyələr xeyli məzəli seçki çağırışları hazırlayıblar.

Ən məzəli reklam lövhələrindən birini Adana bələdiyyəsi ortaya çıxarıb. İyunun 23-də şəhərdə 150 dərəcə isti olacağını yazıblar.
CHP-li bələdiyyələrin məzəli seçki reklamları – FOTOLAR


Çeşme bələdiyyəsi insanları xəbərdar edib ki, həmin gün İstanbuldan fırtına gələcək, dənizə girmək məsləhət deyil.

CHP-li bələdiyyələrin məzəli seçki reklamları – FOTOLAR


Bozcaada bələdiyyəsi də məsələyə yaradıcı yanaşıb. Bu yay günündə sahillərə köpəkbalıqlarının hücum edəcəyini bildiriblər. Amma altda qeyd ediblər ki, İstanbulda səs verin, dəniz yırtıcısına yem olmayın.

CHP-li bələdiyyələrin məzəli seçki reklamları – FOTOLAR


Bodrum bələdiyyəsi iyunun 23-də qar yağacağını yazıb. Amma ertəsi gündən qonaqları gözləyəcəyini bildiriblər.

CHP-li bələdiyyələrin məzəli seçki reklamları – FOTOLAR


Muğla vilayətində yerləşən Datçada həmin gün çimərliklərin bağlı olacağını elan ediblər. Təbii ki, yenə zarafatla. Çünki orada da ertəsi gün tətilə çıxanların yolunu gözləyəcəklər

CHP-li bələdiyyələrin məzəli seçki reklamları – FOTOLAR


Kəpəz bələdiyyəsi də təxminən belə bir şey yazıb. Çimərliklər bağlı olacaq, İstanbuldan fırtına gəlir.

CHP-li bələdiyyələrin məzəli seçki reklamları – FOTOLAR


Edremit bələdiyyəsi bütün istanbullu qonaqları üçün xüsusi elan yerləşdirib. Burada istirahət mərkəzlərində abadlıq işləri görüləcəyi bildirilib.
CHP-li bələdiyyələrin məzəli seçki reklamları – FOTOLAR


Mersin bələdiyyəsi yazıb ki, iyunun 23-də şəhərdə nəfəs almaq mümkün olmayacaq, rütubət 90 faizə çatacaq. Beləcə də yazılıb: “İstanbullular isti yerə gəlməz dedilər, biz də xəbərdarlıq edək dedik”.

CHP-li bələdiyyələrin məzəli seçki reklamları – FOTOLAR


Boluda da Edremitdəki xəbərdarlığa bənzər lövhə hazırlayıblar. Əlavə ediblər ki, İstanbuldakı doğan günəşi iyunun 24-də Boluda izləmək tövsiyə olunur.

Ermənistanda yeni siyasətçilər və müxalif partiyalar yaranır. Bu da güclü siyasi qüvvənin meydana gəlməsinə gətirib çıxaracaq.

Axar.az xəbər verir ki, bunu “Röyter” agentliyinə açıqlamasında Ermənistanın eks-prezidenti Robert Köçəryan deyib. O, yeni müxalifətin işində iştiraka qatılmaq niyyətində olduğunu bildirib.

Onun sözlərinə görə, keçən il ölkədə baş verən etiraz aksiyaları cəmiyyətdə toplanan narazılıqlar və dəyişikliklərin olmaması ucbatından baş verib:

“Mən bunu inqilab adlandırmazdım. Ona görə də cəmiyyətdə aqressiyanın, hökumətdə isə diletantlıq və populizmin böyük pay sahibi olmasını istisna etsək, ölkədə heç bir dəyişiklik baş verməyib”.

ABŞ Venesuela sahillərinə tibbi gəmi göndərməyə qərar verib














Vaşinqtonda keçirilən konfransda çıxış edən ABŞ-ın vitse-prezidenti Mike Pens Ağ evin Venesuelada yaşanan böhranla əlaqədar hansı addımlar atacağı ilə əlaqədar açıqlama verib.

ONA “RİA Novosti”-yə istinadla xəbər verir ki, o, ABŞ donanmasına məxsus tibb gəmisinin bölgəyə göndəriləcəyini qeyd edib.

Pensin sözlərinə görə, prezident Trampın tapşırığına əsasən, iyun ayında “Comfort” gəmisi tibbi yardıma ehtiyacı olanlara köməklik məqsədilə Mərkəzi və Cənubi Amerika sahilləri istiqamətinə yan alacaq.

ABŞ vitse-prezidenti çıxışı zamanı bir daha Nikolas Maduronu istefa verməyə çağırıb: “Hakimiyyət başında olan Nikolas Maduro heç bir qanuni hüququ olmayan diktatordur və getməlidir”.

Amerikalı politoloq müxalifət lideri Juan Guaidonu dəstəkləyən, hazırda həbsdə olan general Manuel Kristof Fieqerin də tez bir zamanda azad olunması tələbini dilə gətirib.

Əlavə edib ki, rəsmi Vaşinqton əks halda Venesuelanın Ali Məhkəməsinə qarşı müvafiq sanksiyalar həyata keçirəcək.

“Əgər Venesuela Ali Məhkəməsi konstitusiyada təsbit olunmuş qanunun aliliyini təmin etməsə, ABŞ ədaləti bərpa etmək üçün müvafiq tədbirlər görəcək”, – vitse-prezident bildirib.

Amerikalı siyasətçi bir daha ABŞ-ın Venesuelaya qarşı bütün zəruri variantları nəzərdən keçirəcəyini təkrarlayıb.
İŞİD gizli fəaliyyətə keçir













Bu günə qədər bir neçə dəfə üzərində qalibiyyət elan edilən terror təşkilatı hələ də aktivdir; İŞİD niyə “Əl-Qaidə” yolu gedir?

2017-ci ilin noyabrında İraq, bu ilin 23 martında ABŞ, ötən gün Türkiyə dövlət başçısı, eləcə də İran, Suriya və daha bir neçə dövlət fərqli vaxtlarda İŞİD üzərində qələbə elan edib. Ancaq İŞİD hələ də fəaliyyətini davam etdirir.

Aprelin 29-da İŞİD lideri Əbu Bəkr əl-Bağdadi 5 ildən sonra videosunu yaydı. Ötən müddətdə 5 dəfə “öldü” xəbəri yayılan Bağdadi həm də düşmənlərinə hələ sağ olduğu və güclü olduğu mesajını verdi.

Qeyd edək ki, Suriyanın şimalında fəaliyyət göstərən “Suriya Demokratik Qüvvələri” koalisiyası və ABŞ koalisiyası bu ölkədəki İŞİD-in sonuncu iri yaşayış məntəqəsi olan Bağuz kəndini martın 23-də ələ keçirib. Bununla da İŞİD-in Suriyada sonuncu böyük yaşayış məntəqəsini itirdiyi və bununla da Suriyada müharibənin başa çatdığı elan olunub. Elə həmin gün ABŞ prezidenti İŞİD-in məğlub edildiyini bəyan edib.
İŞİD gizli fəaliyyətə keçir


Ələ keçirilən sonuncu yaşayış məntəqəsində 470 İŞİD terrorçusu olub. Ümumilikdə isə Bağuzdan 5 minə yaxın insan köçüb və bunların 3500 nəfərə yaxını SDQ qüvvələrinə təslim olub. Təslim olanlar koalisiyaya məxsus maşınlarla savaş bölgəsindən çıxarılır. O da bildirilir ki, sonuncu iki kəndin ələ keçirilməsindən sonra Suriyanın şərqində, daha dəqiqi, Fərat çayının şərq sahilində İŞİD-ə məxsus ərazi qalmayacaq.
İŞİD gizli fəaliyyətə keçir


İraq hökuməti 2017-ci ilin 22 noyabrında İŞİD-in bu ölkədə məğlubiyyətə uğradığını bəyan edib. Ancaq buna baxmayaraq, terror təşkilatı Anbar əyaləti və ölkənin şimal rayonlarında, eləcə də Bağdadda gizli şəkildə fəaliyyətini davam etdirir. Vaxtaşırı olaraq terrorçular əsasən hökumət qüvvələrinə qəfil hücumlar təşkil edirlər.

Ancaq məğlub edildiyi elan olunan İŞİD aprelin 21-də Şri-Lankada baş vermiş terrorun məsuliyyətini öz üzərinə götürdü. Aprelin sonuncu həftəsində isə İŞİD gözlənilmədən Suriya ordusuna hücum edərək 35 hərbçini qətlə yetirdi.Aprelin sonuncu günü isə İŞİD təşkilatın liderinin videosunu yayaraq həm ölüm xəbərlərinə cavab verdi, həm də məğlub olmadığını, hələ fəaliyyət göstərdiyi mesajını verdi. İŞİD indi 2014 və ya sonrakı illərdə olduğu kimi hansısa torpaq üzərində hakimiyyəti olmasa da, indi o, klassik terror təşkilatı kimi gizli fəaliyyət göstərir. 2018-ci ildə İŞİD-ə məxsus təbliğat səhifələri müxtəlif ölkələrdə həyata keçirilən 3670 terror hücumunun məsuliyyətini öz üzərinə götürüb.

1767 terror aktı, yəni ümumi terror hadisələrinin 48 faizi İraqda, 1124 hücum, yəni 31 faizi Suriyada həyata keçirilib. Yerdə qalan terror hücumlarının əksəriyyəti Əfqanıstan, Misir, Somali və Nigeriyada baş verib. Təbii ki, siyahıda Britaniya, Fransa və Almaniya kimi Avropa ölkələri də var.

Belə ki, 2018-ci ildə:

Əfqanıstanda – 316

Misir (Sinay yarımadasında) – 181

Somali – 73

Nigeriya – 44

Yəmən – 41

Filippin – 27 terror hücumu baş verib.

İndi ekspertlərə görə, İŞİD artıq torpaq üzərində hakimiyyəti olmayan terror təşkilatı kimi fəaliyyət göstərir, yəni 5 il əvvəl olduğu kimi ərazilər tutub dövlət elan etmir, “Əl-Qaidə” nin etdiyi kimi qəfil hücumlar həyata keçirir. Eyni zamanda bir sıra ölkələrdə yenidən təşkilatlanmağa çalışır. Bu, daha çox İraq və Suriyada müşahidə olunur. Məlum olduğu kimi, İŞİD 5 il əvvəl İraq və Suriyada 88 min kv.km əraziyə sahib idi, onun nəzarət etdiyi məntəqələrdə 8 milyona yaxın insan yaşayırdı.

Əbu Bəkr əl-Bağdadinin sonuncu videosu da göstərdi ki, İŞİD “Əl-Qaidə” kimi gizli terror təşkilatı fəaliyyətini davam etdirəcək. Bunu onun yaydığı videokadrlardan da görmək mümkün idi. Əl-Bağdadi Üsəma bin Laden kimi gizli otağında tərəfdarlarını toplayıb iclas keçirir, strategiyanı elan edir. Və bütün bunlar qapalı məkanda baş verir. Təbii ki, liderin arxasında bir də rus avtomatı var. Eynilə bin Laden və Zəvahiridə olduğu kimi. Bunun isə bir sadə izahı var: İŞİD “hekayəsi” hələ davam edəcək.(musavat.com)
 
“Boeing” şirkəti qəzalardan əvvəl problemlərdən xəbərdar olub














“Boeing” şirkəti “737 MAX” modellərinin proqram təminatında olan problemdən daha əvvəl xəbərdar olduğunu etiraf edib.

Modelin ilk satışı ediləndən sonra problem barədə məlumat əldə edilib, lakin bununla bağlı addım atılmayıb. Məsələnin təhlükəsizlik problemi yaratmadığı əsas gətirilib və həlli növbəti proqram təminatı yeniləməsi ilə həyata keçirmək planlaşdırılıb. Şirkət daha əvvəl “737 MAX” modelindəki siqnal sisteminin bütün təyyarələrdə işlək olmadığını açıqlamışdı.

2018-ci ildə “Lion Air” və bu ilin martında “Ethiopian Airlines”a məxsus “737 MAX” model təyyarəsi qəzaya uğrayıb və 346 nəfər həyatını itirib. Hər iki faciənin əsas səbəbi kimi siqnal sistemindəki problem göstərilib. (Qaynarinfo.az)
İstanbulda etiraz: İmamoğlu ilk açıqlamasını verib















Türkiyə Ali Seçki Qurumu (YSK) qərarı İstanbulda etirazla qarşılanıb. YSK-nın 11 üzvündən yeddisinin dəstəyi ilə verilmiş qərara əsasən, İstanbul bələdiyyəsi üzrə seçkilərin nəticələri ləğv olunub.

ONA Türkiyə KİV-inə istinadən xəbər verir ki, qərara etiraz olaraq yüzlərlə şəhər sakini gecə yarısı küçələrə çıxıb.

Qərarla bağlı münasibət bildirən CHP-nin İstanbul bələdiyyəsi üzrə seçkilərdə qalib gəlmiş namizədi Əkrəm İmamoğlu iftar süfrəsi üçün qonaq olduğu bir məclisdə “YSK-nın qərarını, rəsmi açıqlamanı gözləyəcəm, ondan sonra məni gözləyin” – deyə açıqlamasını verib.

Onun sözlərinə görə, yalnız bundan sonra məsələ ilə bağlı ətraflı danışacaq.

“Mən lap əvvəldən ən gözəl anlarımı şəhərin gözəl insanları ilə paylaşacağıma söz vermişəm. İstanbulun ən gözəl nöqtəsində sizlərə fikirlərimi anladacam, hər şey çox gözəl olacaq”, – Ə.İmamoğlu belə deyib.

O, həmçinin tərəfdarlarına ümidlərini itirməməyi də tövsiyə edib:

“Biriləri səhv edəcək, əskik edəcək, çox pis işlər görəcək, amma biz həmişə bərabər ümid bəsləyəcəyik. Hər şey çox gözəl olacaq”.

Ə.İmamoğlu seçki nəticələrinin ləğvinə görə YSK-nı da qınayıb:

“YSK-nı hər gün fərqli-fərqli etirazlarla, iddialarla təsir altına salmağa, təhdid etməyə çalışdılar. Mən Ali Seçki Qurumunu qınayıram. İndi YSK qərar çıxarır ki, nəticələrə edilmiş etiraza görə seçkilər yenidən keçirilsin. Eyni nəticələrlə keçən il prezident seçkiləri oldu, referendum keçirildi, konstitusiya dəyişdi. O zaman konstitusiya da şübhəlidir, digər seçkilər də? Bu millət bizi seçib”.
Yüz ilin dəhşətli layihəsi REALLAŞIR – Burada bir müsəlman belə qalmayacaq və…















“ABŞ prezidenti Donald Tramp, kürəkəni Kuşner, İsrailin baş naziri Binyamin Netanyahu və Birləşmiş Ərəb Əmirliklərinin iştirak etdiyi dördlük masasında bir layihə var. Bu layihənin adı “Yüz ilin anlaşması”dır”.

Publika.az xəbər verir ki, bu barədə türkiyəli yazar Taha Dağlı deyib.

Onun sözlərinə görə, bu layihənin təməli 2 il öncə Trampın Səudiyyə Ərəbistanı kralı və Misir prezidenti Sisi ilə qlobus ətrafında fotoobyektlərə poza verəndə atılmışdı: “Layihə Ramazan ayından sonra tamamlanacaq. Bunu Trampın yəhudi kürəkəni Cared Kuşner açıqladı”.

“Yüz ilin anlaşması” nədir?

Taha Dağlı yazır ki, bu planı qısa olaraq Fələstin torpaqlarında bir fələstinlinin belə qalmaması və böyük yəhudi dövlətinin qurulması, fələstinlilərə isə başqa ərazilərdə dövlətin qurulması adlandıra bilərik.

“İllərdir müzakirə olunan “iki dövlət” həll variantı artıq yoxdur. Yerinə “yeni dövlət” variantı var. Fələstinlilərə Qüds, Əl-Halil, Ramallah, Nablusdan uzaqda, səhranın ortasında yeni bir dövlət qurulacaq. Artıq yeni Fələstin dövlətinin xəritəsi də hazırlanıb. Qəzza və Qəzzanın cənubunda Misirə bağlı Sina çölündən ibarət olan bölgə fələstinlilərin yeni dövlətinin ərazisidir. İsrail, Misir və Birləşmiş Ərəb Əmirliyi fələstinlilərə yeni şəhərlərin inşa edilməsi ilə bağlı razılaşıb. Fələstin prezidenti Mahmud Abbasa bu layihəyə razılıq verməsi üçün 10 milyon dollar təklif edilib. Abbas “siyasi həyatım bitər” deyərək pulu rədd edib. Lakin bilir ki, son söz ona qalanda “bəli” deməkdən başqa çarəsi qalmayacaq. İordaniyanın bu layihəyə bəzi etirazları var, çünki yeni Fələstin dövlətinin qurulması üçün İordaniyadan torpaq alınacağı ehtimalı var. Əgər İordaniya problem yaradarsa, “ərəb baharı” ilə üzləşə bilər. Bununla bağlı hazırlıqlar tamamlanıb, vəzifə ərəb ölkələrində müəyyən qrupların rəhbəri olan Dahlana verilib”, – deyə türkiyəli yazar qeyd edib.

Onun sözlərinə görə, layihəyə yeganə etiraz edən qüvvə Qəzzadakı Həmasdır: “Həmas rəhbərləri ötən həftə Misir kəşfiyyatının dəvəti ilə Qahirədə səfərdə olublar və layihəyə etiraz ediblər. Heyət Qahirədən dönən kimi İsrail ordusu Qəzzanı bombalamağa başladı”.