Son xəbərlər

Məktəblər sentyabrın 15-nə qədər təxirə salınır?
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov dərslərin 2020-ci il 15 sentyabra qədər təxirə salınması xəbərlərinə münasibət bildirib.

Nazirlik rəsmisi bunun yalan məlumat olduğunu deyib.

“Bu, tamamilə həqiqətə uyğun olmayan xəbərdir.Nazirliyin gündəmində belə bir məsələ yoxdur”- deyə o, bilirib.

Qeyd edək ki, koronavirus təhlükəsi ilə əlaqədar martın 3-dən etibarən Azərbaycanın bütün təhsil müəssisələrində tədris dayandırılıb və tətil aprelin 20-dək davam edəcək.

Yeni il gecəsi Bakı metrosu 1 saat artıq işləyəcək - Report.az
Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısının alınması üzrə tibbi-profilaktik tədbirlər davam etdirilir. Buna baxmayaraq ölkə ərazisində infeksiyanın sürətlə yayılması müşahidə olunmaqdadır.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilir ki, ictimai nəqliyyatda müvafiq dezinfeksiya və digər qabaqlayıcı tədbirlər görülsə də, təbii havalandırma şəraiti olmadığından qapalı məkan kimi metro hazırda virusun yayılmasına əlverişli şərait yaradır.

Eyni zamanda Bakı metropolitenində sərnişinlər arasında sıxlıq və karantin rejimi tələblərinə əməl edilmədiyi də müşahidə olunmaqdadır.

Əhalinin sağlamlığının təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı Metropolitenində qatarların hərəkəti 31 mart 2020-ci il saat 22:00-dan 20 aprel 2020-ci il tarixinədək dayandırılır.

Bakı şəhərində sərnişindaşımaları müntəzəm və ekspress xətt avtobusları ilə həyata keçiriləcək.

Həm müntəzəm, həm də ekspress marşrut xətləri üzrə avtobuslararası interval sərnişin axınına uyğun tənzimlənəcək. Eyni zamanda, mümkün sərnişin sıxlığının qarşısını almaq məqsədi ilə ekspress xətlər üzrə ehtiyat avtobusların buraxılıb.

Bir daha vətəndaşları ciddi zərurət olmadığı halda evdən çıxmamağa, ictimai nəqliyyatda insanlar arasında ara məsafəsini gözləməyə, xüsusi karantin rejimi qaydalarına əməl etməyə çağırırıq.

SON DƏQİQƏ! Dövlət koronovirusa görə tələbələrə də pul verəcək
Koronavirus pandemiyası səbəbiylə Azərbaycan əhalisinin maddi vəziyyətinin dəstəklənməsi üçün hazırlanan sosial paketdə həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr də nəzərə alınacaq.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən məruzəsində deyib.

"Altıncı istiqamət olaraq əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket Sizə ayrıca təqdim ediləcək. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramının müzakirəsi gedir. Demək olar ki, bugünkü işlər bu mərhələdədir" - deyə nazir bildirib.

Krediti olanlara ŞAD XƏBƏR
Kredit ödənişlərində yarana biləcək çətinliklərin aradan qaldırılması üçün dövlət tərəfindən dəstək verilməsi planlaşdırılır. Özü də təkcə ev təsərrüfatları deyil, bəzi sahibkarların da kredit ödənişlərində çətinliklər yaranması proqnozlaşdırılır”.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

Onun sözlərinə görə, hazırda 15,5 milyard manatlıq kredit portfelinin 7 milyard manatı ev təsərrüfatlarına, 6,1 milyard manatı isə özəl sektora verilib:

"Xüsusən də, pandemiyadan daha çox zərərçəkmiş sahələrə – ticarət və xidmət sektoruna 2,4 milyard manat və nəqliyyat və rabitə sektoruna 1,2 milyard manat kredit verilib.

Dövlət mövcud kredit portfelinin dəstəklənməsi üzrə 1 milyard manat vəsait ayıracaq. Bu zaman da ziyan çəkən sahələr və kredit intizamı kimi kriteriyalar əsas götürüləcək.

Sahibkarlığın İnkişafı Fondu kreditlərə 10 faiz dəstək verəcək ki, bu da kredit faizinin əhəmiyyətli hissəsini əhatə edir. Çünki Azərbaycanda orta kredit faizi 14 faiz, hüquqi şəxslər üzrə 8,8 faiz və fiziki şəxslər üzrə 16,6 faiz təşkil edir.

Eyni zamanda yeni kreditlərə dəstək proqramı illik maksimum 15 faizlik kreditləri əhatə edəcək. Belə ki, bu kredit faizinin yarısını Sahibkarlığın İnkişafı Fondu ödəyəcək".

SON DƏQİQƏ! Rəsmən açıqlandı: 304 min muzdlu işçiyə pul veriləcək
“Hazırda dünya iqtisadiyyatı “donub”, tələb və təklif eyni vaxtda daralır, işsizlik artır, pandemiya bəşəriyyəti təhdid edir, səhm və əmtəə bazarları, xüsusən də neft qiymətləri çöküb”.

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Bunu Mərkəzin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, “McKenzie”nin hesablamalarına əsasən, bu il iqtisadi geriləmə dünyada 4,7%, Avrozonada 9,7%, Çində 2,7% və ABŞ-da 8,4% olacaq:

“Ən yaxşı halda dünya iqtisadiyyatı 2022-ci ilin üçüncü rübündə böhrandan əvvəlki həddinə çata biləcək. Bir sözlə, Nassem Talebin “Qara qu quşu” nəzəriyyəsinə uyğun olaraq koronavirus böhranını üç ay əvvələ qədər heç kim proqnozlaşdıra bilməmişdi, amma qısa müddətdə dünya XXI əsrin ən ağır böhranına qədəm qoydu. Azərbaycan öz iqtisadiyyatının 2017-ci ildən start götürən artım tempinin sürətlənməsi trendinin kuliminasiyaya doğru getdiyi bir vaxtda qlobal şoklarla üz-üzə qaldı. Azərbaycan hökuməti dünya iqtisadiyyatı yeni antirekordlara imza atdığı bir şəraitdə qlobal şokların və pandemiyanın nəticələri ilə mübarizə aparır”.

V. Qasımlı onu da bildirib ki, “Azərbaycanın antiböhran proqramı 2,5 mlrd. manat təşkil etməklə ÜDM-in 3,1%-ni təşkil edir. Müqayisə üçün deyək ki, Gürcüstan hökuməti 1 mlrd. lari dəyərində, yəni ÜDM-in 2%-i həcmində yardım paketi qəbul edib. Rusiya 300 mlrd. rubl civarında yardım paketi qəbul edib ki, bu da Rusiya ÜDM-nin 0,3%-ni təşkil edir. Türkiyə Cümhuriyyəti ÜDM-in 2%-ni təşkil edən 100 mlrd lirəlik yardım paketi açıqlayıb.

Qırğızıstanın ÜDM-in 1%-i həcmində, başqa sözlə desək 9,4 mln. ABŞ dolları, Özbəkistan isə 1 mlrd. dollar məbləğində və ya ÜDM-in 1,5%-i həcmində anti-böhran paketi qəbul edib. İspaniya ÜDM-in 0,7%-ni təşkil edən 8,9 mlrd. avroluq paket qəbul edib.

Göründüyü kimi, Azərbaycanın dəstək proqramı digər ölkələrlə müqayisədə kifayət qədər sanballı və miqyaslıdır”.

V. Qasımlı əlavə edib ki, qlobal şokların Azərbaycana təsirini azaltmaq üçün hökumətin dəstək proqramı zərərçəkən 4 sektoru və 20 fəaliyyət istiqamətini əhatə edəcək. İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi qrupu sahələrin zərər çəkməsini üç dərəcədə qiymətləndirib: ən çox, əhəmiyyətli və minimal ziyan çəkən sahələr:

“Belə yanaşma dəstək proqramının ədalətliliyi və ünvanlılığı, habelə resursların səmərəli istifadəsi baxımından əhəmiyyətlidir. Bu çərçivədə 9 proqram layihəsi işlənilir. İlk növbədə 44 min sahibkarı və 304 min muzdlu işçini əhatə edən proqramı qeyd etmək lazımdır.

Nəzərə almaq lazımdır ki, Azərbaycanda 1,6 milyona yaxın muzdlu işçinin 915 min nəfəri onsuz da dövlət və neft sektorunda çalışdığından müntəzəm qaydada maaşını alır. Yerdə qalan 640 min muzdlu işçinin 304 min nəfərinin maaşına dövlət dəstək verəcək. Burada fəaliyyət sahəsinin çəkdiyi ziyanın dərəcəsinə uyğun olaraq sahibkarlıq subyektinin əmək haqqı fondu dövlət tərəfindən dəstəklənəcək. Əlbəttə, bu zaman əsas meyar 712 manat səviyyəsində olan orta əmək haqqı səviyyəsidir”.  

Mərkəzin rəhbəri onu da qeyd edib ki, eyni zamanda 290 min mikro sahibkarlar dövlət dəstəyindən yararlanacaqlar. Bu zaman da onların 2019-cu ildə ödədikləri vergi həcmi əsas götürüləcək. Vergi güzəştləri və vergi tətilləri və ipoteka kreditlərinə dəstək verilməsi üzrə dövlət proqramları da işlənilib.

“Hazırda qlobal şokların təsiri altında kredit ödənişlərində yarana biləcək çətinliklərin aradan qaldırılması üçün dövlət tərəfindən dəstək verilməsi planlaşdırılır. Özü də təkcə ev təsərrüfatları deyil, bəzi sahibkarların da kredit ödənişlərində çətinliklər yaranması proqnozlaşdırılır. Hazırda 15,5 mlrd. manatlıq kredit portfelinin 7 mlrd. manatı ev təsərrüfatlarına, 6,1 mlrd. manatı isə özəl sektora verilib. Xüsusən də, pandemiyadan daha çox zərərçəkmiş sahələrə – ticarət və xidmət sektoruna 2,4 mlrd. manat və nəqliyyat və rabitə sektoruna 1,2 mlrd. manat kredit verilib. Dövlət mövcud kredit portfelinin dəstəklənməsi üzrə 1 mlrd. manat vəsait ayıracaq. Bu zaman da ziyan çəkən sahələr və kredit intizamı kimi meyarlar əsas götürüləcək. Sahibkarlığın İnkişafı Fondu kreditlərə 10% dəstək verəcək ki, bu da kredit faizinin əhəmiyyətli hissəsini əhatə edir. Çünki Azərbaycanda orta kredit faizi 14%, hüquqi şəxslər üzrə 8,8% və fiziki şəxslər üzrə 16,6% təşkil edir. Eyni zamanda yeni kreditlərə dəstək proqramı illik maksimum 15%-lik kreditləri əhatə edəcək. Belə ki, bu kredit faizinin yarısını Sahibkarlığın İnkişafı Fondu ödəyəcək”, - deyə V. Qasımlı bildirib.

O həmçinin qeyd edib ki, dövlətin dəstək proqramları çərçivəsində kommunal xidmətlərin limiti artırılacaq və sərnişindaşımada sistem əhəmiyyətli müəssisələr - AZAL, BNA, "Bakı Metropoliteni", "Azərbaycan Dəmir Yolları" və s. qurumlara da dəstək veriləcək: “Bundan başqa dövlət sosial proqramların əhatə dairəsini genişləndirəcək və aztəminatlı insanlarımıza dəstək veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyi ilə İşçi qrupu da bu yaxınlarda müvafiq təkliflərini təqdim edəcək. Beləliklə, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqillik tarixinin ən böyük iqtisadi dəstək proqramı həyata keçirilir. Belə sistemli dəstək proqramı son 100 ilin ən miqyaslı pandemiyasının ölkəmizə təsirini minimuma endirəcək və ölkəmizi post-korona dövrünə daha yaxşı hazırlayacaq. Dövlət proqramları vasitəsilə həm tələb, həm də təklif dəstəklənəcək və makroiqtisadi sabitlik qorunacaq. Bu günlərdə xüsusi karantin qaydalarına daha ciddi əməl etməliyik. Çünki iqtisadi itkiləri bərpa edə biləcəyik, amma sağlamlığı və insan həyatını qaytarmaq olmayacaq. Azərbaycan dövləti üçün əsas vətəndaş və onun layiqli həyatıdır”.

SON DƏQİQƏ! Rəsmən açıqlandı
"Bu dövrdə günəmuzd işləyən imkansız vətəndaşlarımız var. Onlar heç də narahat olmasınlar".

Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Qurum rəsmisi sosial müdafiə ilə bağlı paketin müzakirəsinin son mərhələsidir:

"Bu kateqoriyadan olan vətəndaşlar dövlətin himayəsindədirlər. Düşünməsinlər ki, dövlət onları unudub. Bu paket elan ediləcək"

Bakı bulvarı - Vikipediya
Ölkədə həyata keçirilən sosial izolyasiya tədbirləri ilə əlaqədar bütün parklara giriş məhdudlaşdırılıb.

 Xezerxeber.az məlumat verir ki, küçələrdə olan vətəndaşlar da yalnız zəruri hallarda evdən çıxdıqlarını deyirlər. Əksəriyyəti isə qayda və tövsiyələrə əməl edirlər.

İnsanların adətən gur olduqları yerlərdə də eyni mənzərə yaşanır. Kafe, restoran və həyati əhəmiyyəti olmayan digər iaşə obyektləri bağlı olduğundan mərkəzi küçələr boş qalıb.

Qeyd edək ki, sosial izolyasiya tədbirləri qarşıdakı aprel ayı boyunca da davam etdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Karantin dövründə hansı obyektlər işləyəcək?
Daxili İşlər Nazirliyi (DİN) xüsusi karantin rejimi dövründə hansı obyektlərin işləyəcəyini açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, xüsusi karantin rejimi dövründə əhalinin sağlamlığını qorumaq məqsədi ilə respublika ərazisində, o cümlədən paytaxt Bakıda bəzi obyektlərin fəaliyyəti dayandırılır, bir sıra obyektlər isə fəaliyyətlərini davam etdirirlər.

E.Zahidov qeyd edib ki, vətəndaşları ən çox maraqlandıran - bərbərxana və gözəllik salonlarının fəaliyyəti dayandırılır: “Avtoyuma məntəqələri, avtomobil təmiri sexləri, avtomobil ehtiyat hissələrinin satışı mağazaları, tikinti materiallarının satışı mağazaları, kimyəvi və quru təmizləmə məntəqələri, mal-qara yemi satılan mağazalar, Zoomağazaların fəaliyyətində isə heç bir məhdudiyyət yoxdur”.

DİN rəsmisi vətəndaşların şəxsi nəqliyyat vasitələrindən istifadəsinə qadağa qoyulması barədə yayılan məlumatlara da münasibət bildirib. Qeyd edib ki, şəxsi nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması ilə bağlı yayılan məlumatlar yalandır: “Şəxsi avtomobillərin hərəkətinə heç bir məhdudiyyət qoyulmayıb. Bununla belə tövsiyə olunur ki, ciddi zərurət olmadan lüzumsuz yerə nəqliyyatdan istifadə olunmasın. Avtomobil sahibləri və sürücülər yol hərəkəti və rejim qaydalarına ciddi riayət eləsinlər”.

İşlə bağlı küçəyə çıxmalı olan vətəndaşlar haqda açıqlama


“Təbii ki, işləyən insanları hamı başa düşür. Kimlərə ki, icazə verilib, onların işləməsi vacibdir. Həyati əhəmiyyətli müəssisələrdə çalışır, onların işləməsində problem yoxdur”.

Qafqazinfo xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov REAL TV-nin efirində deyib. O qeyd edib ki, nümunəvi addım kimi bir çox dövlət qurumları əmək haqqı ödəməklə işçilərini məzuniyyətə buraxıb:

“İstehsal müəssisələri və yük daşımalarının fəaliyyətinə məhdudiyyət qoyulmayıb. Söhbət insanların fərdi məsuliyyətindən gedir. Ancaq insanlar xüsusi karantin rejiminin qaydalarına əməl etməyə meyilli deyil. Ehtiyac olmadığı hallarda da küçəyə çıxır, bir yerdə toplaşırlar.

Qaydaları sərtləşdirmək olar, ancaq Operativ Qərargah güman edir ki, insanlar real situasiyanı gördükcə fərdi məsuliyyətlərini dərk edəcək”.

İ. Məmmədov onu da vurğulayıb ki, hökumət qaydaları daha da sərtləşdirməyə hazırdır: “Hətta fövqəladə halın tətbiqinə qədər istisna olunmur”.