8103-ə göndərilən SMS-lərin xərcini dövlət çəkəcək
SMS-lər üçün operatorlara ödənilməsi nəzərdə tutulan vəsait dövlət hesabına ödəniləcək.

Bunu Azərbaycan Televiziyasında (AzTV) "Hədəf" verilişinin qonağı olan Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev edib ki, yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə göndərilən SMS-lər görə ödənişsiz olacaq.

Onun sözlərinə görə, SMS-lərə cavablar gecikdiyi təqdirdə çaşqınlıq yaratmaq lazım deyil. Vətəndaşlar səbrlə müraciətlərinə cavab gözləməlidirlər.

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək aşağıdakı qaydada tətbiqi ilə bağlı qərar alınıb.

Azərbaycanın bütün bölgələrində koronavirusa yoluxma var
Elə etmək lazımdır ki, xəstəxanalara xəstə tədricən düşsün ki, hamıya kömək edə bilək".

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

O, koronavirusun bütün ölkədə yayıldığını söyləyib: "İndi Azərbaycanın bütün bölgələrində yoluxma var. Vəziyyətə, hər günə uyğun yeni qərarlar ola bilər".

İbrahim Məmmədovdan fövqəladə vəziyyət AÇIQLAMASI
“Artıq koronavirusa yoluxma halları artır”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, yoluxmanın sürəti sağalmanı dəfələrlə üstələyir: “Cəmi 26 nəfər sağalıb. Bu fərqin artması pis tendensiyadır. Vəziyyətin nəzarətdən çıxdığı deyilmir. Bu tendensiya davam edərsə, vəziyyət mürəkkəbləşərsə, fövqəladə vəziyyətin elan olunması istisna edilmir. Hökumət bütün planlara malikdir. Amma arzu ediləndir ki, buna ehtiyac olmasın”.

Evdən çıxan vətəndaşlar SMS-lə icazə alacaq
“Vətəndaşların evdən çıxması ilə bağlı qadağaya ciddi riayət olunması üçün bu kimi məsələlər artıq öz həllini tapıb. Yaxın zamanlarda bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Oxu.az məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev bildirib.

Onun sözlərinə görə, hər bir vətəndaşın hərəkətləri polis əməkdaşlarında olan elektron cihazlar vasitəsilə izləniləcək: 

“Yəni vətəndaş evdən çıxarkən müəyyən nömrəyə zəng etməklə və ya SMS göndərməklə evdən çıxmasının səbəbini izah edəcək. Məlumatı qəbul edən qurum bunu bütün polis orqanlarında olan planşetlərə ötürəcək.

Əhali küçədə saxlanılarkən polis əməkdaşları həmin planşetə baxaraq, vətəndaşın evdən çıxmasına icazənin verilib-verilməməsini müəyyənləşdirəcək”.

Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov qeyd edib ki, bu barədə yaxın saatlarda sərəncam veriləcək.

SON DƏQİQƏ: Bu taksi sürücüləri cərimələnəcək
“Taksiyə 2 nəfərdən artıq sərnişin götürən sürücü cərimə ediləcək”.

Bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev deyib.

Baqişev bildirib ki, taksiyə 4 nəfərin götürülməsi yolverilməzdir: “İnsanlar ictimai nəqliyyatdan istifadə edərkən məsafə saxlamalıdırlar. Bu, taksilərə də aiddir”.

O həmçinin qeyd edib ki, maşınların salonlarının dizenfeksiya edilməsi məsləhət görülür: "Əgər qaydaları pozan şəxs olsa onlar barədə müvafiq tədbirlər görüləcək".

Brifinqdə çıxış edən Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli isə əlavə edib ki, bu günə qədər taksi kimi fəaliyyət göstərən 12 minə yaxın nəqliyyat vasitəsi dezinfeksiya olunub.

File:180 manat - 01.03.2019-cu ildən minimum aylıq əməkhaqqı.jpg ...
"Prezident İqtisadiyyat naziri Mikayıl Cabbarovu tələsdirdi ki, bu həftədən ziyanlarla bağlı ödəmələr başlasın. Krediti olan müştərilərin vəziyyətini yaxşılaşdırarkən banka əmanət qoyanların və bankların vəziyyətini pisləşdirməməliyik".

Report" xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, bankın iş zəncirinə zərbə vurmamağa, onların müflisləşməməsinə çalışılmalıdır:

"Bununla bağlı məsələlər demək olar ki, son mərhələdədir, sənədlər hazırlanır, yaxın günlərdə həllini tapacaq. Əhaliyə dəyən zərərin minimallaşdırılması üçün Prezident tərəfindən tapşırıq verilib".
Sürücülərə xəbər var
İcarə və istifadə hüququ ilə malik olduqları nəqliyyat vasitələri ilə sərnişin və yük daşıyanlar daşıyıcı sayılacaq.

Bununla əlaqədar “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklik təklif edilir.

 Qüvvədə olan qanuna görə, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsindəki daşıyıcı daşınma müqaviləsi və ya digər qanuni əsaslarla sərnişin və yük daşımalarını yerinə yetirən hüquqi şəxs və ya fərdi sahibkardır. Dəyişikliyə əsasən,  avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsindəki daşıyıcı daşınma müqaviləsi və ya digər qanuni əsaslarla  haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar olacaq.

Daşıyıcı anlayışına yeni yanaşma ilə əlaqədar avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində lisenziyalaşdırmanın şərtlərinə də dəyişiklik edilir. İndiyə qədər bu şərtlərdən biri hüquqi şəxsin və ya fərdi sahibkarın mülkiyyət hüququ və ya digər qanuni əsaslarla təyinatına, konstruksiyasına, habelə daxili və xarici avadanlıqla təchizatına görə yük və sərnişin daşımalarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş və qanunvericiliklə müəyyən edilmiş qaydada yol hərəkətinə buraxılmış Azərbaycan Respublikasının dövlət standartları ilə müəyyən edilmiş tələblərə cavab verən avtonəqliyyat vasitələrinə malik olmasıdır. Dəyişikliyə əsasən, bu şərt yeni redaksiyada verilir. Başqa sözlə, hüquqi şəxsin və ya fərdi sahibkarın mülkiyyət, icarə və ya istifadə hüququ ilə təyinatına, konstruksiyasına, habelə daxili və xarici avadanlıqla təchizatına görə yük və sərnişin daşımalarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş və qanunvericiliklə müəyyən edilmiş qaydada yol hərəkətinə buraxılmış Azərbaycan Respublikasının dövlət standartları ilə müəyyən edilmiş tələblərə cavab verən avtonəqliyyat vasitələrinə malik olması şərt sayılacaq.

Muvafiq olaraq avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına xüsusi razılıq (lisenziya) almaq üçün hüquqi şəxs və ya fərdi sahibkar tərəfindən lisenziya verən dövlət orqanına mülkiyyətində, icarəsində və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin ümumi və növlər üzrə sayı haqqında məlumat təqdim etməlidir.

 

İndiyə qədər müqavilənin tərəfləri avtomobil nəqliyyatı ilə daşımalarla bağlı məhkəmədə iddia qaldırmazdan əvvəl “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” və “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları” ilə müəyyən edilmiş qaydada və müddətlərdə pretenziya verməli idilər. Təklif edilən dəyişikliyə əsasən, bu sıraya Mülki Məcəllənin 861-ci maddəsi əlavə edilir. Beləliklə, müqavilənin tərəfləri avtomobil nəqliyyatı ilə daşımalarla bağlı məhkəmədə iddia qaldırmazdan əvvəl Mülki Məcəllənin 861-ci maddəsi,  “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” və “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları” ilə müəyyən edilmiş qaydada və müddətlərdə pretenziya verməlidirlər.

Qeyd edək ki, Mülki Məcəllənin 861-ci maddəsinə əsasən, daşıyıcıya qarşı iddialar müddətin keçməsinə görə bir ildən sonra, yəni yükün məhv olduğu, itirildiyi və ya gecikdirildiyi təqdirdə çatdırmanın həyata keçirilməli olduğu gündən, yük zədələndikdə isə onun yük alana verildiyi gündən qüvvəsini itirir. etiraz qaydasında yük alan və ya yük göndərən istənilən vaxt öz pretenziyalarını irəli sürə bilərlər, bu şərtlə ki, onlar bir illik müddət ərzində reklamasiya haqqında öz tələblərini bildirmiş olsunlar və iddia yükün qəbul edilməsi nəticəsində qüvvəsini itirməsin. Daşıyıcının qəsdi və kobud ehtiyatsızlığı halları istisna təşkil edir. Ekspeditora qarşı yaranan tələblər üzrə iddia müddəti iddia qaldırmaq hüququ yarandığı andan bir il təşkil edir. Ekspeditora qarşı iddia qaldırılmazdan əvvəl ona yazılı formada pretenziya verilməsi məcburidir. Pretenziya iddia müddəti ərzində verilə bilər. Ekspeditor pretenziyanı rədd etdikdə və ya qismən qəbul etdikdə, yaxud 30 gün müddətində pretenziyaya cavab vermədikdə, ona qarşı məhkəmədə iddia qaldırıla bilər.

Sürücülərə ŞAD XƏBƏR
Xüsusi karantin rejimində avtomaşınının texniki baxış müddəti bitən sürücülərə güzəşt olunacaq.

Bunu açıqlamasında BDYPİ-nin şöbəri rəisi Kamran Əliyev bildirib.

Şöbə rəisi bildirib ki, avtomaşınının texniki baxış müddəti bitən sürücüləri karantin rejimi vaxtında yollarda quraşdırılan xüsusi texniki avadanlıqlar qeydə almayacaq. Həmin müddətdə sürücülərə güzəşt olunacaq.



22.12.2017-ci il tarixdə criminal.az saytında “Gündəlik Bakı” qəzetinin baş redaktoru, uzun illər Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxlərinin himayəsi altında rəsmi qeydiyyatda olan agent kimi müxtəlif məmurları, sahibkarları, iş adamlarını şantaj edərək onların barələrində intim videolarını yayacağı ilə hədələyərək külli miqdarda pullarını almaqda ittiham olunan Habil Vəliyevin 4 il müddətinə həbs edilməsinin görüntüləri yayımlanmışdır. (https://criminal.az/cahangir-haciyev-60-milyonu-dubaya-nece-turdu-mehkemede-sok-etiraflar/test/)

Uzun müddət etdiyi dələduzluqlara, cinayət əməllərinə və “reket” fəaliyyətinə görə həbs olunmuş “Gündəlik Bakı” qəzetinin keçmiş baş redaktoru Vəliyev Habil Allahverdi oğlunun hazırkı fəaliyyəti barəsində bildirmək istəyirəm. Belə ki, 4 illik həbsdən yenicə çıxmasına baxmayaraq, yenə də o öz çirkin, şantaj və böhtan xarakterli cinayət əməllərini bu gün də davam etdirməklə məşğuldur.
Qeyd edək ki, keçmiş MTN-nin həbsdə olan əməkdaşı Akif Çovdarovun 1 nömrəli rəsmi agenti kimi Habil Vəliyevin qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə özünə yaxın gənc qız və qadınları tanınmış iş adamları və vəzifəli şəxslərlə görüşdürüb münasibətlərinin gizli intim videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq özünün mətbu orqanlarında anons dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb etməsini özünə peşə seçməsi, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan aylıq haqq toplanılması barədə daxil olmuş müraciətlər Dövlət Təhlükəsizlik Xidmətində araşdırılarkən sadalanan faktlar tam öz təsdiqini tapmış, Cinayət Məcəlləsinin 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilinərək bu ciddi məsələlərlə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdir.
Ona bu işlərində yaxından köməklik göstərən Habil Vəliyevin qardaşı oğlu Xəyyam Vəliyev böhtan atdığına, şantaj və dələduzluq etdiyinə və ayrı-ayrı çoxsaylı şəxslərdən aldadıb külli miqdarda pul aldığına, hakimiyyət nümayəndəsinə və polisə müqavimət göstərərək söyüşlər işlətməklə zor tətbiq etməsinə görə ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmənin hökmü ilə 27.02.2017-ci il tarixdə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bu şəxs əmisi Habil Vəliyevin cangüdəni kimi qanunsuz silah gəzdirməklə onun göstərişlərinə əsasən ayrı-ayrı şəxslərə böhtan atıb hədə-qorxu gələrək külli miqdarda pul alıb mənimsəmişdir. Əmisi Habil Vəliyevin cinayət əməllərini məhkəmədə öz üzərinə götürən Xəyyam Vəliyev 10 il həbs cəzası aldıqdan bir müddət sonra türmədən yazaraq əmisi Habil Vəliyevi günahlandırmış, onu aldatması barədə açıqlamalar verərək ifşa etmişdir.
Azərbaycan dövlətindən, iqtidardan müxalifətçi kimi qisas alacağına and içmiş, həbsxanadan çıxan Habil Vəliyev hazırda Azərbaycan iqtidarı əleyhinə çirkin kampaniya aparır, yaxın münasibətdə olduğu müxalifətçilərlə birgə hər gün Azərbaycan hakimiyyətini, iqtidarda olan ayrı-ayrı vəzifəli şəxsləri əsassız böhtanlarla ləkələyir, öz saytları ilə ictimaiyyətə gündəlik informasiyalar ötürməklə məşğuldur.
Çox ciddi və maraq doğuran faktlardan biri də budur ki, hazırda o 1994-cü il təvəllüdlü öz oğlu Vəliyev Allahverdi Habil oğlunun adı altında şəxsən özü yeni saytlar yaradaraq, belə ki, özünün sabah-news.com, gundelik-baku.com, bakisesi.com, bakupress.az, bakitv.az saytları vasitəsi ilə əvvəllər olduğu kimi indi də dövlətçiliyimiz və iqtidarda olan məmurlar, icra başçıları, ayrı-ayrı vəzifəli şəxslər barəsində onları hədələməklə nüfuzdan salmaq istəyən böhtan, qərəzli və əsassız informasiyalar dərc edir.
Oğlu Allahverdi Vəliyev indi Vəlizadə soyadı ilə yuxarıda adları çəkilən saytların baş redaktoru kimi göstərilsə də, əslində həmin saytlar atası “türemşik” Habil Vəliyev tərəfindən idarə olunur. Əgər həmin saytlarda göstərilən 0502011260; 0517269797 əlaqə nömrələri yoxlansa, tam aydınlaşacaqdır ki, bu nömrələr şəxsən Habil Vəliyevə məxsusdur.
Bir hadisəni də qeyd edim. Həbsindən əvvəl Habil Vəliyev Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində oxuyarkən qovulan oğlu Vəliyev Allahverdi Habil oğlu ilə birgə tşkil etdikləri yaxın qız qohumunu BDU-nun sabiq rektoru Abel Məhərrəmovun qəbuluna salaraq bu qıza rektorun guya sataşması barədə hədə-qorxu gələrək özünün mətbuat orqanında geniş məqalə dərc edəcəyi ilə rektoru şantaj etmişdir. Bu süni münaqişənin nəticəsində isə oğlu Allahverdi Vəliyevin kitabxanaçılıq fakültəsinə bərpa etdirərək və hüquq fakültəsinə köçürülməsinə nail olmuşdur. Bununla kifayətlənməyən Habil Vəliyev sonra Universitetinin rektoru Abel Məhərrəmovdan qızın valideynlərinin adından külli miqdarda pul tələb etmişdir. Bu fakt yoxlanıldıqda Abel Məhərrəmovun özü də ona qarşı törədilmiş bu şantaj hadisəsini təsdiq edəcəkdir. Abel Məhərrəmovdan tələb etdiyi pulu ala bilməyən Habil Vəliyev bu şantaj işi ilə bağlı qabaqcadan təşkil etdiyi telefon danışıqlarının səs yazılarını və video görüntüləri MTN-nə vermişdir.
Cinayətkar Habil Vəliyevi həbs edərkən hüquq-mühafizə orqanları tərəfindən ofisindən və evindən götürülən çoxsaylı montaj olunmuş şantaj, böhtan xarakterli materiallar Bakı Ağır Cinayətlər Məhkəməsində baxılaraq onun cinayət əməlləri tam öz təsdiqini tapmışdır. Lakin məhkəmə prosesi gedən zaman məcburi köçkün atası və çoxuşaqlı medallı anasının ağır xəstə olmaları barədə arayışlar təqdim etməklə, habelə özünün də ağır xəstə - psix, ruhi xəstə olması barədə arayış təqdim etməklə, bu ağır cinayət əməllərindən yayındırılaraq 4 il həbs cəzası almışdır. Halbuki ona 10 ildən yuxarı həbs cəzası verilməsi üçün dövlət ittihamçısı vəsatət qaldırmışdı...
Habil Vəliyevin böhtan atdığı və şantaj etdiyi çoxsaylı vətəndaşların müraciətlərinə ayrı-ayrılıqda müxtəlif vaxtlarda Bakı şəhər Yasamal rayon Məhkəməsinin hakimləri – hakim Xəqani Tağıyev, hakim Anar Rzayev, hakim Azər Tağıyev, hakim Hüseyn Səfərov, hakim İlahə Abbasova, hakim Şəlalə Məhərrəmova, hakim Ayaz Məmmədov və nəhayət şəxsən Yasamal Rayon Məhkəmənin keçmiş sədri (hazırda Bakı şəhəri Nizami rayon Məhkəməsinin sədri) Ələddin Cəfərov tərəfindən baxılmış, onun bu qanunazidd və cinayət xarakterli əməlləri çoxsaylı məhkəmə qərarları ilə sübuta yetirilmişdir. Lakin keçmiş MTN-nin hazırda həbsdə olan generalı Akif Çovdarovun və mərhum müğənni İlhamə Quliyevanın yaxın köməkliyi və müdaxiləsi ilə Habil Vəliyev hər zaman məhkəmə və hüquq-mühafizə orqanlarında məsuliyyətdən dəfələrlə yayınmışdır. Bu qeyd olunan faktlar adları yuxarıda göstərilən hakimlərdən və hazırda Bakı şəhəri Nizami rayon Məhkəməsinin sədri işləyən şəxsən Ələddin Cəfərovdan soruşularsa, öz təsdiqini tapacaqdır.
Dövlətçilik əleyhinə və iqtidarda olan nüfuzlu vəzifəli şəxslər barədə özünün şəxsi “Gündəlik Bakı” və “Yeni Əkinçi”qəzetlərində sensasion məqalələrlə hədə-qorxu gəlib şantaj, böhtan dolu yazılar dərc etməklə Habil Vəliyev külli miqdarda pul toplayaraq varlanmışdır. Habil Vəliyevin cinayət əməlləri barəsində məhkəmənin çoxsaylı qərar və hökmləri bunu tam təsdiqləyir.
Bu yaxınlarda həbsdən çıxan Habil Vəliyev öz çirkin əməllərini davam etdirmək üçün yeni saytlar açaraq – sabah-news.com, gundelik-baku.com, bakisesi.com, bakupress.az, bakitv.az vasitəsilə yerli icra hakimiyyətinin başçılarının, ayrı-ayrı vəzifəli şəxslərin və iş adamlarının ünvanına əsassız, böhtan dolu yazılar dərc edir. Bu saytlar yoxlanılarsa, “türemşik” Habil Vəliyevin öz saytlarında yazdıqlarının əsasızlığı və şantaj olması tam təsdiqini tapacaqdır.
Ölkədə fəaliyyət göstərən ədalətli və obyektiv, haqq-ədalət sözünü doğru-düzgün yazan media mənsublarından, kütləvi informasiya vasitələrindən, hüquq-mühafizə orqanlarının rəhbərlərindən qeyd edilənləri nəzərə alıb Habil Vəliyevin qanunazidd, cinayət əməllərinin yenidən davam etməsinin qarşısının alması üçün bu barədə onunla bağlı qanunamüvafiq, təxirəsalınmaz tədbirlər görülməlidir.
Kütləvi informasiya vasitələrindən Habil Vəliyevlə bağlı yazdıqlarımın dərcini xahiş edirəm. Əminəm ki, köhnə cinayət əməllərini bu gün dolayı yollarla davam etdirən “türemşik” Habil Vəliyev bügünkü yazdıqlarına görə də – inanın ki, – tezliklə məhkəmə qarşısında yenidən cavab verəcəkdir.

Elmar Əliyev – Vüqarlı
Gəncə şəhər, Mehrablı küçəsi, ev 4,
Tel : 055-803-03-17
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Prezident təqaüdçüsü

ŞAD XƏBƏR: Əhaliyə elektrik enerjisi ilə bağlı gözlənilən QƏRAR VERİLDİ
Azərbaycanda əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limiti 100 kVt/saat artırılır.

Bu, Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamına əsasən hazırlanmış elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərə dəstək proqramında öz əksini tapıb.

Beləliklə, elektrik enerjisindən güzəştli istifadə limiti 300 kVt/saatdan 400 kVt/saata çatdırılır.