Karantini pozaraq cərimələnən sürücülərin sayı açıqlandı
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 12.04.2020-ci il saat 00:00-dan 13.04.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

 BDYPİ-nin məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 12.04.2020-ci il saat 00:00-dan 13.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 503 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 16 483 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Bu şəxslər də 190 AZN yardım üçün ayrıca müraciət edə bilərlər
190 manat məbləğində birdəfəlik ödəməni almaq istəyən ayrı-ayrı insanlar bizə müraciət edirlər ki, məşğulluq mərkəzləri zənglərə cavab vermir. Xeyr, bu, belə deyil, məşğulluq mərkəzləri bütün telefon zənglərinə cavab verir. Ancaq vətəndaşların müraciətləri çox olduğundan telefonlar məşğul ola bilər. Buna görə də vətəndaşlar məşğulluq mərkəzlərinə çox tez-tez zəng etsinlər.

Trend xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyev deyib.

C.Quliyev sistemdə yüklənmənin baş verməsi səbəbindən bir neçə gün əvvəl qrafiklə müraciət edilmənin tətbiq edildiyini, lakin artıq bu məhdudiyyətin aradan götürüldüyünü söyləyib:

“Hazırda hər bir vətəndaş həm onlayn qaydada, həm də yerli məşğulluq mərkəzlərinə müraciət edə bilər. Birdəfəlik ödəməni almaq istəyən işsiz şəxslərin qeydiyyatı bütün rayon məşğulluq mərkəzləri tərəfindən aparılır. Belə şəxslər eyni zamanda e-sosial.gov.az saytında onlayn qeydiyyatdan keçməklə müraciət edə bilərlər”.

C.Quliyev qeyd edib ki, birdəfəlik ödəmə yalnız heç bir gəliri olmayan, dövlətdən heç bir maliyyə vəsaiti almayan ailələrə verilir:

“Ailə dedikdə ər-arvad və onların yetkinlik yaşına çatmayan uşaqları nəzərdə tutulur. Əgər eyni ailədə ər-arvadın valideynləri varsa, onlar artıq ayrı bir ailə sayılırlar. Bu halda həmin valideynlər işsizdirsə, onlar da yardım üçün əlavə olaraq müraciət edə bilərlər”.

Xatırladaq ki, Azərbaycanda koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə 190 manat məbləğində birdəfəlik ödəmə verilir.

Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdir.

Daha 20 min şəxsə birdəfəlik ödəniş edildi
İşsiz kimi qeydiyyata alınanlardan daha 20 min şəxsin birdəfəlik ödəmə ilə təmin olunması üçün vəsait bank filiallarına və poçt şöbələrinə köçürülüb.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

Nazirlik rəsmisi qeyd edib ki, onların müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək. Mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də “Azərpoçt” MMC qeyd edildiyi halda - istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə - həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.

Ödəmələrin verilməsi gündəlik davam edir.

Aprelin 9-dan etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən artıq 55 min işsiz üçün birdəfəlik ödənişin aidiyyəti üzrə köçürülməsi təmin edilib.

Sürücülər üçün vacib xəbər

Avtonəqliyyat vasitələrinin icbari sığorta şəhadətnamələri onlayn şəkildə verilir.

Trend xəbər verir ki, İcbari Sığorta Bürosundan bildirilib ki, bunun üçün nəqliyyat vasitəsi sahibinin sığorta şirkətinə gəlməsinə ehtiyac yoxdur.

Dövlət Yol Polisi İdarəsinin COVID-19 pandemiyası ilə əlaqədar elan edilmiş karantin rejimində hərəkətdə olan avtomobillərin xüsusi texniki vasitələrlə aşkarlanması prosesinin dayandırılması barədə qərarı müddəti bitmiş icbari sığorta müqavilələrinə aid deyil. Avtomobilin icbari sığorta müqaviləsinin müddəti bitibsə və sürücü buna baxmayaraq nəqliyyat vasitəsini idarə etməyə davam edirsə həmin avtomobil xüsusi texniki vasitələrlə aşkarlanacaq. Müvafiq qaydada cərimə tədbiq olunacaq.

Karantin müddətində sığorta şirkətlərinin fəaliyyətində heç bir məhdudiyyətin olmadığı üçün İcbari Sığorta Bürosu sürücüləri nəqliyyat vasitələrinin icbari sığorta şəhadətnamələrinin alınmasını onlayn şəkildə həyata keçirməyə çağırır.

Sürücülərə ŞAD XƏBƏR
“Nəqliyyat vasitələrinin sahiblərinin icbari sığorta müqaviləsi bitibsə, onlar onlayn şəkildə müqavilə bağlaya bilər”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, Kamran Əliyev məlumat verib.

Onun sözlərinə görə, icbari sığorta müqaviləsinin ödənişləri də onlayn şəkildə ödənilir:

“Xüsusi karantin müddətində kimsə hansısa səbəbdən sığorta şirkətləri ilə müqavilə bağlaya bilmirsə, texniki problemin yaranma məsələsi nəzərə alınacaq. Belə ki, icbari sığorta müqaviləsinin bağlanmamasına görə də həmin nəqliyyat vasitələrinin xüsusi texniki vasitələrlə aşkarlanması prosesi karantin rejiminin sonuna kimi dayandırılıb”.

Kamran Əliyev icbari sığorta müddətinin bitməsindən sonra bu müddətdə qəza baş veribsə, bununla bağlı prosedurun necə tənzimlənəcəyi barədə də danışıb:

“Əgər icbari sığorta müddəti başa çatan nəqliyyat vasitəsi hansısa qəza törədirsə, o zaman nə qarşı tərəfə dəyən ziyan, nə də avtomobilə dəymiş ziyan ödəniləcək”, - deyə K.Əliyev qeyd edib.

Bakı metrosu ilə bağlı ŞAD XƏBƏR XEBEROXU.AZ - En son xeberler ...


"Bakı metropoliteni" QSC-də yeni xəttin tikintisində əhəmiyyətli hadisələrdən daha biri baş verib.

Qurumun mətbuat xidməti xəbər verir ki, "Bənövşəyi xətt"in “Avtovağzal” stansiyasını şərti adı “Xocəsən” olan elektrik deposu ilə birləşdirən və uzunluğu 1 182 metr olan ikinci tunelin qazıntısı da tamamlanıb.

“Xocəsən” deposuna aparan tunellərin qazıntısı ağır hidrogeoloji şəraitdə aparılıb. Çünki tunellərin yerləşdiyi coğrafi ərazi torpaq qatının dayanıqsızlığı və qrunt sularının zənginliyi ilə seçilir.

Digər tərəfdən tunellərə yaxın ərazilərdən dövlət əhəmiyyətli dəmiryol xətti, mühüm mühəndis kommunikasiya xətləri inşaat sahəsinin altından keçir.

Bunlar nəzərə alınaraq bütün inşaat dövründə gözlənilməz qəza vəziyyətlərinin qarşısının alınması məqsədilə xüsusi qabaqlayıcı tədbirlər görülüb.

İnşaat dövründə əməyin mühafizəsi və təhlükəsizlik texnikasının xüsusi tələblərinə riayət olunması da diqqətdən kənarda qalmayıb.

Qeyd edilənləri nəzərə alaraq, tunellərin qazıntısı daim xüsusi diqqət mərkəzində olub, işlərə təcrübəsi və peşəkarlığı ilə seçilən inşaatçılar cəlb olunublar.

Nəticədə, inşaat meydançasında xoşagəlməz hadisə qeydə alınmayıb, tunellərin qazıntısı təhlükəsiz şəraitdə aparılıb və itkisiz başa çatdırılaraq, Bakıda metro inşaatının növbəti uğuru kimi tarixdə yerini alacaq.

Bütün çətinliklərə, eləcə də tunelin mürəkkəb konfiqurasiyasına baxmayaraq, markşeyderlərin hesablamaları dəqiq olub.

Beləliklə, sağ tunel kimi, diametri 5,5 olan sol tunelin qazıntısı da müvəffəqiyyətlə tamamlanaraq, ən yüksək dəqiqliklə “Avtovağzal” stansiya tunelinə birləşdirilib.

Qeyd edək ki, 1112 metr uzunluğunda sağ tunelin qazıntı işləri 2018-ci ilin aprel ayında başa çatdırılıb.

Xüsusi vurğulamaq lazımdır ki, bu tunellərin qazma işi sipər qurğusu vasitəsilə yerinə yetirilib. "Herrenknecht" və "Robbins" tunelqazma kompleksləri ilə Bakı metropolitenində ən müasir mexaniki qazma üsulunun tətbiqinə 2011-ci ildə "Avtovağzal" stansiyasından başlanılaraq növbəti stansiyaların tikintisində davam etdirilib.

Bu və digər texniki səbəblərdən müasir, mütərəqqi üsuldan depoya aparan yolların inşasında istifadə etmək mümkün olmayıb.

Beləliklə, Bənövşəyi xəttin elektrik deposuna aparan tunellərin inşasında həlledici mərhələ başlanır. İnşaatçılar bundan sonra tunellərin infrastrukturunu, ən əsası, yol yatağını müvafiq qaydalara uyğun hazırlayaraq, yolun üstquruluş elementlərini qurmağa başlayacaqlar. Hazırda sağ tunel boyunca bu işlər tamamlanmaqdadır.

Onu da qeyd edək ki, hər iki tuneldə yollar ağac şpallar deyil, dəmir-beton bloklar üzərində qurulur. Bu bloklar Bakı metropoliteninin özünün istehsal sahəsinin məhsuludur.

Bu da valyutanın ölkə xaricinə çıxarılmasının qarşısını almaqla yanaşı, külli miqdarda vəsaitə qənaətinə, xarici istehsalçılardan asılılığı aradan qaldırmağa, həmçinin ən münasib istismar şərtləri və şəraitinə nail olmağa imkan verir.

Müstəqillik dövründə tikilmiş ilk metro xətti olan Bənövşəyi xəttin 2016-cı il aprelin 19-da “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarının istifadəyə verilməsindən sonra xəttin Xocəsən qəsəbəsində yerləşən deposunun özündə də inşaat işləri davam etdirilir.

Metro inşaatının norma və qaydalarına uyğun olaraq istismar olunan hər xəttin öz deposu olmalıdır. Xəttin üçüncü stansiyası istismara verildikdən sonra qatarların bir yoldan digər yola keçərək, dönmə manevri təmin olunacaq

Bununla daha intensiv hərəkət qrafikinin tətbiqi ilə xətdə qatarların sayıda artırılmalıdır. Belə olduqda, qatarların baxış, qulluq və təmir işləri depo şəraitində aparılmalıdır.

“Xocəsən” deposunun inşası 3 mərhələdə nəzərdə tutulub. Birinci mərhələdə qeyd edilən işlərin minimal tələblər səviyyəsində yerinə yetirilməsinə imkan verən qurğu və binalar inşa olunur. Bir sıra xidməti sahələrin yaradılması istiqamətində işlər aparılır.

Sahibkarların müraciətlərinin asanlaşdırılması məqsədilə videotəlimatlar hazırlanıb
Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci ildə Tədbirlər Planı təsdiq olunub.

Tədbirlər Planında icrası İqtisadiyyat Nazirliyinə həvalə edilmiş tədbirlərdən ikisinin - pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi istiqamətləri üzrə işlərin həyata keçirilməsinə başlanılıb.

Maliyyə dəstəyi vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetləri vasitəsilə təqdim etdikləri müraciətlər əsasında həyata keçirilir. İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərinin müraciət etmələrinin asanlaşdırılması məqsədilə müvafiq videotəlimatlar hazırlayıb. Bu təlimatlar müraciətlərin tərtib olunma qaydalarını izah edir.

Həyata keçirilən maliyyə dəstəyi proqramlarının 600 minədək muzdlu işçi və fərdi sahibkarı əhatə etdiyini və sözügedən videotəlimatların geniş ictimai maraq doğurduğunu nəzərə alaraq, onları diqqətinizə təqdim edirik:

1. Pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün müraciətin tərtib olunması qaydasını izah edən videotəlimat:

2. Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün müraciətin tərtib olunması qaydasını izah edən videotəlimat:

Bu SMS-dən sonra 190 manatı ala bilərsiz
Birdəfəlik ödəməni almaq üçün vətəndaşlara daxil etdikləri nömrələr üzrə SMS göndərilir.

Bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov sosial şəbəkədə paylaşıb.
 

O bildirib ki, artıq SMS-i alan vətəndaşlar bank filiallarından və poçt şöbələrindən vəsaiti əldə edirlər. "Dünən də qeyd etdiyim kimi, ilk partiyada 10 min işsiz şəxsə ödəmə edilib. Proses hər gün davam edəcək”.

 


Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar 09.04.2020-ci il saat 00:00-dan 10.04.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.
BDYPİ-dən verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 09.04.2020-ci il saat 00:00-dan 10.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 359 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 11 318 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Xanlar Vəliyev yenidən hərbi prokuror oldu
Xanlar Vəliyev yenidən Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilib.

 Oxu.Az məlumatına görə, o, yenidən hərbi prokuror vəzifəsinə təyinat alıb.

Faktı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidmətindən saytımıza təsdiqləyiblər.

Vəliyev Xanlar Rüstəm oğlu Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra prokurorluq orqanlarına təyinat alaraq, müxtəlif məsul vəzifələrdə, o cümlədən Azərbaycan Respublikası Baş prokurorunun müavini vəzifəsində qulluq keçib.

Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilmiş və hazıradək həmin vəzifədə qulluğunu davam etdirir.

Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni, 28 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Hərbi xidmətlərə görə” medal və digər medallarla təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adına layiq görülmüşdür.
Prokurorluğun fəxri işçisi X.R.Vəliyev ədliyyə general-leytenantı hərbi rütbəsindədir. Hüquq üzrə fəlsəfə doktorudur. O, müxtəlif məzmunlu məqalələrin, elmi əsərlərin, monoqrafiyaların, kitabların və dərs vəsaitlərinin müəllifidir.