SON DƏQİQƏ! Rəsmən açıqlandı
"Bu dövrdə günəmuzd işləyən imkansız vətəndaşlarımız var. Onlar heç də narahat olmasınlar".

Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Qurum rəsmisi sosial müdafiə ilə bağlı paketin müzakirəsinin son mərhələsidir:

"Bu kateqoriyadan olan vətəndaşlar dövlətin himayəsindədirlər. Düşünməsinlər ki, dövlət onları unudub. Bu paket elan ediləcək"

Bakı bulvarı - Vikipediya
Ölkədə həyata keçirilən sosial izolyasiya tədbirləri ilə əlaqədar bütün parklara giriş məhdudlaşdırılıb.

 Xezerxeber.az məlumat verir ki, küçələrdə olan vətəndaşlar da yalnız zəruri hallarda evdən çıxdıqlarını deyirlər. Əksəriyyəti isə qayda və tövsiyələrə əməl edirlər.

İnsanların adətən gur olduqları yerlərdə də eyni mənzərə yaşanır. Kafe, restoran və həyati əhəmiyyəti olmayan digər iaşə obyektləri bağlı olduğundan mərkəzi küçələr boş qalıb.

Qeyd edək ki, sosial izolyasiya tədbirləri qarşıdakı aprel ayı boyunca da davam etdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Karantin dövründə hansı obyektlər işləyəcək?
Daxili İşlər Nazirliyi (DİN) xüsusi karantin rejimi dövründə hansı obyektlərin işləyəcəyini açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, xüsusi karantin rejimi dövründə əhalinin sağlamlığını qorumaq məqsədi ilə respublika ərazisində, o cümlədən paytaxt Bakıda bəzi obyektlərin fəaliyyəti dayandırılır, bir sıra obyektlər isə fəaliyyətlərini davam etdirirlər.

E.Zahidov qeyd edib ki, vətəndaşları ən çox maraqlandıran - bərbərxana və gözəllik salonlarının fəaliyyəti dayandırılır: “Avtoyuma məntəqələri, avtomobil təmiri sexləri, avtomobil ehtiyat hissələrinin satışı mağazaları, tikinti materiallarının satışı mağazaları, kimyəvi və quru təmizləmə məntəqələri, mal-qara yemi satılan mağazalar, Zoomağazaların fəaliyyətində isə heç bir məhdudiyyət yoxdur”.

DİN rəsmisi vətəndaşların şəxsi nəqliyyat vasitələrindən istifadəsinə qadağa qoyulması barədə yayılan məlumatlara da münasibət bildirib. Qeyd edib ki, şəxsi nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması ilə bağlı yayılan məlumatlar yalandır: “Şəxsi avtomobillərin hərəkətinə heç bir məhdudiyyət qoyulmayıb. Bununla belə tövsiyə olunur ki, ciddi zərurət olmadan lüzumsuz yerə nəqliyyatdan istifadə olunmasın. Avtomobil sahibləri və sürücülər yol hərəkəti və rejim qaydalarına ciddi riayət eləsinlər”.

İşlə bağlı küçəyə çıxmalı olan vətəndaşlar haqda açıqlama


“Təbii ki, işləyən insanları hamı başa düşür. Kimlərə ki, icazə verilib, onların işləməsi vacibdir. Həyati əhəmiyyətli müəssisələrdə çalışır, onların işləməsində problem yoxdur”.

Qafqazinfo xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov REAL TV-nin efirində deyib. O qeyd edib ki, nümunəvi addım kimi bir çox dövlət qurumları əmək haqqı ödəməklə işçilərini məzuniyyətə buraxıb:

“İstehsal müəssisələri və yük daşımalarının fəaliyyətinə məhdudiyyət qoyulmayıb. Söhbət insanların fərdi məsuliyyətindən gedir. Ancaq insanlar xüsusi karantin rejiminin qaydalarına əməl etməyə meyilli deyil. Ehtiyac olmadığı hallarda da küçəyə çıxır, bir yerdə toplaşırlar.

Qaydaları sərtləşdirmək olar, ancaq Operativ Qərargah güman edir ki, insanlar real situasiyanı gördükcə fərdi məsuliyyətlərini dərk edəcək”.

İ. Məmmədov onu da vurğulayıb ki, hökumət qaydaları daha da sərtləşdirməyə hazırdır: “Hətta fövqəladə halın tətbiqinə qədər istisna olunmur”.
“BakuBus” avtobuslarının hərəkəti dayandırılır? — RƏSMİ AÇIQLAMA


Martın 29-dan etibarən paytaxtda şəhərdaxili fəaliyyət göstərən “BakuBus” avtobuslarının fəaliyyətinin dayandırılması barədə məlumat yayılıb.
İddia olunur ki, sürücülər avtobusdan istifadə edən vətəndaşlara sabahdan işləməyəcəklərini deyir.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət etdik.

BNA-nın Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev Oxu.Az-a bildirdi ki, yayılan informasiya həqiqəti əks etdirmir:

“Hazırda avtobusların işləyib-işləməməsi Nazirlər Kabineti yanında operativ qərargahdan gələn tapşırıqlar əsasında tənzimlənir”.
Qeyd edək ki, ötən gün Nazirlər Kabineti yanında operativ qərargah koronavirusla bağlı əlavə tədbirlər haqqında məlumat yayıb.

Məlumata əsasən, 29 mart, saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilir.

Xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılır.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.
Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilir.
Daxili İşlər Nazirliyi: Sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir

Sosial şəbəkələrdə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Teymur Hacıyevin adından yayılan sənəd saxtadır.

Bu barədə "Ölkə.Az"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib.

“Hazırda daxili işlər orqanları xüsusi karantin rejiminin tələblərindən irəli gələn məsələləri icra etməkdədir. Sosial şəbəkələrdə yayılan bu məlumat yalandır. Vətəndaşları rəsmi olmayan məlumatlara inanmamağa çağırıram”, - deyə o əlavə edib.

BNA-dan xəbərdarlıq
“Xüsusi karantin rejimində müntəzəm marşrut xətləri üzrə daşınan sərnişin sayı 60-70 faiz azalıb”.

Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, sərnişin sayının azalmasına baxmayaraq, gündəlik reysə çıxan avtobusların sayı azaldılmayıb:

“Daşıyıcılara avtobuslararası intervalın mövcud epidemik vəziyyət nəzərə alınmaqla tənzimlənməsi ilə bağlı göstəriş verilib. Məqsəd ilk növbədə dövlət əhəmiyyətli, həyat təminatlı obyektlərdə, həmçinin digər vacib xidmət sahələrində çalışan vətəndaşlarımızın ictimai nəqliyyatla daşınmasını təmin etməkdir.

Lakin təəssüflə qeyd edirik ki, bəzi sərnişinlər xüsusi karantin rejimi qaydalarına və tövsiyələrinə əməl etməyərək, zərurət olmadığı halda belə evdən çıxırlar. Nəticədə səhər və axşam saatlarında bəzi istiqamətlər üzrə avtobuslarda sərnişin sıxlığı müşahidə olunur. Bu isə fəaliyyəti hər birimiz üçün vacib olan şəxslərin sağlamlığına təhlükə yaradır və virusa yoluxma riskini artırır”.

M.Ağayev onu da əlavə edib ki, mövcud vəziyyət müntəzəm marşrut xətləri ilə bağlı əlavə məhdudiyyətlərin tətbiq edilməsinə gətirib çıxara bilər:

“Belə olacağı halda müntəzəm marşrut xətlərinin fəaliyyəti tamami ilə dayandırılacaq və sərnişindaşımaları yalnız müəyyən istiqamətlər üzrə hərəkət edən ekspress xətt avtobusları ilə həyata keçiriləcək. Bir daha vətəndaşlardan xahiş edirik ki, zərurət olmadığı halda evlərini tərk etməsinlər. Onların sağlamlığı və rahatlığı üçün tətbiq edilən qayda və tövsiyələrə əməl etsinlər”.

Koronavirusa görə gəlirləri azalanlara ŞAD XƏBƏR
Prezident İlham Əliyevin koronavirus böhranının iqtisadiyyatımıza mənfi təsirinin azaldılması ilə bağlı müvafiq Sərəncamına uyğun olaraq yaradılan dörd işçi qrupu tam gücü ilə fəaliyyət göstərir.

Bu barədə AZƏRTAC-a məlumat verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, ilk olaraq pandemiyanın iqtisadiyyata təsirini qiymətləndirmək üçün İqtisadiyyat nazirinin rəhbərliyi ilə yaradılan İşçi Qrupunun öz təkliflərini müvafiq qaydada təqdim etməsi gözlənilir.

Vüsal Qasımlının sözlərinə görə, artıq pandemiyadan zərər çəkən sektorlar ilkin olaraq müəyyənləşdirilib, eyni zamanda, bu sahələrdə olan sahibkarların siyahısı üçün meyarlar üzərində iş gedir. Turizm, ictimai iaşə, ticarət, nəqliyyat və s. sahələr də daxil olmaqla 12 sektor ilkin olaraq müəyyənləşdirilib. Bu zaman obyektiv təhlillər və sahibkarların rəyləri əsas götürülüb. Qlobal şokların təsiri altında sahibkarların üzləşdikləri çətinliklər, o cümlədən, vergi, gömrük, icarə, kredit və s. sahələrdə dəstək mexanizmləri müzakirə olunur.

Vurğulanıb ki, qlobal iqtisadiyyat pandemiyanın təsiri altında resessiyaya daxil olub və böhranın nə zaman bitəcəyi dəqiq bilinmir. Buna görə də Azərbaycan biznesinə dəstək tədbirləri təkcə qısamüddətli dönəmi deyil, həm də ortamüddətli dövrü əhatə edəcək. Ölkə iqtisadiyyatı qısamüddətli dönəmdə dayanıqlılığını saxlamaqla yanaşı, ortamüddətli dönəmdə - post-koronavirus dövründə davamlı inkişafını təmin etməlidir. Qlobal şokların mənfi təsirinə baxmayaraq, neft kimyası, qaz kimyası, aqrar sektor, informasiya və rabitə xidmətləri ilin əvvəlindən ikirəqəmli artım tempi göstəriblər. Bu ildən ölkədə təbii qaz hasilatı da sürətlə artmağa başlayacaq. Bütün bu sahələr multiplikativ effekt yaradaraq dəyər zənciri üzrə digər sahələrin inkişafını şərtləndirə bilər. Beləliklə, resessiyaya daxil olan sahələrlə yanaşı, ayaqda dayanan sektorlarımızın hesabına iqtisadi artımın kəskin düşməsinin qarşısını almaq olacaq.

Qeyd edilib ki, pandemiyadan zərərçəkən sahələrdə muzdlu işçilərin sosial müdafiəsi gücləndiriləcək. Zərərə düşən müəssisələr işçiləri kütləvi ixtisar etməsinlər. Eyni zamanda, məşğulluq tədbirləri həyata keçiriləcək. Özünüməşğulluq, ödənişli ictimai işlər və ünvanlı sosial yardımın əhatə dairəsi genişləndiriləcək. Aztəminatlı insanların böhranın təsirindən qorunması üçün əlavə tədbirlər görüləcək: “Nəzərə almaq lazımdır ki, Azərbaycan hökuməti qlobal şoklarla mübarizəni neftin hər barel üçün 30 dollardan aşağı qiyməti şəraitində, başqa sözlə, büdcədə nəzərdə tutulan proqnozdan iki dəfə aşağı qiymət səviyyəsində aparır. Belə şəraitdə makroiqtisadi sabitliyin qorunub saxlanılması hökumətin diqqət mərkəzindədir. Mərkəzi Bankın sədrinin rəhbərliyi ilə yaradılan İşçi Qrupu iki ay müddətində bank sektoruna və makroiqtisadi mühitə ehtimal olunan mənfi təsirləri qiymətləndirəcək. Bunun əsasında manatın sabitliyi və inflyasiyanın nəzarətdə saxlanılması üçün əlavə tədbirlər görüləcək. Dünya iqtisadiyyatı ilk dəfə olaraq bu qədər dərin resessiya və pandemiya ilə eyni vaxtda qarşılaşır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı bu sınaqdan uğurla çıxıb rəqabət qabiliyyətini artırmaq əzmindədir. Bunun üçün dövlət-biznes-əhali həmrəyliyi vacibdir”.

Bu gündən Gədəbəyə də giriş dayandırıldı
Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanın Gədəbəy rayonuna maşınların giriş və çıxışı dayandırılıb.

Bu barədə anews.az-a Gədəbəy rayon İcra hakimiyyətindən məlumat verilib. 

"Bu gün səhərdən Gədəbəy rayonunun girişində yerləşən Xar-Xar kəndi yaxınlığında post qurulub. Maşınların giriş çıxığı dayandırılıb. Buna səbəb koronavirusa yoluxmanın qarşısını almaqır. O cümlədən Gədəbəy rayonu daxilində  nəqliyyat və taksilərin hərəkətinə də məhdudiyyət qoyulub",  - deyə Gədəbəy İcra hakimiyyətindən bildirilib.
 
Rayon ərazisində maska və spirt qıtlığı da yaşanır. Gədəbəy şəhərinin 9 aptekindən müxbirimizə bildiriblər ki, "Avromed" və "Zeytun" şirkətlərinin depoları apteklərin sifarişlərini yerinə yetirmir, bölgəyə maska və spirt göndərilmir. 
 
Etibarlı mənbələrdən alınan məlumata görə, hələlik Gədəbəy ərazisində koronavirusa yoluxma halı qeydə alınmayıb, amma Şəmkir rayonu ərazisində xəstələrin olduğu bildirilir. 
 
Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah hələ məlumat yaymayıb. 

Diqqət! Bakı polisi bu gündən cərimələrə başladı
Polis Bakıda xüsusi karantin rejim qaydalarının pozulması hallarına qarşı tədbirləri davam etdirir.

Report xəbərinə görə, polis bu gündən xüsusi karantin rejim qaydalarını pozanları cərimələməyə başlayıb.

Belə ki, rejim qaydalarına əməl etməyən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.