Fransa üzdə digər Qərb ölkələri ilə ittifaqda olsa da, bir sıra hallarda Qərbin rəqibləri ilə əməkdaşlıqdan çəkinmir.

Misal üçün Fransa Prezidenti Emmanuel Makron Qərb dövlətlərini İrana qarşı sanksiyaları sərtləşdirməyə çağırarkən, Fransanın İrəvandakı səfiri Ermənistanın təhlükəsizliyi mövzusunda Parisin Tehranla əməkdaşlıq etdiyini bildirib. Fransanın Ermənistana göndərdiyi hərbi texnikanın bir qisminin İran üzərindən İrəvana çatdırıldığı da istisna deyil.

Axar.az xəbər verir ki, bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində əksini tapıb.

Bildirilib ki, ABŞ və AB ölkələrinin Çinlə münasibətlərində xeyli problem var. Buna baxmayaraq, Paris Pekinlə də əməkdaşlığı inkişaf etdirməyin yollarını arayır:

“Buna misal olaraq Fransa Silahlı Qüvvələri ilə Çin Xalq Azadlıq Ordusunun hərbi əməkdaşlıq üçün yeni mexanizm yaratdığını söyləmək olar. “South China Morning Post” nəşrinin yazdığına görə, iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq qarşılıqlı etimadı və əməkdaşlığı daha da dərinləşdirəcək, həmçinin regional təhlükəsizlik və sabitliyi birgə töhvə verəcək. Nəşr Çin Müdafiə Nazirliyinə istinadən bunları yazıb. Belə çıxır ki, ABŞ, Böyük Britaniya, Yaponiya, Hindistan, Avstraliya, Yeni Zellandiya və Çinə qonşu olan digər dövlətlər Pekinin qərarlarından narahat olarkən, Fransa Çinlə hərbi əməkdaşlıq mexanizmlərini müzakirə edir. Ancaq bu iki ölkənin rəqabət etdiyi bölgələr də var.

Çin Afrikada Fransanın sıxışdırılmasından istifadə etməyə çalışır. Çin təkcə Afrikanın ən böyük ticarət tərəfdaşı deyil, həm də onun ən böyük ikitərəfli kreditorudur. Son 15 ildə Çin və Afrika ölkələri arasında ticarət 282,1 milyard dollara çatıb. Çinin ixracın böyük hissəsi Cənubi Afrika, Anqola və Konqo Demokratik Respublikasına yönəlib. Nigeriya isə Çin mallarının ən böyük idxalçısıdır. Afrikanın böyük təbii ehtiyatlarına və strateji infrastrukturuna çıxış üçün Çin və Afrika dövlətləri arasında müxtəlif ikitərəfli müqavilələr imzalanıb. Çin şirkətləri Afrikanın infrastruktur müqavilələrinin 31 faizində iştirak edir. Bu, əsasən köhnə ticarət marşrutlarını - İpək Yolu (quru ilə) və Dəniz İpək Yolunu canlandırmaq məqsədi daşıyan Çinin “Bir kəmər, bir yol” təşəbbüsü tərəfindən dəstəklənib. Çin Keniyada dəmir yolları, Cibuti və Nigeriyadakı limanlar kimi bir neçə meqalayihəni maliyyələşdirib”.

Analizdə vurğulanıb ki, Fransa Çinin Afrikadakı fəallığını əngəlləyə bilmir:

“Buna baxmayaraq, Afrika ölkələrinin Çinə artan borcları Parisdə məmnuniyyətlə qarşılanır. Fransada düşünürlər ki, Afrika ölkələrinin Çinlə münasibətləri gərginləşərsə, həmin dövlətlər yenidən Parislə əməkdaşlığa üstünlük verə bilərlər. Ancaq Fransanın kolonial siyasəti Çinin siyasətindən fərqlənmir”.

14 May 2024 Belousov Rusiya ordusunda nəyi dəyişəcək? – Ekspert
08 May 2024 Putinin bugünkü kritik görüşü: Nikola nə deyəcək?
07 May 2024 HƏMAS-ın təklifi İsrailin tələbindən çox uzaqdır
07 May 2024 Paşinyan: Delimitasiya bu xəritələrlə aparılır
07 May 2024 Robert Fikonun şərəfinə rəsmi nahar verildi
07 May 2024 Rusiyada nazir həbs edildi
07 May 2024 MM-də maraqlı təklif: Paşinyanı Bakıya çağıraq
06 May 2024 Azərbaycanda doğulan erməni nazir axtarışa verdi
06 May 2024 Şmıqal: Qərb ordu göndərsə, minnətdar olacağıq!
03 May 2024 Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq
03 May 2024 Yeni brend - “Made in Turan” niyə təqdim edilmədi?
03 May 2024 Xanım jurnalistə cinayət işi açıldı
03 May 2024 Türkiyə İsrailə qarşı ticarət sanksiyalarına əməl edəcək
03 May 2024 Kremldən Makronun çıxışına reaksiya: Təhlükəlidir!
03 May 2024 Kobaxidze bu səbəbdən ABŞ-a səfərini ləğv etdi
03 May 2024 Türkiyənin İsrail qərarına Təl-Əvivdən reaksiya
03 May 2024 Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir
03 May 2024 AB Azərbaycana əlavə 2 milyon ayırır
02 May 2024 Bakı buna imkan vermir – ABŞ unutmayacaq...
01 May 2024 Taciklərin öz həqiqətləri var, gərginlik artır - Markov
01 May 2024 Şərq ilə Qərb arasında yerləşməyimiz... - Prezident
01 May 2024 Hər ay 50-yə yaxın ölkəni bir araya gətirirəm ki... - Ostin
30 Aprel 2024 Ermənistan prezidenti delimitasiyadan danışdı
30 Aprel 2024 Paşinyan müxalifətin Bakı ilə bağlı təklifini rədd etdi
30 Aprel 2024 Dəyərlər, ailə, inanc məhv edilir - Dugin
29 Aprel 2024 Paşinyan Putinə yardım edir – Avropa mediası
28 Aprel 2024 Ermənilər İrana gedən yolu bağladılar
28 Aprel 2024 Bunu etsəniz, İsrail hakimiyyəti dağılacaq - Nazir
28 Aprel 2024 Ukrayna müharibəsi tezliklə bitməyəcək - Borrell
28 Aprel 2024 Qalant: İsrail bunu etməyə borcludur!