Son xəbərlər

Bu SMS-dən sonra 190 manatı ala bilərsiz
Birdəfəlik ödəməni almaq üçün vətəndaşlara daxil etdikləri nömrələr üzrə SMS göndərilir.

Bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov sosial şəbəkədə paylaşıb.
 

O bildirib ki, artıq SMS-i alan vətəndaşlar bank filiallarından və poçt şöbələrindən vəsaiti əldə edirlər. "Dünən də qeyd etdiyim kimi, ilk partiyada 10 min işsiz şəxsə ödəmə edilib. Proses hər gün davam edəcək”.

 


Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar 09.04.2020-ci il saat 00:00-dan 10.04.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.
BDYPİ-dən verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 09.04.2020-ci il saat 00:00-dan 10.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 359 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 11 318 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Xanlar Vəliyev yenidən hərbi prokuror oldu
Xanlar Vəliyev yenidən Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilib.

 Oxu.Az məlumatına görə, o, yenidən hərbi prokuror vəzifəsinə təyinat alıb.

Faktı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidmətindən saytımıza təsdiqləyiblər.

Vəliyev Xanlar Rüstəm oğlu Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra prokurorluq orqanlarına təyinat alaraq, müxtəlif məsul vəzifələrdə, o cümlədən Azərbaycan Respublikası Baş prokurorunun müavini vəzifəsində qulluq keçib.

Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilmiş və hazıradək həmin vəzifədə qulluğunu davam etdirir.

Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni, 28 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Hərbi xidmətlərə görə” medal və digər medallarla təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adına layiq görülmüşdür.
Prokurorluğun fəxri işçisi X.R.Vəliyev ədliyyə general-leytenantı hərbi rütbəsindədir. Hüquq üzrə fəlsəfə doktorudur. O, müxtəlif məzmunlu məqalələrin, elmi əsərlərin, monoqrafiyaların, kitabların və dərs vəsaitlərinin müəllifidir.

ŞAD XƏBƏR! 190 manatdan əlavə də yardım olacaq
Xəbər verdiyimiz kimi koronovirusun yayıldığı dönəmdə Azərbaycanda işsiz vətəndaşlara 190 manat məbləğində birdəfəlik ödəniş edilir.

Bunun üçün  vətəndaşlarda  bir çox suallar yaranır. Bu ödənişi kimlər, necə və haradan ala bilər?

Mövzu  ilə  bağlı  Əmək və Əhalinin  Sosial Müdafiəsi nazirinin  müavini  Anar Əliyev İTV-də  birbaşa sualları cavablandırıb.

Nazir müavini  mövzu ilə bağlı  bütün  suallara  cavab  verib.

Vətəndaşlar necə bilsin ki, onlar qeydiyyata alınıb,ya yox. Nazir müavini  bildirib  ki, bunun üçün  vətəndaşlara  mesaj  gələcək.

Nazir müavini  bildirib  ki, 2 gün müddətinə  müraciət  edənlərə  ödənişlərin edilməsinə başlanılacaq.

Nazir müavini  bildirib ki,190 manat ödənişdən əlavə  çoxuşaqlı ailələrə  əlavə  yardım da edilə  bilər. Anar Əliyev bildirib ki, Dövlətin bununla bağlı  başqa  proqramları da var.

"142 çağrı mərkəzinə müraciət etməklə imkansız ailələr  müxtəlif  ərzaq vasitələri əldə  edə bilər.", deyə nazir  müavini  bildirib.

Həmin  müsahibəni  təqdim  edirik:

Mərkəzi Bank sədrindən kreditlər ilə bağlı
“Koronavirus dövründə kredit faizlərinə güzəştlər istiqamətində işlər görülür”

Bunu Mərkəzi Bankın İH sədri Elman Rüstəmov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Millət vəkili Aydın Mirzəzadə Milli Məcliisn bu gün keçirilən iclasında koronavirus pandemiyası ilə əlaqədar olaraq tətbiq edilən  xüsusi katantin dövründə bankların vətəndaşların kredit fazilərinin dondurulmasını təklif edib.

Onun sözlərinə görə, karantin rejimində insanlar işləmədiyindən banklar 2-3 ay müddətində kredit fazilərini dondursa yaxşı olar. “Vətəndaşlar tərəfindən bu istiqamətdə xeyli sayda müraciət daxil olur”- deputat bildirib.

Məsələyə cavab verən Mərkəzi Bankın İH sədri Elman Rüstəmov deyib ki, bu istiqamətdə işlər gedir və zamanı gəldikdə məlumat veriləcək.

Bu gündən yeni qadağalar tətbiq olunur - bu şəxslərin icazəsi ləğv ...
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” üzrə qeydə alınmış məlumatların mütəmadi olaraq təhlili aparılır.
 
Dövlət Agentliyindən verilən məlumata görə, təhlillər zamanı müəyyən edilib ki, xüsusi karantin rejimi dövründə hüquqi şəxslərin vəzifəli şəxsləri və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər tərəfindən işçilər barədə məlumatlar icaze.e-gov.az portalına daxil edilərkən "Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarının tələblərinin pozulması hallarına yol verilib.
 
“Bu cür hallara yol vermiş hüquqi və fiziki şəxslərdən 2020-ci il 9 aprel tarixindən etibarən icaze.e-gov.az portalından aşağıdakı şəxslərin icazələrinin ləğv edilməsi tələb olunur:
 
- xidmət və ya əmək müqaviləsi olmayan şəxslərin;
 
- fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan işçiləri istisna olmaqla, digər işçilərinin;
 
- yaşı 65-dən yuxarı olan, karantin rejiminində öz yaşayış yerini tərk etməsi ilə bağlı məhdudiyyət qoyulmuş işçilərinin.
 
Eyni zamanda, hüquqi və fiziki şəxslərdən tələb olunur ki, xüsusi karantin rejimi dövründə fəaliyyətini iş yerindən davam etdirmələri zəruri olan işçilərinin say həddini müəyyən etsinlər və işə gəlməsi vacib olmayan, fəaliyyətini evdən davam etdirən digər işçilərinin icazələrini portaldan silsinlər. 2020-ci il 10 aprel tarixindən başlayaraq karantin rejimi qaydalarına zidd olan icazələr portaldan avtomatik rejimdə ləğv ediləcək, eləcə də yuxarıda qeyd olunan tələblərə əməl etməyən hüquqi və fiziki şəxslər barəsində hüquq mühafizə orqanlarına məlumat veriləcəkdir”, - deyə məlumatda qeyd olunub.
Aprelin 9-dan bu şəxslərin küçəyə çıxma icazəsi ləğv olunur
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi" üzrə qeydə alınmış məlumatların mütəmadi olaraq təhlili aparılır.

Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, təhlillər zamanı müəyyən edilib ki, xüsusi karantin rejimi dövründə hüquqi şəxslərin vəzifəli şəxsləri və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər tərəfindən işçilər barədə məlumatlar icaze.e-gov.az portalına daxil edilərkən "Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarının tələblərinin pozulması hallarına yol verilib.

"Bu cür hallara yol vermiş hüquqi və fiziki şəxslərdən 2020-ci il 9 aprel tarixindən etibarən icaze.e-gov.az portalından aşağıdakı şəxslərin icazələrinin ləğv edilməsi tələb olunur:

- xidmət və ya əmək müqaviləsi olmayan şəxslərin;

- fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan işçiləri istisna olmaqla, digər işçilərinin;

- yaşı 65-dən yuxarı olan, karantin rejiminində öz yaşayış yerini tərk etməsi ilə bağlı məhdudiyyət qoyulmuş işçilərinin.

Eyni zamanda, hüquqi və fiziki şəxslərdən tələb olunur ki, xüsusi karantin rejimi dövründə fəaliyyətini iş yerindən davam etdirmələri zəruri olan işçilərinin say həddini müəyyən etsinlər və işə gəlməsi vacib olmayan, fəaliyyətini evdən davam etdirən digər işçilərinin icazələrini portaldan silsinlər. 2020-ci il 10 aprel tarixindən başlayaraq karantin rejimi qaydalarına zidd olan icazələr portaldan avtomatik rejimdə ləğv ediləcək, eləcə də yuxarıda qeyd olunan tələblərə əməl etməyən hüquqi və fiziki şəxslər barəsində hüquq mühafizə orqanlarına məlumat veriləcəkdir", - deyə məlumatda qeyd olunub.

ŞAD XƏBƏR - Pandemiya dövründə 700 nəfər işlə təmin olunacaq
Pandemiya dövründə işsiz şəxslərə dəstək olmaq məqsədi ilə Siyəzən, Şabran, Xaçmaz və Qusar rayonlarında 700 nəfərə yaxın şəxs işlə təmin olunacaq.

Bu barədə AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib.

Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə dəstək olmaq məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu, həmçinin Samur-Şirvanovka-Xanoba avtomobil yolunun tikintisi işlərində çalışmaq üçün 700 nəfərə yaxın yerli əhalinin fəhlə ştatı üzrə işə qəbuluna başlayır.

Sözügedən avtomobil yollarında həyata keçirilən yenidənqurma və tikinti işlərinə yalnız yolların keçdiyi ərazilər üzrə - Siyəzən, Şabran, Xaçmaz və Qusar rayon Məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyatda olan vətəndaşlar cəlb olunacaqlar.

Vətəndaşlar Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun Zarat (Siyəzən) – Gəndob (Şabran) hissəsində, həmçinin Samur-Şirvanovka-Xanoba avtomobil yolunun tikinsinin aparıldığı ərazilərdə olan AAYDA-nin Məhdud Məsuliyyətli Cəmiyyətlərinin və subpodratçı təşkilatların nümayəndələrinə müraciət edə bilərlər.

Qeyd edək ki, işsiz vətəndaşlar daimi deyil, yalnız sözügedən yolların tikintisi dövrü üçün müqavilə əsasında yol tikintisi işlərinə cəlb ediləcəklər.

Bu yerlərdə bütün sürücülər saxlanılacaq
"Bakı şəhərində aparılan bütün yoxlamalar karantin rejimlə əlaqədardır".

Bu sözləri lent.az-a yol polisinin apardığı yoxlamalardan danışarkən Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, mövcud rejimin təmin edilməsi üçün yol polisi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir: "Hazırda Bakıda aparılan bütün yoxlamalar karantin rejimi ilə əlaqədardır. İcazəsiz evdən çıxanlar müəyyən edilərək saxlanılır və qanunauyğun tədbirlər görülür. Belə yoxlamalar Bakıda bir çox yerlərdə, yol polisinin xidmət apardığı bütün məntəqələrdə həyata keçirilir".
Qeyd edək ki, paytaxtın Azadlıq prospekti, Zabrat dairəsi və.s yerlərində yoxlamalar aparılması barədə sosial şəbəkələrdə bir sıra məlumatlar paylaşılıb."Bakı şəhərində aparılan bütün yoxlamalar karantin rejimlə əlaqədardır".

Azərbaycanda həkimlərin səfərbərliyi elan edilə bilərmi?
Bu günə qədər Azərbaycanda 717 nəfərin koronavirusa yoluxması faktı müəyyən edilib. Onlardan 44 nəfəri müalicə olunaraq sağalıb. 665 nəfərin isə xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Mövcud vəziyyətlə əlaqədar ölkə ərazisində aprelin 20-nə qədər gücləndirilmiş karantin rejimi tətbiq olunur.

Zəruri hallarda bir sıra nazirlik və qurumlar, xüsusilə səhiyyə sistemində, hüquq-mühafizə orqanlarında çalışan şəxslər gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.

Vəziyyətdən asılı olaraq, koronavirusa yoluxma hallarında artım müşahidə edilərsə, həkimlər arasında səfərbərlik elan edilə bilərmi?

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda bu istiqamətdə müzakirə aparılmır.

Eyni zamanda, Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək olmaq məqsədilə prosesdə birbaşa iştirak etmək istəyən şəxslərin çoxsaylı müraciətlərini nəzərə alaraq, TƏBİB səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir.

COVID-19 xəstəliyi ilə bağlı müalicə üçün respublikanın müəyyən olunmuş müəssisələrində könüllü olaraq xidmət etmək istəyən səhiyyə işçiləri bu linkə daxil olaraq, müraciət edə bilər.

Qeyd edək ki, ölkədə koronavirusa yoluxan şəxslərdən 8 nəfər vəfat edib. Xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilən şəxslərdən 23 nəfərin vəziyyəti ağır, 31 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar olaraq, 53 300 test aparılıb.