Xarici ticarət dövriyyəsində azalmalarla yanaşı, eyni zamanda biz qeyri-neft-qaz ixracatında azalmaları müşahidə edirik.

Qeyri-neft-qaz ixracında azalma heç bir halda arzuolunan deyil.

Bu sözləri Axar.az-a iqtisadçı, millət vəkili Vüqar Bayramov bu ilin ilk iki ayında xarici ticarət dövriyyəsinin azalmasının ölkə iqtisadiyyatına təsirləri haqqında danışarkən deyib.

Onun sözlərinə görə, azalma qeyri-neft sektorunda məhsul istehsalına təsirsiz ötüşməyib:

“Nəzərə alsaq ki, Azərbaycanın bu ilin ilk iki ayında qeyri-neft məhsullarının ixracatı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə faktiki qiymətlərlə 30,1 faiz, real ifadədə 36,9 faiz azalaraq, 455 milyon dollar olub. Elektrik enerjisi və spirtli və spirtsiz içkilərin ixracatının azalması isə ümumi qeyri-neft ixracatına təsir göstərib. Gözlənilir ki, idxaldakı azalma növbəti aylarda kompensasiya olunacaq. Çünki ixracatda azalma birbaşa idxala tələblə bağlıdır. Ona görə o azalmanın kompensasiya olması gözlənilir. Ümumiyyətlə, idxal ölkədən valyuta apardığına görə, idxalın azalması və ya əvəzlənməsi tam məqsədəuyğundur. Çünki bu məsələ valyutanın ölkədə qalmasına gətirib çıxardır”.

Ekspert qeyd edib ki, mənfi təsirlərin azaldılması üçün bir sıra tədbirlərin görülməsinə ehtiyac var:

“Qeyri-neft ixracatının artırılması üçün birmənalı şəkildə keyfiyyət standartlarının tətbiq edilməsi, xüsusən də Ümumdünya Ticarət Təşkilatı və Avropa standartlarına uyğun yeni standartların tətbiqinə ehtiyac var. Bu sahədə stimullaşdırıcı tədbirlərin və alətlərin daha geniş istifadə edilməsi də vacibdir. Xüsusən dəyər zəncirinə uyğun olaraq, vergi güzəştlərinin tətbiq edilməsi, digər stimullaşdırıcı alətlərdən istifadə olduqca mühümdür ki, bu, nəticə etibarı ilə qeyri-neft ixracatını bütövlükdə qeyri-neft sektorunun daha çox məhsul istehsalına nail olmasını stimullaşdıra bilsin”.

21 May 2024 Bu şəxslərin maaşı 100 manata yaxın artdı
14 May 2024 Deputatdan müjdə: Maaşlarda ikirəqəmli artım gözlənilir
13 May 2024 Bu qadınların maaşı artırıla bilər
13 May 2024 “Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artırdı
13 May 2024 Gömrük bağlamanı aça bilərmi? - Video
12 May 2024 OPEK-in qərarı ilə razılaşmayacağıq - İraq
12 May 2024 Kosova avroya tam keçidi elan etdi
11 May 2024 Yanvar-aprel aylarında Türkiyənin Özbəkistana polad məhsulları ixracının həcmi açıqlanıb
06 May 2024 STP Şirkətlər Qrupunda istehsalat göstəriciləri artıb
06 May 2024 Bu şəxslərə 1380 manat ödəniş edilir
04 May 2024 Rusiya şəkərin ixracına qadağa qoydu
03 May 2024 “Kontakt”da 70%-dək endirimli “Super günlər” başladı
01 May 2024 1 milyonu mənimsəyən Bayramova həbs edildi
01 May 2024 “Bank of Baku”dan bütün market, YDM və restoranlarda - 5% KEŞBEK
01 May 2024 “XalqKart”ı pulsuz əldə edin!
01 May 2024 Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır
01 May 2024 “Birbank” taksit kartı ilə ilk alış-verişdə 10% keşbek qazanın
30 Aprel 2024 “Araz” supermarketlər şəbəkəsi yerli istehsalçıların inkişafını dəstəkləyir
30 Aprel 2024 “Azeri Light” bu gün neçəyə satılır?
26 Aprel 2024 Maaş artımına hazırlıq gedir: 40% daha çox ayrıldı
19 Aprel 2024 Bu avtomobillərin qiyməti ucuzlaşacaq
16 Aprel 2024 Azərbaycan elektromobil idxalını artırdı
14 Aprel 2024 Sabah 3 rayonun bəzi ərazilərində qaz olmayacaq
13 Aprel 2024 Bu tələbələrin ailəsinə ayda 200 manat ödəniləcək
13 Aprel 2024 Tikinti materialları ucuzlaşdı - Video
12 Aprel 2024 Balın qiyməti bahalaşacaq - Video
09 Aprel 2024 Azərbaycanda illik inflyasiya açıqlandı
08 Aprel 2024 Qazaxıstan bankları da Rusiyadan imtina edir
05 Aprel 2024 Bu valideynlər hər ay 395 manat ala bilər - Video
03 Aprel 2024 Konsulluğa hücum İran pulunu ucuzlaşdırdı