DİQQƏT! Bu gündən Azərbaycanda daha bir qadağa tətbiq olunur
Bu gündən sənaye balıq ovuna qadağa tətbiq olunur.
 
 Dövlət Ekoloji Təhlükəsizlik Xidməti verdiyi məlumata görə, qadağanı pozanlar ən sərt qaydalarla cəzalandırılacaqlar.
 
Hər vətəndaş 5 kiloqrama qədər balıq tuta bilər. Amma tövsiyə edilir ki, kürüləmə dövründə balıq ovu azaldılsın.
 
Qadağalar kütləvi şəkildə olan balıq ovuna aiddir. Bir vətəndaş il ərzində 2 kiloqramdan bir az artıq balıq istifadə edir.
 
Xüsusi olaraq indi elə müəssisə yoxdur ki, sırf balığı yetişdirib dənizə buraxsın. Balıqların yetişdirilməsi işi ilə Ekologiya Nazirliyinin müvafiq strukturu məşğul olur. 600 akvakultura müəssisəsi qeydə alınıb
 
Ekologiyanın mühafizəsində dövlət və vətəndaş həmrəyliyi vacibdir
Hesab edirəm ki, insanlar koronavirusla bağlı tətbiq edilən karantin rejiminin ləğv edilməsinə sevinmək əvəzəinə, özü-öz həkimi olmaq haqqında daha ciddi düşünməlidir. Aydındır ki, karantin rejimi mayın 4-də bitməyəcək, ola bilsin ki, karantinin şərtləri bir qədər yumşalacaq. Ammma inanmıram ki, mayın 4-dən, məktəb, universitet və ya restoran kimi kütləvi insanların olduğu obyektlər açılacaq. Bunlar mərhələli formada açılacaq və bu mayın 4-5-də olmayacaq. Hazırda kiçik mağazalar açılıb, amma insanların daha çox müraciət etdiyi mollar bağlıdır. Hesab edirəm ki, bunlar düzgün addımdır. Mayın 4-dən sonra karantinin şərtləri yumşalacaq. Normal həyata dönüş isə aparılan testin nəticələri və statistik göstəricilərdən asılıdır.
 
Pravda.az xəbərinə görə, bu fikirləri psixololoq Azad İsazadə mayın 4-dən sonra ləğv olunacaq karantin rejimi və Covid-19 pandemiyasının təhlükəsi mövzusunda danışarkən deyib. Mütəxəssis bildirib ki, hazırda virusla bağlı Azərbaycanda təhlükəli statistika yoxdur: "Amma hər şey ola bilər. Biz gördük ki, aprelin 27-də küçələrə çıxmaq müddəti 1 saat uzadıldı. Hələ karantin rejimi tam başa çatmayıb, amma küçələrə insanlar çoxdur. Bir az yumşalma buna dərhal təsir etdi. Məncə, yoluxma sayında azalma müşahidə olunduqca karantin rejiminin şərtlərində yumşalma olacaq. Ancaq mayın əvvəlində həyatın tam bərpa olunacağı, insanların kütləvi şəkildə bir araya gəlməsi kimi hallar olmayacaq. Belə düşünüb sevinən insanlar varsa, fikirlərini dərhal dəyişməli və hətta hər şeyiin normal axarında getməsi halında özünü qorumaq haqda düşünməlidir”. Psixoloq əlavə edib ki, Azərbaycan Covid-19-un ilk dağasının təhlükəsini keçirə bilib: "Hökumət müəyyən qabaqlayıcı tədbirlər həyata keçirdi, karantin rejimi tətbiq edildi və s. Nəticədə biz birinci dalğanın təhlükəsindən xilas ola bildik. Amma bu o demək deyil ki, ikinci dalğa ola bilməz. Əgər mayın 4-dən sonra hamı küçəyə çıxacaqsa, insanlar kütləvi şəkildə bir yerlərə toplaşacaqlarsa, deməli pandemiyanın ikinci dalğası baş verəcək. Bunu insanlarımız bilməli və indiyə qədər yoluxmama üçün verilən məsləhətlərə bundan sonra da əməl etməlidir. Biz ikinci dalğaya hazır olmalıyıq. Bunun üçün mayın 4-dən sona da bir sıra ənənəvi vərdişlərimizdən birdəfəlik imtina etməliyik. Məsələn, yaxın 2-3 ayda əllə görüşməyi minimum azaltmalıyıq. Küçədə göüşüb-öpüşmək birmənalı aradan qalxmalıdır. İctimai nəqliyyatda və mağazalarda qoruyucu maskada gəzmək məsləhət görürəm. Həmçinin əl-üzümüzü daima yumaq prosedunu da davam etdirməliyik. Bir sözlə, may gəldi, təhlükə sovuşdu məsələsi yoxdur. İndiyə qədər diqqətli olduğumuz kimi bundan sonra da olmaqda davam etməliyik. Mən insanları işi olmadıqca şəhərə gəzməyə, küçələrə çıxmamağa da dəvət edirəm”.
Növbəti 190 manat nə zaman veriləcək?Prezident İlham Əliyev bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarrovla keçirdiyi videokonfrans zamanı may ayı üçün nəzərdə tutulan 190 manat birdəfəlik ödəmənin vətəndaşlara nağdsız, rahat və şəffaf şəkildə verilməsi üçün ödənişin bank xidmətləri vasitəsilə həyata keçirilməsi tapşırığını vermişdi.

Hətta insanların rahatlığını təmin etmək üçün adlarına heç bir bank kartı olmayanlara pulsuz hesab açıldı. Dövlət vəsaitlərindən sui-istifadə hallarının qarşısını almaq üçün atılan bu addım yüksək qiymətləndirildi. Artıq vətəndaşların bəzilərinə müvafiq bank şöbələrinə yaxınlaşaraq kartlarını götürmələri ilə bağlı mesaj da gəlib.

Ancaq bankların qarşısındakı mənzərə yenə ürəkaçan deyil. Sıxlıq, uzun növbələr, sosial məsafənin saxlanılmaması – bir sözlə karantin tələblərinə uyğun olmayan görüntülər... Vətəndaşlar bildirir ki, verilən üç saat onlara bəs etmir. Demək olar ki, həmin zaman növbədə keçir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, işsiz və aztəminatlılar üçün nəzərdə tutulan birdəfəlik ödəmə proqramına bu vaxta qədər müraciət etmiş 320 min vətəndaşın aktiv əmək müqaviləsi olduğu müəyyən olunub. Bu səbəbdən həmin şəxslərə ödəmənin verilməsindən imtina edilib və onlara göndərilən SMS-də imtinanın səbəbi göstərilib.

İkinci ay üçün ödənişin təyin olunması ilə bağlı mesaj gəlməyən şəxslərə də yaxın vaxtlarda bildiriş gələcək. oxu.az

Azərbaycan uzunmüddətli karantin rejiminə keçə bilər
Aprelin 27-dən karantin rejimin yumşaldılmasından sonra çölə çıxan insanların sayı çoxalıb. Təəssüf ki, çölə çıxan insanların bir çoxu maska və əlcəkdən istifadə etməməklə yanaşı sosial məsafəni qorumurlar.

İnsanların bu addımı koronavirusun ikinci dalğasının gəlməsinə səbəb ola bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, karantin rejiminin yumşaldılması göstərdi ki, insanlarımızın çoxusu məsələnin nə qədər ciddi olduğunu başa düşmür:

"Ümumi intizam və mədəniyyət qaydalarına riayət etmir. Ola bilər ki, buna görə də Operativ Qərargah karantin rejimini uzada bilər. Yaxud da ikinci dalğa gəlsə, uzunmüddətli karantin rejimə keçə bilərik. Ona görə də insanlara müraciət edirik, sosial izolyasiya və qoruyucu vasitələrdən istifadə qaydalarına tam əməl etsinlər.

Bu çox ciddi məsələdir. Havalar isinir. Karantin rejiminin ciddi aparıldığı dövrdə yaxşı nəticələr əldə etdilər. Görünür, bu insanlarımızı arxayınlaşdırıb. Düşünürəm ki, buna ehtiyac yoxdur. Son günlərdə artıq koronavirusa yoluxanların artığını görürük. Bu bizi narahat edib, düşündürməlidir.

Koronavirus təhlükəsi hələ bitməyib. Ola bilsin ki, bu virus bir neçə müddət davam etsin. Dünyada koronavirusa son qoyulan zaman biz arxayın ola bilərik. Ona görə də vətəndaşlarımız bir qədər ehtiyatlı və diqqətli olmalıdırlar.

Qoruyucu vasitələrdən istifadə etməlidirlər. Lazım olmayan vaxtlardan insanlar çölə çıxmalı deyillər. Vətəndaşlarımız zəruri olmadığı hallarda insanların çox toplaşdığı yerlərdə olmasınlar.

Bundan əlavə insanlarımız sosial məsafəni qoruyaraq izolyasiya qaydalarına riayət etsinlər. Koronavirus çox ciddi məsələdir. Vətəndaşların belə tez arxayınlaşması bizi narahat etməlidir".

Sürücülərin nəzərinə
20 Yanvar dairəsinə giriş məhdudlaşdırılır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, alternativ olaraq sürücülər Moskva prospektinin əsas yolundan, həmçinin, Moskva prospekti – Cavadxan küçəsi – 3-cü mikrorayon dairəsi və ya Tbilisi prospekti – Ədbdulvahab Salamzadə  – Ceyhun Səlimov küçələri – 3 mikrorayon dairəsi istiqamətlərindən istifadə edərək, Asif Məhərrəmov və Rövşən Cəfərov küçələri ilə Moskva prospektinin köməkçi yoluna çıxa bilərdlər.

Qeyd edək ki, 2 və 3 may tarixlərində isə Moskva prospektindən 20 Yanvar dairəsinə şəhər istiqamətində hərəkət məhdudlaşdırılacaq.

Alternativ olaraq sürücülər Moskva prospektinin əsas yolundan və Bakı Dairəvi-1 avtomobil yolundan, həmçinin, Alatava – Dadaş Bünyadzadə , Alatava – Müzəffər Həsənov küçələri istiqamətindən istər 20 Yanvar dairəsinə, istərsə də şəhərin digər istiqamətlərinə çıxa bilərlər.

Məktəblilərin yay tətili ləğv olunacaqmı?
"Güman edirəm ki, məktəblilərin yay tətilinin ləğv olunması üçün əsas yoxdur".

 "Report" xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib. 

Nazir müavini qeyd edib ki, şagirdlərin istirahət hüquqları yəqin əllərindən alınmaz:

"İstərdim ki, əvvəlki illərdən fərqli olaraq yay tətilini şagirdlər bu il fərqli qiymətləndirsinlər. Çünki dərs ili başladıqdan sonra boşluqların aradan qaldırılması yalnız müəllim və məktəbin qayğıları olmayacaq. Bunun üçün yay tətitli müddətində şagirdlər də bu boşluqların aradan qaldırılması üçün öz töhfələrini vermək üçün hazırlaşmalıdırlar". 

Azərbaycanda dərs ili vaxtından əvvəl başlaya bilər
“Vəziyyət tələb edərsə, dərs ili vaxtından əvvəl başlaya bilər”.

Oxu.Az məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Yeni” TV-nin canlı yayımında bildirib.

Onun sözlərinə görə, bu məsələ Təhsil Nazirliyinin yox, Nazirlər Kabinetinin səlahiyyətindədir:

“Biz yalnız vəziyyəti şərh etmək üçün təkliflərimizi təqdim edə bilərik. Nazirlər Kabinetinin qərarından asılı olaraq, tədris ilinin başlanma vaxtı müəyyənləşdiriləcək”.

“Dərslər ənənəvi olaraq sentyabrın 15-də başlayır. Burada proqramdan geriləmələr var. Hazırda Təhsil Nazirliyi olaraq dərs ilinin sonuna dair məsələləri və yay aylarında görəcəyimiz işləri müzakirə edirik”.

İstirahət mərkəzləri qiymətləri qaldıracaqmı?
2020-ci ildə turizm sektoru dünyanı bürüyən koronavirus pandemiyası ilə əlaqədər ən çətin dövrünü yaşayır. Bu müddətdə rəqabətin artacağı, səyahətlərin daha qısa olacağı, daha ucuz otellərə üstünlük veriləcəyi gözlənilir. Pandemiya iqtisadiyyatın müxtəlif sahələrinə öz mənfi təsirlərini hiss etdirib. Onun, ən çox ziyan vurduğlarından biri, turizm və restoran sektoru, iaşə obyektləri oldu. Demək olar ki, böhran bu sahələri iflic vəziyyətinə saldı.

Hazırda bütün turizm obyektləri yay mövsümünə hazırlaşır. Lakin pandemiyanın davam etməsi, turizm sahəsində çalışan insanların əl qolunu bağlayıb, onları çaş-baş vəziyyətdə qoyub. Bu böhran davam etməkdə, dərinləşməkdədir. Qarşıdakı mövsümdə turizm sahəsinin ciddi böhran yaşayacağı görünür. Pandemiyanın davam etməsi turizm strategiyasının müəyyənləşməsində də çətinlik yaradır. İndi hamını turizm sektorunun hansı addımlar atacağını, özünü qısa zamanda necə toplayacağı maraqlandırır.  Bu zaman qiymətlərdə dəyişiklik müşahidə olunacaqmı?

Bununla bağlı, turizm sahəsinin mütəxəssislərinin mövqeyini öyrənməyə çalışdıq.  

Turizm şirkətinin rəhbəri, bu sahə üzrə mütəxəssis Barat Əlizadənin fikrincə, bu dönəmdə ən əsası insanlarda səyahətə maraq yaratmaq üçün alternativ yollardan istifadə olunmalıdır.

“Bu dönəmdə iqtisadiyyata dəyən zərəri qarşılamaq üçün, qiymətlər ucuzlaşmalı ən azından eyni saxlanılmalıdır ki, bir az maraq oyansın. Mənim fikrimcə, bu çətin şəraitdə insanların səyahət etmək qorxusu olduğu halda heç bir sahibkar qiymət qaldırmağa risk etməz. Bu baxımdan hər hansı bir qiymət artımı barədə söz ola bilməz. Lakin bu məsələyə başqa aspektdən baxsaq, iqtisadiyyatın kiçilməsinə, şirkətlərə dəyən böyük zərərlərə görə, qiymət artımı gözləmək də olar. Yenə deyirəm, bu da böyük risk almaq deməkdir.

Məsələn, hər hansı bir ölkədə devalvasiya olduqda, bütün sahələrdə artım müşahidə olunur. O zaman, hər bir şeyin qiyməti artır, çünki bu proses zəncirvari qaydada bir–biri ilə bağlıdır.  Qida məhsullarının qiymətində artım olursa, mütləq şəkildə bu turizm sahəsində də özünü büruzə verir. Lakin pandemiya ərəfəsində bu məsələnin digər alternativ yolları da düşünülməlidir. Bir mütəxəssis kimi deyə bilərəm ki, turizmə maraq yaratmaq üçün, qiymətlərdə nəinki artım olmamalıdır, hətta müəyyən endirimlər belə olmalıdır”, - deyə, o, bildirib. 

B. Əlizadə dünyada turizm sezonunun nə zaman açılması barədə də proqnoz verib.

“Xarici dövlətlərə nəzər salsaq, qardaş ölkə Türkiyədə turizm sezonunun açılışı avqust ayında planlaşdırılır. Ancaq hazırda dünyadakı pandemiya böhranına görə, bunu tam dəqiq proqnozlaşdırmaq olmur. Vəziyyətə görə, bu 6 aydan 1 ilə qədər uzadıla  bilər. Çünki insanlarda səyahət etmək qorxusu var. Mənim fikrimcə, buna görə də səyahətlər 6 aydan tez başlamayacaq”.

B.Əlizadə ölkədaxili səyahətlərin başlanacağı vaxtan da danışıb.

“Düşünürəm ki, 3 aydan sonra - iyul, avqust aylarında insanlar ölkədaxili səyahət etməyə başlayacaqlar. Artıq bəzi şirkətlər kənd, eko turizm üçün xüsusi səyahət turları hazırlayıblar. Ancaq hələ ki, burada da qiymətlər açıqlanmayıb. Pandemiyaya görə dünyadakı vəziyyət dəqiq proqnozlaşdırıla bilinmədiyi üçün xüsusi qiymət strateqiyası da açıqlana bilməz. Bu da, birbaşa turizm sektoruna mənfi təsirini göstərir”, - deyə, B. Əlizadə  vurğulayıb. 

Hazırladı: Vüsalə Balayeva

Bu şəxslərə birdəfəlik ödəmə verilməkdən imtina edilib
İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılar üçün nəzərdə tutulan birdəfəlik ödəməni (190 manat) almaq məqsədilə müraciət edənlərdən 20 min şəxsin adında iki və daha çox daşınmaz əmlakı olduğu müəyyən edilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin informasiya bazasından əldə edilmiş məlumatlar əsasında iki və daha çox daşınmaz əmlakı olduğu aşkar edilən həmin vətəndaşlara birdəfəlik ödəmə verilməsindən imtina olunub.

Bu barədə onlara SMS göndərilib. Həmin vətəndaşların sırasında 5, 10, hətta 40-dan çox əmlakı olan şəxslər də var.

Birdəfəlik ödəmə almaq üçün edilən müraciətlər müxtəlif dövlət qurumlarına məxsus olan ümumilikdə 25-dək elektron informasiya sistemlərindən əldə edilmiş məlumatlar əsasında emal olunaraq təhlil edilir və nəticəsinə uyğun obyektiv qərar verilir. Aztəminatlılıq meyarlarına uyğun gəlməyən şəxslərə birdəfəlik ödəmə təyin edilmir.

Xatırladaq ki, aprelin 27-nə olan məlumata görə, 400 min şəxsə birdəfəlik ödəmə təyin edilərək ödənişi aparılıb.

Birdəfəlik ödəmə almaq üçün edilmiş müraciətlərə baxılması prosesi davam edir. Daha 200 min şəxsə də ödəniş ediləcək. /oxu.az

Maskasız gəzənlər  sərt cəzalandırılsın
“Bu gün koronavirus pandemiyası təhlükəsiz tam ötüşməyib və onun yenidən geri qayıtma ehtimalı var. İnsanlarımızın maskasız gəzməsi, pandemiya ilə bağlı tətbiq edilən qaydalara ciddi riayət etməməsi ciddi narahatçılıq yaradır”.

 Bunu  açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə,  insanlar qaydalara riayət etməzlərsə proses yenidən geri qayıda bilər. “Bu da  ağır nəticələrə səbəb ola bilər. İnsanlarımızın çoxunda hələ də bu təhlükənin ciddiliyi hiss olunmur. Son günlərdə müşahidələrimiz bunu deməyə əsas verir. Bu çox ciddi narahatçılıq yaradan məsələdir”- deputat bildirib.

O bildirib ki, bu istiqamətdə maarifləndirmə işlərini gücləndirmək lazımdır. “Hesab edirəm ki, bununla paralel olaraq  qaydalara riayət emtəyən, maska gəzdirməyənlər məsuliyyətə cəlb olunmalıdır. Çünki maskasız gəzmək ciddi fəsadlara   gətirib çıxara bilər. Maska gəzdirməklə insan təkcə özünü deyil, digərini qorumalıdır.  Epidemiyanın təkrar qayıtmaması üçün cəzalar sərtləşdirilməli, buna ciddi əməl olunmalıdır.  Qaydalara riayət etməyənlər məsuliyyətə cəlb olunmalıdır”- F. Mustafa bildirib.