İcra başçısı oğluna 450 minlik lüks maşın aldı
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov oğluna 275 min dollar (450 manat) dəyərində olan avtomobil alıb.

Unikal.org məlumatına görə, R.Babaşovun oğlu Elşən Babaşov hazırda işə öz adında olan “Mercedes Benz G-63 AMG” markalı avtomobillə gedir.

 

190 manat ödənişlə bağlı
İşsizlərdən və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılardan daha 100 min nəfər üçün birdəfəlik vəsait (190 manat) köçürülüb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən  məlumat verilib.

Bununla da pandemiya ilə əlaqədar mühüm sosial dəstək proqramlarından biri olan birdəfəlik ödəmə proqramı üzrə 600 min şəxsin müəyyən edilməsi və onlara aprel ayına dair ödənişlərin olunması prosesi yekunlaşıb.

Prezident İlham Əliyevin tapşırığına əsasən, birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılmaqla, birdəfəlik ödəmə verilənlərin sayı 200 mindən 600 minə çatdırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aprelin 9-dan ödəniş prosesi həyata keçirilib.

Onlar göndərilən SMS-lərdə göstərildiyi qaydada poçt şöbələrindən və ya bank filiallarından vəsaitlərini alıblar.

May ayına dair birdəfəlik ödənişləri isə həmin vətəndaşlar bank kartları vasitəsilə alacaqlar. Nazirliyin sifarişi ilə hazırlanan kartlar banklar tərəfindən hazırda onlara tədim edilir.

Digər sosial müdafiə və aktiv məşğulluq tədbirlərində olduğu kimi, Nazirlik bu sahədə də şəffaflıq və ictimai açıqlıq prinsipini rəhbər tutur. Bu məqsədlə, birdəfəlik ödəniş edilmiş 600 min şəxsin siyahısını da Nazirlik rəsmi saytında yerləşdirib. (http://sosial.gov.az/FWsiyah%C4%B1s%C4%B1/Siyahi600.pdf)

Xatırladaq ki, ötən dövrdə həmçinin,

- ünvanlı dövlət sosial yardımı alanların siyahısı (http://sosial.gov.az/udssiyahi),

- imtiyazlı şəxslərin mənzil və fərdi ev növbəliliyi siyahısı (http://sosial.gov.az/novbeyedayananvetendashlarinsiyahisi),

- imtiyazlı şəxslərin avtomobil növbəliliyi siyahısı (http://sosial.gov.az/avtomobilleteminat),

- mənzillə təmin edilənlərin siyahısı (http://sosial.gov.az/menzilleteminat),

- avtomobillə təmin edilənlərin siyahısı (http://sosial.gov.az/avtomobilleteminat),  

- ödənişli ictimai işlərə cəlb edilənlərin siyahısı (http://sosial.gov.az/list-of-persons-involved-in-social-work) da Nazirliyin saytında yerləşdirilib.

Eyni zamanda, özünüməşğulluq proqramına cəlb edilənlər və onlara təqdim edilmiş aktivlər, aktivlərin təhvil verilməsini əks etdirən rəsmi sənədlər (skan edilmiş formada), foto və videomateriallar  da saytda (https://mas.mlspp.gov.az/selfemployment/) yer alıb.

DTX tərəfindən saxlanılan icra başçısının

"Ölkə.Az" bu gün DTX tərəfindən saxlanılan İmişlinin icra başçısı Vilyam Hacıyevin sərvəti ilə bağlı mətbuatda dərc edilmiş siyahnı təqdim edir. 

▪️ Bakıda, Həsən Əliyev küçəsində villa
▪️ Bakı, "Sahil" metrosu üzərindəki çoxmərtəbəli binada 5 otaqlı mənzil
▪️ Bakı, Nərimanov rayonu, S. Rəhman küç. ev 45 ünvanında mənzil

▪️ Bakı, Teymur Əliyev küç. "Milyonerlər məhəlləsi"ndə qiyməti 25 milyon manat civarında olan villa
▪️ İmişli rayonunda, H. Əliyev küç. ev 126 ünvanında mənzil
▪️ Gəncə şəhəri, Yeni Gəncə küç. ev 53 ünvanında mənzil
▪️ Dubayda milyonluq biznesi
▪️ Qazaxıstanda tikinti biznesi
▪️ İmişli, Daşkəsən, Gəncə, Göygöl rayonu və Bakıda müxtəlif ticarət obyektləri, torpaq sahələri, şadlıq evləri, mülkləri mövcuddur.

Oğlu Məhəmməd Hacıyev Nərimanov Rayon Prokurorluğunun əməkdaşı olub. V.Hacıyevin oğlu Məhəmməd Hacıyevin avtomobil kolleksiyası:

▪️ 10-PP-369 dövlət nömrə nişanlı "Bentley"
▪️ Eyni nömrə nişanlı "Land Rover"
▪️ 90-AA-369 dövlət nömrə nişanlı "Mercedes S class"
▪️ Həmçinin son model "Mercedes Gelandewagen".

Bakıda
Bakıda bəzi istiqamətlərdə əhalinin tələbatını ödəmək üçün Ekspress marşrut taksilər xəttə buraxılacaq.

 FED.az xəbər verir ki, bunu BNA-nın rəhbəri Vüsal Kərimli deyib. 

O bildirib ki, pandemiyadan sonra ekspress xətlərin qalması məsələsi analiz olunacaq: “Çünki ictimai nəqliyyat, məsələn, metro və marşrut avtobusları müəyyən yerlərdə bir-birini təkrarlamamalıdır. Bu, həm iqtisadi cəhətdən, həm də yol infrastrukturu tərəfdən səmərəsiz sayılır. Amma 1 manatlıq taksilərin fəaliyyəti ilə əlaqədar analiz etmişik. Pandemiya dövründən sonra da xüsusi ekspress marşrut taksi sisteminin tətbiq olunması planlaşdırılır. 

Məsələn, Həzi Aslanov - Koroğlu, Koroğlu – 20 Yanvar istiqamətlərindəki qeyri-qanuni taksi fəaliyyəti nəzərdə tutulub. Bu istiqamətdə ekspress xətlər buraxılacaq. Bundan başqa, günün müəyyən saatlarında da ekspress xətlər istifadəyə verilə bilər. Dünya praktikasında da bu var. Pik saatlarda, məsələn, Lökbatandan Bakı mərkəzi istiqamətinə çox böyük istək var. Səhər pik saatlarda oraya ekspress xətlər buraxıla bilər. Amma normal vaxtlarda ekspress xətlər dayanacaq. Ekspress xətlərə metro açıldıqdan sonra sərnişin axınının analizinə əsasən baxılacaq”.

Bundan sonra kredit borcu olanlar da ünvanlı sosial yardım ala biləcəklər.

Bu barədə ƏƏSMN-nin şöbə müdiri Babək Hüseynov məlumat verib.

”Kreditlərin ünvanlı sosial yardım təyin edilməsində heç bir əhəmiyyəti qalmayacaq. Bundan başqa yardım təyin edilən zaman vətəndaşlardan, əmək haqları, pensiya təyinatı, əlillik statusu, işsizlik statusu, nəqliyyat vasitəsinin olub olmaması, ödənişli əsaslar ilə təhsil alma, fərdi ev və s kimi məlumatlar soruşulmayacaq.”

Müraciət zamanı vətəndaşlardan istənilməsi tələb olunmayacaq bütün məlumatlar aidiyyəti orqanların elektron informasiya sistemlərindən əldə ediləcək.

Beləliklə, müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayının xeyli azaldılması aztəminatlı ailələrin proqramdan faydalanmaq üçün daha rahat və sadə şəkildə müraciət edə bilmələrinə, onların proqrama əlçatanlığının artmasına imkan yaradacaq. Qeyd edək ki, son iki ayda ünvanlı sosial yardım alan ailələrin sayı 12 min artaraq 82 mini ötüb. (metbuat.az)

İyunun 18-də, “Nəsimi Bazarı” ASC-in səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

Yığıncaq bazarın yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 100 ünvanında olacaq.

Yığıncağın gündəliyinə “Nəsimi Bazarı”nın 2019-cu il üçün maliyyə hesa­batının müzakirə edilməsi, səhmdar cəmiyyətinin İdarə heyəti üzvlərinin seçilməsi, təmir-tikinti işləri ilə əlaqədar bazarın fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması və digər məsələlər daxildir.  /report/



Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsinin rəisi Şakir İmanov - Gəlin, biz də polislərimizi qoruyaq!

Polislərimizin əməyini necə qiymətləndiririk?!

Bu günlərdə soyuqda, küləkdə, yağışda küçələrdə növbə çəkən və bizlərin təhlükəsizliyini qoruyan minlərlə polisimizi görürük



Hər gün mətbuatda, televiziya kanallarında koronavirusla müharibədə ön cərgədə, səngərdə dayanan həkimlərimiz və polislərimizlə bağlı neçə-neçə yazıları oxuyur, sujetlərə baxır və qürur duyuruq.

Lakin ölkədə tətbiq edilmiş xüsusi karantin dövründə həm təhlükəsizliyimizi qoruyan, həm cinayətkarlıqla mübarizə aparan, həm də karantin rejimindən sui-istifadə edərək bu qaydaları pozan, xəstəliyin yayılmasına səbəb olmaqla həm həkimlərimizin, həm də dövlətimizin bu sahədə yükünü artıran şəxslərə qarşı barışmaz mövqe nümayiş etdirən polislərimizin əməyini necə qiymətləndiririk?! Şübhəsiz ki, ölkə vətəndaşlarının çoxu bunu yüksək qiymətləndirir, dəyərləndirir və alqışlayır. Təəssüflər olsun ki, az sayda olsa da yenə də həm ölkədə, həm də xaricdə oturub ölkəmizin hər bir sahədəki uğurlarına kölgə salmaq istəyənlər indi də ara-sıra polislərimizə böhtan atmaqla məşğuldurlar.

İlk gündən Ali Baş Komandan, möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən bu mübarizəyə qarşı Operativ Qərargah yaradılıb. Milyardlarla vəsait ayrılıb. Vətəndaşlarımızın sosial və iqtisadi problemlərinin həlli istiqamətində müəyyən İşçi Qruplar yaradılıb. Eyni zamanda Ali Baş Komandan televiziya ilə bizə müraciət edərək “evdə qalın” deyir, göstəriş verir. Əslində, Ali Baş Komandanın bu göstərişi hər birimiz üçün əmr kimi başa düşülməlidir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xalqa müraciət edərək deyir ki, belə bir zamanda şəfqət, məhəbbət, humanizm xoş əməllər göstərməyə, hamını həmrəy olmağa və evdə qalmağa çağırıram. Gəlin bunu da unutmayaq ki, koronavirusla mübarizədə Azərbaycan özünün Nümunəvi Modelini yaradıb. Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirməaində Azərbaycanı koronavirusla mübarizədə öncüllərdən biri kimi qeyd edir.

ALLAH Qarabağda erməni ilə üz-üzə dayanan əzgərlərimizi, ölkəmizdə koronavirusla mübarizədə öndə olan həkimlərimizi və polisimizi qorusun! ALLAH xalqımızı və bəşəriyyətimizi bu bəladan qorusun!
 


Şər və Böhtan yazanlara tutarlı cavab - Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsinin rəisi Şakir İmanov haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmi ələ alır

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......

Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr gətirənlər Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsində, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Guya "Şakir İmanov dövlət torpağını satışa çıxarıb.". Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası.

Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsinin rəisi Şakir İmanovun fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .

Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsinin rəisi Şakir İmanov - Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin vəzifəsi Meliorasiya və Su Təsərrüfatı ASC-nin təsdiq etdiyi limit əsasında Yuxarı Qarabağ Kanalı vasitəsilə axıdılan suyu təsərrüfatlara çatdırmaq və kanalın texniki vəziyyətini daim saz saxlamaqdan ibarətdir.

Yuxarı Qarabağ Kanalı respublikada suburaxma qabiliyyətinə və xidmət etdiyi əkin sahəsinə görə ən böyük magistral kanaldır. 1958-ci ildən istismar olunur. Maksimal suburaxma qabiliyyəti 112 kubmetrsaniyədir. Kanal düzən Qarabağın 110 min hektar əkin sahəsini suvarma suyu ilə təmin edir ki, bundan da 86 400 hektarı öz axını ilə, 23 600 hektarı isə mexaniki üsulla, yəni nasoslar vasitəsilə suvarılır.
İdarənin fəaliyyəti haqqında bir qədər artıq məlumatı isə rəis Şakir İmanov verir:

-Kanal mənbəyini Mingəçevir Su Anbarından öz axımı ilə götürərək Yevlax, Mingəçevir, Goranboy, Tərtər, Bərdə, Ağcabədi, Beyləqan, Ağdam və İmişli rayonlarını bol suvarma suyu ilə təmin edir. Bundan başqa, yay aylarında Araz çayında suyun səviyyəsi aşağı düşdükdə, su çatışmazlığı yarandığı vaxt Qarabağ kanalı vasitəsilə 25-30 kub/san Bəhramtəpə suqovşağına su verilir. Yay vaxtı bu suyun Bəhramtəpə Hidroqovşağına verilməsi respublikanın İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Cəlilabad rayonlarının təsərrüfatlarını su problemindən xilas edir.

Yuxarı Qarabağ kanalı 172,4 kilometr uzunluğunda torpaq kanaldır. Baş qurğu giriş və çıxış qapılarından və 1,1 kilometr uzunluğunda tuneldən ibarətdir. Kanal üzərində 14 ədəd səviyyəqaldırıcı qurğu, 45 ədəd paylayıcı qurğu, 1 ədəd akvedük, 3 ədəd dükker, 3,3 kilometr uzunluğunda beton örtüklü cəldaxıdan və 1 ədəd sudüşürən vardır. Bundan başqa, kanalda qəza hadisələrinin qarşısını almaq məqsədilə çaylarla kəsişən hissələrdə, həm də 4 yerdə (Korçay, Tərtərçay , İncəçay və Qarqarçay) sutullayıcı qəza qapıları, kanal üzərində 33 körpü, altında isə 23 ədəd selötürücü qurğu vardır.

Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsinin rəisi Şakir İmanov "Şərəfli iş Laiqli yol" - ÖZƏL


Su böyük nemətdir.-Söhbətimiz zamanı qeyd edir Şakir müəllim. Sonra da əlavə edir: – Amma ondan qənaətlə istifadə etmək, suyun limitə uyğun bölünməsini təmin etməliyik. Belə olduğu halda biz uğurdan, nailiyyətdən danışa bilərik. İşimizin gərəkliliyini, üzərimizə düşən vəzifənin məsuliyyətini hər an hiss edirik. Bu da bizi ləyaqətlə, vicdanla işləməyə sövq edir. Dövlətimizin başçısının ölkənin meliorasiya və su təsərrüfatı sahəsinə, onun inkişafına göstərdiyi diqqət və qayğı da bizi bu gün dünənkindən, sabah isə bugünkündən daha yaxşı işləməyə ruhlandırır.
Ötən il idarə üçün uğurlu illərdən olmuşdur. İstismar tədbirləri planı 1580, 264 min manat əvəzinə 1678,84 min manat məbləğində olmuş, yəni 103 faiz yerinə yetirilmişdir.
İdarənin kollektivi bütün səyləri səfərbər edərək artıq yola salacağımız 2019-cu ili də nailiyyətlərlə başa vurmaq əzmi ilə çalışır.

Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsinin rəisi Şakir İmanov "Şərəfli iş Laiqli yol" - ÖZƏL
Azərbaycanda xidmət sahələri belə işləməlidir
Azərbaycanda bəzi xidmət sahələri üzrə qaydalar müəyyən edilib.

Yeni qaydaya görə bərbər və repetitor xidməti göstərənlər, mobil telefon, qızıl, bəzək və geyim əşyaları satanlar sabahdan etibarən müəyyən qaydalara əməl etməlidirlər. Məqsəd koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdır.

Xezerxeber.az xəbər verir ki, xüsusi karantin rejimində xidmət sahələrində koronavirus infeksiyasının profilaktikasına dair qaydalar müəyyənləşib. Qaydalara görə, sabahdan etibarən bərbər və gözəllik salonlarında onlayn növbə qəbul sistemi tətbiq edilməlidir.

Bununla yanaşı, bərbərlər işə başlamazdan əvvəl və sonra əllərini yumalıdırlar. Onlarla birgə çalışan şəxslər iş prosesində önlük geyinməlidirlər. Əməkdaşların və müştərilərin tibbi maskadan istifadəsi isə məcburidir.

Bərbərlər infeksiyanın qarşısını almaq üçün müştərilərin saçını yuyan zaman hər bir müştəri üçün ayrı dəsmaldan istifadə etməlidirlər. Həmin şəxslər qayçı, ülgüc və təraş maşınlarından istifadə etməzdən əvvəl həmin alətləri mütləq dezinfeksiya etməlidirlər.

Sabahdan etibarən fərdi tədris və repetitor xidmətləri göstərən şəxslər də bəzi qaydalara əməl etmək məcburiyyətindədirlər. Bu şəxslər onlayn tədris prosesinə üstünlük verməlidirlər. Bundan başqa, abituriyentlərə tədris prosesi yaxşı havalandırılan otaqda keçirilməlidir. Tədris vaxtı tibbi maskadan istifadə etmək məcburidir. Bununla yanaşı, hər qrup arasında minimum 15 dəqiqə fasilə olmalı və fasilə zamanı otaq havalandırılmalıdır.

Sabahdan etibarən geyim əşyalarının satıldığı yerlərdə dəyişmə otaqlarından istifadə də qadağan olunub.

Bununla yanaşı, bütün ticarət mərkəzlərində xüsusi tibb məntəqələri ayrılmalı və tibbi personal müvafiq təlim keçməlidir. Kitab, qəzet və dəftərxana mallarının satışında onlayn satışlara üstünlük verilməlidir.

Kosmetika və ətriyyat satışı zamanı nümunə üçün ayrılmış kosmetik vasitələrin istifadəsi qadağandır. Mobil cihazların və aksesuarlarının, eləcə də qızıl və bəzək əşyalarının satışı zamanı müştəri tərəfindən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya olunmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Ünvanlı sosial yardım almaq istəyənlərə ŞAD XƏBƏR!
Ünvanlı sosial yardım üçün müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayı xeyli azaldılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı proqramına əlçatanlığının artırılması üçün növbəti addım kimi, sosial yardım üçün müraciət proseduru daha sadə şəkildə qurulur.

Bu məqsədlə Nazirlik tərəfindən yeni layihə hazırlanıb. Layihəyə əsasən, vətəndaşlar ünvanlı yardım üçün elektron qaydada müraciət edərkən onlardan e-sistemdəki ərizə bəyannamədə qeyd etmələri tələb olunan məlumatların sayı xeyli azaldılacaq.

Müraciət zamanı əmək haqları, pensiya və müavinətlər, Prezidentin təqaüdləri ilə təmin edilib-edilməmək, məcburi köçkün statusuna malik olma ilə bağlı məlumatların qeyd edilməsi istənilməyəcək.

I və II dərəcə əlillik, kommunal xidmətlərə görə illik xərcin məbləği, işsizlik statusunun olub-olmaması, nəqliyyat vasitəsi ilə bağlı məlumatların da vətəndaşlar tərəfindən daxil edilməsinə ehtiyac qalmayacaq.

Həmçinin ödənişli əsaslarla təhsil alma, xarici ölkədə olma vəziyyəti, fərdi ev və ya mənzilin sahəsi, poçt indeksi kimi məlumatlar vətəndaşlardan istənilməyəcək.

Eləcə də ailə üzvlərinin mobil nömrələri (əks əlaqə vasitəsi üçün telefon nömrəsi istisna olmaqla), onlardan istifadə xərcləri və s. kimi məlumatların qeyd edilməsi tələbi aradan qalxacaq.

Müraciət zamanı vətəndaşlardan istənilməsi tələb olunmayacaq bütün məlumatlar aidiyyəti orqanların elektron informasiya sistemlərindən əldə ediləcək. Beləliklə, müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayının xeyli azaldılması aztəminatlı ailələrin proqramdan faydalanmaq üçün daha rahat və sadə şəkildə müraciət edə bilmələrinə, onların proqrama əlçatanlığının artmasına imkan yaradacaq.

Qeyd edək ki, son vaxtlar ünvanlı dövlət sosial yardımının əhatə dairəsinin genişləndirilməsi, bu məqsədlə proqramın təyinatının sadələşdirilməsi nəticəsində proqramın əhatə etdiyi ailələrin sayı artıb.

Təkcə son bir ayda ünvanlı yardımı alan ailələrin sayı 12 min (50 min ailə üzvü) artaraq 1 may tarixinə 82 mini (342 min ailə üzvü) ötüb. Ünvanlı yardımın hər ailəyə düşən orta aylıq məbləği isə 224 manatdır.

DİN-dən bu şəxslərə
Ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xidməti vəsiqə və ya iş yeri haqqında arayış əsasında hərəkətinə yol verilən, eləcə də, barəsindəki məlumatlar işəgötürən tərəfindən icaze.e-gov.az portalına daxil edilmiş bəzi şəxslərin müvafiq icazələrdən sui-istifadə edərək, ciddi zərurət olmadan küçələrdə saatlarla sərbəst hərəkət etməsi, nəqliyyat vasitələri ilə avtomobil yollarında sıxlığı artırması, nəticədə isə infeksiyanın yayılmasına şərait yaranması kimi neqativ vəziyyət müşahidə edilir.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, bu cür halların yolverilməzliyi baxımından, mayın 3-də, həftənin bazar günü fəaliyyətinə icazə verilən bir sıra dövlət qurumlarının və digər sahələrdə çalışan şəxslərin qeyri-iş günlərində zərurət olmadan küçəyə çıxmaları müəyyən edilib.

Bu növ pozuntulara yol verən yalnız Bakı şəhəri üzrə 275 nəfər saxlanılaraq, hər biri barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Zərurət yaranmadıqda vətəndaşlara şəxsi nəqliyyat vasitələrindən az istifadə etmələri, pandemiya əleyhinə məhdudlaşdırma tədbirləri nəzərə alınmaqla hər bir şəxsdən ciddi səbəb olmadan evdən çıxmamaları tövsiyə edilir.