Lənkəran şəhərində dəhşətli yol qəzası törədən gənc həbs edilib.

 

Axar.az Publika.az-a istinadən xəbər verir ki, ötən ilin 4 noyabr tarixində Lənkəran şəhərində 2006-cı il təvəllüdlü İsmayıl Xansuvarlının ölümü ilə nəicələnən qəzanı törədən 23 yaşlı Taleh Abdulzadəyə hökm oxunub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, avtomobil Lənkəran Dövlət Universitetinin tələbi olan Qurban adlı gəncə məxsus olub.

O, avtomobilini sürmək üçün Talehə verib. Taleh də 17 yaşlı İsmayılla birgə avtomobilə minərək gəzintiyə çıxıb və maşını yüksək sürətlə idarə edib. Bu zaman avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dirəyə çırpılıb. Nəticədə İsmayıl hadisə yerində ölüb.

Məhkəmədə avtomobilin sahibi olan Qurbanın babası da zərərçəkmiş şəxs kimi tanınıb. Məlum olub ki, avtomobili babası Qurbana sürməyə veribmiş. Həmçinin dəhşətli qəzanı törədən Talehin sürücülük vəsiqəsinin olmaması da müəyyənləşib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 aprel tarixli hökmü ilə Taleh Abdullzadəyə 2 il nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 5 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin edilib. O, dərhal məhkəmə zalındaca həbs edilib.

Bundan başqa təqsirləndirilən şəxsdən 15 min manat tutulmasına və avtomobil sahibinə ödənilməsinə də qərar verilib.

21 May 2024 Tərtərdə heyvan otaran şəxs minaya düşərək öldü
20 May 2024 Alça yığarkən öldü
19 May 2024 Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
19 May 2024 Bank kartlarından oğurluq: DİN məlumat yaydı
19 May 2024 Sumqayıtda qumbara tapıldı
17 May 2024 Fahişəliyə cəlb etməyə görə bir ilə 70 nəfər tutulub
17 May 2024 89 vətəndaş 7 xarici ölkədə cinsi istismara məruz qalıb
16 May 2024 Sevgilisini öldürüb, basdıran tələbə... - Video
15 May 2024 Fəvvarələr meydanında dava: ofisiantlar bıçaqlandı
14 May 2024 Bələdiyyə sədri barəsində cinayət işi məhkəməyə göndərildi
13 May 2024 Ağcabədidə 40 yaşlı kişi öldürüldü
11 May 2024 Gömrük “polkovniki”nə hökm oxundu
11 May 2024 “Qazi” şəhəri bir-birinə qatdı, saxlanıldı – Video
11 May 2024 Sumqayıtda 18 yaşlı qızı maşın vurub öldürdü
11 May 2024 Saatlıda marixuana qəbul edib, taksi sürən şəxs saxlanıldı
10 May 2024 Tovuzda məktəbli qız 26 yaşlı kişiyə qoşulub qaçdı
08 May 2024 Özünü qazi kimi təqdim edən dələduz saxlanıldı
08 May 2024 Bakıda İran vətəndaşının narkokuryerləri həbs edildi
08 May 2024 Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatıb - YENİLƏNİB
06 May 2024 Saxta "uduşlu" lotoreyalara görə Lənkəranda tutuldu - FOTO
06 May 2024 İnzibati binadan oğurluq edildi, saxlanılan var
06 May 2024 “Şevrolet”in şüşəsini sındırdı, “Hover”i yandırdı
06 May 2024 Ağdaşda tikinti mağazası yandı - Video
06 May 2024 Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı
04 May 2024 Velisopedçi körpüdən çaya düşərək öldü
03 May 2024 Lökbatanda nənə və nəvə belə xilas olundu - Video
02 May 2024 Ağcabədidə qadın öldürüldü, qaynı saxlanıldı
30 Aprel 2024 Bakıdan ova gedənlər şikar tapmayıb inəyi vurdular - Kuryoz hadisə
30 Aprel 2024 Həbs edilən 16 yaşlı qıza təcavüz edib, öldürdülər
30 Aprel 2024 Atasını döyüb öldürdü, həbs edildi