Son xəbərlər

Azərbaycanda sentyabradək TOY OLMAYACAQ
"Azərbaycanda toyların təşkilinə yalnız sentyabrda icazəverilə bilər”.

Bunu TƏBİB İdarə heyətinin rəhbəri Ramin Bayramlı bildirib.

"Karantin müddətində koronavirusa yoluxma hallarının sayından, sanitar epidemioloji durumdan asılı olaraq Azərbaycanda toyların keçirilməsinə icazə verilə bilər. Bu da yaşadığımız ilin sentyabrından tez olmayacaq”, – deyə Ramin Bayramlı bildirib.

Mayın 18-dən Azərbaycanda karantin rejiminin bəzi müddəaları ilə bağlı yumşalmalar edilib, kafe və restoranlar açılıb. Amma 10 nəfərdən artıq insanın kafe və restoranlara yığışmasına dair qadağa aradan götürülməyib. sfera.az

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaqAbşeron rayonunun Xırdalan şəhərində işıq olmayacaq.

Bu barədə  “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Xırdalan Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində yerləşən bəzi xətlərdə SİP kabellərin yeni AVVQ kabellərlə əvəzlənməsi işləri aparılacaq.

“Ola bilməz ki, müavin nədəsə iştirak etsin, nazirin xəbəri olmasın”

Milli Məclisin deputatı Vahid Əhmədov son günlər baş verən həbslərlə bağlı “Qafqazinfo”ya müsahibə verib.

- İcra başçılarının həbs edilməsiylə başlayıb mərkəzi icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinə qədər davam edən həbslər prosesini necə qiymətləndirirsiniz? 

- Son vaxtlar dövlət başçısının apardığı siyasət vacib bir siyasətdir. Çünki korrupsiya və rüşvətə qarşı mübarizə həmişə çıxışlarda qeyd edilib. Bu məsələlərin üstünə mətbuat da gedib. İnsanlar da bu işlərlə bağlı narazılıq ediblər. Bu prosesdə kifayət qədər varlanan insanlar olub. Dövlət başçısı bir neçə dəfə bununla bağlı xəbərdarlıq etdi ki, bu məsələləri yığışdırmaq lazımdır. Amma görünür, bu alınmadı. Nəhayət əməli işə keçildi və bu kimi hallar baş verməyə başladı. Belə götürəndə Azərbaycan üçün bu o qədər yaxşı hal deyil, ancaq  başqa yol da yoxdur. Çünki dövlət başçısı öz şəxsi iradəsini ortaya qoyaraq deyirsə ki, məsələ bu cür həll olunmalıdır, bunu hər kəs başa düşməlidir. Başa düşmək lazımdır ki, ölkədə artıq rüşvətə, korrupsiyaya qarşı çox ciddi mübarizə başlayıb. Dövlət Təhlükəsizlik Xidməti bununla bağlı çox  ciddi əməliyyatlar həyata keçirir. DTX-ya artıq profosessional bir şəxs rəhbərlik edir. Bu işləri də çox uğurla həyata keçirir. Belə hesab edirəm ki, proses hələ çox davam edəcək. Çünki kifayət qədər dövlət vəsaitini mənimsəyən  və camaatın haqqını yeyən insanlar var. Ona görə də bu insanlar başa düşməlidir ki,  vəziyyət uzun müddət belə gedə bilməz. Əgər bacarmırlarsa, artıq istefa verməlidirlər. İstefa mədəniyyəti artıq Azərbaycanda olmalıdır.  Yavaş-yavaş biz buna getməliyik. Əgər öz iradənlə bacara bilmirsənsə, istefa verib getməlisən. Hesab edirəm ki, bu bizim üçün əhəmiyyətli bir prosesdir.  Həm cəmiyyətin demokratikləşməsi üçün, həm də cəmiyyətdə bu cür halların aradan qaldırılması üçün bunlar  baş verməlidir. Mən dövlət başçısının apardığı bu siyasəti dəstəkləyirəm. 

- DTX-nin əməliyyatlarla bağlı  hazırladığı videoları izləyirsiniz.  İcra başçısı Vilyam Hacıyevlə bağlı yayılan videodan göründü ki, nə  qədər pul vəsaiti mənimsənilib. Bu qədər pulu necə mənimsəmək olar və  o pulların taleyi sizcə, necə olacaq? 

- Görürük ki, tutulan şəxslərdən külli miqdarda vəsaitlər çıxır. Təmiz yolla  bu insanlar o qədər vəsaiti qazana bilməzdilər. Burada rüşvət, korrupsiya var. Bu pullar dövlət büdcəsindən, insanları müəyyən qədər sıxmaqdan, qeyri-qanuni əməllər həyata keçirməklə meydana çıxıb. Kifayət qədər də böyük vəsaitlərdən söhbət gedir. Son vaxtlar cənab Prezident müəyyən mərkəzlər yaratdı, o cümlədən ASAN Xidmət istifadəyə verildi. Bunun müəyyən qədər qarşısı alındı. Mikayıl Cabbarov Vergilər naziri təyin ediləndən sonra orada kölgə iqtisadiyyatıyla bağlı müəyyən addımlar atılmağa başlanıldı. Yavaş-yavaş bu prosesi axıra çatdırmaq lazım idi.  Mən ümumiyyətlə ölkədə bu qədər icra başçısının olmasının tərəfdarı deyiləm. Regionlarda 11 iqtisadi rayon var. 11 ərazi vahidi yaratmaq lazımdır.  Bundan sonra vəziyyəti təhlil etmək lazımdır. Belə olanda müəyyən qədər aparatda islahatlar gedəcək. Müəyyən qədər bürokratik aparatın, icra hakimiyyətlərin sayı azaldılacaq. İnsanlara azadlıq vermək lazımdır. İstər sahibkar olsun, istər adi insan olsun. İşləsin, qazansın, heç kim demir ki, qazansın. Sahibkarların işinə müdaxilə olunmasın. Təkliflər çoxdur, yəqin ki dövlət başçısı bunların hamısını nəzərə alır.  Yavaş-yavaş sistem elə qurulmalıdır ki, şəffaflıq təmin olunsun. Dövlət başçısı həm də ictimaiyyətə müraciət etdi ki, ictimai nəzarəti gücləndirmək lazımdır. Qeyri-hökumət təşkilatları burada fəal olmalıdırlar. 

- Ümumiyyətlə proses icra nümayəndələrinin, icra başçılarının həbs edilməsiylə başladı.  İki qurumda nazir müavini həbs olundu. İndi cəmiyyətdə də suallar yaranır ki, necə ola bilər ki, baş verənlərdən nazirin xəbəri  yoxdur. Yəni prosesdə bir növ qırılma yaşandı. Bununla bağlı nə deyə bilərsiniz? 

- Proseslər gedir və hələ qurtarmayıb. Elə məsələ ola bilməz ki, orada hansısa müavin müəyyən proseslərdə iştirak etsin, amma nazirin o proseslərdən xəbəri olmasın. Yəni bu ola bilməz, mütləq olmalıdır. Mən çox istərdim ki, bu proses axıra qədər getsin. Birdəfəlik biz cəmiyyəti təmizləyək  ki, qurumlar şəffaf işləməyə başlasın. Nazir hələlik işləyir, işləməlidir də. İstintaq prosesi gedəcək və müəyyən izahatlar alınacaq. Bunlar hamısı məlum olacaq. 

- Siz illərin siyasətçisi olaraq, nə deyə bilərsiniz, bundan sonra proses hansı qurumlara keçməlidir? Hansı qurumlarda korrupsiya daha çoxdur? Çünki daim seçicilərinizlə kontaktdasınız və insanların narazılıqlarının nə olduğunu bilirsiniz.

- Azərbaycanda əksər qurumlarda bu proseslər var. Dünən fikir verdinizsə, cənab Prezident “Qaçqınkom”la bağlı məsələyə də toxundu. Biz 29 ildir ki, müstəqil dövlətik. Müstəqillik dövrü bizim üçün çox təlatümlü olub.  İlk əvvələrdə dövlətin vəsaiti olmurdu. İndi Azərbaycan ayaq üstdə duran bir dövlətdir. Dünyada da öz sözünü deyən dövlətlərdən birinə çevrilib. Ona görə də təmizləmə prosesi gedir. Artıq cəmiyyət bunu tələb edir. Mən  insanlarla çox görüşürəm. Elə rayonun camaatı yoxdur ki, oradan şikayətlər almayım. Bizdə artıq bir balaca da olsa istefa mədəniyyəti bərpa olunmalıdır. Dövlət başçısının qoyduğu tələblərə cavab verə bilmirsənsə, çıx get, başqa işlə məşğul ol. Yox əgər cavab verirsənsə, onda bütün qayda-qanuna riayət etməlisən. 

- Bu həbslərin karantin dövrünə düşməsi təsadüfi hesab etmək olarmı? Yoxsa müəyyən suallar da var ki, bir növ iqtisadi çətinliyin yaranmasından qaynaqlanıb...

- Bu virus da  bütün dünya üçün bəla oldu, o cümlədən bizim üçün də. Amma proses başlanırdı da. Təmizləmə işi Azərbaycanda davam edəcək. Dövlət başçısı bunu birdən-birə etmədi ki. Mütəmadi olaraq xəbərdarlıqlar edirdi. Azərbaycan hökumətinin hesabat iclaslarında  və ya hansısa beynəlxalq tədbirlərdə bu barədə danışırdı. Biz regionların iqtisadi inkişaf proqramı ərəfəsində 4-cü proqramı həyata keçiririk. Həmişə bunun  müzakirəsi gedəndə bu məsələlərə toxunulurdu. Son vaxtlar təzə təyin edilən icra başçılarını Prezident birbaşa qəbul edirdi. Prezident öz tövsiyələrini verirdi ki, gedib camaatla işləsinlər. Əhali ilə dil tapın, onların qayğısına qalın. Rəhbərlikdə olan insanlar bunu anlamalı idi ki, artıq bu proses başlayıb. Mən bunu karantin dövrüylə əlaqələndirmirəm. Çoxdan başlamış prosesdir, indi də gəlib bunun  kulminasiya nöqtəsi yetişib. Dövlət başçısı da siyasi iradəsini ortaya qoyub bunu axıra çatdırmaq istəyir və əhali də bunu çox müsbət qarşılayır. 

Mayın 4-dən icazə verilmiş xidmətlərdən icazə üçün cəmi 3 saat vaxt verilir”.

Bunu Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev deyib.

Rəis müavini vaxt məhdudiyyətindən şikayət edən vətəndaşlara çıxış yolunu göstərib:

“Buna görə də gözəllik salonuna, ümumiyyətlə bərbərxanaya gedən hər bir şəxs – həm qadınlarımız, həm kişilərimiz qabaqcadan yazılı şəkildə növbə tutmalıdır və işlərini mərhələli şəkildə elə etməlidirlər ki, 3 saata bu işin öhdəsindən gəlsinlər. Məsələn, bir neçə iş görmək istəyirlərsə orada, bunu mərhələlərə bölmək olar, birini bu gün, birini sabah, birini bürüsüyün və s.”

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə mayın 4-dən etibarən bütün sahələr üzrə fərdi ticarət obyektləri, bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunub.

Vətəndaşlar bütün sahələr üzrə fərdi ticarət obyektlərinə, bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət göstərən obyektlərə getmək üçün 2-ci kod üzrə icazə ala bilərlər. Hazırda qüvvədə olan qaydalara görə bu xidmətlərdən istifadə etmək üçün vətəndaşlara 3 saat vaxt verilir. (milliı.az)

Koronavirus pandemiyası ilə bağlı təhlükənin mövcud olduğu bu günlərdə hər bir vətəndaş ictimai nəzarətçi qismində çıxış etməlidir.

Bunu Lent.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Mağazalarda, müxtəlif xidmət sahələrində gigiyenik qaydalara əməl olunmasına, qoyulan normaların pozulmamasına yalnız dövlətin nəzarət etməsinin mümkünsüz olduğunu deyən AİB sədri bu məsələlərdə ictimai qınaq amilinin önə çıxmasının vacibliyini vurğulayıb: “Mağazalarda gigiyenik tələblərə əməl olunması kimi məsələlərlə bağlı inzibati nəzarət tədbirləri həyata keçirilmir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına uyğun hərəkət etmək hər bir xidmət göstərənə elan olunub, onlar da buna uyğun tədbirlər həyata keçirirlər. Bu prosesdə ictimai qınağın böyük rolu olmalıdır. İnsanlar özləri diqqətli olmaqla yanaşı, biznes qurumlarını da normaları yerinə yetirməyə məcbur etməlidirlər”.

AİB sədri mağaza və marketlərdəki problemlərə də toxunub: “Mağazalarda kassada oturanların əksəriyyəti əlcəklə işləyirlər. Eyni əlcəklə insanların kartını, pulunu alırlar, məhsulları kassaya vururlar və s. Əgər koronavirusun yayılması açıqlandığı şəkildədirsə, o zaman kassadakı vəziyyət insanlara bir-birindən koronavirus ötürmək üçün şərait yaradır. Bu cür problem yol polislərində də var idi. Bütün sürücülərin sənədlərinə eyni əlcəklə baxılırdı. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxladıq, bu vəziyyət 80 faiz ortadan qaldırılıb”.

AİB sədri qeyd edib ki, qonşu Gürcüstanda pulu müəyyən bir temperaturdan keçirdikdən sonra müştəriyə qaytarırlar: “Sosial məsafənin saxlanılması vacibdir. Dükan rəhbərliyi öndə olmalıdır və qayda-qanuna əməl olunmasına nəzarət etməlidir. İctimai nəzarət meydana çıxmalıdır. Hər bir insan ictimai nəzarətçi qismində çıxış etməlidir. Məsələn, Almaniyada daha çox da yaşlı insanlar qaydala pozuntusu halına rast gəldikdə polisə xəbər, irad tuturlar. Qeyd etdiyim kimi, bunların hamısına dövlət nəzarət edə bilməz”.

İşsizlərə təklif edilən ictimai işlər açıqlanıb.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər.

Nazirlikdən bildirib ki, ictimai iş yerləri əsasən bu sahələri əhatə edir:

dezinfeksiya işlərinin aparılması,

şəhər, rayon ərazisinin, küçə, park və meydanların abadlaşdırılması, yaşıllaşdırma, parklara qulluq,

yaşayış əraziləri, xəstəxana, məktəb, məktəbəqədər təhsil müəssisələri, yataqxana və pansionatlar, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, habelə sosial sferanın digər obyektlərində tikinti və təmir işləri,

yol və körpülərin, istilik və qazanxana sistemlərinin təmiri və tikintisi,

kənd təsərrüfatı müəssisələrinə kömək göstərilməsi ilə əlaqədar işlər,

təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması işləri,

tənha yaşlılara və əlilliyi olan şəxslərə sosial xidmətlərin göstərilməsi,

digər sosial əhəmiyyətli işlər.

Qeyd olunub ki, haqqı ödənilən ictimai işlərə cəlb edilən şəxslərin hər biri ilə əmək müqaviləsi bağlanır:

“Xüsusi karantin rejimi dövründə işini və qazancını itirmiş şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzi vasitəsi ilə 90 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulub. Həmin işlərə cəlb edilənlərin sayı artıq 61 mini ötüb”. (trend)

İcra başçısı həbs edilən rayonun prokuroru işdən çıxarıldı
Azərbaycanda daha bir rayon prokuroru işdən azad edilib.

Bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Ağstafa rayon prokuroru Aslan Surxayev isə tutduğu vəzifədən azad olunub. 

Baş Prokurorluğun (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Karantindən sonra restoranlarda qiymətlər bahalaşacaqmı?
Karantın müddəti may ayının 31-nə kimi uzadılsa da, bu, qarşıdakı günlərdə növbəti yumşaldılmanın olması ehtimalını inkar etmir.

Sırada isə bu yumşaldılmanın onlara şamil olunmasını səbirsizliklə gözləyən restoran sahibləri var. Hansı ki, yerində xidmət üçün səbirsizlənsələr də, həm də təlaşlıdırlar. Deyirlər, biz də istəyirik qoyulan qaydalara riayət edək. Amma onsuz da geridə qoyduğumuz bu müddətdə xeyli itkilərimiz olub. Etməyə məcbur olduğumuz yeni qaydalar isə bizə əlavə xərc deməkdir.

“Bu müddət bizim üçün xeyli ağır oldu. İşçilərimizin yarısını evə göndərdik. Yarısı isə onlayn çatdırma işi ilə məşğul oldu. Bu sahə elədir ki, gərək işçiyə gündəlik maaş verəsən”, – deyə sahibkar vəziyyəti izah edir.

Mövcud vəziyyətdən çıxış kimi isə sahibkarın da ağlına gələn ilk variant qiymətlərin qaldırılmasıdır. Restoranlar və oteller asossiasiyanın sədri Samir Dübəndi deyir ki, əgər tibbi ləvazimatlar, dezinfeksiyaedici maddələr dövlət yaxud hər hansı mərkəz tərəfindən restoranlara verilsə, bahalaşmanın qarşısını almaq olar:

“Ancaq real vəziyyətdə belə, pandemiyanın fəsadlarına tab gətirməyib müflis olmuş obyektlər var və vəziyyət təəssüf ki, pandemiyadan sonra da davam edəcək. Hər halda indi sahibkarların pul qazanması onlara bir az daha baha başa gələcək. Pandemiya isə zəifləri sıradan çıxaracaq. Ancaq söhbət insan sağlamlığından gedirsə, təlabata cavab verməyən restoran elə xidmət göstərməsə, yaxşıdır”.

Bakı sakinlərinə xəbərdarlıq
May ayının 16-ı səhər saatlarından etibarən şəhər mərkəzi və qəsəbələrdəki 300-ə yaxın əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə paytaxtın kommunal strukturlarından məlumat verilib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Baş infeksionistdən koronavirusla bağlı
“Müəyyən qədər xəstələrin aşkar olunmasına baxmayaraq, bizim respublikamızda koronavirusun heç birinci dalğası da olmayıb”.

Bu sözləri açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev deyib: Onun sözlərinə görə, tövsiyələrə əməl etmək çox vacibdir: “Əgər ev şəraitində yığıncaq keçirilərsə və qonaqlardan birində koronavirus varsa, bu, digərlərinin də yoluxmasına gətirib çıxara bilər. Yaxın məsafədə təmasdan uzaq durmaq lazımdır. Epidemiya dövründə artma və azalma dalğası olur. Bunlar mümkün hallardır. Epidemiyanın gedişatından asılıdır. Misal üçün, koronavirus aşkar olunan şəxs ola bilsin ki, 14 gün bundan əvvəl yoluxub, amma xəstəlik özünü məhz bu gün biruzə verib. Belə hallar normaldır. Buna ikinci dalğa demək olmaz. Müəyyən qədər xəstələrin aşkar olunmasına baxmayaraq, bizim respublikamızda koronavirusun birinci dalğası çox şükür yüngül oldu. Deməyim odur ki, vəziyyət stabildir. O ki qaldı havaların isinməyinə, bir şeydən ümidliyik ki, respirator viruslar qrupu adətən mövsümü xarakter daşıyır. Havaların isinməsi ilə müəyyən qədər azalırlar. Biz də ümid edirik ki, havaların isinməyi bizə xəstəliklə mübarizədə kömək edəcək. Burada təkcə istiləşmə yox, ultrabənövşəyi şüalar faktoru da əsas rol oynayır. Ultrabənövşəyi şüaların zənginləşməsi virusa mənfi təsir göstərir. İnsanlarımızın karantin rejimi tövsiyələrinə əməl etmələri əsas məsələdir. Maska, əlcək, təcrid kimi qaydalara əməl etsinlər. Toplu halda gəzməsinlər və vacib olmadıqca çölə çıxmasınlar”. Qazet.az