Son xəbərlər

 
“Ola bilməz ki, müavin nədəsə iştirak etsin, nazirin xəbəri olmasın”

Milli Məclisin deputatı Vahid Əhmədov son günlər baş verən həbslərlə bağlı “Qafqazinfo”ya müsahibə verib.

- İcra başçılarının həbs edilməsiylə başlayıb mərkəzi icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinə qədər davam edən həbslər prosesini necə qiymətləndirirsiniz? 

- Son vaxtlar dövlət başçısının apardığı siyasət vacib bir siyasətdir. Çünki korrupsiya və rüşvətə qarşı mübarizə həmişə çıxışlarda qeyd edilib. Bu məsələlərin üstünə mətbuat da gedib. İnsanlar da bu işlərlə bağlı narazılıq ediblər. Bu prosesdə kifayət qədər varlanan insanlar olub. Dövlət başçısı bir neçə dəfə bununla bağlı xəbərdarlıq etdi ki, bu məsələləri yığışdırmaq lazımdır. Amma görünür, bu alınmadı. Nəhayət əməli işə keçildi və bu kimi hallar baş verməyə başladı. Belə götürəndə Azərbaycan üçün bu o qədər yaxşı hal deyil, ancaq  başqa yol da yoxdur. Çünki dövlət başçısı öz şəxsi iradəsini ortaya qoyaraq deyirsə ki, məsələ bu cür həll olunmalıdır, bunu hər kəs başa düşməlidir. Başa düşmək lazımdır ki, ölkədə artıq rüşvətə, korrupsiyaya qarşı çox ciddi mübarizə başlayıb. Dövlət Təhlükəsizlik Xidməti bununla bağlı çox  ciddi əməliyyatlar həyata keçirir. DTX-ya artıq profosessional bir şəxs rəhbərlik edir. Bu işləri də çox uğurla həyata keçirir. Belə hesab edirəm ki, proses hələ çox davam edəcək. Çünki kifayət qədər dövlət vəsaitini mənimsəyən  və camaatın haqqını yeyən insanlar var. Ona görə də bu insanlar başa düşməlidir ki,  vəziyyət uzun müddət belə gedə bilməz. Əgər bacarmırlarsa, artıq istefa verməlidirlər. İstefa mədəniyyəti artıq Azərbaycanda olmalıdır.  Yavaş-yavaş biz buna getməliyik. Əgər öz iradənlə bacara bilmirsənsə, istefa verib getməlisən. Hesab edirəm ki, bu bizim üçün əhəmiyyətli bir prosesdir.  Həm cəmiyyətin demokratikləşməsi üçün, həm də cəmiyyətdə bu cür halların aradan qaldırılması üçün bunlar  baş verməlidir. Mən dövlət başçısının apardığı bu siyasəti dəstəkləyirəm. 

- DTX-nin əməliyyatlarla bağlı  hazırladığı videoları izləyirsiniz.  İcra başçısı Vilyam Hacıyevlə bağlı yayılan videodan göründü ki, nə  qədər pul vəsaiti mənimsənilib. Bu qədər pulu necə mənimsəmək olar və  o pulların taleyi sizcə, necə olacaq? 

- Görürük ki, tutulan şəxslərdən külli miqdarda vəsaitlər çıxır. Təmiz yolla  bu insanlar o qədər vəsaiti qazana bilməzdilər. Burada rüşvət, korrupsiya var. Bu pullar dövlət büdcəsindən, insanları müəyyən qədər sıxmaqdan, qeyri-qanuni əməllər həyata keçirməklə meydana çıxıb. Kifayət qədər də böyük vəsaitlərdən söhbət gedir. Son vaxtlar cənab Prezident müəyyən mərkəzlər yaratdı, o cümlədən ASAN Xidmət istifadəyə verildi. Bunun müəyyən qədər qarşısı alındı. Mikayıl Cabbarov Vergilər naziri təyin ediləndən sonra orada kölgə iqtisadiyyatıyla bağlı müəyyən addımlar atılmağa başlanıldı. Yavaş-yavaş bu prosesi axıra çatdırmaq lazım idi.  Mən ümumiyyətlə ölkədə bu qədər icra başçısının olmasının tərəfdarı deyiləm. Regionlarda 11 iqtisadi rayon var. 11 ərazi vahidi yaratmaq lazımdır.  Bundan sonra vəziyyəti təhlil etmək lazımdır. Belə olanda müəyyən qədər aparatda islahatlar gedəcək. Müəyyən qədər bürokratik aparatın, icra hakimiyyətlərin sayı azaldılacaq. İnsanlara azadlıq vermək lazımdır. İstər sahibkar olsun, istər adi insan olsun. İşləsin, qazansın, heç kim demir ki, qazansın. Sahibkarların işinə müdaxilə olunmasın. Təkliflər çoxdur, yəqin ki dövlət başçısı bunların hamısını nəzərə alır.  Yavaş-yavaş sistem elə qurulmalıdır ki, şəffaflıq təmin olunsun. Dövlət başçısı həm də ictimaiyyətə müraciət etdi ki, ictimai nəzarəti gücləndirmək lazımdır. Qeyri-hökumət təşkilatları burada fəal olmalıdırlar. 

- Ümumiyyətlə proses icra nümayəndələrinin, icra başçılarının həbs edilməsiylə başladı.  İki qurumda nazir müavini həbs olundu. İndi cəmiyyətdə də suallar yaranır ki, necə ola bilər ki, baş verənlərdən nazirin xəbəri  yoxdur. Yəni prosesdə bir növ qırılma yaşandı. Bununla bağlı nə deyə bilərsiniz? 

- Proseslər gedir və hələ qurtarmayıb. Elə məsələ ola bilməz ki, orada hansısa müavin müəyyən proseslərdə iştirak etsin, amma nazirin o proseslərdən xəbəri olmasın. Yəni bu ola bilməz, mütləq olmalıdır. Mən çox istərdim ki, bu proses axıra qədər getsin. Birdəfəlik biz cəmiyyəti təmizləyək  ki, qurumlar şəffaf işləməyə başlasın. Nazir hələlik işləyir, işləməlidir də. İstintaq prosesi gedəcək və müəyyən izahatlar alınacaq. Bunlar hamısı məlum olacaq. 

- Siz illərin siyasətçisi olaraq, nə deyə bilərsiniz, bundan sonra proses hansı qurumlara keçməlidir? Hansı qurumlarda korrupsiya daha çoxdur? Çünki daim seçicilərinizlə kontaktdasınız və insanların narazılıqlarının nə olduğunu bilirsiniz.

- Azərbaycanda əksər qurumlarda bu proseslər var. Dünən fikir verdinizsə, cənab Prezident “Qaçqınkom”la bağlı məsələyə də toxundu. Biz 29 ildir ki, müstəqil dövlətik. Müstəqillik dövrü bizim üçün çox təlatümlü olub.  İlk əvvələrdə dövlətin vəsaiti olmurdu. İndi Azərbaycan ayaq üstdə duran bir dövlətdir. Dünyada da öz sözünü deyən dövlətlərdən birinə çevrilib. Ona görə də təmizləmə prosesi gedir. Artıq cəmiyyət bunu tələb edir. Mən  insanlarla çox görüşürəm. Elə rayonun camaatı yoxdur ki, oradan şikayətlər almayım. Bizdə artıq bir balaca da olsa istefa mədəniyyəti bərpa olunmalıdır. Dövlət başçısının qoyduğu tələblərə cavab verə bilmirsənsə, çıx get, başqa işlə məşğul ol. Yox əgər cavab verirsənsə, onda bütün qayda-qanuna riayət etməlisən. 

- Bu həbslərin karantin dövrünə düşməsi təsadüfi hesab etmək olarmı? Yoxsa müəyyən suallar da var ki, bir növ iqtisadi çətinliyin yaranmasından qaynaqlanıb...

- Bu virus da  bütün dünya üçün bəla oldu, o cümlədən bizim üçün də. Amma proses başlanırdı da. Təmizləmə işi Azərbaycanda davam edəcək. Dövlət başçısı bunu birdən-birə etmədi ki. Mütəmadi olaraq xəbərdarlıqlar edirdi. Azərbaycan hökumətinin hesabat iclaslarında  və ya hansısa beynəlxalq tədbirlərdə bu barədə danışırdı. Biz regionların iqtisadi inkişaf proqramı ərəfəsində 4-cü proqramı həyata keçiririk. Həmişə bunun  müzakirəsi gedəndə bu məsələlərə toxunulurdu. Son vaxtlar təzə təyin edilən icra başçılarını Prezident birbaşa qəbul edirdi. Prezident öz tövsiyələrini verirdi ki, gedib camaatla işləsinlər. Əhali ilə dil tapın, onların qayğısına qalın. Rəhbərlikdə olan insanlar bunu anlamalı idi ki, artıq bu proses başlayıb. Mən bunu karantin dövrüylə əlaqələndirmirəm. Çoxdan başlamış prosesdir, indi də gəlib bunun  kulminasiya nöqtəsi yetişib. Dövlət başçısı da siyasi iradəsini ortaya qoyub bunu axıra çatdırmaq istəyir və əhali də bunu çox müsbət qarşılayır. 

15 May 2024 “Bakı Metropoliteni”ndən yayılan görüntülərə reaksiya
15 May 2024 Bakı metrosunda sərnişinin halı pisləşdi, qatar dayandırıldı
15 May 2024 Bakıda qadına əxlaqsızlıq edən şəxs həbs olundu - Video
15 May 2024 Bakıda taksi sürücülərinə qarşı reyd keçirildi
15 May 2024 Tökmə, yoxsa yığma beton?
15 May 2024 Mayda havalar niyə soyuq keçir?
15 May 2024 Bakı onları Özbəkistana təhvil verdi
15 May 2024 Bu qəbiristanlıqda 16 kamera quraşdırılacaq - Video
13 May 2024 Bakıda obyekt sahibi göyrüş ağaclarını kəsdi
11 May 2024 Abşeronda qanunsuz tikintinin qarşısı alındı - Video
11 May 2024 Bakıda daha bir bina sökülür - VİDEO
10 May 2024 AQTA: 29 müəssisədə nöqsanlar aşkarlandı
10 May 2024 Sabah 25° isti olacaq
10 May 2024 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
10 May 2024 Bələdiyyə sənədi olan torpaqlara çıxarışı necə ala bilərik?
09 May 2024 Məhkəmə “Abzas Media” işi ilə bağlı qərar qəbul etdi
09 May 2024 Dünyanın ən isti aprel ayını yaşadıq
09 May 2024 Kreml sarayındakı şam menyusunda nələr var idi? - VİDEO
09 May 2024 Xərçəng əmələ gətirən ət məhsulları bunlardır
08 May 2024 Zaqatalada baş verən zəhərlənmənin səbəbi... – Rəsmi
08 May 2024 Natiq Qasımovun qatili keşiş Baqrata qoşuldu
08 May 2024 Taksilərlə bağlı yeni qərar qiymət artımına səbəb oldu
08 May 2024 Uşaqlar dərsə gəlmir, direktora pul verirlər - Müəllim
07 May 2024 Ukraynadan gətirilən 20 ton ət yararsız çıxdı
07 May 2024 Güneydə tarixi qala məhv edilir
07 May 2024 Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər
07 May 2024 Azərbaycandan donos verən tiktoker Əli, toyuq oğruları...
07 May 2024 Bakıda 17 min manata pişik satılır - Video
06 May 2024 Leysan olacaq, dolu yağacaq
06 May 2024 Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır