Son xəbərlər

Açıq havada toy keçirilə bilər?
"Toylarda daha çox insan olur. Buna görə də, hələlik, bu, gündəmimizdə deyil. Toylarda insanların yaxın təmas etdiyini nəzərə alsaq, yoluxma halı daha da arta bilər".

Qafqazinfo xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev İctimai Televiziyada qonaq olarkən deyib.

Qurum rəsmisi bildirib ki, açıq havada, daha az adamın iştirakı ilə toyların keçirilməsi müzakirə oluna bilər:

"Açıq havada, ara məsafəsi saxlamaq və daha az adamın iştirakı ilə toyların keçirilməsi müzakirə oluna bilər. Amma düşünmürəm ki, Azərbaycanda toylar 30-40 nəfərdən ibarət olsun. 300-400 nəfərin bir araya toplaşması isə yaxın günlərdə müzakirə mövzusu deyil".

120 Azərbaycan vətəndaşı Rusiyadan gətirildi
Bu gün 120 Azərbaycan vətəndaşı Rusiyadan vətənə qayıdıb.

APA xəbər verir ki, bu barədə Rusiyadakı regional operativ qərargah məlumat yayıb. 

Məlumata görə, mayın 19-da 120 Azərbaycan vətəndaşının Dağıstanla sərhəddə yaradılmış dəhliz vasitəsi ilə Vətənə  qayıtması təmin olunub.

Azərbaycanda daha 7 vəzifəli şəxs işdən çıxarıldı
Mayın 19-da dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlərin, məhkəmə fəaliyyətində mövcud problem və neqativ halların, bununla əlaqədar qarşıda duran vəzifələrin müzakirəsinə dair Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayevin iştirakı ilə videokonfrans formatında müşavirə keçirilib.

Report xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasından məlumat verilib.

Müşavirədə son bir ildə 50-dən çox məhkəmədə monitorinqlər aparılıb, aşkar edilən pozuntular 150-dən artıq hakim və məhkəmə sədrinin diqqətinə çatdırılıb.

Yol verilmiş süründürməçilik, sui-istifadə, vətəndaşların haqlı narazılığını doğuran digər pozuntulara, o cümlədən korrupsiya əməllərinə şərait yaradan hallara görə ötən il 48 hakimin intizam məsuliyyətinə cəlb edildiyi, 2 nəfərin səlahiyyətlərinə xitam verildiyi, 7 nəfərin tutduğu vəzifədən azad olunduğu, son aylarda isə Ali Məhkəmənin 5 hakiminin aşağı işə keçirildiyi, 7-nin isə səlahiyyətlərinin uzadılmayaraq xitam edildiyi bildirilib.

Dövlət Gömrük Komitəsinin sədri Salyan şəhərində vətəndaş qəbulu ...

18 may 2020-ci il tarixində “Gündemxeber.az” saytında “Salyanın icra başçısına həbs təhlükəsi – Növbədə Sevindik Hətəmovdur?” başlığı altında məqalə verilmişdir.
Bildiririk ki, heç bir fakta əsaslanmayan, məqalədə qeyd edildiyi kimi “sosial şəbəkələrdə gedən müzakirələrdə və mətbuatda yayılan informasiyalardan belə nəticəyə gəlmək olur” kimi yalnız fərziyyələr əsasında yazılmış məqalə həqiqəti əks etdirmir, böhtan və şantaj xarakterlidir.
Məqalədə rayonda olan neqativ hal kimi S.Hətəmovla rayon İcra hakimiyyəti başçısının birinci müavini Etibar Hüseynov arasında guya qarşıdurma olduğunu, qarşıdurmanın səbəbi kimi E.Hüseynovun vəzifədən uzaqlaşdırma istəyinin dayandığı bildirilir.
Bildiririk ki, rayonda hər hansı bir qarşıdurma yoxdur və bütün dövlət orqanları, eləcə də vəzifəli şəxslər öz fəaliyyətlərini davam etdirirlər.
Bütün bunları xarici qrantlar hesabına yaşamağa öyrənmiş, ölkəmizdə olan sabitliyi hər cəhdlə pozmağa çalışan, respublikamızın bu günki iqtisadi inkişafını gözü götürməyən, qara yaxmağa öyrənmiş qüvvələrin işi hesab edir və belə halları qətiyyətlə pisləyirik.
Jurnalistika haqqında qanunun tələblərini pozaraq müvafiq araşdırma aparmadan, özlərinə sərf etdiyi kimi, yalnız reytinq qazanmaq, maddi durumunu yaxşılaşdırmaq xətrinə bu kimi məqalələrin elektron informasiya vasitələrində verilməsinə qətiyyətlə etiraz edirik.
Qeyd olunan məqaləni rayon rəhbərliyinin apardığı işlərə kölgə salmaq, onun nüfuzuna xələl gətirmək, qara yaxmaq cəhdi kimi qiymətləndirilmiş və bununla əlaqədar məhkəmə orqanlarına müraciət edilmişdir.

XƏBƏRDARLIQ! Bunu edənləri 100 AZN cərimə və ya 30 sutka həbs gözləyirBəzi qadağalar aradan qaldırıldıqdan sonra şəhər daxilindəki bütün polis postları yığışdırılıb.

Xezerxeber.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib.

O bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlər aradan götürüdüyündən polis postlarının ləğv edilməsinə də qərar verilib. Şöbə rəisinin sözlərinə görə, postlarda duran polis əməldaşları şəhərdə xidmətə cəlb ediliblər.

Kamran Əliyev Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonuna giriş-çıxışın necə tənzimlənəcəyini də açıqlayıb. O deyib ki, ''icaze.e-gov.az''portalında qeydiyyatdan keçmək sistemi ləğv olunduğu üçün Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərlərinə və Abşeron rayonu tərk edərək, digər rayonlara getməli olan dövlət qurumlarının əməkdaşları mütləq qaydada quraşdırılmış polis postlarında işlədiyi dövlət qurumu tərəfindən ona verilmiş ezamiyyə vərəqəsini və digər sənədləri təqdim etməlidir. Əks halda həmin şəxslər buraxılmayacaq.

Qeyd edək ki, Bakı, Sumqayıt və Abşeron rayonuna girişdə qurulan postlardan qaçaq yolla keçmək istəyən şəxslərə qarşı sərt tədbirlər görüləcək. Karantin qaydasına əməl etməyən şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 100 manat məbləğində cərimə və ya 10-30 sutka həbs edilə bilərlər.

Azərbaycanda bu sığorta şirkəti ləğv edildi
ASC “Standard Insurance” Sığorta Şirkətinin fəaliyyəti dayandırılıb.

Azərbaycan Respublikasının Mərkəzi Bankından verilən məlumata görə, Mərkəzi Bankın İdarə Heyətinin 19 may 2020-ci il tarixli müvafiq qərarı ilə ASC “Standard Insurance” Sığorta Şirkəti kapitalını tam itirdiyinə, cari fəaliyyətini etibarlı qaydada həyata keçirmədiyinə və istehlakçılarının hüquqlarının pozulmasına yol verdiyinə görə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.4-cü, 109.1.2-ci, 118.1.1-ci və 118.1.2-ci maddələrinə əsasən sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilmiş, Şirkətə müvəqqəti inzibatçı təyin edilmiş, habelə Şirkət barəsində iflas proseduruna başlanılmasına dair ərizə ilə məhkəməyə müraciət edilmişdir.

Qanunvericiliyə uyğun olaraq ASC “Standard Insurance” Sığorta Şirkətinin idarəetmə orqanlarının sәlahiyyәtlәri dayandırılmış və həmin səlahiyyətlər müvәqqәti inzibatçıya verilmişdir.

ASC “Standard Insurance” Sığorta Şirkətinin maliyyə vəziyyəti uzun müddətdir ki, pisləşmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 noyabr tarixli, 1616 nömrəli Sərəncamına əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildikdən və qanunvericiliklə müəyyən edilmiş aidiyyəti səlahiyyətlər təhvil alındıqdan sonra Mərkəzi Bank sığorta sektorunun maliyyə vəziyyətinin qiymətləndirilməsinə başlamışdır. Qiymətləndirmə çərçivəsində Şirkətin məcmu kapitalı tələb olunan səviyyədən xeyli aşağı olduğu müəyyən edilmiş və kapitalın tam bərpası üçün Şirkətin rəhbərliyi ilə müzakirələr aparılmışdır. Lakin, səhmdarlar tərəfindən Şirkətin kapitalının tam bərpası üçün konkret plan təqdim edilməmişdir. ASC “Standard Insurance” Sığorta Şirkətinin səmərəlilik göstəriciləri də xeyli aşağıdır və Şirkət son iki ili zərərlə başa vurmuşdur.

Şirkətin bazar davranışları, xüsusilə isteklakçıların hüquqlarının müdafiəsi sahəsində olan problemləri barədə onun rəhbərliyi qarşısında dəfələrlə məsələ qaldırılmışdır. Şirkətin üzləşdiyi xroniki likvidlik problemi sığorta hadisələrinin tənzimlənməsində ciddi yubanmalara, nəticədə sığorta xidmətləri üzrə istehlakçıların narazılığının artmasına gətirib çıxarmışdır.

Mərkəzi Bank sığorta sektorunun maliyyə dayanıqlığını və sığorta şirkətlərinin bazar davranışlarının qanunvericiliyə uyğunluğunu sistemli olaraq nəzarət altında saxlayır. Görülən bütün tədbirlər sığorta sektorunun inkişafına, sığorta xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsinə yönəlmişdir.

Səhiyyə naziri Oqtay Şirəliyevdən koronavirusla
"Azərbaycan pandemiyaya qarşı vaxtında ciddi tədbirlər həyata keçirib".

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə naziri Oqtay Şirəliyev deyib.

O bildirib ki, yalnız səyləri birləşdirərək, məqsədyönlü, düşünülmüş fəaliyyət strategiyasını quraraq pandemiyaya qarşı mübarizədə uğur qazanmaq olar: "Biz beynəlxalq təsisatlarla və dünya birliyi ilə bundan sonra da əməkdaşlıq etməyə hazır olduğumuzu bildiririk. Əminəm ki, bu gün nümayəndə heyətlərinin başçıları, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən səslənən dəyərli fikir və təkliflər koronavirusa qarşı birgə mübarizəmizə kömək edəcək".

Azərbaycanda bu şəxslərə işləmədəyi üçün 250 manat verilir
Peşə hazırlığına cəlb olunmuş, lakin pandemiya ilə əlaqədar peşə hazırlığında fasilə yaranmış 520 nəfər işsiz və işaxataran şəxsə fasilə dövrü üzrə təqaüdlərin ödənişi aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, nazirlik tərəfindən onların hər birinə fasilə dövrü üzrə aylıq minimum əmək haqqı qədər (250 manat) təqaüd verilir.

Ümumilikdə bu ilin əvvəlindən Nazirlik yanında Dövlət Məşğulluq Xidməti 800 nəfər işsiz və işaxtaran şəxsi peşə hazırlığına cəlb edib. Onlardan pandemiya ilə əlaqədar 520 müdavimin peşə hazırlığında fasilə yaranıb.

Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər Xidmət tərəfindən peşə hazırlığına cəlb edilirlər. Bu da onların əmək bazarına çıxışına və məşğulluğunun təminatına imkan yaradır.

Sürücülərin nəzərinə! Sabahdan bu ərazidə hərəkət məhdudlaşdırılacaq
20 may tarixindən etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində təmir-tikinti işlərinə start verilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən  verilən məlumata görə, təmir işləri aparılan müddət ərzində sözügedən küçə ilə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən küçə ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərini və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Azərbaycanda koronavirusla mübarizə aparan həkimlərə əlavə bu qədər pul ödənildi
Azərbaycan Prezidentinin 18 mart 2020-ci il tarixli 1947 nömrəli sərəncamına və Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli qərarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 21 462 tibb işçisinə, 2 372 qeyri-tibb işçisinə mart ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib.

Bu barədə Agentlikdən məlumat verilib.

Belə ki, Bakı şəhəri üzrə 145, respublikanın digər şəhər və rayonları üzrə 118 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçilərinə mart ayı üzrə iş vaxtına mütənasib olaraq 11.7 milyon manat müddətli əlavə ödənilib.

"Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına iş vaxtına mütənasib olaraq müddətli əlavələr aşağıdakı qaydada ödənilib:

1. Tibbi profilaktik tədbirləri həyata keçirən 15 113 tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 4.9 milyon manat ödənilib.

Agentliyin Maliyyə departamentinin rəhbəri Rasim Həsənov aşağıdakı nümunə ilə hesablamanı izah edir: “Tutalım, poliklinikada çalışan sahə pediatrının 13-cü dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 406 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 6 gün işə cəlb olunubsa, deməli 292 manat 32 qəpik müddətli əlavə almalıdır. 292.32 = ((406 / 25) x 6) x 3. Qeyd edim ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq”.

Hesablama düsturu: müddətli əlavə = (Vahid Tarif Cədvəli üzrə tarif maaşı/ aylıq iş günlərinin sayı) x işçinin çalışdığı günlərin sayı x müddətli əlavənin misli

2. Təcili tibbi yardım xidməti göstərən 4 967 tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 378 laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 4.7 milyon manat ödənilib.

R.Həsənov aşağıdakı nümunə ilə hesablama qaydasını izah edir: “Tutalım, Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 13-cü dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 406 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 6 gün işə cəlb olunubsa, deməli 389 manat 76 qəpik müddətli əlavə almalıdır. 389.76 = ((406 / 25) x 6) x 4. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq”.

3. Pasiyentlərə stasionar tibbi xidmət göstərən 1 004 tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 700 min manat ödənilib.

Maliyyə departamentinin rəhbərinin izahı: “Xəstəxanada çalışan həkim infeksionistin 13-cü dərəcə aylıq vəzifə (tarif) maaşı 406 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 6 gün işə cəlb olunubsa, deməli 487 manat 20 qəpik müddətli əlavə almalıdır. 487.20 = ((406 / 25) x 6) x 5. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq", - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.