Son xəbərlər

Maska taxmamağa görə tətbiq olunacaq cərimə məbləğləri açıqlandı
"Ümumdünya Səhiyyə Təşkilatı tibbi maskdan istifadəni tövsiyyə edib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında də tibbi maskadan istifadə tələblərinin pozulmasına görə təklif edilən dəyişiklik müzakirə edilib".

Bunu APA-ya açıqlamasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bildirib.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki,  İnzibati Xəar Məcələsinə təklif edlən dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.

K. Cəfərov qeyd edib ki, tibbi maskadan istifadənin zəruriliyini doğru hesab edir: "Çünki bəzi insanlar virus daşıyıcısı olduğu halda bilmir ki, onda virus var. Belə olan halda, onlar bilmədən digər şəxsləri də yoluxdura bilər. Tibbi maskadan istifadəmin əsas məqsəd odur ki, bilmədən ətrafdakıları da virusa yoluxdurmuş olmayasan. Cəmiyyətdə bir sıra fikirlər mövcuddur ki, tibbi maska virusun yayılmasının qarşısını almır, gərək xüsusi respiratorlu bahalı maskalardan istifadə olunsun. Amma bu fikirlər yanlışdır. Həkimlər hesab edir ki, adi tibbi maska belə virus yayılması riskini 90 faizədək azaldır. Ona görə vətəndaşlarımızdan xahiş edirəm ki, şəxsi sağlamlıqları və cəmiyyətin ümumi rifahı üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qərarlara əməl etsinlər"

Bu məkanlarda tibbi maskadan istifadə
Nazirlər Kabineti “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” qərar qəbul edib.

Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir:

- şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.);

- bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla);

- dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə;

- fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində;

- açıq sahəli ofislərdə və istehsalat yerlərində;

-  tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə;

- ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə;

- insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda.

Tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir.

Bu qərardakı tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib.

 Nazirlər Kabineti yanında Operativ Qərargah xəbər verir ki, ölkə ərazisində "Binə" və "Sədərək" kimi iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti bərpa olunur (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla).

Azərbaycanda məhdudiyyətlər yumşaldılsa da karantin rejimi uzadıldı
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün qəbul etdiyi qərara əsasən, sanitar-epidemioloji vəziyyət və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 15 iyun 2020-ci il saat 00:00-dək uzadılır.

Toylara yenə icazə verilmədi
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin mayın 31-dən yumşaldılmasına qərar verilib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Buna baxmayaraq, bəzi məhdudiyyətlər isə iyunun 15-dək qüvvədədədir. Qərara əsasən, toy məclislərinin təşkili ilə bağlı qadağa da qüvvədə qalır.

“Bu, ikinci dalğa deyil. Mən həmişə demişəm ki, ikinci dalğa söhbəti yoxdur. Xəstəlik artıb-azala bilər”.

Bunu ölkənin baş infeksionisti Cəlal İsayev son günlər koronavirusun artım statistikasından danışarkən deyib. Cəlal İsayev deyib ki, bu epidemiyanın gediş xüsusiyyətləri belədir: “Bir gün çox olar, bir gün az. İkinci dalğa isə odur ki, epidemiya sönür və birdən-birə qalxır. Əgər insanlar verilən tövsiyələrə əməl eləsələr, xəstələnmələrin sayı azalacaq, əməl etməsələr, yoluxanların sayında artım müşahidə olunacaq”.

Cəlal İsayev qeyd edib ki, xəstəliyin çoxalmasının Bakı ilə rayonların arasında məsafənin açılmasına hər hansı bir təsiri olmaz: “Hər halda bunlar Operativ qərargah tərəfindən müəyyən edilir və qərar verilir. Etibar eləsək ki, insanlar qaydalara əməl edəcəklər, nəqliyyatda maska taxacaqlar, sosial məsafə saxlayacaqlar, o zaman icazə verilsin. Amma mən insanlara o qədər də ümid bağlamıram. Hər şey gözümün qabağındadır. Heç kim sosial məsafə saxlamır, maska taxmır, laqeyd yanaşır. Rayonlardakı vəziyyət təhlil olunandan sonra bu qərarı vermək olar”.

Azərbaycan zabiti Ramil Səfərov haqqında Avropa Məhkəməsinin qərarı cəmiyyətimizdə xoşagəlməz müzakirələr yaradıb.
Mövzu ilə əlaqədar Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Musavat.com-a danışıb.
 
Onun sözlərinə görə, Avropa Məhkəməsinin qərarı təəssüf doğurur: 
 
“Son dövrlərdə Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarı geniş müzakirə olunur. Bu, çox təəssüf doğuran bir qərardır. Biz Ramil Səfərovla daim fəxr etmişik. O insan bayrağımızı, qürurumuzu qorumaq üçün bu addımı atıb. O, Cəbrayıl rayonunda böyüyüb boya-başa çatıb. Yaxınları şəhid olub. O üzdən bayraq və torpaq məsələlərinə çox həssas olması təbiidir”.
 
Emin Həsənli Ramil Səfərovun erməni zabitinin xoşagəlməz hərəkətlərinə doğru cavab verdiyini bildirib: 
 
“Ramil Səfərov bir zabit qürurunu müdafiə etdi. Bir azərbaycanlı, türk oğlu kimi çıxış etdi. Ramil Səfərov məhkəmədə demədi ki, səhv etmişəm, peşmanam. Bu, hamımız üçün qürurverici bir addım idi. Ramil Səfərov bu addımı şüurlu şəkildə atıb. Əgər bu hərəkət başqa bir ölkənin zabitinə qarşı olsaydı, hamı qınayardı. Amma Ramil Səfərov düşmən ordusunun zabitinə, Azərbaycan bayrağını təhqir edənə qarşı bunları edib. O, ömürlük cəzanı gözə alaraq Azərbaycanın haqq işini müdafiə edib”.
 
E.Həsənli, həmçinin dövlət başçısının məsələ ilə əlaqədar diplomatik addımlar atdığını xatırladıb: 
 
“Ölkə prezidenti cənab İlham Əliyev Mübariz İbrahimovun nəşinin düşməndən alınması üçün çox böyük iş gördü, eyni zamanda Ramil Səfərovun ölkəyə qayıtması üçün bütün hüquqi-diplomatik vasitələrdən istifadə etdi. Prezidentin də müstəsna hüququdur ki, hər bir vətəndaşı əfv etsin. Ramil Səfərov bu gün zabit kimi fəaliyyətini davam etdirir. Biz onunla fəxr edirik”.
 
İctimai birliyin sədri Avropa İnsan Haqları Məhkəməsinin ədalətsiz qərarlarından da söz açıb: 
 
“Avropanın ikili standartlarını bilirik. Bunun üçün də təəccüblənməyə dəyməz. Avropa İnsan Haqları Məhkəməsinin zaman-zaman ədalətsiz qərarlar verdiyi məlumdur. Hətta Macarıstan məhkəməsi zamanı da ədalətsiz qərar vermişdi. Bunların hamısı bizə yaxşı məlumdur. Amma bəzi vətəndaşların Ramil Səfərovla bağlı xoşagəlməz fikirlər bildirmələri ikrah hissi yaradır. Bu, qəbuledilməzdir. Həmin adamlar layiqli cəzalarını Azərbaycanın hüquq mühafizə orqanlarından almalıdırlar. Hər bir Azərbaycan vətəndaşı Ramil Səfərovu müdafiə etməlidir. O, çox təvazökar adamdır. Onunla bir neçə dəfə ünsiyyətdə olmuşam. Ramil Səfərov deyir ki, istənilən azərbaycanlının etməli olduğu hərəkəti edib və bu gün də eyni addımı atmağa hazırdır. Torpaq, vətən uğrunda canlarını qoyanlar ən böyük hörmətə layiqdirlər. Hərbçinin peşəsi vətəni müdafiə etməkdir. Bu gün bəzi insanlar ordu haqqında xoşagəlməz fikirlər söyləyirlər. Bu, çox təəssüf hissi doğurur. Biz hər birimiz ordumuza, peşəsi vətəni müdafiə etmək olan hərbçilərimizə hörmət və ehtiram göstərməliyik. Dövlətimizi, bayrağımızı, ordumuzu, hərbçilərimizi qorumaq hər bir kəsin vətəndaşlıq borcu olmalıdır. Biz imkan verməməliyik, ordumuzu və onun zabitlərini kimsə nüfuzdan salmağa cəhd etsin. Biz hər zaman ordunu qorumalıyıq. Mübariz İbrahimov, Ramil Səfərov kimi qəhrəmanlar filmlərdə olur. Belə qəhrəmanlarımıza hörmət göstərməliyik. Bu ordu bütün xalqındır, hər kəsi qoruyur”.
 
E.Həsənli Avropa Məhkəməsinin Azərbaycan vətəndaşlarının müraciətlərini təmin etməməsi məsələsinə də toxunub: 
 
“Avropa İnsan Haqları Məhkəməsi dəfələrlə Azərbaycan vətəndaşlarının, məcburi köçkünlərin, eyni zamanda Qərbi Azərbaycandan olan vətəndaşlarımızın müraciətlərini görüb, amma dinləməyib. Bütün bu məsələlər birdəfəlik bitməlidir. Bunun da bir yolu var. Böyük güclər imkan versinlər, torpaqlarımızı azad edək. Yoxsa xalqımız səfərbər olaraq torpaqlarını azad edəcəkdir. Mübariz kimi, Ramil kimi övladları olan xalqın torpaqları işgal altında qalmayacaqdır. Bu gün Azərbaycanın güclü ordusu var”.

Kursları bitirənlərə peşə sertifikatlar təqdim olunacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaxın dövrdə Quba, Bərdə və Şəki rayonlarında da peşə tədrisi mərkəzlərinin yaradılması planlaşdırılıb.

Nazirlikdən verilən məlumata görə, məqsəd həmin bölgələrdə işsiz və işaxtaran vətəndaşların əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarının təşkili üçün müasir infrastrukturun qurulmasıdır.

Peşə və ixtisası olmadığına görə münasib iş yeri seçməkdə çətinlik çəkən, yaxud peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün öz peşəsini dəyişməsi zəruri olan şəxslər üçün bu mərkəzlərdə peşə kursları təşkil olunacaq. Kursları bitirənlərə peşə sertifikatlar təqdim olunmaqla, onların yeni yiyələndikləri peşələr üzrə məşğulluğu təmin olunacaq.

Hazırda Nazirliyin Bakı, Göyçay və Gəncə şəhərlərində peşə tədrisi mərkəzləri fəaliyyət göstərir.      /Ayna.az/

Mayın 30-u səhər saatlarından etibarən Bakı şəhərinin mərkəzi və qəsəbələrdəki 300-dən artıq əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə Yenisabah.az paytaxtın kommunal strukturlarından məlumat əldə edib.

Bildirilib ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Sabah küçəyə çıxmayın! - Bakı sakinlərinə XƏBƏRDARLIQ
Aqil Abbas: “Dolma bizimdirsə, festivalında niyə Braziliya çempion olur?”
Millət vəkili Aqil Abbas İctimai Televiziyanın “Diqqət mərkəzi” verilişində qonaq olarkən maraqlı fikirlər səsləndirib.

Oxu.az xəbər verir ki, mədəniyyətimizin təbliği mövzusunda həmsöhbət olan millət vəkili Mədəniyyət Nazirliyinin keçirdiyi Dolma festivalını misal gətirərək deyib:

“Ermənilər deyir, dolma bizimdir. Biz də onların acığına Dolma festivalı keçirdik. Çempion kim oldu? Braziliya! 

Tahir Əmiraslanov deyir ki, 200 dolma növümüz var. Bəs necə olur ki, Braziliya o boyda yolu gəlib, çempion oldu? Deməli, sənin deyil də dolma”.