Son xəbərlər

Kamran Əliyevin işdən çıxardığı kürəkəninə DTX-də vəzifə verildi
Baş prokuror Kamran Əliyevin prokurorluq orqanlarında çalışmış kürəkəninin hansı dövlət orqanında işə başladığı məlum olub.

Oxu.az məlumatına görə, Səbail rayon prokurorunun keçmiş müavini Orxan Nuriyevə Dövlət Təhlükəsizliyi Xidmətində vəzifə verilib.

Qeyd edək ki, Orxan Nuriyev 2019-cu ildən ədliyyə nazirinin müavini işləyən Eldar Nuriyevin oğludur.

Xatırladaq ki, Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında çalışan kürəkəninin vəzifədən azad olunması barədə əmr imzalayıb.

Rayonlara gediş-gəlişin bərpası ilə bağlı
“Biz bir həftə öncə rayonlararası gediş-gəlişi açmaq ümidində idik. Bu barədə danışırdıq”.

Oxu.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

“Amma bu gün qapanmadan danışırıq. İnsanlar xəstəxanalarda əziyyət çəkir.

Həkimlərimiz isti havada, xüsusi paltarda xidmət edir. Bütün bunlar qaydaların sərtləşdirilməsinə getməyə vadar etdi”, - deyə, sədr vurğulayıb.

Bu şəxslərin İŞ SAATLARI QISALDILIR
İş saatlarının qısaldılması təklif olunubdur. Dövlət müəssisələrinə, özəl müəssisələrə, təbii ki, bu, yəqin, şamil edilə bilməyəcək.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.


Sədr bununla bağlı dövlət müəssisələrinə məlumat veriləcəyini bildirib:

"Dövlət müəssisələrinə böyük ehtimalla Operativ Qərargah və Baş nazir tərəfindən müraciət ediləcək və iş saatlarının qısa tutulması barədə məlumat veriləcək. Həftənin cümə axşamı və cümə günlərində sakinlərimiz nəzərə almalıdırlar ki, həftəsonu tam qapanış olacaqdır". 

Mediaya da məhdudiyyət qoyulacaq
“Kütləvi informasiya vasitələrinin həftəsonları işləyib-işləməyəcəyi hələ bəlli deyil”.

Oxu.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, bu, baş nazirin çıxışından sonra bilinəcək.

R.Bayramlı qeyd edib ki, məhdudiyyətlər kütləvi informasiya vasitələrinə də aid edilə bilər:

“Məhdud sayda televiziya əməkdaşına işə gəlməyə icazə veriləcək”.

Azərbaycanda şənbə və bazar günləri evdən çıxmağa qadağa qoyulur
Son günlər ölkədə yoluxmanın dərəcəsi artır.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, yoluxma ilə sağalma arasında fərq böyükdür. Bu yeni bir situasiya yaradıb. Əsas səbəb karantin qaydalarına əməl etməmələridir. Bu barədə Koronavirusinfo.az saytına vətəndaşlar tərəfindən şəkillər göndərilir.

"Buna görə də karantin qaydalarının yumşaldılmasının dayandırılması və karantin qaydalarının yenidən sərtləşdirilməsi məsələsi müzakirə edilir. Aidiyyəti qurumıar qərargaha müraciət ediblər.

Cümə günü axşamdan bazar ertəsinə qədər hərəkətin tam məhdudlaşdırılması, iş rejimləri məhdudlaşsdırıla bilər. Mağazalar da bağlana bilər. Bununla bağlı sabah Baş nazirin çıxışı olacaq və bundan sonra təfərrüatlar barədə məlumat veriləcək".

TƏBİB İdarə Heytəinin sədri Ramin Bayramlı qeyd edib ki, yoluxanların sayı sağalanların sayından 200 ədəd çox olduöğundan qurum Nazirləır Kabinetinə komendant saaatının tətbiqi ilə bağlı müraciə edib. "Müraciət müsbət qiymətləndirilib və detallar sabah açəıqlanacaq".

Ramin Bayramlı həmçibnin qeyd edib ki, ola bilsin bayram günlərində də evdən çıxmaq tsm qadağan edilsin.

Azərbaycanda SMS icazə bərpa edilir, nəqliyyatın hərəkəti dayandırılır
Bu həftənin cümə günü dövlət müəssisələrində iş saatlarının qısaldıması üçün müraciət edəcəyik.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib.

“Küçəyə çıxma qadağasında ərzaq, supermarketlər daxil, bütün sahələrin tam qapadılması nəzərə tutulur. Buna görə insanlardan ərzaq ehtiyatı görmələrini xahiş edirik. Təşvişə düşməyə ehtiyac yoxdur, bu qadağalar həftə sonları tətbiq olunacaq”, – o bildirib.

R.Bayramlının sözlərinə görə, bu günlərdə həyatı vacib sahələrin çalışması nəzərdə tutulur:

“Bununla bağlı məlumat veriləcək. Eyni zamanda, SMS-icazə sistemi bərpa oluna bilər. Lakin bu SMS-icazə əvvəlki kimi olmayacaq. Yalnız xüsusi sağlamlıq vəziyyətində və tibb müəssisələrinə çıxmaq üçün icazə veriləcək.

Eyni zamanda, ictimai və şəxsi nəqliyyatın tam qapadılması nəzərdə tutulur. Zəruri sahələrdə çalışanlar üçün müəyyən istisnalar ola bilər”.

Yeni növ koronavirus (COVID-19) xəstəliyinə qarşı peyvənd tapılması üçün araşdırmalar əksər dünya ölkələrində davam etdirilir.

Məsələ ilə bağlı Rusiya Mərkəzi Elmi Tədqiqatlar İnstitu tərəfindən açıqlama verilib. Bildirilib ki, potensial koronavirus peyvəndinin ilk yoxlama mərhələsi müsbət nəticələnib.

Həmçinin peyvəndin kliniki tədqiqatlarının iyul ayında başlayacağı qeyd olunub. Peyvəndin sınaqdan keçirilməsi üçün 25-50 yaş aralığında olan 50 hərbi qulluqçunun könüllü olaraq seçildiyi məlum olub.     /Cebhe.info/

COVID-19 ilə bağlı ziddiyyətli fikirlər səngimir, ekspertlər də yetərli məlumata məlik deyillər  

Koronavirus həyatımıza daxil olduğu gündən bu yana hər gün qulağımız yeni bir söz, xəbər eşidir. Bu qədər cəmiyyətlərdə virusun qeybəti qırılsa da, bəzən elmi fikirdən uzaq şayiələrə, qeyri-ciddi mülahizələrə şahidlik edirik. Elm də zarafatyana fərziyyələrə hakim kəsilib. Fakt odur ki, dünyanın çox ölkəsini sosial-iqtisadi cəhətdən yanıüstə qoyan COVID-19 ilə tanışlığımız hələ də davam edir.

Hazırda virusla bağlı səslənən əsas fikirlər vaksinin tapılması məsələsini də arxa planda qoyub. Bu xəstəliyin müalicəsi prosesində istifadə olunan dərmanlar və yeni koronavirusun genetika fərqini “nəzərə almasıdır”. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dərmanlarla davranış açıqlamalarına əməl edən də var, məhəl qoymayan da. Ən son olaraq, təşkilat ABŞ Prezidenti Donald Trampın təbliğ etdiyi “Hydroxychloroquine” (malyariya xəstəliyini müalicə edən) adlı dərman preparatının istifadəsini qadağan etdi.

Həkim-pediatr Vaqif Qarayev AYNA ilə söhbətində koronavirusla bağlı saysız fikirlər, versiyalar səsləndiyini deyib: “Əvvəllər hamımızın, daha çox biz pediatrların sevindiyi bir xəbər vardı: “uşaqlar virusa yoluxmurlar”. Amma pandemiyanın gedişatında məlum oldu ki, uşaqlar arasında da yoluxma halları olur, hətta dünyada vəziyyəti pisləşən və ölüm həddinə çatan azyaşlılar da qeydə alınıb. Ardınca yaş qrupu üzrə yayılan məlumatlarda “gənclər arasında xəstəlikdən ölüm halı baş vermir” söhbəti çıxdı. Halbuki, ötən zaman müddətində dünyada yaşlı insanlarla yanaşı, gənclər də virusun qurbanı olaraq həyatını itirdilər”.

“Elə bu günün özündə təhlükəsizlik tədbirlərindən danışanda, hələ də maskadan istifadə mübahisə mövzusu olaraq qalır. Amma maskadan istifadə lazımdır, çünki bunu etməklə heç nə itirmirik. Düşünürəm ki, insanlar arasında çaşbaşlıq yaradan bu mübahisələrin, bir-birini təkzib edən fikirlərin sonu olmayacaq da. Çünki COVID-19 haqqında biliklərimiz azdır. Amma koronavirusla mübarizə və müalicə xəstəxanalarındakı həkimlərin şahidi olduğu mənzərələri eşidəndə, qulaq asanda virusla mübarizənin vacib olduğunu bir daha anlayırıq”, – həmsöhbətimiz bildirib.

Ekspertin sözlərinə görə, ÜST-nin son təlimatında, COVID-19 xəstələrinin müalicəsində “Hydroxychloroquine” dərmanından istifadənin əks təsirlər verdiyi səbəbindən dayandırılması tövsiyə edilir: “Artıq Fransa, Gürcüstan kimi ölkələr bu göstərişə əməl edib. Yenə də bəzi ölkələr tövsiyəyə cavab vermir. Bu da mübahisələrə yol açıb”.

Genetika məsələsinə gəlincə, həkim əlavə edib ki, az əvvəl gürcü, ardınca rusiyalı mütəxəssislərdən məntiqsiz fikirlər səslənirdi: “Guya, qafqazlıların genetikası virusa yoluxma sayında da özünü göstərib. Başqa sözlə, bu bölgə insanına virusun böyük təsiri ola bilməz. Yaxud ruslar da özlərini müdafiə edirdilər ki, asiyalı və qafqazlıların pandemiya böhranı daha böyük olacaq, rus geni daha güclüdür. Əlbəttə ki, bu fikirlərin irəliləyən zamanda təsdiqini görmədik, haqqında dəqiq məlumat olmayan virus barədə fərziyyələrin də çox olmasını normal qəbul etmək lazımdır”.

“Bütün hallarda karantindən çıxan insanlar maskadan istifadə, xəstəliyə inanmaq, sosial məsafəni qorumaq kimi məsələlərin hələ də qüvvədə olduğunu bilməlidirlər. Çünki koronavirusun insan sağlamlığına ciddi təsir etmədiyini deyənlər, təəssüf ki, yenə də var”, – V.Qarayev vurğulayıb.

Almaniyada yaşayan və fəaliyyət göstərən həkim-radioloq Fərid Əhmədli AYNA-ya açıqlamasında deyib ki, ÜST-nin məlum dərmanla bağlı tövsiyəsinə Almaniyada əməl edilir: “Dərman artıq müalicə kursundan çıxarılıb, xəstəliklə bağlı dəqiq məlumatlar olmadığından yeni metodlar tətbiq edilir. “Hydroxychloroquine” xəstələrdə əks təsirlər yaradır, xüsusən qaraciyərdə yaratdığı fəsadlar virusdan qurtuluqdan sonra xəstənin sonrakı zamanda həyatı üçün təhlükə yarada bilər”.

Virusun insan genetikasına görə təsiri məsələsinə şərh verən həkim bildirib ki, COVID-19-un genetik mənsubiyyəti öyrənilmədiyindən fikirlər də müxəlifdir: “Misal üçün, “qaradərili genotipə virusin təsiri yoxdur” deyirdilər. Ola bilər ki, Afrika ölkələrində tibb o qədər inkişaf etməyib, testlər edilmir deyə, yoluxma sayı az görünür. Yaxud deyilir ki, “az sayda yoluxma olduğu deyilən ölkələr real rəqəmləri gizlədir”. Bu səbəbdən genotip fərqinə görə yoluxma məsələsi rəsmi və elmi təsdiqini tapmadığından dəqiq nə isə demək mümkün deyil”.

Vaksin məsələsinə diqqən çəkən F.Əhmədli hesab edir ki, cari il ərzində onun tapılması mümkün deyil: “Hələlik, təcrübəmizdə xəstələrlə işlədiyimiz müddətdə bu qənaətimizi deməliyik ki, immun sistemi güclü olan insanlar bir çox xəstəlik kimi, koronavirusa qa qalib gələ bilirlər. Yoluxma olsa belə, qurtulma şansı çox böyükdür. Tək bildiyimiz odur ki, bu virus var və təhlükəlidir. Almaniyanın da bir çox ölkələr kimi pandemiya ilə mübarizəsi öz bəhrəsini verir. Artıq yoluxma və ölüm halları gedikcə azalır”.      /Raminə Eyvazqızı/

Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılmasından sonra koronavirusa yoluxanların sayı hər gün artmaqda davam edir. Bugünə qədər ən çox yoluxma isə 273 nəfərlə dünən qeydə  alınıb. Bundan başqa yoluxanlar arasında dövlət qurumlar və digər şirkətlərin əməkdaşları da var.

Yeniavaz.com sözügedən şirkətlərin və koronavirusa yoluxan əməkdaşların siyahısını təqdim edir:

Belə ki, “Azəriqaz” İstehsalat Birliyinin altı əməkdaşı koronavirusa yoluxmuşdu. Bu barədə məlumatı İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov təstiq etmişdi. Onun sözlərinə görə, koronovirusa yoluxanlar 50-65 yaş arası şəxslər olub.

Əməkdaşları koronavirusa yoluxan bir digər şirkət Sumqayıt Telekommunikasiya Qovşağıdır. Məlumatı şirkətin  rəisi Nəriman Salmanov təstiq edərək, iki nəfərdə virusun aşkarlandığını qeyd edib.

Bundan başqa TƏBİB-in rəsmi məlumatına görə, Bakı Tikiş Evi, “Baku Steel Company” və Ədliyyə Nazirliyinin müvafiq strukturlarında da yoluxma qeydə alınıb.

Bakı Tikiş Evi – 64 nəfər;

“Baku Steel Company” – 48 nəfər;

Ədliyyə Nazirliyinin müvafiq strukturlarında – 46 nəfər koronavirusa yoluxub.

Bakının məşhur gözəllik salonlarından biri “Orxideya” Beauty Studionun Xalqlar Dostluğu filialında da yoluxma aşkarlanıb. Belə ki, məlumatı “Orxideya” Beauty Studiodan təsdiqləyiblər və üç əməkdaşında koronavirus aşkarlandığı bildirilib.

APA Media Qrupunun rəhbəri Vüsalə Mahirqızı jurnalsitlər üçün inşa olunmuş növbəti binanın media təmsilçilərinə verilməsi qaydaları ilə bağlı təkliflərini səsləndirib.

V.Mahirqızının bu barədə fikirləri aşağıdakı kimidir:

  • Neçə gündür ki, həmkarlarımızın yeni jurnalist evlərinin verilməsi mövzusundakı statuslarını oxuyuram. Vaxt yaxınlaşdıqca yəqin ki, bu statuslar daha da artacaq. Hamı özünü haqlı hesab edir və hərənin də özünə görə arqumenti var. Mənim təklifim, hətta xahişim bundan ibarətdir ki, bu dəfə bu məsələnin seçimində media orqanları iştirak etməsin.
    Bir online sistem hazırlamaq və müraciət kriteriyalarını müəyyən etmək olar. Həmin kriteriyalara uyğun, ev almaq istəyən hər bir jurnalist online qaydada sənədlərini təqdim edir. Kriteriyalar dəqiqliklə seçilsə, müraciətlər minlərlə olmayacaq. Daha sonra isə müraciətlərin araşdırılması üçün ekspertlərdən və dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradıb, yekun siyahını Prezidentə təqdim etmək mümkündür. Bu, bir neçə məsələyə görə vacibdir:

1. Jurnalistlərin hansısa media orqanında işləməsi şərtidir. Sabah ev alandan sonra həmin şəxs jurnalistikadan gedə də bilir, amma o ev ondan geri alınmır. Və ya jurnalist başqa media orqanına, dövlət qurumuna transfer oluna bilər.
2. Ev məsələsi bir çox jurnalisti az maaşla illərlə bəzi redaksiyalarda işləməyə və gözləməyə vadar edir, girova çevirir, sonunda da çoxuna vəd olunan evlər verilmir, yəni adları siyahıya daxil edilmir.
3. Ev məsələsi media orqanlarında illərdir ki, əməkdaşları baş redaktorlarla üz-üzə qoyur. Nə qədər ədalətli davransan da, yenə də kimlərsə özünü daha çox haqqı çatan hesab edir və s. Bir halda ki, ev alan şəxs konkret hansısa media orqanına görə yox, jurnalist olduğu üçün ev alır, o zaman bu seçimi niyə redaksiya rəhbəri etməlidir və subyektiv mülahizələr yaranmalıdır?
4. Ev seçiminə media orqanı o vaxt qarışa bilər ki, ev konkret olaraq media qurumuna verilir. Məsələn, APA Agentliyinə 5 ev ayrılır. APA-dan işdən çıxan jurnalist isə evdən məhrum olur, eynilə hərbi strukturlarda olduğu kimi. Jurnalist evlərinin verilməsində qayda bu deyil və belə olmaması da çox yaxşıdır. O zaman çox sadə sual meydana gəlir. Media orqanı ona aid olmayan prosesdə niyə iştirak edir?

Mənim evlərin veriləcəyi vaxtla bağlı informasiyam yoxdur. Bildiyim odur ki, indiyə qədər bu seçim doğru edilməyib və buna görə də prosesdə qeyri-şəffaf, subyektiv maraqlar çox olub. Bununla bağlı əvvəllər də dəfələrlə demişəm, amma prosesi aparanların marağında olmayıb. Ümid edirəm ki, KİV DF-nin yeni rəhbərliyi bu məsələnin daha rahat və qalmaqalsız həlli yolunu tapacaq. Bir modeli mən təklif etdim. Şəxsən mənim media rəhbəri olaraq bu prosesdə heç bir marağım yoxdur və bacardıqca uzaq qalmaq istəyirəm.