Son xəbərlər

Həftəsonu bu şəhərlərdə ictimai nəqliyyatın və avtomobillərin hərəkəti qadağan edilib
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilir.

 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla).

Azərbaycanda karantin rejimi yenidən sərtləşdirildi
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə “Sanitariya-epidemioloji salamatlıq

Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aşağıdakı məhdudiyyətlər tətbiq
edilsin:

1.1. Aşağıda qeyd edilənlər istisna olmaqla, bütün iş, xidmət, o cümlədən ticarət sahələri üzrə fəaliyyət dayandırılsın:

1.1.1. siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyəti;

1.1.2. xəstəxanalar və təcili tibbi yardım müəssisələrinin fəaliyyəti; 

1.1.3. sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti;

1.1.4. kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası);

1.1.5. elektrik enerjisinin istehsalı və təchizatı;

1.1.6. meliorasiya və su təsərrüfatı;

1.1.7. rabitə xidmətləri;

1.1.8. teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti;

1.1.9. dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları;

 1.1.10. boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti;

1.1.11. fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr);

1.1.12. neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

1.1.13. fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətləri.

1.2. Bu Qərarın 1.1.1-1.1.13-cü yarımbəndlərində nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilsin və onların həmin yerləri tərk etməsinə aşağıdakı müstəsna hallarda icazə verilsin:

1.2.1. həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda (təxirəsalınmaz tibbi yardım yalnız təcili tibbi yardım xidməti vasitəsilə);

1.2.2. yaxın qohumların dəfnində iştirakla əlaqədar.

1.3. Xüsusi təyinatlı, qəza-bərpa, təcılı tibbi yardım və fəaliyyətinə icazə verilmiş orqanlara (qurumlara) və təşkilatlara məxsus xidməti avtomobillər istisna olmaqla, bütün digər avtomobillərin və ictimai nəqliyyatın hərəkəti qadağan edilsin.

2. Bu Qərarın 1.1.1-1.1.13-cü yarımbəndlərində nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyətin həyata keçırılməsi üçün yalnız zəruri və məhdud sayda işçilərin işə cəlb edilməsi təmin
edilsin.

3. Bu Qərarın 1.2.2-ci yarımbəndində göstərilən əsasla yaşayış yerini və ya olduğu yeri tərk etmək üçün hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə
Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.

4. Bu Qərarın 1.1.1-1.1.13-cü yarımbəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron
imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

5. Bu Qərarın 1.2.1-ci və 1.2.2-ci yarımbəndlərinin tələblərinə riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

6. Bu Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər qanunla nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19 infeksiyasından qorunmaq üçün növbədə gözləmə qaydalarını açıqlayıb.

TƏBİB-dən bildirilib ki, növbədə gözləyərkən digərləri ilə fiziki məsafə saxlanmalı, maska taxılmalı və əllə üzə toxunulmamalıdır.

Mümkündürsə, istifadə etdiyiniz plastik kartı dezinfeksiyaedici nəm salfetlə silin. Evə qayıtdıqdan sonra əllərinizi su və sabunla yuyun və ya spirt əsaslı məhlulla dezinfeksiya edin.   /Yeniavaz.com/

Parklanmalara görə heç kimə pul verməyin
Bakıda nəqliyyat vasitəsi olan sürücülər parklanmalara görə heç bir şəxsə ödəniş etməməlidir.

BAKU.WS xəbər verir ki, bu barədə İTV-nin hazırladığı süjetdə bəhs olunur.

Paytaxtda gizli və qanunsuz fəaliyyət göstərən parklanmalar sürücülərdə ciddi narazılıq yaradıb.

Qeyd edək ki, küçə parklanmasına görə tariflər hələ müəyyənləşməyib. Belə olan vəziyyətdə sürücülərdən pul tələb olunması tam qanunsuzdur.

Sabahdan bu şəhərlərdə iş saatı dəyişir
Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində cümə günü saat 14:00-dan bazar ertəsi səhərə qədər iş qrafikinin tam məhdudlaşdırılacağı ilə bağlı qərar qəbul olunub.

Dövlət və özəl müəssisələr sabah saat 14:00-a kimi fəaliyyət göstərəcək. Buna görə artıq yerli icra hakimiyyəti və bir sıra dövlət orqanlarının əməkdaşlarına məlumat verilib. Onlara qaydalara ciddi əməl etmələri tövsiyə olunub.

 Qeyd edək ki, hazırda Baş nazir Əli Əsədovun başçılığı ilə iclas keçirilir və yaxın saatlarda qərarla bağlı detallar ictimaiyyətə açıqlanacaq.
Həftə sonları yalnız bu şəxslərin işləməsinə İCAZƏ VERİLƏCƏK
“Şənbə və bazar günü həyati vacib sahələrin çalışması nəzərdə tutulur”.

Bu barədə TƏBİB-in İdarə Heytəinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, qəza xidməti sahələri, təcili tibbi yardım və stasionar tibbi xidmət göstərən tibb müəssiələri və elə istehsalat sahələri var ki, onların fasiləsiz işləməsi zəruridir: "Bu zəruri sahələrdə fəaliyyət göstərən məhdud sayda vətəndaşlarımıza SMS vasitəsilə çıxmağa icazə veriləcək. Ancaq bu əvvəlki kimi SMS-lə çıxmaq deyil. Biz sərt karantin rejimində olduğu kimi, SMS vasitəsilə müəyyən ehtiyaclar üçün küçəyə çıxa bilirdik. Amma bu ehtiyaclar şənbə gününədək tamamilə həll olunmalıdır. Yalnız xüsusi sağlamlıq vəziyyətlərində və tibb müəssisələrinə müraciət olunması zəruri hallarda icazə veriləcək. Zəruri həyati vacib xidmət sahələrində çalışan vətəndaşlarımıza icazə veriləcək. İctimai və şəxsi nəqliyyatın tam qapadılması nəzərdə tutulur. Onlardan istifadə etmək mümkün olmayacaq. Yalnız qeyd etdiyim həyati vacib zəruri sahələrdə çalışan şəxslərə istisnalar ola bilər".

Azərbaycanda beş yeni lisey yaradıldı
Təhsil Nazirliyinin birbaşa tabeliyində beş yeni liseyin yaradılması barədə qərar verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun verdiyi xəbərə görə, Gəncə, Şirvan, Şəki şəhərləri, Quba və Şəmkir rayonlarında beş yeni lisey yaradılıb.

Belə ki, Gəncə şəhəri və Quba rayonunda Fizika, riyaziyyat və informatika təmayüllü, Şirvan, Şəki şəhərləri və Şəmkir rayonunda isə Kimya-biologiya təmayüllü Respublika liseyi təşkil olunub.

İki ay ərzində küçəyə çıxma qadağası təklif edilib
“Yoluxma sayının artması karantin rejiminin sərtləşdirilməsilə bağlı müraciəti labüd edib”.

Oxu.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

 Sədr qeyd edib ki, yaxın iki ayda tam üç gün ərzində küçəyə çıxma qadağası təklif olunub:

“Bu təklif qəbul edilib və detalları müzakirə edilir. Təklif beynəlxalq təcrübəyə əsaslanıb. Biz bu barədə Ramazan bayramı zamanı demişdik. Lakin insanlarımız tərəfindən qaydalara əməl edilməməsi nəticəsində yoluxma artıb”.

Sumqayıtda bu xəstəxana bundan sonra artıq koronavirus xəstələrinə xidmət göstərəcək
Bu gün Sumqayıt şəhərindəki 1 saylı xəstəxana da tam olaraq koronavirusa yoluxmuş xəstələr üçün ayrılıb.

Trend xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, bu cür xəstəxanaların COVİD-19 xəstələri üçün ayrılması digər xidmətlərin göstərilməsinin keyfiyyətinə təsir göstərə bilər: “Düzdür, tibbi xidmətlərdə heç bir axsamaya yol verilməyib. Amma bu, tibb müəssisələri üçün yük olur”.

İstirahət olmayacaq, rayonlara gediş isə...
Bu mövsümdə insanların bölgələrə gedib istirahət etməsi təəssüf ki, mümkün olmayacaq. Əgər infeksiya bu şəkildə artmaqda davam etsə, rayonlara yol açılmayacaq və istirahətə gedə bilməyəcəklər.

Bu sözləri ölkənin baş infeksionisti Cəlal İsayev musavat.com-a müsahibəsində deyib. İnfeksionist bildirib ki, hər insanın yanına bir polis, bir məmur qoymaq olmaz:

“İnsan özü anlamalıdır ki, maska olmalıdır, biz müəyyən müddət maskada gəzməyə məcburuq. Çin bu cür məcburi qaydaların hesabına koronavirusa qalib gəldi. Biz də buna könüllü əməl etməliyik. Mütləqdirmi, kimsə bizi cərimələsin, maska taxmağa məcbur eləsin?”