Vilayət Eyvazov polis kapitanına yüksək vəzifə verdi


Daxili İşlər orqanlarında növbəti təyinat olub.
Unikal.org xəbər verir ki, Daxili İşlər naziri, geneal-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə, polis kapitanı İlqar Qafarov Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Bölməsinin rəis müavini təyin edilib.
Xəbəri Sabunçu rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Bölməsindən təsdiqləyiblər.
Prezident deputatı icra başçısı təyin etdi — FOTO
Elşad Eldar oğlu Həsənov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, Elşad Həsənov yeni təyinatadək Milli Məclisin deputatı olub.

Prezident deputatı icra başçısı təyin etdi — FOTO
 
Büdcə müzakirələri başladı
Milli Məclisdə 2020-ci il dövlət büdcəsininin müzakirəsi başlanılıb.

Üç gün davam edən plenar iclasda 2020-ci il döğvlət büdcə zərfinə daxail olan sənədlər müzakirə olunacaq.

 Büdcə müzakirələrində Baş nazir Əli Əsədov başda olmaqla  hökumət üzvləri, nazirlər, komitə sədrləri, Agentlik rəhbərləri iştirak edir.

Mehriban Əliyevadan təbrik

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib. 

 M. Əliyevanın Konstitusiya Günü ilə əlaqədar paylaşdığı təbrikdə deyilir: 

"Əziz həmvətənlər! Sizi Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Arzu edirəm ki, Azərbaycanın uğurlu inkişafı davamlı olsun, ölkəmizdə daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün!"

“Bu təbii mənzərə qorunmalıdır”

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 11-də Heydər Əliyev Fondu tərəfindən Bakının Xətai rayonunda salınan yeni “Gənclik” parkında “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak ediblər.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov dövlət başçısına və birinci xanıma salınacaq yeni park barədə məlumat verərək deyib:

-Cənab Prezident, bura parkın ən hündür məntəqəsidir. Buradan bütün ərazi görünür. Parkın ərazisi 37,2 hektardır.

Prezident İlham Əliyev: Buradan gözəl mənzərə açılır.

Anar Ələkbərov: Elədir. Mehriban xanımın tapşırığına əsasən biz buraları qoruyub saxlamışıq və çalışırıq ki, tezliklə bu parkı insanların istifadəsinə verək. Bu ərazinin yeni planı nəzərdə tutulub. Burada böyük, özü də sadə bir park olacaq.

Birinci xanım Mehriban Əliyeva: Təbii park.

Prezident İlham Əliyev: Bəli, təbii.

Anar Ələkbərov: İnsanların asudə vaxtlarının səmərəli təşkili üçün burada bütün şərait yaradılacaq.

Prezident İlham Əliyev: İdman meydançaları da.

Anar Ələkbərov: Əsasən idman meydançalarına, idman qurğularına üstünlük veriləcək. Burada insanların daha çox təbiət qoynunda idman etmələri üçün xüsusi zolaqlar, velosiped yolları, sadə pikniklər üçün yerlər olacaq. İnsanların vaxtlarını, bayramlarını burada keçirmələri üçün bütün imkanlar yaradılacaq.

Prezident İlham Əliyev: Çox yaxşı. Burada iaşə obyektləri də olmalıdır ki, vətəndaşlar gələndə onlardan istifadə edə bilsinlər.

Anar Ələkbərov: Elədir, cənab Prezident.

Prezident İlham Əliyev: Amma əlbəttə ki, bu təbii mənzərə qorunmalıdır. İndi burada yeni ağaclar əkilir.

Anar Ələkbərov: Bu gün 30 minə yaxın ağac əkiləcək. Sizin dəstəyinizə böyük ehtiyacımız var ki, biz bu parkı salaq və insanların istifadəsinə verək.

Prezident İlham Əliyev: Hesab edirəm ki, park qısa müddət ərzində tamamilə abadlaşdırılacaq və vətəndaşlar üçün burada gözəl imkanlar yaradılacaq.

Birinci xanım Mehriban Əliyeva: Suvarma sistemi necə olacaq?

Anar Ələkbərov: Artıq onu həll edirik. Bu gün ağacları əkirik deyə biz artıq Sizin göstərişinizlə suvarma sistemini də çəkdik. Amma təbii ki, burada əlavə işlər var. İşıqlandırma sistemlərinə yenidən baxılmalıdır. Xüsusi suvarma sistemləri qurulmalıdır. Onu təşkil edəcəyik.

Prezident İlham Əliyev: Burada zeytun ağacları da görürəm. Vaxtilə əkilib?

Anar Ələkbərov: Bəli, vaxtilə burada çoxlu zeytun ağacları olub, məhsul da yığılıb.

Prezident İlham Əliyev: İndi də əkmək lazımdır, əsasən zeytun və şam ağacları.

Anar Ələkbərov: Biz burada Eldar şamına da üstünlük veririk. Əvvəllər burada zeytun ağacları ilə bərabər, Eldar şamları da çox idi. Ona görə bu qaydada davam edəcəyik.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva parkda ağac əkdilər.

Aksiyada gənclər, rayon sakinləri, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri iştirak ediblər.

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ağacəkmə aksiyasının iştirakçıları ilə görüşüb söhbət etdilər.

Sonda xatirə şəkilləri çəkdirilib.

“Cənab prezident, şəkil bulanlıq düşüb, yenidən çəkdirə bilərik?”
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Bakının Xətai rayonunda salınan yeni “Gənclik” parkında “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak ediblər.

 İlham Əliyev və Mehriban Əliyeva ağacəkmə aksiyasının iştirakçıları ilə görüşüb söhbət ediblər. Bundan başqa, həm ölkə başçısı, həm də Birinci vitse-prezident gənclərlə şəkil çəkdiriblər.

Bu zaman gənclərdən biri Prezidentə şəkillə bağlı müraciəti ilə diqqət çəkib. Belə ki, o, İlham Əliyevə dövlət başçısı ilə çəkdirdiyi şəklin yaxşı düşmədiyini deyib və yenidən foto çəkdirməyi xahiş edib. Bu zaman Prezident gəncin xahişinə müsbət cavab verib. Ölkə başçısı şəkil çəkiləndən sonra gəncdən yaxşı düşüb-düşməməsini yoxlamasını istəyib. (qafqazinfo)

Həmin anın videosunu təqdim edirik:

Mehriban Əliyeva Bayraq Günü münasibətilə paylaşım edib

Bu gün Azərbaycanda Dövlət Bayrağı günü qeyd olunur. Unikal.org xəbər verir ki, 9 noyabrla əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva şəxsi instaqram hesabında videoçarx paylaşıb. Həmin videoçarxı təqdim edirik: Bu gün Azərbaycanda Dövlət Bayrağı günü qeyd olunur.

9 noyabrla əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva şəxsi instaqram hesabında videoçarx paylaşıb.

Həmin videoçarxı təqdim edirik:

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Azərbaycanda Dövlət Bayrağı Gününün qeyd olunmasına başlanılmasından 10 il keçir.

"Ölkə.Az"ın məlumatına görə, 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur.

Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Bayraq eyni ölçüdə olan üç üfüqi rəngli zolaqlardan ibarətdir: yuxarıda mavi, ortada qırmızı, aşağıda yaşıl zolaq. Qırmızı zolağın mərkəzində ağ rəngdə aypara və səkkizguşəli ulduz təsvir olunub.

Bayrağın mavi rəngi türkçülüyü, qırmızı müasir cəmiyyəti, demokratiyanı, yaşıl rəng isə islamçılığı tərənnüm edir.

Azərbaycanın dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib.

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və sovet hakimiyyətinin qurulmasından sonra üçrəngli bayraqdan imtina edilib.

Bu bayraq növbəti dəfə 17 noyabr 1990-cı ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı əsasında Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edilib. Həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət də qaldırıb. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan MR Ali Məclisinin vəsatətinə baxıb və üçrəngli bayrağın Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib.

2009-cu ilin noyabrında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.



"AXCP, Müsavat rəhbərlərinin və Əli İnsanovun bir araya gəlməsini uğursuzluq sindromunu yaşayan şəxslərin özlərini Azərbaycanın inkişafını gözü götürməyən qüvvələrə, erməni lobbisinə ölkəmizdə çirkin planlarını reallaşdırmaq üçün onlara ünvanlanan mesaj kimi dəyərləndirmək lazımdır".

Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Mirkazım Kazımov deyib.

 Onun sözlərinə görə, onların hədəfi heç də özlərinin bəyan etdiyi kimi səsləndirdikləri şüarların, tələblərin həyata keçirilməsi deyil, əslində  böyük zəhmətlər hesabına yaradılan sabitliyi pozmaq və ölkəni xaosa sürükləməkdir. “Əgər adı çəkilən şəxslər həqiqətən ölkədə insanlaırn rifah halının yaxşılaşdırılmasını, Qarabağ münaqişəsinin həllini istəyirlərsə, bunun üçün icazəsiz aksiyalara ehtiyac yoxdur. Yetərincə digər formalardan istifadə etməklə bunu həyata keçirmək olar.

Digər tərəfdən isə Prezident İlham Əliyevin fəaliyyətinin əsas prioriteti ölkə vətəndaşının  sosial rifah  halının yaxşılaşdırılması olub. Məhz onun ölkə rəhbərliyinə gəldiyi 16 il ərzində minimum əməkhaqqıları, pensiyalar, sosial müavinətlər dəfələrlə artıb, ölkə ictimaiyyətini  narahat edən digər məsələlər öz həllini tapıb. Təkcə 2019-cu il ərzində Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial rifah halının yaxşılaşdırılması ilə bağlı bir sıra sərəncam və fərmanlar imzalanıb. Bunun nəticəsində pensiyalar, minimum əməkhaqqı, müxtəlif sosial müavinətlərə təqribən iki dəfə qaldırılıb.  Növbəti ildə yenidən artımlar olacaq. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkənin gəlirləri artdıqca, bu gəlirlər ölkə vətəndaşının daha yaxşı yaşamasını təmin etməyə yönəldiləcək. Odur ki, müxalifətin  səsləndirdiyi bu fikirlərin əsası yoxdur. Çünki bunu ölkə başçısı hər dəfə vətəndaşlarla görüşündə, tədbirlərdəki çıxışlarında bəyan edir. 

Qarabağ məsələsinin həllinə gəldikdə isə Ali Baş Komandan bu istiqamətdə yorulmadan  fəaliyyət göstərir. Artıq onun bu fəaliyyəti nəticəsində diplomatik uğurlar əldə edilib. Ordumuz qüdrətlənib, ölkə iqtisadiyyatı da davamlı olaraq inkişaf edir.  Beynəlxalq aləmin münaqişənin həlli ilə bağlı münasibətində ciddi dəyişikliklər olub. Sadəcə bu gün Azərbaycana qarşı ikili standartlarla yanaşıldığından məsələnin diplomatik yolla həllində müəyyən gecikmələr baş verməkdədir.  Ümid edirik ki,  tezliklə bu sahədə ciddi uğurlar əldə olunacaq və Qarabağ münaqişəsi diplomatik danışıqlar yolu ilə həllini tapacaq. Bu olmazsa, ordumuz  güc yolu ilə torpaqları azad edəcək.  Ali Baş Komandan onu da dəfələrlə bəyan edib ki, Azərbaycanın səbri sonsuz deyil və bu səbr kasası dolmaqdadır. Hesab edirəm ki, münasib bir şərait yaranan kimi ordu öz sözünün deyəcək.  Bu baxımdan da  radikal, dağıdıcı müxalifətin dediyinin heç bir əsası yoxdur.
Bu, sadəcə “bulanıq suda balıq  tutmağa"  bənzəyir. Guya onlar aksiya keçirdilər, ölkə başçısı maaşları, pensiyaları qaldırdı. Ancaq bilmirlər ki, pensiya, maaş qaldırmaq üçün uzun zaman hazırlıq işi getməlidir, Bunlar sadəcə tükəndiklərini, tamamilə iflasa uğradıqlarını, uğrusuzluq sindromu labirintdən çıxa bilmədikləri üçün bu cür dağıdıcı, destruktiv hərəkətlərlə özlərini cəmiyyətə sırımaq istəyirlər. Ancaq nə onların, nə də ki, Azərbaycanın inkişafını gözü götürməyən, sabitliyi pozub  xaosa sürükləmək istəyən bu çirkin niyyəti baş tutmayacaq. Çünki bunun  üçün onların nə resursu, nə də gücləri yoxdur. Ən əsası cəmiyyət onları dəstəkləmir. Bax, ən əsası onları qıcıqlandıran səbəb budur”- deputat bildirib.
O, əlavə edib ki,  bu radikal, dağıdıcı ünsürlərin cəmiyyətin onlara olan münasibətini  bildiyindən, onları aşağılamaq, təhqir etməkdən və bu yolla küçələrə çıxmağa təhrik edirlər: “Lakin cəmiyyət onlara sakit, səbt nümayiş etdirməklə, dediklərinə əhəmiyyət vermədən mövqe sərgilməklə layiqli cavabını verir. Onların  bu hərəkəti bir daha Əli Kərimli, Arif Hacılı, İsa Qəmbər Əli İnsanov  kimi şəxslərin psixoloji durumundan ciddi problemlərin olduğunu göstərir”.
Fəal müxalifət təmsilçisi olan  Oqtay Gülalıyevin səhhəti  ilə bağlı ölkə rəhbərliyinin, xüsusən də Birinci Vitse-prezident Mehriba Əliyevanın onun müalicəsi ilə bağlı bütün təşkilati məsələləri üzərinə götürməsinə toxunan deputat bildirib ki, Birinci Vitse-prezidentin təşəbbüsü ilə fəal müxalifətçi Türkiyəyə müalicəyə göndərildi. 

“Mehriban xanım Əliyevanın bu hərəkətini ancaq humanizmin simvolu kimi dəyərləndirmək olar.  Prezident İlham Əliyev hələ 2003-cü ildə prezident seçkiləri zamanı bəyan etdi ki, mən mövqeyindən, düşüncəsindən, siyasi baxışından asılı olmayaraq, bütün  Azərbaycan vətəndaşının Prezidenti olacaq. Bəli, o ötən müddətdə öz real fəaliyyəti ilə dəfələrlə sübut edib. Siyasi baxışından asılı olamayaraq insanların üzləşdiyi ən çətin anlarında dəstək olub. Belə misalları sadalamaqla bitməz. Elə sonuncu Oqtay Gülalıyevin qəzaya düşəndən dərhal sonra ölkə rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyeva  prosesə müdaxilə edərək, onun səhhətinin yaxşılaşması üçün bütün lazımi tədbirlər görülməsini aidiyyatı qurumlara tapşırıb.  Hətta onun  effektiv müalicəsini təmin etmək üçün  Birinci Vitse-prezidentin və Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyəyə aparılıb. Onun ailəsi də bu dəstəyə görə Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib. Baxmayaraq ki, O.Gülalıyevin  siyasi baxışları hamıya bəllidir. Lakin  Azərbaycan Prezidenti və Birinci Vitse-prezident bu real hərəkətləri ilə demokratiyaya, insanlığa, humanist dəyərlərə necə sadiq olduqlarını bir daha  açıq formada nümayiş etdirdilər. Bax, ölkə rəhbərliyini bu addımı da həmin dağıdıcı müxalifətin niyyətini puça çıxarır. Azərbaycan vətəndaşı bir daha şahidi oldu ki, Prezident İlham Əliyev  siyasi baxışından, düşüncəsindən asılı olmayaraq hər bir vətəndaşın Prezidentidir. Ona görə də daha sıx formada onun ətrafında birləşərək, həyata keçirdiyi genişmiqyaslı islahatlara, Azərbaycanın yeni-yeni uğurlara imza atmasına dəstək verirlər. Adı çəkilən dağıdıcı müxalifətin təmsilçiləri isə yenə də  xəyal qırılığına uğrayacaq. Bununla da siyasi səhnəyə vida edəcəklər”- deputat bildirib.