Vilayət Eyvazov daha bir polkovnikə yüksək vəzifə verdi

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov daha bir kadr təyinatı həyata keçirib.

“Qafqazinfo”nun  verdiyi xəbərə görə, nazirin əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi, polis polkovniki Əlaslan Ağayev “İnterpol”un Azərbaycandakı Milli Mərkəzi Bürosunun rəisi təyin olunub.

Bundan öncə həmin vəzifəni tutan Mehman Təhməzov təqaüdə göndərilib.

Xarici İşlər naziri Elmar Məmmədyarov İsrailin Azərbaycan Respublikasındakı səfiri Dan Stavı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-dən verilən məlumata görə, səfir Dan Stav diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Görüşdə tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi aparıblar.

Nazir Elmar Məmmədyarov ikitərəfli əlaqələrin inkişafının uğurla davam etdiyini qeyd edib. Nazir həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son vəziyyətə toxunaraq, Ermənistanın siyasi rəhbərliyinin səsləndirdiyi tamamilə əsassız bəyanatların bölgədə gərginliyin artmasına xidmət etdiyini vurğulayıb. Nazir həmçinin Ermənistanın işğalçı siyasəti nəticəsində öz doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlərin öz torpaqlarına şərəflə geri qayıtmasının vacibliyini vurğulayıb.

Tərəflər Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında birgə komissiyanın fəaliyyətinə və 2018-ci ilin 15-16 may tarixlərində keçirilmiş birinci iclasına toxunaraq, bu xüsusda əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər. Görüşdə, həmçinin tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Elmar Məmmədyarov səfir Dan Stavın ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzu edib.

İlham Əliyev bu şəxslərlə bağlı SƏRƏNCAM İMZALADI

Prezident İlham Əliyev Azərbaycan–Rusiya mədəni əlaqələrinin möhkəmləndirilməsində xidmətləri olan mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Rusiya Federasiyasının aşağıdakı mədəniyyət xadimlərinə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar incəsənət xadimi”
Maqomedov Cambulat Musayeviç

“Əməkdar artist”

Hacıyeva Fatimə Taqirovna

Xadulayev Mutay Xadulayeviç.
Vilayət Eyvazovdan yeni təyinat

Ağcabədi rayon polis şöbəsində kadr dəyişikliyi olub.
Oxu.az verdiyi məlumata görə, bu barədə müvafiq əmri Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, Rüfət Məmmədov Ağcabədi rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.

Qeyd edək ki, R.Məmmədov bundan əvvəl Ağcabədi RPŞ-nin İstintaq bölməsinin rəisi işləyib. Onun yerinə hələ ki təyinat yoxdur.
Prezident fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.
Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında 2019-cu il oktyabrın 14-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Xarici İşlər Nazirliyinə tapşırılır ki, Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qazaxıstan Respublikası Hökumətinə bildiriş göndərsin.
Qarabağ həmişə Azərbaycanın bir hissəsi olub
Dağlıq Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub.

Bu sözləri Prezident İlham Əliyev Bakıda Dünya dini liderlərinin II Sammitinin açılışındakı çıxışı zamanı deyib.

“Dağlıq Qarabağ qədimdən Azərbaycan ərazisi olub. Bütün qədim xəritələrdə və Çar Rusiyasının xəritələrində Dağlıq Qarabağdakı bütün toponimlər Azərbaycan mənşəli olub”, - deyə İ.Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, XIX əsrdə ermənilərin Qarabağa köçürülməsinə başlanılıb ki, bu da XX əsrin əvvəllərində bu regionun milli tərkibinin dəyişməsinə səbəb olub.

İ.Əliyev əlavə edib ki, bolşeviklərin dövründə Dağlıq Qarabağ məsələsi ilə bağlı sənədlərdə qeyd olunmuşdu ki, “Qarabağ Azərbaycanın tərkibində qalmalıdır və Azərbaycana verilməməlidir”.

İlham Əliyev Allahşükür Paşazadəyə “Heydər Əliyev” ordeni təqdim etdi
Noyabrın 14-də Bakıda Dünya dini liderlərinin II Sammiti işə başlayıb.

Azərbaycan  Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sammitdə iştirak edirlər.

 Prezidentin Mətbuat Xidmətinin məlumatına görə, əvvəlcə birgə foto çəkdirilib.

Sammit müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Sammitdə nitq söyləyib.

Sonra Prezident İlham Əliyevin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncamı oxunub.

Dövlət başçısı İlham Əliyev “Heydər Əliyev” ordenini Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edib.

Qeyd edək ki, Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində keçirilən Sammitdə müxtəlif ölkələrin siyasi, ictimai, elm və din xadimləri, beynəlxalq təşkilatların nümayəndələri, dini konfessiya və təriqət liderləri iştirak edirlər.

Azərbaycan dövlətinin qlobal müstəvidə dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşma və insani həmrəylik kimi bəşəri dəyərlərin təşviqi və təkamülünə öz töhfəsini vermək məramı ilə ev sahibliyi etdiyi Dünya dini liderlərinin II Bakı Sammiti Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan və həyata keçirilən “Bakı Prosesi”, “Multikulturalizm” və “İslam Həmrəyliyi” illəri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlərin, o cümlədən Dünya dini liderlərinin I Bakı Sammitinin, habelə Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələrinin məntiqi davamıdır.

İkigünlük Sammitdə “Multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu”, “Şeyxülislam Allahşükür Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi”, “Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya əleyhinə”, “Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti” mövzuları ətrafında müzakirələr aparılacaq.

Sammitin yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev bu il aprelin 11-də Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.

Dünyada dini dəyərlərə qarşı bir kampaniya aparılır
Dünyada dini dəyərlərə qarşı bir kampaniya aparılır və yalançı dini şüarlar altında cinayətlər törədilir. Gənc nəsli bundan qorumalıyıq.

"Ölkə.Az" xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Dünya dini liderlərinin II Sammitinin açılışında çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst yaşayır, ayinlərini yerinə yetirirlər.

İlham Əliyev vurğulayıb ki, Azərbaycan hər zaman regionlararası dialoqda mühüm rol oynayıb. 

“Bugünkü tədbir bir daha Azərbaycanın necə vacib rol oynadığını və dinlərarası dialoqa verdiyi önəmi nümayiş etdirir”, - prezident bildirib.

İlham Əliyev və Mehriban Əliyeva Dünya dini liderlərinin II Bakı Sammitində
Noyabrın 14-də Bakıda Dünya dini liderlərinin II Sammiti işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sammitdə iştirak edirlər.

Əvvəlcə birgə foto çəkdirilib.

Sammit müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə nitq söyləyir.

Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində keçirilən Sammitdə müxtəlif ölkələrin siyasi, ictimai, elm və din xadimləri, beynəlxalq təşkilatların nümayəndələri, dini konfessiya və təriqət liderləri iştirak edirlər.

Azərbaycan dövlətinin qlobal müstəvidə dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşma və insani həmrəylik kimi bəşəri dəyərlərin təşviqi və təkamülünə öz töhfəsini vermək məramı ilə ev sahibliyi etdiyi Dünya dini liderlərinin II Bakı Sammiti Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan və həyata keçirilən “Bakı Prosesi”, “Multikulturalizm” və “İslam Həmrəyliyi” illəri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlərin, o cümlədən Dünya dini liderlərinin I Bakı Sammitinin, habelə Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələrinin məntiqi davamıdır.

İkigünlük Sammitdə “Multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu”, “Şeyxülislam Allahşükür Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi”, “Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya əleyhinə”, “Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti” mövzuları ətrafında müzakirələr aparılacaq.

Sammitin yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev bu il aprelin 11-də Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.

Əli Əsədovdan Maliyyə Nazirliyi ilə bağlıNazirlər Kabinetinin “Maliyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” 2016-cı il 11 avqust tarixli, 300 nömrəli qərarında dəyişiklik edilib.

"Ölkə.Az"ın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarda qeyd olunub ki, Maliyyə Nazirliyinin kollegiya üzvlərinin sayı 13 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:

Kollegiyanın sədri

Maliyyə naziri

Kollegiyanın üzvləri:

Maliyyə nazirinin birinci müavini

Maliyyə nazirinin müavini

Maliyyə nazirinin müavini

Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri

Maliyyə Nazirliyinin Aparatının rəhbərinin müavini

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyinin ­direktoru

Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru

Maliyyə Nazirliyinin Aparatının Büdcə şöbəsinin müdiri

Maliyyə Nazirliyinin Aparatının Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri

Maliyyə Nazirliyinin Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinin rəisi.