Prezident onlara fəxri adlar verdiAzərbaycan Respublikası Prezidenti İlham Əliyev Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Sumqayıt şəhərinin 70 illiyi münasibətilə və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar mədəniyyət işçisi”

Həşimov Nadir Əbdül oğlu

Məmmədov Vasif Gülbala oğlu

“Əməkdar müəllim”

Abdullayeva Minəvvər Musa qızı

Eyvazov Elşad Əli oğlu

“Əməkdar həkim”

Ağayev Canibəy Əli oğlu

Kalbalıyev Asif Əbil oğlu

Rəcəbli Təranə Zakir qızı

“Əməkdar jurnalist”

Əliyev Əli Nəcəfxan oğlu

“Əməkdar mühəndis”

Cəfərov Eldar Xudum oğlu

Mustafayev Ağasəf Abxan oğlu.

İlham Əliyev bu şəxsləri təltif etdiPrezident İlham Əliyev Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Ölkə.Az"ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Sumqayıt şəhərinin 70 illiyi münasibətilə və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Məmmədov Bəxtiyar Əjdər oğlu

Mustafayev Ağa Məmməd oğlu

3-cü dərəcəli “Əmək” ordeni ilə

Həsənov Şakir Rəfi oğlu

Hüseynli Tofiq Gülmalı oğlu

Quliyev Kazım Qafar oğlu

Mahmudov Nərman Fərman oğlu

Nəbiyev Mahayət Ənvər oğlu

“Tərəqqi” medalı ilə

Abdurahmanov Qulu Aydın oğlu

Axundov Teymur Nüsrət oğlu

Allahverdiyeva Roza Cəmil qızı

Almuradov Yaşar Saleh oğlu

Babayeva Qəribə Yusif qızı

Behbudbəyli Sevil Xanlar qızı

Bəhrami Rais Yusif oğlu

Cəfərquliyev Rzaqulu Cəfərqulu oğlu

Cəfərova Nazxanım Mərdan qızı

Dadaşev Nizami Məhərrəməli oğlu

Əliyev Namiq Həsən oğlu

Əsədov Sultan Misir oğlu

Fərəcov Rövşən Möhlət oğlu

Hacıyev İbrahim Musa oğlu

Həsənov Telman Məhəmmədəli oğlu

Hüseynov Süleyman Məsi oğlu

Xudiyev Veys Həmid oğlu

Qafarov Arif Zəbi oğlu

Quliyev Hümbət Həsən oğlu

Quliyev Subxan Qafar oğlu

Quliyeva Cahan Şirxan qızı

Quliyeva İlduzə Qəzənfər qızı

Mailova Bibixanım Eyvaz qızı

Mehdiyev Cəmil İsrafil oğlu

Məlikov Aydın Balakişi oğlu

Məmmədov Cavanşir Firudin oğlu

Məmmədov Əbilfət Bahadur oğlu

Misrixanov Misrixan İsmayıloviç

Muradov Surdar Sultanəli oğlu

Muradova Gülnarə Xodkar qızı

Niftiyeva Gülnarə Şirinəli qızı

Pirmətov Ruslan Yarmət oğlu

Rüstəmov Atəş İsmayıl oğlu

Rzayev Həsən Məhərrəm oğlu

Salmanov Nəriman Ağalı oğlu

Səfərli Mətləb Səfərağa oğlu

Səlimov Şirxan Dadaş oğlu

Səlimov Yalçın Üzeyir oğlu

Süleymanov Rövşən Dadaş oğlu

Süleymanov Süleyman Əzizağa oğlu

Süleymanov Yelmar Əjdər oğlu

Şükürova Səyyarə İkram qızı

Vəliyev Əjdər Ədil oğlu

Vəliyev Məzahir Vəli oğlu

Zeynalov Vaqif Ələsgər oğlu

Zülfüqarova Dostuxanım Vahab qızı.

Mikayıl Cabbarova YENİ VƏZİFƏ VERİLDİAzərbaycan İqtisadiyyat naziri Mikayıl Cabbarov MDB iştirakçısı olan dövlətlərin Vergi Xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının sədri seçilib.

Report xəbər verir ki, Şuranın növbəti iclası Bakıda keçiriləcək.

Məlumata görə, bu barədə qərar MDB üzv dövlətlərinin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının Moskvada keçirilən XXVI iclasında qəbul olunub.

İclasda Azərbaycanı İqtisadiyyat naziri Mikayıl Cabbarov təmsil edib. M.Cabbarov sədr vəzifəsini hazırda bu postda olan Rusiyanın Federal Vergi Xidmətinin rəhbəri Mixayıl Mişustindən təhvil alıb.

Xatırladaq ki, qeyd edilən təşkilata Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan, Ukrayna vergi qurumları daxildir.

Novruz Məmmədov ADU-da kollektivə təqdim olunduAzərbaycan Dillər Universitetinin (ADU) yeni prorektoru Novruz Məmmədov kollektivə təqdim olunub.

"Ölkə.Az" xəbər verir ki, N.Məmmədovu ADU-nun rektoru Kamal Abdulla kollektivə təqdim edib.

Qeyd edək ki, N.Məmmədov dünən Azərbaycan Dillər Universitetinin (ADU) elmi işlər üzrə prorektoru vəzifəsinə təyin edilib. O, 1992–1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində işləyib.

Novruz Məmmədov 21 aprel 2018-ci il tarixindən 8 oktyabr 2019-cu ilədək Azərbaycan Respublikasının Baş naziri olub.

Vilayət Eyvazovdan qərar“Törədilmiş və hazırlanan cinayətlər və hadisələr barədə məlumatların qəbulu, qeydiyyatı və baxılması qaydaları haqqında Təlimat”a dəyişiklik edilib.

"Ölkə.Az"ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov qərar imzalayıb.

Qərarla təlimata 3.2-2-ci bənd əlavə olunub.

Yeni bənddə göstərilib ki, cinayət barədə “102” xidməti-zəng mərkəzi sisteminə məlumat verən şəxsin ilkin ərizəsinin alınması üçün ərazi polis qurumuna dəvət edilməsi qadağandır.

Lakin hadisə yerinə baxışın keçirilməsinə, müraciət edən və digər şəxslərdən dərhal izahatların alınmasına zərurət olmadığı hallar istisna təşkil edir.

Həmin məlumat üzrə əməliyyat-istintaq qrupu hadisə yerinə dərhal çıxır və müraciət edən şəxsin məlumatına əsasən yerində (hadisə yerində, yaşadığı və ya olduğu ünvanda) şifahi ərizə protokolu tərtib olunur.

Şəxs yazılı müraciət etmək istədikdə ərizəsi alınır. Şəxs məlumat verməkdən və ərizə yazmaqdan imtina etdikdə bu barədə protokol tərtib olunur. Həmin protokolda şəxsin məlumat verməkdən və ərizə yazmaqdan imtinasının səbəbləri haqqında qeyd aparılır. Protokol onu tərtib edən və məlumat verən şəxslər tərəfindən imzalanır. Bununla bağlı orqan rəhbərinin adına raport yazılır. Raport və protokol araşdırma materialına əlavə olunur.

Yalnız hadisə barədə verilmiş məlumatın (cinayət xarakterli olmayan) xarakterindən asılı olaraq orqan rəisinin (olmadıqda məsul növbətçinin) göstərişi əsasında aidiyyəti ünvana polis sahə rəisi (inspektoru), post-patrul, yol-patrul xidməti naryadları, əməliyyat müvəkkili və ya digər struktur qurumların əməkdaşları göndərilir.

Qərarın icrasına nəzarət müvafiq sahəyə kuratorluğu həyata keçirən nazir müavinlərinə həvalə olunub.

Qərar noyabrın 13-dən qüvvəyə minib.

Yaşlı qadın xahiş etdi, Prezident borcun silinməsinə göstəriş verdiBu gün Prezident İlham Əliyev “28 May” metrostansiyasının qarşısında paytaxt sakinləri ilə görüşüb, onların şikayətlərini dinləyib.

"Ölkə.Az" qafqazinfo-ya istinadən xəbər verir ki, bu zaman Bakı sakini olan Məmmədova Səmayə İbrahim qızı dövlət başçısına yaxınlaşaraq banka olan borcunun silinməsini xahiş edib.

Yaşlı qadın Prezidentə qəzaya düşdüyü üçün krediti ödəməkdə çətinlik çəkdiyini bildirib. Dövlət başçısı dərhal qadının probleminin həlli üçün müvafiq göstəriş verib.

Həmin anın videosunu təqdim edirik:

Cavid Qurbanov Prezidentə qatarda hesabat verdiBu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Abşeron dairəvi dəmir yolu xəttində aparılmış yenidənqurma işlərindən sonra Pirşağı stansiyasının açılışı olub.

"Ölkə.Az" qafqazinfo-ya istinadən xəbər verir ki, Prezident İlham Əliyev açılışda iştirak edib.

Açılış mərasimindən sonra dövlət başçısı Pirşağı stansiyasından qatarla Zabrat-2 stansiyasına yola düşüb. Bu zaman “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Prezidentə görülən işlərlə bağlı məlumat verib.

Leyla Əliyeva Atatürk parkındaBu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakının Atatürk prospektində yerləşən parkda 10 tutuquşu buraxılıb.

"Ölkə.Az" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə şəhər mühitinə aid olan növlərin mühafizəsi istiqamətində də geniş tədbirlər həyata keçirilir.

Bu xüsusda, Bakıda küçə heyvanlarının qorunmasına yönəlmiş IDEA Heyvanlara Qayğı Mərkəzi fəaliyyət göstərir, şəhərboyu pişiklər üçün xüsusi evciklər qurulur və digər işlər aparılır.

Bütün bu səylərin əsas məqsədi şəhərdə yaşayan insanlarla ətraf mühit arasında ahəngliyin yaradılması, daha sıx və daha sağlam əlaqənin möhkəmləndirilməsidir.



Vətəndaşlar İlham Əliyevlə selfi çəkdirdi - Fotolar
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün “28 May” metrostansiyasının qarşısında paytaxt sakinləri ilə görüşüb, onların şikayətlərini dinləyib.

Görüşdən fotoları təqdim edirik:

Vətəndaşlar İlham Əliyevlə selfi çəkdirdi - Fotolar
Vətəndaşlar İlham Əliyevlə selfi çəkdirdi - Fotolar
Vətəndaşlar İlham Əliyevlə selfi çəkdirdi - Fotolar
Vətəndaşlar İlham Əliyevlə selfi çəkdirdi - Fotolar
Vətəndaşlar İlham Əliyevlə selfi çəkdirdi - Fotolar
Vətəndaşlar İlham Əliyevlə selfi çəkdirdi - Fotolar
Vətəndaşlar İlham Əliyevlə selfi çəkdirdi - Fotolar
Vətəndaşlar İlham Əliyevlə selfi çəkdirdi - Fotolar
Vətəndaşlar İlham Əliyevlə selfi çəkdirdi - Fotolar
Vətəndaşlar İlham Əliyevlə selfi çəkdirdi - Fotolar
Vətəndaşlar İlham Əliyevlə selfi çəkdirdi - Fotolar
Vətəndaşlar İlham Əliyevlə selfi çəkdirdi - Fotolar