![]() |
![]() |
"Ölkə.Az" APA-ya istinadən məlumatına görə, Siyasi Şura bu qərarını Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini qeyd edib.
Qeyd edək ki, bu gün saat 14.00-da YAP-ı təmsil edən millət vəkilləri partiyanın mərkəzi qərargahında toplantı keçirəcəklər. Onların hakim partiya Siyasi Şurasının tövsiyəsi əsasında Prezident İlham Əliyevə müraciət edəcəkləri gözlənilir.
YAP-ın Siyasi Şurasının təcili iclasında sensasion qərar qəbul edilib.
“Qafqazinfo” xəbər verir ki, iclasda parlamentdəki çoxluq Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edib.
Bu qərar mövcud parlamentin dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılıb.
Yaxın saatlarda YAP-ın deputatlarının birgə iştirakı ilə iclas keçiriləcək.
Sabah isə Milli Məclisin iclasında hakim partiyanı təmsil edən çoxluq bu barədə məsələ qaldıracaq. Ölkə Prezidentinə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı müraciət qəbul olunacaq.
Daxili İşlər orqanlarında növbəti təyinat olub.
Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Ucar rayon Polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini polis polkovniki Anar Əkbərov vəzifəsindən azad olunaraq, Göygöl rayon Polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin olub.
Hələlik Ucar rayon Polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyinat yoxdur.
Ümid Partiyasının sədri İqbal Ağazada uzun müddətdir yaşadağı evdə ona təzyiqlər edən şəxs barədə danışıb.
Turkustan.info xəbər verir ki, İqbal Ağazadə öz “Instagram” hesabından yaşadığı evin elektrik xəttini kəsən, qaz sayğacına zərər verən naməlum ruhi xəstədən şikayət etdiyini bildirib. İqbal Ağazadə polisin həmin şəxs barəsində ciddi tədbir görmədiyini, belə davam edəcəyi təqdirdə hadisəni təşkil edən şəxslərin adını açıqlayacağını və geniş məktub şəklində ölkə başçısına müraciət ünvanlayacağını deyib. Həmin yazını təqdim edirik:
“DOSTLAR VƏ MEDİANIN NƏZƏRİNƏ!
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin yaydığı məlumata əsasən yaşadığım ünvanda əsas elektrik xəttini xüsusi alətlə kəsən, qaz sayğacından evə qaz dolmasını xəbərdar edən xətti sıradan çıxaran şəxs 2013-cü ildə Ruhi-Əsəb Dispanserində qeydiyyatdadır və ruhi xəstədir. Etdiyi əməli də əsas kimi İqbal Ağazadənin o ünvanda yaşamağını istəməməsi və guya o ünvanda onun yaxınlarından kiminsə yaşaması və onu sonradan satması olub.
Əvvəla, Bakı Şəhər Baş Polis İdarəsinə və işi araşdıran müstəntiqlərə xitabən deyirəm:
Məsələnin birinci tərəfi
Həmin ərazidə o adamın tanıdığı kimsə yaşamayıb. Ərazi də 1992-ci ildən mənə məxsusdur. Həmin ildə də o adamın cəmi-cümlətanı 6 yaşı olub. Guya orda yaşayan bir tanışının evinin olmasına və satılmasına etiraz edib. 6 yaşı olan zaman olmayan hadisəni bu gün etdiyi hərəkəti bəhanə gətirməsi absurd yanaşmadır. Həm də ona görə ki, biz 1992-ci ildən o ünvanda yaşayırıq.
Məsələnin ikinci tərəfi
Adam Ruhi-Əsəb Dispanserində qeydiyyatdadırsa, ruhu xəstə olması haqda arayış – ruhi xəstə kimi qeydiyyatda olmasını təsdiqləyən bir sənəd təqdim etsinlər. O zaman biz də ikinci bir sənəd göstərəcəyik ki, bu adam ruhu-əsəb xəstəsi kimi qeydiyyatda olmayan başqa hansı sənədlərə malikdir. Sözügedən ikinci sənəd əlimizdədir.
Məsələnin üçüncü tərəfi
Xatırladıram ki, Bakı Şəhəri Baş Polis İdarəsi bu işi araşdırarkən bundan 20-25 gün əvvəl açmadığı baş verən bir hadisənin də niyə görə ortada cinayət faktoru ola-ola cinayət işi qaldırmadığının səbəbi və təfərrüatları da artıq mənə məlumdur. Hansı ki, ailəmlə bağlı olan bir məsələ idi və bu məsələyə cinayət işi qaldırılmadı, iş rədd edildi.
Məsələnin dördüncü tərəfi
Əgər adam ruhi xəstə idisə, nədən o uzunluqdakı məsafəni qət edərək özünü müdafiə üçün əlində silah tutmuşdu, mən ona çatarkən müqavimət göstərdi. Ruhi-əsəb xəstələri, şizofrenik xəstəliyə malik olan adamlar gəldiyi yolla da sakitcə geri dönür və onlar üçün də heç bir təhlükə hissi olmur. Adam getmək üçün kifayət qədər gizli yollar seçib, dalanlardan, keçilməz küçələrdən keçib mərkəzi küçəyə çıxarkən yaxalanıb. Bu da onun göstəricisidir ki, adamın ağlı yerindədir və nə etdiyinin fərqindədir. Şəxsin əlaqə saxladığı insanları təsbit ediblərmi? Adam çox professionalcasına evimdə işığı kəsib, kəsməmişdən yarım saat əvəl telefonuna Milli Ön vasitəsilə kontur yükləyib və o qədər peşəkar və o qədər ağıllı olub ki, ora gələrkən tutulmaq ehtimalını bilərək əlaqələri ələ keçməsin deyə telefonu üstündə götürməyib və yalnız bu işi bitirəndən sonra telefonunu əldə etmək üçün evinə doğru gedib.
Məsələnin beşinci tərəfi
Ruhi xəstə deyilən bu adam 36 saylı Dördüncü Seçki Dairəsinin 18-ci məntəqəsində 1022-ci seçici olaraq qeydiyyatdadır, seçicidir və bilirsiniz ki, ruhu-xəstələr səsvermə hüququna malik deyillər, adam ruhi xəstədirsə, ən azı onun xəstəliyi ilə bağlı qərar olmalı, seçici siyahısından çıxarılmalıdır.
Ona görə də bu nağılları kimsəyə danışmasınlar, bütün bunlar nağıllardan başqa bir şey deyil. Bakı Şəhər Baş Polis İdarəsinin verdiyi bu məlumat qətiyyən həqiqətə uyğun deyil, Respublika Prokurorluğuna, Daxili İşlər naziri – Vilayət Eyvazova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə müraciət edirəm ki, bu məsələni ciddiyyətlə araşdırsınlar. Əks təqdirdə məna bildiyim bütün həqiqətləri – bu işin arxasında dayananların kim olduğunu ölkə başçısı İlham Əliyevə rəsmi müraciətlə göndəriləcək, o cümlədən KİV-də sifarişçilərin adları ictimailəşəcək”. /Yeniavaz.com/
"Ölkə.Az"a bu barədə YAP-dan verilən məlumatda bildirilib.
İclasdan sonra YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov mətbuat konfransı keçirəcək.
Mətbuat konfransı saat 15:00-da YAP-ın qərargahında olacaq.
Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın Prezidenti Klaus Verner İohannisə məktub ünvanlayıb.
“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Rumıniyanın Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Rumıniya dostluğu və əməkdaşlığının, ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Bu xoş fürsətdən istifadə edərək ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Rumıniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.
Politoloq Cümşüd Nuriyev AzTV-nin efirində Qarabağ savaşı zamanı döyüşən qadınlardan ibarət batalyonun üzvlərini təhqir edib. “Qafqazinfo” xəbər verir ki, onun bu çıxışı sosial şəbəkələrdə ciddi müzakirə edilərək tənqid edilib.
C. Nuriyev bildirib ki, o zamanlar Azərbaycan Xalq Cəbhəsinin qadın batalyonu var idi: “Batalyona Xanım Xəlilova başçılıq edirdi. Ölkədə nə qədər ərindən boşanmış, küçədə qalan qadınlar var idi, onlar kişi söyüşləri ilə ordaydılar”.
“Qafqazinfo” C. Nuriyevin fikirləri ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafadan açıqlama alıb. O qeyd edib ki, qadınların cəbhə xəttinə getməsində təşkilatçılıqla bağlı müəyyən nöqsanlar ola bilər:
“Amma bütövlükdə bu təşəbbüsü təhqir etmək yolverilməzdir. Çünki Vətən üçün mübarizədə qadınların da hansısa formada bu prosesə qoşulması normal bir tendensiyadır. Buna görə onları təhqir etmək doğru deyil. Bütün hallarda prosesdə iştirak etmiş qadınlar Cümşüd Nuriyevə cavab versələr, daha yaxşı olar. Çünki onlara birbaşa ittiham səsləndirilib. Ümumi şəkildə hamını əxlaqsız adlandırmaq heç bir mənəvi ölçülərə sığmır. Məncə, bu qədər həddini aşan ifadələri televiziya ekranından işlətmək, Xalq Cəbhəsi anlamı ilə bu məsələyə yanaşmaq kökündən yanlışdır. Çünki hər bir insanın öz şəxsiyyəti, qüruru var. Ora gedən qadınların əksəriyyəti ləyaqətli, şərəfli insanlardır. Bunlar neyləyiblər ki? Gedib ticarət ediblər, ya hansı qeyri-əxlaqi hərəkət ediblər?! Gediblər Qarabağda kişilərlə həmrəy olduqlarını göstəriblər. Bunu bütün qadınlara şamil etmək yolverilməzdir və həqiqətən də ciddi bir təhqirdir”.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da məsələ ilə bağlı “Qafqazinfo”ya danışıb:
“Bu tamamilə yanlışdır. Deyəsən, bu Cümşüd Nuriyev bilmir ki, nəylə gündəmə gəlsin. O deyəsən, psixoloji, ruhu problemlə yaşayır. O sözü demək üçün çox səviyyəsiz adam olmaq olardı. Həmin dövrdə qadın batalyonun yaranması ilə bağlı məlumatım da var. O demək deyil ki, kişilər vuruşmurdu. Sadəcə qadınlar da istəyirdilər ki, yararlı olsunlar. Əllərinə silah alsınlar. Qadın batalyonun tərkibində, həmçinin ondan da kənarda yüzlərlə azərbaycanlı qadın döyüşə gedirdilər. Ən çox da Ağdam, Füzuli istiqamətində qadınlar gedib döyüşürdülər. Onların içərisində qəhrəmanlıq göstərənlər, şəhid olanlar, Milli Qəhrəmanlar da var.
Yəni, Cümşüd Nuriyev bunları görmürsə, ağzına gələni danışırsa, bu adamın fikrinə heç münasibət bildirməyə dəyməz. Birmənalı şəkildə, bu insanlar cəmiyyətdə sərt qınağa tuş gəlməlidirlər. “Ayıb olsun” şəklində münasibət bildirilməlidir”.