![]() |
![]() |
"Ölkə.z" oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə görə, polis polkovniki Rüstəm Cəfərov Beyləqan Rayon Polis Şöbəsinə rəis təyin edilib.
O, bundan əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi işləyib.
Qeyd edək ki, bir müddət əvvəl Beyləqan RPŞ-nin rəisi, polkovnik-leytenant Rəşid Piriyev Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə rəis müavini təyin olunub.
"Ölkə.Az"ın oxu.az-a istinadən məlumatına görə, görüşdə iki ölkə arasında qarşılıqlı əməkdaşlıq məsələləri diqqət mərkəzində olacaq, nazirlər, həmçinin, beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Eyni zamanda, nazirlər arasında Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə ediləcək.
Azərbaycan və Rusiya XİN-ləri arasında 2020-ci il üçün məsləhətləşmə planı da imzalanacağı gözlənir.
"Ölkə.Az"ın apa-ya istinadən məlumatına görə, bu vəzifəyə Səadət Yusifova təyin edilib.
Qeyd edək ki, son struktur islahatlarına qədər S.Yusifova Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri olub.
Prezident Administrasiyasının yeni strukturu formalaşdırılarkən bu şöbə ləğv edilib.
"Ölkə.Az" oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Şahlar Cəfərov Tovuz Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.
Qeyd edək ki, bir müddət əvvəl Tovuz RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini Elçin Əsgərov rayonun Regional Mühafizə İdarəsinə rəis təyin edilib.