2020-ci il fevralın 9-u ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq bir çox şəxslər seçkilərə qatılmaqla bağlı qərarını açıqlayıb.
Maraqlıdır, vaxtilə Milli Məclisin üzvü olmuş şəxslər budəfəki seçkilərdə yenidən namizədlik haqda düşünürmü?
Turkustan.info bildirir ki, Modern.az-ın əməkdaşı üç sabiq deputat xanımla əlaqə saxlayıb.
2005-2010-cu illərdə Milli Məclisin bitərəf deputatı olmuş Lalə Abbasova növbəti seçkilərlə bağlı düşünüb qərar verəcəyini deyib:
“Növbəti seçkilərə qatılmaq barədə hələ ki düşünürəm. Tam qərar verməmişəm. Hətta köhnə seçicilərim də deputatlığa namizdəliyimi verməyi çox istəyirlər. Ancaq bu elə məsələdir ki, gərək dərindən düşünüb sonra qərar verim”.
2010-2015-ci illərdə Milli Məclisin YAP-çı deputatı olmuş Leyla Abdullayeva namizəd olmaq istəmədiyini bildirib:
“Hazırda seçkilərlə bağlı məntəqə sədriyəm. İşlərimiz çoxdur. Ancaq deputatlığa namizəd olmaq fikrim yoxdur. Düşünürəm ki, bir məktəb direktoru, pedaqoq olaraq dövlətimizə daha çox fayda verə bilərəm”.
Milli Məclisin I və II çağırış deputatı olmuş Asya Manafova növbəti parlament seçkilərinə qatılmayacağını vurğulayıb:
“Mənim yenidən deputat olmaq fikrim yoxdur. Bizim deputat olmaq vaxtımız keçib. Gənclərə yol vermək lazımdır. Qoy parlamentə savadlı gənclər gəlsin. Sizə uğurlar”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 13-də Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Ölkə.Az" baku.ws-ə xəbər verir ki, qətnaməni demokrat senator Robert Menendez və respublikaçı senator Ted Kruz təqdim ediblər.
Qanun layihəsi ilə bağlı Senatın Baş Məclisində keçirilən iclasda iştirak edən senatorlardan etiraz edən olmayıb.
Qeyd edək ki, bundan əvvəl respublikaçı senatorlar Lindsey Graham və daha sonra David Perdue səsvermənin qarşısını almışdılar.
Oktyabrın 29-da isə Nümayəndələr Palatasının Baş Məclisi 11 senator əleyhinə, 405-i isə lehinə səs verməklə 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıyan qətnamə qəbul etmişdi.
Bildirilib ki, bütün bunlardan sonra qətnamə layihəsi ABŞ Prezidenti Donald Trampa təqdim ediləcək.
Onu da xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtona səfəri zamanı Nümayəndələr Palatası tərəfindən Osmanlı İmperiyasındakı "erməni soyqırımı"nın tanınmasının Türkiyə-Amerika münasibətlərinə kölgə saldığını bildirmişdi.
Xəbər verildiyi kimi, ölkə başçısı dekabrın 5-də “Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.
Qaynarinfo-nun məlumatına görə, ali qanunverici orqana son çağırış seçkilərdə (2015-ci il) mandat qazanan bir xeyli deputatın növbədənkənar seçkilərdə iştirak etməyəcəyi artıq dəqiqləşib. Onların arasında 83 yaşlı Zeynəb Xanlarovanın, 82 yaşlı Ağacan Abıyevin, 80 yaşlı Yaqub Mahmudovun adları var.
Bundan başqa, sırf yaş faktoruna görə, Elxan Süleymanovun (79 yaş), Xanhüseyn Kazımlının (77 yaş), Rafiq Məmmədhəsənovun (74 yaş), Hüseynbala Mirələmovun (74 yaş) deputat olmayacağı da qətiləşib.
Növbədənkənar parlament seçkilərində Milli Məclisin son çağırış üzvlərindən Əliağa Hüseynovun, Flora Qasımovanın, Mirkazım Kazımovun, Mirzəcan Xəlilovun da namizəd olmayacağı gözlənilir.
Bundan başqa, deputat mandatını girov qoyduğu üçün böyük qalmaqala səbəb olan və noyabrda millət vəkilliyindən istefa verən Rafael Cəbrayılovun, Lerikdəki “Relax” istirahət mərkəzində vergi əməkdaşlarını döydüyü üçün oğlu və bir neçə qohumu həbs olunan İqbal Məmmədovun, həmçinin oğlu Həbib Axundovun adı yüz minlərlə manatlıq borc skandalında hallanan Elmira Axundovanın, davamlı şəkildə qalmqallı xəbərlərlə gündəmə gələn Əsabil Qasımovun da namizədliklərini irəli sürməyəcəyi bildirilir.
Namizəd olmayacaq deputatlar arasında İqtisadiyyat Nazirliyinə birləşdirilən Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri olmuş Kərəm Həsənovun qardaşı Malik Həsənovun, biznes fəaliyyətilə məşğul olan Mahir Aslanovun, Milli Məclisin buraxılmasının əleyhinə səs verdiyi deyilən Arif Rəhimzadənin, sabiq müsavatçı və tarixçi Musa Qasımlının, Tibb Universitetinin keçmiş rektoru Əhliman Əmiraslanovun da adları çəkilir.
Bundan başqa, Milli Məclisin son tərkibində gənc millət vəkili olanlardan bəzilərinin də namizədliyini irəli sürməyəcəyi deyilir.
Xatırladaq ki, 81 saylı Beyləqan seçki dairəsindən seçilən millət vəkili Şahin İsmayılov ən cavan deputat idi. Onun mandat alarkən (2005-ci il) cəmi 29 yaşı vardı.
Milli Məclisin ikinci ən gənc üzvü isə 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsini təmsil edən Naqif Həmzəyev sayılır. Hazırda 36 yaşındadır.
Üçüncü ən gənc millət vəkili 1982-ci il il təvəllüdlü Ülviyyə Həmzəyevadır.
Milli Məclisin digər gənc üzvləri arasında dördüncü və beşinci yerləri isə 1980-ci il doğumlu millət vəkilləri Müslüm Məmmədovla Cavid Osmanov tutur.
Əldə etdiyimiz məlumata görə, cavan deputatlardan N.Həmzəyevin növbədənkənar parlament seçkisində namizəd olması şübhə altındadır.
Dövlət başçısı Ulu Öndərin məzarı önünə əklil qoyub. Azərbaycanın dövlət himni səsləndirilib.
Prezident və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri qoyublar. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib.
Qeyd edək ki, bu gün Azərbaycanın ümummilli lideri, görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin vəfatından 16 il keçir.
Ölkə.Az-ın məlumatına görə, Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda ümummilli lider Heydər Əliyevin anım mərasimləri təşkil olunur.
Dövlət qurumları, siyasi partiyalar, QHT, media orqanları və ictimaiyyətin nümayəndələri bu günlərdə Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət edirlər.
Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.
Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.
Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 10-da keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.
Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.
"Ölkə.Az"ın azvision.az -a istinadən məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis mayoru Samir Qayıbov Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə rəis müavini təyin edilib.
Qeyd edək ki, S.Qayıbov bundan əvvəl Abşeron Rayon Polis İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyib.