"Ölkə.Az" xəbər verir ki, bu münasibətlə DİN-də keçirilən tədbirdə nazir, general-polkovnik Vilayət Eyvazov bildirib ki, ölkəmizin, eləcə də Rusiya DİN-in xüsusi ali təhsil müəssisələrinin məzunlarının vəzifələrə yerləşdirilməsi, ümumilikdə, gənc kadrların hazırlıq səviyyəsinin artırılması, onların peşəkarlığa, dövlətçiliyə, xidməti borca sədaqətə, işgüzarlığa görə vəzifədə irəli çəkilmələri, gənc əməkdaşlara lazımi diqqət və qayğı göstərilməsi DİN rəhbərliyinin daim nəzarətdə saxladığı məsələlərdəndir.
Nazir vətəndaşlara xidmətin şərəfli bir vəzifə olduğunu, hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının gərgin səyləri hesabına respublikamızda əmin-amanlığın yaradıldığını, cəmiyyət həyatının bütün sahələrində müşahidə edilən hərtərəfli inkişafın əsasında ulu öndərimizin və möhtərəm Prezidentimizin qeyd etdikləri kimi, məhz sabitlik
amilinin dayandığını, bu istiqamətdə əldə olunmuş uğurların dövlət başçısı tərəfindən hər zaman yüksək qiymətləndirildiyini gənc zabitlərin nəzərlərinə çatdırıb.
General-polkovnik Vilayət Eyvazov onları ölkəmizin daxili işlər orqanlarında xidmətə başlamaları münasibəti ilə təbrik edərək çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, daim polis adını uca tutmalarını, bilik və təcrübələrini artırmalarını, öz üzərlərində işləmələrini, müasir informasiya texnologiyalarının verdiyi üstünlüklərdən faydalanmalarını, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyə edib.
“Son dövrlərdə vergi və gömrük orqanlarında aparılan islahatlar bu sahələrdə öz nəticəsini verməkdədir. Ölkəmizdə bu sahələr çox problemli sahələr idi”.
Turkustan.info xəbər verir ki, bunu prezident İlham Əliyev deyib. Azərbaycan-Ukrayna biznes forumunda çıxış edən prezident bildirib ki, son bir neçə il ərzində çox ciddi islahatlar aparıldı, artıq bu sahələr şəffaflaşdı və biznes dərhal müsbət reaksiya verdi.
“Bu ilin 11 ayında vergi və gömrük orqanları xəzinəyə plandan əlavə təqribən 600 milyon dollar vəsait daxil etmişlər. Xarici borcumuz çox aşağı səviyyədədir, ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə Azərbaycan dünyada doqquzuncu yerdədir.
Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfə artıqdır. Yəni, biz istənilən vaxtda xarici borcu sıfırlaya bilərik.
Bu yaxınlarda Beynəlxalq İnkişaf Assosiasiyasının hesabatına görə Azərbaycan təmiz donor ölkəsinə çevrilibdir. Yəni, biz indi borc alan ölkə deyil, borc verən ölkəyik. Biz özümüz də xarici ölkələrə sərmayə qoyuruq. Bu sərmayələr 20 milyard dollardan artıqdır.
Bizim təşəbbüsümüzlə bölgədə çox önəmli enerji və nəqliyyat layihələri həyata keçirildi. Bu layihələrin həyata keçirilməsində xarici banklar, Avropa bankları, Asiya bankları bizə öz maliyyə dəstəyini göstərdi. Biz bu dəstək və daxili resurslarımız hesabına Xəzər dənizini neft kəmərləri ilə Qara dəniz və Aralıq dənizi ilə birləşdirdik.
Eyni zamanda, Azərbaycandan Avropaya uzanan 3 min 500 kilometrlik qaz xətti artıq tamamlanmaq üzrədir. Gələn il biz bunun açılışını qeyd edəcəyik və beləliklə, Azərbaycan nəinki neft ixracatçısı, eyni zamanda, qaz ixracatçısı kimi dünyada öz sözünü deyəcək”. /Yenisabah.az/
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) fəaliyyətdə olan sədri, Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop TÜRKPA-nın Bakıda keçiriləcək 9-cu plenar iclasında iştirak etmək üçün dekabrın 18-də Azərbaycana səfərə gəlib.
"Ölkə.Az" xəbər verir ki, Mustafa Şentopu Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov qarşılayıb.
"Ölkə.Az" azərtac-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Ukrayna Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Ukrayna Prezidenti Vladimir Zelenskini və xanımı Yelena Zelenskayanı hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola saldılar.
Dekabrın 17-də geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə sənədlərin imzalanması mərasimi keçirilib.
"Ölkə.Az" xəbər verir ki, mərasimdən sonra prezidentlər mətbuata bəyanatla çıxış edirlər.
Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Vladimir Zelenskinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
"Ölkə.Az" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Prezident Vladimir Zelenskinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenskini qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Ukrayna Prezidentinə raport verib.
Vladimir Zelenski Azərbaycan əsgərlərini salamlayıb.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Ukraynanın və Azərbaycanın dövlət himnləri səslənib.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Vladimir Zelenskiyə, Ukrayna nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan və Ukrayna prezidentlərinin qarşısından keçib.
Prezidentlər rəsmi foto çəkdiriblər.