![]() |
![]() |
AMEA prezidenti, akademik Ramiz Mehdiyev bu qurumda islahatların həyata keçirilməsi istiqamətində iş aparır. Bununla əlaqədar akademiyanın müxtəlif sahələrində bir sıra yeniliklərin tətbiqi nəzərdə tutulur.
Turkustan.info xəbər verir ki. bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasında islahatlarla bağlı bəzi şişirdilmiş məlumatlar yayılır.
Vitse-prezident əlavə edib ki, AMEA-da kütləvi ixtisarların aparılması nəzərdə tutulmur: “Harada paralel qurumlar, artıq, şişirdilmiş ştatlar varsa, onların aradan qaldırılması nəzərdə tutulur. Akademiyada ixtisarların olacağı barədə ajiotaj yaratmağa dəyməz. Sadəcə olaraq, AMEA-da təkmilləşdirmə işləri aparılacaq”.
İ.Həbibbəyli əlavə edib ki, AMEA-nın dekabrın 28-də keçiriləcək ümumi yığıncağında elmi müəssisələrin birləşdirilməsi ilə bağlı heç bir məsələ müzakirə olunmayacaq: “Bu yığıncaq akademiyanın Rəyasət Heyətinin təşkilati strukturunda islahatların aparılması ilə bağlı problemləri həll edəcək. Bu yığıncaqda əslində yeni tipli Rəyasət Heyətinin formalaşdırılması və onun işinin stimullaşdırılması istiqamətində qərarlar qəbul ediləcək. Bu isə akademiyanın tarixində yeni bir mərhələnin başlaması deməkdir”.
Andey Sipilinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın yeni köməkçi təyin edilməsi barədə məlumat vermişdik.
Birinc Andrey Sipilin daha əvvəl “PAŞA İnşaat” MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində çalışıb.
Birinci vitse-prezidentinə yeni köməkçi bundan əvvəl, 2004-2006-cı illərdə “McDermott Caspian Contractors Inc” şirkətində müxtəlif vəzifələrdə işləyib. 2001-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb.
Andrey Sipilin 1995-99-cu illərdə Heydər Əliyev adına Siyasi Elmlər Akademiyasında, 2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, 2000-2004-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb. (publika.az)
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib. Bir çox media nümayəndələri və tanınmış şəxslər parlament seçkilərində iştirak edəcəklərini bildiriblər.
Sosial şəbəkələrdə sabiq Nəqliyyat naziri Ziya Məmmədovun da deputatlığa namizədliyini verəcəyi ilə bağlı iddialar səsləndirilib.
Turkustan.info xəbər verir ki, sözügedən məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Z.Məmmədov yayılan xəbərlərə münasibət bildirib:
“Xeyr, yayılan xəbərlər şayiədir. Mənim növbədənkənar parlament seçkilərinə qatılmaq fikrim yoxdur. Əgər belə fikirim bir olsaydı, açıqlayardım”.
Oxu.az məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Sərəncamla Andrey Sipilin Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin olunub.
Bununla da Birinci vitse-prezidentin köməkçilərinin sayı altıya çatdırılıb.
"Ölkə.Az" xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Qərarla “Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin işçilərinin xüsusi geyim forması, fərqlənmə nişanlarının təsvirləri və onların təchizatına dair Normalar”ın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2017-ci il 7 iyul tarixli 279 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1477;2018, № 7 (II kitab), maddə 1657) ləğv olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin işçilərinin xüsusi geyim forması, fərqlənmə nişanlarının təsvirləri və onların təchizatına dair normalar o zamankı Baş Nazir Artur Rasi-zadənin 2017-ci il 7 iyul tarixli 279 nömrəli qərarı ilə təsdiq edilib.
"Ölkə.Az" azərtac-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev bu gün Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı deyib.
Dövlət başçısı gələcək fəaliyyətlərinə toxunarkən, Azərbaycanda bundan sonra da beynəlxalq idman yarışları keçiriləcəyini bəyan edib: "Bu baxımdan bu il əlamətdar il olmuşdur. Bir neçə dünya, Avropa çempionatı keçirilmişdir, gimnastika üzrə, digər idman növləri üzrə. O cümlədən Avropa Gənclər Olimpiya Festivalı keçirilmişdir. Bakı şəhərinə Avropanın bütün ölkələrindən yeniyetmələr, gənclər gəlmişlər. Bildirməliyəm ki, bizim gənclərimiz də yaxşı nəticə göstərmişlər, komanda hesabında 4-cü yerə layiq görülmüşlər. Bu il Bakıda daha bir əlamətdar idman yarışı keçirilib. Futbol üzrə Avropa Liqasının final oyunu ilk dəfə olaraq Azərbaycanda, Bakı Olimpiya Stadionunda keçirilibdir. Bütün təşkilati məsələlər ən yüksək səviyyədə öz həllini tapıb, bunu da mən xüsusilə qeyd etmək istəyirəm. Çünki minlərlə xarici tamaşaçı, xarici qonaq gəlmişdir. Minlərlə qonağın bir gün, iki gün ərzində gəlməsi əlbəttə ki, bizim üçün müəyyən problemlər yarada bilərdi, ictimai nəqliyyatla, təhlükəsizliklə bağlı. Həmçinin hava limanında təyyarələrin, o cümlədən çarter təyyarələrin enişi ilə bağlı müəyyən problemlər ola bilərdi. Ancaq bütün müvafiq qurumlar, Təşkilat Komitəsi çox səmərəli işləyiblər. Ümumi rəyə əsasən, təşkilati məsələlərə görə Bakı Avroliqa final yarışı nümunə kimi göstərilir. Mən indi başqa şəhərlərdə buna oxşar yarışların keçirilməsi ilə bağlı bir söz demək istəmirəm, ancaq bizə gələn məlumata görə, hətta Çempionlar Liqasının final oyunları bəzi şəhərlərdə bu səviyyədə keçirilmir. Bizdə olan nizam-intizam, qayda-qanun, təşkilati məsələlər, könüllülərin fəaliyyəti, bütün aidiyyəti qurumların birgə fəaliyyəti bunu təmin edibdir"
Azərbaycan Prezidenti gələn il ölkəmidzə yenə də mötəbər idman yarışlarının keçirilməsinin nəzərdə tutulduğunu, onların arasında bir nömrəli yarış olan futbol üzrə Avropa çempionatının dörd oyununun olduğunu söyləyib: "Artıq tarixlər də bəllidir, hazırlıq işləri də aparılıb, xaricdən gələn çox böyük tamaşaçı auditoriyası olacaq. Əminəm ki, bu yarış da ən yüksək səviyyədə keçiriləcək və Azərbaycan öz imkanlarını, o cümlədən təşkilatçılıq qabiliyyətini bir daha göstərəcəkdir".
"Ölkə.Az" xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif edilib:
1-ci dərəcəli “Əmək” ordeni ilə
Abbasov Vaqif Qurban oğlu
Qədimov Fuad Tahir oğlu
Qurbanov Mürsəl Bakir oğlu
Mustafayev Mehman Xancan oğlu
Soltanov Şakir Soltan oğlu
2-ci dərəcəli “Əmək” ordeni ilə
Abasov Qurban İsmayıl oğlu
Babaşov Qurbanəli Şahvələd oğlu
Cəfərov Arif Məmməd oğlu
Fərzəliyev Hatif Şahsuvar oğlu
Hüseynov İsrayıl İsa oğlu
İbrahimov İlyas Aslan oğlu
Qurbanov İlkin Fərman oğlu
Mahmudov Mahmud Bayram oğlu
Məmmədov Əmir Əli oğlu
Mürşüdov İsa Əli oğlu
Nağıyev Muxran Engilis oğlu
3-cü dərəcəli “Əmək” ordeni ilə
Cavadov Ərşah Cavad oğlu
Dadayeva Ayparə Şaban qızı
Əhmədov Etibar Lətif oğlu
Əliyev Afiq Rəcəb oğlu
İsayev Qalib Baləhməd oğlu
Məmmədov Nizami Qulu oğlu
Mustafayev Şahin Mirzərəhim oğlu
Poladov Mövlan Qadaş oğlu
Salmanov İsa Ələkbər oğlu
Tağıyev Elqam Qənbər oğlu
Yusifov Asif Adıgözəl oğlu.
"Ölkə.Az" oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmri Baş prokuror Zakir Qaralov imzalayıb.
Əmrə əsasən, Əliyev Ramil Firudin oğlu Siyəzən rayonunun prokuroru vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, o, bundan əvvəl Baş Prokurorluğun Kadrlar İdarəsinin prokuroru vəzifəsində çalışıb.