Baş nazirdən növbəti“Elektrik və istilik qurğularının texniki istismar Qaydası” təsdiqlənib.

"Ölkə.Az"ın oxu.az-a istinadən məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar Azərbaycan Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli fərmanının 2.3.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə imzalanıb.

Həmin fərman “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında idi.

Sənəd Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir.

Vilayət Eyvazov Nuşirəvan Səfərovu işdən çıxardıDaxili İşlər Nazirliyində kadr dəyişikliyi baş verib.

"Ölkə.Az"ın oxu.az-a istinadən məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov vəzifəsindən azad edilib.

N.Səfərov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat olmayıb.

Məlumatı Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a təsdiqləyib.

Vilayət Eyvazovun islahatları davam edirDaxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

"Ölkə.Az" oxu.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının komandiri, polkovnik Balakişi Əhmədov tutuduğu vəzifədən azad edilib. O, xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Qeyd edək ki, bu gün Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov da xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat olmayıb.

Prezident: Adam o şəkillərə baxanda dəhşətə gəlirdi, bu qədər məsuliyyətsizlik olarmı?Bu gün Azərbaycanda enerji dayanıqlılığı tam təmin edilir.

"Ölkə.Az"ın oxu.az-a istinadən məlumatına görə, bunu Prezident İlham Əliyev Vüqar Əhmədovu “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri vəzifəsinə təyin olunması ilə əlaqədar keçirdiyi qəbulda bildirib.

Ölkə başçısı qeyd edib ki, bütün bu müsbət məqamlara baxmayaraq, böyük çatışmazlıqlar, böyük qüsurlar da olub.

“Əgər bunlar olmasaydı, 2018-ci ildə biz o qəza ilə üz-üzə qalmazdıq”, - deyən Prezident 2018-ci ilin yayında Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəzaya diqqət çəkib.

“Qəzadan sonra aparılan təhlil işləri göstərdi ki, bu, sırf səhlənkarlıq, məsuliyyətsizlik nəticəsində baş vermişdir. Mənə şəkillərlə, sübutlarla böyük məruzə edildi, bizim Mingəçevir İstilik Elektrik Stansiyası necə bərbad gündə idi. Adam o şəkillərə baxanda dəhşətə gəlirdi. Bu qədər səhlənkarlıq, bu qədər məsuliyyətsizlik olarmı? Ona görə “Azərenerji”nin rəhbərliyi tamamilə dəyişdirildi”,-deyə Prezident əlavə edib.

“Azərişıq” ASC-yə yeni sədr təyin edildiAzərbaycan Respublikası Prezidenti İlham Əliyev Vüqar Cəbrayıl oğlu Əhmədovun “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

"Ölkə.Az" xəbər verir ki, Prezidentin digər sərəncamı ilə Vüqar Cəbrayıl oğlu Əhmədov “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Əli Nağıyev və Orxan Sultanov Ərdoğanla görüşüb — FOTOYanvarın 6-da Ankarada Türkiyə Respublikasının Milli İstihbarat Təşkilatının (MİT) Mərkəzi Aparatının “Qala” yeni inzibati binasının təntənəli açılışı olub.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ictimai əlaqələr şöbəsindən "Ölkə.Az"a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı, MİT-in rəhbəri Hakan Fidanın dəvəti ilə DTX-nin rəisi general-leytenant Əli Nağıyevin və Xarici Kəşfiyyat Xidmətinin rəisi general-leytenant Orxan Sultanovun rəhbərlik etdikləri nümayəndə heyətləri də təntənəli mərasimdə iştirak ediblər.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə çıxış edərək qardaş ölkənin xüsusi xidmət orqanlarının keçdiyi tarixi yola nəzər salıb, hazırda MİT-in qarşısında duran mühüm vəzifələrdən, eləcə də Türkiyənin maraqlarının və təhlükəsizliyinin etibarlı təmin olunması istiqamətində görülən işlərdən danışıb. Dövlət başçısı “Qala”nın istifadəyə verilməsi münasibətilə Milli İstihbarat Təşkilatının əməkdaşlarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Yeni binanın açılışını bildirən rəmzi lentin kəsilməsi mərasimində Türkiyə Respublikasının ali dövlət rəhbərliyi, hökumət üzvləri və digər rəsmi şəxslərlə yanaşı, general-leytenant Əli Nağıyev və general-leytenant Orxan Sultanov da iştirak ediblər.

Tədbirdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin təmsilçiləri ilə görüşüb. Azərbaycan nümayəndə heyətlərinin rəhbərləri dövlətimizin başçısı İlham Əliyevin Türkiyə Respublikasının Prezidentinə səmimi salamlarını və təbrikini, eləcə də dost və qardaş ölkəyə milli təhlükəsizliyinin hərtərəfli təmin olunması işində yeni-yeni uğurlar arzulayıblar.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi salamlarını yetirib, təbrikə və xoş diləklərə görə təşəkkürünü bildirib.Əli Nağıyev və Orxan Sultanov Ərdoğanla görüşüb — FOTOƏli Nağıyev və Orxan Sultanov Ərdoğanla görüşüb — FOTO
 

Azərbaycanda fevralın 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq namizədlərin irəli sürülməsinə başlanılıb. Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 456 şəxsin namizədliyi təsdiqlənib.

Maraqlıdır, ayrı-ayrı peşə sahibləri, nüfuzlu və ya sıravi vətəndaşlar niyə deputat olmaq istəyirlər?

Turkustan.info bildirir ki, modern.az bu sual ətrafında deputatlığa namizədlər arasında sorğu keçirib.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu cəmiyyətimiz, millətimiz və xalqımızla bağlı çoxlu ideyalarının olduğunu söyləyib:

“Bunun həyata keçirilməsi üçün ən yaxşı vasitə məhz parlamentdir. Qanunvericilik təşəbbüsü məhz parlamentə məxsus olduğuna görə, biz cəmiyyətin inkişafı, milli problemlərin həllinə kömək edəcək qanunların təklifinə başlamalıyıq. Ona görə, mən partiya sədri kimi xalq üçün reallaşdırmaq istədiyim fikirləri Azərbaycan qanunları çərçivəsində reallaşdırmağı məqsədəuyğun hesab edirəm”.

Beşinci Çağırış Milli Məclisin deputatı Vahid Əhmədov 15 ildir Quba camaatını Milli Məclisdə təmsil etdiyini xatırladıb:

“Bu müddət ərzində rayonda, eləcə də ölkə üçün xeyli iş görülüb. Bundan sonra da yarımçıq qalan – işlərimizi davam etdirməyi düşünürəm. İnsanlar da bunu dəstəkləyir”.  

Təhsil eksperti Kamran Əsədov isə öncə doğulub boya-başa çatdığı rayonun problemlərini sadalayıb:

Mən Nefçalada doğulub, böyümüşəm. Kəndimizdə nə uşaq baxçası var idi, nədə ki, məktəb. Bunlar üçün 10 kilometr uzaqda olan qonşu kəndlərə gedirdik. 2003-c ildə orta məktəbi bitirib, təhsil almaq üçün Neftçaladan çıxdım. 2007-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr, 2009-cu ildə magistr, 2015-ci ildə BDU-nun Azərbaycan tarixi kafedrasını Vətən tarixi üzrə doktoranturanı, 2018-ci ildə MEA-nın Tarix institutunun Qafqaz ölkələri tarixi şöbəsinin doktorantura pulləsini bitirdim, orta məktəblər üçün tarix dərsliklərinin müəllifi oldum. Bu illər ərzində Neftçalaya gedəndə orada heç bir inkişaf, dəyişiklik görmədim. Hər dəfə rayona gedəndə insanların problemlərini deməyə deputatlarını görmədiklərini, məmurların onlara xidmət etmədiklərini eşitdim, gördüm. Digər tərəfdən isə ölkədə təhsilin inkişafı üçün qanunvericilik bazasının formalaşmasında müəyyən çatışmazlıqların olduğunun şahidi oldum. Hələ də içməli su, işsizlik ilə bağlı problemlər qalmaqda davam edir. Əsas məsələ, bizim kənddə yenədə məktəb, bağça, kitabxana, poçt yoxdur. Kənd və qəsəbə daxili yollar bərbad vəziyyətdədir, hələ də qəzalı vəziyyətdə olan məktəblər var, qazlaşma ilə bağlı rayonda problemlər mövcuddur. 80 mindən çox əhalisi olan, 50 dən çox yaşayış məntəqəsi olan Neftçala kəndlərində bankomat yoxdur. Kəndlilər təqaüdlərindən pul çıxarmaq üçün rayon mərkəzinə, qonşu kəndə gedirlər. Kəndlərdə baxçaların olmaması uşaqların normal inişafına maneə yaradır. Rayon üzrə cəmi 16 uşaq bağçası var ki, bu da bağça yaşlı uşaqların yalnız 4 faizini əhatə edir”.

Kamran Əsədov qətiyyətlə vurğulayıb ki, insanlara dəstək verməyi özünə borc bilir:

“Neftçalalıların mövcud problemlərinin həllində mənim dəstəyimə ehtiyacları var. Mən deputat mandatı uğrunda mübarizə aparmıram, mən ölkə Prezidentinin siyasətinin yerlərdə tam şəkildə həyata keçirilməsini təmin etmək üçün, ölkəmizin, rayonumuzun inkişafı, təhsil qanunvericiliyinin təkmilləşdirilməsi üçün bu marafona qoşulmuşam. Neftçalalıların dərdini dinləyəcək, onlara yol göstərəcək, onların içindən çıxmış birinə ehtiyacları var. Hesab edirəm ki, bilik və bacarıqlarım, təcrübəm həm ölkəmizin, həm təhsilimizin, həm də Neftçalamızın inkişafına xidmət edəcək. Mən bunu edə biləcək kompitensiyaya malikəm. Mənim deputat olmağım məndən çox ölkəmiz, dövlətimiz, Neftçalamız üçün faydalı olacaq”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı isə səbəblərini bu cür ifadə edib:

“Bir şəxs tək namizədliyini irəli sürdüyü dairənin deputatı seçilmir, millət vəkili seçilir. İndiyə qədər millət üçün etdiyimiz işlərin davamı üçün namizədliyimi irəli sürdüm”.

Demokratik İslahatlar Partiyasının sədri, beşinci çağırış Mİlli Məclisin deputatı Asim Mollazadənin isə əsas məqsədi müasir, demokratik Azərbaycandır:

“İslahatların davamı, bunun nəticəsində qüdrətli Azərbaycan dövlətinin formalaşdırılması əsas niyyətimizdir. Azərbaycanın ərazi bütövlüyü və güclü dövlət kimi inkişafı hər bir vətəndaşın istəyi olmalıdır. Əsl deputat məhz dövlətinə sədaqətlə xidmət etməlidir”.

Ana Vətən Partiyasının sədri, beşinci çağırış Milli Məclisin deputatı Fəzail Ağamalı növbəti çağırışda deputat seçiləcəyi təqdirdə siyasi proseslərdə yeni hədəflərinin olmadığını söyləyib:

“Mənim hədəfim güclü, demokratik, bütöv Azərbaycandır. Bu amala partiya sədri kimi illərdir xidmət edirəm. Bu xidmətimi yenidən deputat seçilsəm, davam etdirəcəyəm”.

İlham Əliyev Əhməd Əhmədzadəni təltif etdiAzərbaycan Respublikası Prezidenti İlham Əliyev Əhməd Cuma oğlu Əhmədzadənin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasında meliorasiya və su təsərrüfatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Əhməd Cuma oğlu Əhmədzadə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. 

Qeyd edək ki, Ə.Əhmədzadə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədridir.

Bu gün İlham Əliyevin “Rossiya-24” telekanalına müsahibəsi yayımlanacaqXəbər verdiyimiz kimi, dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının “Rossiya-24” televiziya kanalına müsahibə verib.

"Ölkə.Az" xəbər verir ki, bununla bağlı “Trend” İnformasiya Agentliyi məlumat yayıb. 

Dövlətimizin başçısı müsahibədə Azərbaycan-Rusiya ikitərəfli münasibətləri və digər məsələlərlə bağlı sualları cavablandırıb.

Bu gün günorta saatlarında “Rossiya-24” televiziya kanalında Prezident İlham Əliyevin müsahibəsinin yayımı planlaşdırılır. Azərbaycan Televiziyası da birbaşa olaraq həmin yayıma qoşulacaq.

Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar dalana dirənməyib"Doğrudur, münaqişənin həlli üzrə danışıqlar prosesində bu il ərzində konkret irəliləyiş olmayıb, lakin bunu “danışıqlar dalana dirənib” kimi dəyərləndirmək düzgün olmazdı".

"Ölkə.Az" report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Naziri Elmar Məmmədyarov 2019-cu ilin yekunlarına dair "Report" və bir neçə KİV-in suallarını cavablandırarkən deyib.

"İl ərzində irəli sürülən çoxsaylı görüşlər və konkret təşəbbüslər danışıqlar prosesinin davam etdirilməsinə müəyyən ehtiyac olduğunu göstərir. Biz hər zaman bəyan etmişik ki, nə qədər ki, münaqişənin danışıqlar, sülh yolu ilə həlli imkanı var, biz bu imkandan istifadə edəcəyik. Əlbəttə, məqsəd mahiyyət üzrə, substantiv danışıqlar aparıb prosesi irəli aparmaqdır.

Bunun üçün bütün prinsiplər, elementlər, mərhələlər işlənib hazırlanıb, müzakirə edilib və yenidən nəzərdən keçirilib. Bu günədək hazırlanmış bütün sənədlərdə münaqişənin mərhələli həlli, işğal olunmuş ərazilərimizin azad olunması, məcburi köçkünlərin geri qayıtması, növbəti mərhələdə status məsələsinin həlli məsələlərinə aydınlıq gətirilir. Bu elementlərlə tanış olmaq üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu ilin 9 mart tarixli bəyanatı ilə tanış olmanız kifayətdir.

Ermənistan tərəfindən davamlı şəkildə qaldırılan təhlükəsizlik və status məsələsinə gəldikdə, bir daha vurğulamaq istərdim ki, hər iki məsələ həll prosesi çərçivəsində, ATƏT-in müvafiq qərarlarına, habelə bildiyiniz kimi tətbiqi üçün zaman məhdudiyyəti olmayan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq tənzimlənməlidir. Qarabağın Azərbaycanlı əhalisi geri qayıtmadan, hansı statusdan danışa bilərik? Eləcə də təhlükəsizlik məsələsi bölgənin erməni icması ilə yanaşı, azərbaycanlı icması üçün də kifayət qədər önəmlidir və burada beynəlxalq sülhü qoruma mexanizmlərindən istifadə olunmasına ehtiyac duyulduğu hamıya bəllidir.

Soruşursunuz ki, danışıqların aparılması bizə nə verib. Münaqişəni həll etmək danışıqlar aparmaq deyil, bəs nədir? Münaqişə yenidən alovlanarsa belə, yenidən danışıqlar başlayacaq, çünki nə əbədi davam edən müharibə, nə də danışıqlar mövcud deyil. Danışıqları ona görə aparırıq ki, pozulmuş beynəlxalq hüquq normalarını bərpa edək, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyini bərpa edək, Azərbaycanın sözündə və əməlində bir olduğunu və sülh yolu ilə həlli potensialı bitməyənədək danışıqlara sadiq qaldığını nümayiş etdirək. Danışıqları aparırıq ki, Azərbaycan ərazilərini işğaldan azad edək!

Bu gün Ermənistanın işğalçılıq siyasəti səbəbindən Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil və tərəflər arasında danışıqlar, beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına cavabdeh olan əsas beynəlxalq qurum - BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, dünyanın üç aparıcı ölkəsinin vasitəçilik səyləri ilə aparılır", - XİN başçısı vurğulayıb.