![]() |
![]() |
Bu gün Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev şəhər-rayon icra hakimiyyətlərinin başçılarını iclasa çağırıb.
Turkustan.info-nun Unikal.org-a istinadən əldə etdiyi xəbərə görə, PA rəhbəri icra baçılarına 9 fevral 2020-ci ildə Milli Məclisə keçiriləcək seçkilərə hazırlıqla bağlı tövsiyyə və tapşırıq verəcək.
Qeyd edək ki, iclas saat 14:00-da keçiriləcək.
V çağırış Milli Məclisin deputatı Mirkazım Kazımovun oğlu Səid Kazımovun iki müxtəlif dairədən namizədliyini irəli sürməsiylə bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb.
S. Kazımovun həm 67 saylı Cəlilabad şəhər seçki dairəsi, həm də 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən namizədliyini verdiyi bildirilib.
“Qafqazinfo” məsələni araşdırıb. Məlum olub ki, Seçkilər İnformasiya Mərkəzində qeyd olunmuş məlumatlarda S. Kazımov 67 saylı dairədən namizəd kimi imtina edib. O, imza vərəqələrini 69 saylı dairəyə təqdim etsə də, namizədliyi hələ ki, qeydə alınmayıb.
Sözügedən dairədən YAP-ın namizədi isə Sadığov Etibar Sadıq oğludur. O, Cəlilabad Peşə Mərkəzinin direktorudur.
Qeyd edək ki, deputat oğlu AMEA-da hüquq müfəttişi vəzifəsində çalışır.
Xatırladaq ki, S. Kazımovun atası deputat Mirkazım Kazımov YAP-ın V çağırış 68 saylı Cəlilabad kənd seçki dairəsindən deputatıdır. YAP 9 fevral seçkilərində M. Kazımovun namizədliyini irəli sürməyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat olub.
“Qafqazinfo” xəbər verir ki, Elşən Allahverdiyev DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin Vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, o, bundan əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi vəzifəsini icra edib.
“Ölkə.Az” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda qeyd edilib.
Bildirilib ki, yanvarın 17-dən qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq. Seçkiqabağı təşviqatın aparılması 8 fevral saat 08:00-a qədər davam edəcək.
Qeyd edək ki, Azərbaycanda Milli Məclisə seçkilərin keçirilməsi bu ilin fevralın 9-na təyin edilib.
"Ölkə.Az"ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, nazirin əmri ilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şəxsi heyəti sərəncama götürülüb.
Əldə etdiyimiz məlumata görə, hazırda bütün heyət iş başındadır, lakin hər kəs indiki vəzifəsində müvəqqətidir. Şəxsi heyətlə bağlı saf-çürük etmə işləri aparılır. Yaxın günlərdə şəxsi heyət yenidən təsdiqlənəcək. Təsdiqləmə zamanı vəzifəsini itirənlər, başqa yerə təyinat alanlar, aşağı vəzifələrə göndərilənlər də olacaq.
DİN Mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov və Bakı DYP-nin sözçüsü Vaqif Əsədov bu məlumatı nə təsdiq, nə də təkzib ediblər.
"Ölkə.Az" afn.az-a istinadən xəbər verir ki, V.Əsədov hətta yoxlamaların başladığı ilk günlərdən vəzifədən alınıb.
Bildirilib ki, adıçəkilən şəxsin xeyli müddətdir mediada görünməməsi də bununla əlaqədardır: "Bir neçə gün əvvəl "İctimai" TV-də yayımlanan "3 D" verilişinin aparıcısı Dadaş Dadaşzadə də bildirdi ki, Vaqif Əsədovu verilişə çağırır o gəlmir. Yəqin ki, yaxın günlərdə onun vəzifədən alınması ilə bağlı rəsmi məlumat yayılacaq".
Xatırladaq ki, bir neçə gün əvvəl mətbuatda Bakı Dövlət Yol Polisi İdarəsin aparılan yoxlamaların nəticəsi olaraq, idarə rəhbərliyinin sərəncama göndərilməsi haqda məlumat yayılıb. Məlumatda bildirilirdi ki, buraya müavinlər, şöbə və bölmə rəisləri, İdarənin zabit heyəti daxildir. Onu da qeyd edək ki, həmin xəbər yayılmazdan üç gün əvvəl Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nüşrəvan Səfərov da vəzifəsindən azad edilmişdi.