“Özünü buraxmış yaşlı deputatlar da geri çəkilsinlər”“Namizədliyimi geri götürməyimin əsas səbəbi gənclərə üstünlük verilməsi, onlara yol açılması prosesinə töhfə göstərməkdir”.

Bunu Modern.az-a açıqlamasında 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən namizədliyini geri götürən Milli Məclisin keçmiş deputatı, Yurddaş Partiyasının sədri Mais Səfərli deyib. O, Milli Məclisdə daha çox gənclərin təmsil olunmasına üstünlük verdiyini vurğulayıb:

“Hesab edirəm ki, Milli Məclisdə yaşlı insanlar da olmalıdır. Onların da təcrübəsinə, məsləhətlərinə böyük ehtiyac var. Amma bununla yanaşı, yeni baxışların, yeni fikirlərin parlamentə gətirilməsi prioritet olmalıdır. Ölkə başçısı da kadr siyasətində gənclərin bilik və təcrübələrinə üstünlük verir. Biz də bu kadr islahatlarını dəstəkləməliyik.

Gənclərin üstünlük təşkil etməsi Milli Məclisdə yaşlı deputatların olmaması anlamına gəlmir. Amma əvvəlki çağırış parlamentin özünü buraxmış yaşlı deputatlarının yenidən seçkilərə üz tutmasını məqbul hesab etmirəm. Baxmayaraq ki, mən özüm də o qədər yaşlı deyiləm. Amma düşünürəm ki, parlament yenilənməli, gəncləşməlidir. Bu baxımdan, mən mübarizəni dayandırmağa qərar verdim. Uzun illər Milli Məclisdə oturmuş, artıq pensiya yaşında olan deputatlar da, belə addımlar atsalar, daha məqsədəuyğun olar”.

Vilayət Eyvazovdan yeniBaş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinə yeni rəis təyin olunub.

"Ölkә.Az"ın məlumatına görə, bu barədə Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz xətt polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həmidov tutduğu vəzifədən azad edilərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə faktı təsdiqləyiblər.

Eldar Əzizovdan icra başçılarınaBakı Şəhər İcra Hakimiyyətində aparatın və struktura daxil təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə 2020-ci ildə iş, forma və metodlarına, eləcə də fəaliyyətdə aşkarlığın daha da artılılması məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib.

Qurumdan "Ölkə.Az"a verilən məlumata görə, müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkə başçısının apardığı çoxşaxəli islahatların bir çox neqativ halların qarşısını aldığını və bu sahələrdə şəffaflığın təmin olunduğunu bildirib.

O, Prezident İlham Əliyevin rəhbər şəxslər qarşısında qoyduğu tələblərə toxunaraq bildirib ki, hər bir rəhbər işçi öz fəaliyyətində təmiz əllər və şəffaflıqla çalışmalıdır.

Struktura daxil olan xidmətlərin fəaliyyətindən danışan Eldar Əzizov qeyd edib ki, hər bir qurum xüsusilə maliyyə məsələlərinə çox ciddi yanaşmalı, ayrılan vəsaitlərdən səmərəli istifadə olunmalı, görülən işlər və xərclənən vəsait barədə məlumatlar mütəmadi olaraq kütləvi informasiya vasitəsi ilə ictimaiyyətə çatdırılmalıdır.

Milli Məclisə seçkilərdə iştirak etmək üçün namizədliyi qeydə alınan işsizlərin və təqaüdçülərin sayı məlum olub.

Deputatlığa namizədlərin 282-si işsiz, 40 nəfəri isə təqaüdçüdür.

Qeyd edək ki, deputatlığa namizədlərin sayı 1500 ötsə də, onlardan bir qismi namizədliyini geri götürüb. Hazırda deputatlığa namizədlərin sayı 1479 nəfərdir.

Azərbaycan Milli Məclisinə seçkilər fevralın 9-da keçiriləcək. (report)

Prezident Mixail Qusmanı təbrik etdiPrezident İlham Əliyev TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmanı 70 illik yubileyi münasibətilə təbrik edib.

Təbrikdə deyilir: 

“Hörmətli Mixail Solomonoviç. 

70 illik yubileyiniz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Geniş dünyagörüşünüz, işgüzar və şəxsi keyfiyyətləriniz Sizə haqlı olaraq nüfuz və hörmət qazandırıb. Dəyişməz müəllifi və aparıcısı olduğunuz “Hakimiyyət formulu” layihəsi Sizin xüsusi yaradıcı yanaşmanız, zəngin təcrübəniz və yüksək peşəkarlığınız sayəsində bütün dünyada tamaşaçı auditoriyasında çox populyardır.

Azərbaycanda Sizi sevir və xüsusi dəyərləndirirlər. Siz uzun müddətdir ki, Azərbaycan-Rusiya mədəni əlaqələrinin genişlənməsinə böyük töhfə verir, bununla da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə kömək edirsiniz.

Hörmətli Mixail Solomonoviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyir, ən xoş arzularımı bildirirəm”.

İlham Əliyev İsveçrə Prezidenti ilə görüşdüAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 22-də Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Simonetta Sommaruqa ilə görüşü olub.

"Ölkə.Az" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Azərbaycanda 7 mindən çox sürücüyə sərt cəza"Yaradılan imkanlardan istifadə etməklə əməkdaşlar ötən il ərzində 3,3 milyona yaxın yol hərəkəti qayda pozuntusu aşkarlayıblar ki, onların da 64 faizi xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınıb”.

"Ölkə.Az" yenisabah-a istinadən xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov deyib.

General bildirib ki, qayda pozuntularına görə ümumilikdə 7 min 316 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya-Azərbaycan münasibətlərinin gələcəkdə davamlı inkişaf edəcəyinə əminliyini bildirib və Rusiyada hökumət dəyişikliyini şərh etməyib.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

“Bu, Rusiyanın daxili işidir, ona görə burada şərh edəcək heç bir şey yoxdur. Əminəm ki, Rusiya-Azərbaycan münasibətləri gələcəkdə davamlı olaraq inkişaf edəcək”, – deyə İ.Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində jurnalistlərə bildirib (Azpost.az).

Rusiyanın yeni hökumətinin üzvləri məlum olubRusiya prezidenti Vladimir Putin yeni Nazirlər Kabinetinin tərkibi ilə bağlı fərman imzalayıb.

"Ölkə.Az" report-a istinadən xəbər verir ki, baş nazir Mixail Mişustinin doqquz müavini olacaq.

Andrey Belousov - Baş nazirin birinci müavini

Dmitri Qriqorenko - baş nazirin müavini - hökumət aparatının rəhbəri

Viktoriya Abramçenko - Baş nazirin müavini

Tatyana Qolikova - Baş nazirin müavini

Yuri Borisov - Baş nazirin müavini

Dmitri Çernışenko- Baş nazirin müavini

Yuri Trutnev - Baş nazirin müavini - Uzaq Şərq Federal Dairəsinin nümayəndəsi

Aleksey Overçuk- Baş nazirin müavini

Marat Xusnullin - Baş nazirin müavini

Nazirlər

Sergey Lavrov - Rusiya Xarici İşlər naziri

Sergey Şoyqu - Müdafiə naziri

Yevgeni Ditrix - Nəqliyyat naziri

Denis Manturov - Sənaye və Ticarət naziri

Anton Siluanov - Maliyyə naziri

Olqa Lyubimova - Mədəniyyət naziri,

Mixail Muraşko - Səhiyyə naziri,

Sergey Kravtsov - Təhsil naziri 

Yevgeni Ziniçev - Mülki Müdafiə, Fövqəladə Hallar və Fəlakətlərin İdarə Edilməsi naziri

Konstantin Çuyçenko - Ədliyyə naziri

Aleksandr Novak - Energetika naziri

Maksut Şadaev - Rəqəmsal inkişaf, rabitə və kütləvi media naziri

Dmitri Kobılkin - Təbii ehtiyatlar və ekologiya naziri

Dmitri Patruşev - Kənd Təsərrüfatı naziri

Vladimir Yakuşev - Tikinti və Mənzil Kommunal Təsərrüfatı naziri

Serqey Kravtsov - Təhsil naziri

Valeriy Falkov - Elm və Ali təhsil naziri

Aleksandr Kozlov - Uzaq Şərq və Arktikanın inkişafı naziri

Oleq Matısın - İdman naziri

Anton Kotyakov - Əmək və Əhalinin Sosial Müdafiəsi naziri

Maksim Reşetnikov - İqtisadi İnkişaf naziri