Prezident İlham Əliyev: Bizim siyasətimizdə əsas məqsəd dövlətimizin möhkəmlənməsi, xalqımızın daha yaxşı yaşaması, sabitliyin təmin edilməsidir
Azərbaycan indi iqtisadi inkişaf, ciddi islahatlar yolundadır.

Trend bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda giriş nitqində deyib.

Prezident qeyd edib:

"Bu gün biz Azərbaycan regionlarının dördüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarını müzakirə edəcəyik, bu il görüləcək işlər haqqında danışacağıq. Proqram bir il bundan əvvəl qəbul edildi. Dördüncü proqram əvvəlki dövrlərdə qəbul edilmiş proqramların məntiqi davamıdır. Üç proqram çərçivəsində böyük işlər görülmüşdür. Ancaq hələ də görüləsi işlər çoxdur. Hesab edirəm ki, dördüncü proqram çərçivəsində ölkə qarşısında duran əsas infrastruktur vəzifələri icra olunacaq və beləliklə, ölkəmizin gələcək inkişafı üçün daha gözəl imkanlar yaranacaqdır.

Keçən il ərzində proqramın icrası ilə bağlı bütün lazımi tədbirlər görülüb. Deyə bilərəm ki, proqram artıqlaması ilə icra edilib. Proqramda nəzərdə tutulmuş məsələlər həll olunub. Ancaq bəzi məsələlərdə müəyyən ləngimələr var. Ona görə bu məsələlərin həllinə xüsusi diqqət göstərilməlidir. Hesab edirəm ki, proqramın bu il icra ediləcək bütün tədbirləri həyatda öz əksini tapacaq.

Bütövlükdə keçən il ölkəmiz uğurla inkişaf edibdir. Azərbaycan inkişaf, sabitlik yolu ilə getmişdir. Dünyada gedən proseslər isə əlbəttə ki, bizi də narahat edir. Dünyada yeni münaqişə ocaqları, yeni gərginlik yerləri yaranır. Mövcud problemlər öz həllini tapmır, əksinə, yeni problemlər əlavə olunur. Demək olar ki, dünyanın bütün yerlərində - Avropada, Afrikada, Asiyada, Latın Amerikasında, bizim bölgəmizdə, postsovet məkanında müəyyən gərginlik müşahidə olunur. Bəzi hallarda bu gərginlik daha şiddətli formalar alır. Ancaq Azərbaycan uzun illər ərzində sabitlik yolu ilə gedir. Ölkəmizdə mövcud olan sabitlik Azərbaycan xalqının iradəsi ilə təmin edilir. Bizim apardığımız siyasət xalq tərəfindən dəstəklənir. Siyasət konkret işlərlə ölçülür. Bizim siyasətimizin təməlində konkret işlər, real inkişaf, söz yox, əməl dayanır və verilən hər bir söz həyatda öz əksini tapır. Ona görə də xalq tərəfindən bizə göstərilən etimad yüksək səviyyədədir və sabitliyin, əmin-amanlığın əsas şərtləri məhz budur.

Hesab edirəm ki, keçən il iqtisadi sahədə yaxşı nəticələr əldə edilib. Azərbaycan indi iqtisadi inkişaf, ciddi islahatlar yolundadır. İslahatlar cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Çünki bu islahatlar insanların həyat səviyyəsini yaxşılaşdırır, ölkəmizin iqtisadiyyatını sürətləndirir, ölkəmizdə mövcud olan xoşagəlməz problemlərin həllində isə çox önəmli rol oynayır. Adətən çox köklü iqtisadi və siyasi islahatlar böyük problemlər də gətirir. Yəni, bu islahatlar bəzi hallarda, daha doğrusu, bir çox hallarda insanların həyat tərzinə mənfi təsir göstərir. Azərbaycanda isə islahatlar ardıcıl şəkildə aparılır. Bu, düşünülmüş siyasətdir. Sadəcə olaraq, biz indi islahatların yeni mərhələsinə qədəm qoymuşuq. Ona görə həm iqtisadi sahədə, həm siyasi sahədə aparılan islahatlar xalqımızın, dövlətimizin maraqlarına xidmət edir. Eyni zamanda, çox ciddi struktur və kadr islahatları aparılmışdır.

Bütün bunlar bir daha onu göstərir ki, bizim siyasətimizdə əsas məqsəd dövlətimizin möhkəmlənməsi, xalqımızın daha yaxşı yaşaması, sabitliyin təmin edilməsidir. Biz bütün bu məqsədlərə çatırıq. Keçən il əldə edilmiş iqtisadi və sosial nailiyyətlər bunu bir daha təsdiqləyir. İqtisadiyyatımız 2,2 faiz artmışdır. Hesab edirəm ki, bu, yaxşı nəticədir. Neftin qiyməti sabitdir, ancaq Azərbaycanda neft hasilatı bir qədər aşağı düşüb. Ümumi daxili məhsulun 2,2 faiz artması, hesab edirəm ki, yaxşı nəticədir. Xüsusilə nəzərə alsaq ki, qeyri-neft sektorunda artım 3,5 faizdir. Sənaye istehsalı 1,5 faiz artıb. Bunun da səbəbi məhz neftin hasilatı ilə bağlıdır. Ancaq bizim əsas prioritetimiz olan qeyri-neft sektoru 14 faizdən çox artıb. Burada, əlbəttə ki, keçən il istismara verilmiş nəhəng sənaye müəssisələrinin fəaliyyətə başlaması, eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması xüsusi rol oynayıb. Biznes mühitinin yaxşılaşdırılmasını Dünya Bankı da qeyd edir. “Doing Business” hesabatında Azərbaycan keçən il 20 ən islahatçı ölkə sırasına daxil edilibdir. Əlbəttə ki, bütün biznes qurumları bunu görür, hiss edirlər. Vergi və gömrük inzibatçılığı, biznes dairələrinə göstərilən dövlət dəstəyi, əlbəttə ki, qeyri-neft sənayesində də özünü büruzə verir".

Aqil Məmmədov  gənclərlə görüşdü - Gəncədə

123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Aqil Məmmədov Gəncə şəhərlərində məskunlaşan gənclərlə görüş keçirib. Gənclərin iştirakı ilə keçirilən möhtəşəm tədbir bayram əhval-ruhiyəsində baş tutub. Tədbirdə çıxış edən Aqil Məmmədov 2 fevral gənclər günü münasibəti ilə bütün gəncləri təbrik edərək, bu günün tarixi mahiyyətindən söz açaraq qeyd etmişdir ki, Gənclər siyasəti dövlətin əsas pirioritet istiqamətlərindən biridir. Namizəd çıxışında gənclərimizin dövlətinə, xalqına bağlı olduğunu, vətənpərpər ruhda böyüdüyünü, vətəninə layiqli xidmət etməyi özlərinin ən şərəfli vəzifə hesab etdiklərini vurğulayaraq bildirmişdir ki, gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Bu gün Azərbaycan gənci sağlam düşüncəli, yüksək analiz etmə qabiliyyətinə malik, sağlam əqidəli olmaqla cəmiyyətdə özünə məxsus hörmət və nüfuz qazanmışıdır deyən Aqil Məmmədov məhz bu səbəbədən də son illər Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasəti olduğunu bildirdi. Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəslədiyini, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edildiyini qeyd edən Aqil Məmmədov 2020- ci ilin “Könülülər ili” kimi yadda qalan il olunacağını bildirdi.
Gənclərə Azərbaycan dövlətinin qayğısından bəhs edən Aqil Məmmədov, Respublikamızda gənclər üçün yaradılan şəraitdən söz açıb, Azərbaycanda bütün sahələrdə olduğu kimi gənclərlə iş sahəsinində də ölkə başçısının böyük diqqətində olduğunu bildirərək, gəncliyi dövlətçilik ətrafında daim daha da sıx birləşməyə çağırıb.O bunu əsaslandıraraq qeyd etmişdir ki, gənclərimiz 90-cı illərin əvvəllərini düzgün analiz etməli, həmin dövürdə hakimiyyətdə olan səriştəsiz şəxslərin ölkədə yaratdığı xaosun nəticəsi olaraq torpaqlarımızın itirildiyini və bir miliyondan artıq soydaşımızın məcburi köçkün həyatı yaşadığını vurğulamışdır.
Digər çıxış edən natiqlər bildirdi ki, görülən işlər, həyata keçirilən tədbirlər belə bir əminlik yaradır ki, bu gün Azərbaycan gəncliyi həm fiziki, mənəvi, həm də intelektual səviyyəsinə görə dünyanın ən qabaqcıl ölkələrinin gəncləri ilə müqayisə edilə bilər. Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışlarında, gənclərlə görüşlərində dəfələrlə bildirib ki, bizə Azərbaycan dövlətinə, dövlətçiliyinə sahiblik hissi olan məsuliyyətli gənclik lazımdır. O gənclik ki, təkcə öz dövlətinin müvəffəqiyyətlərinə kənardan baxıb onu alqışlamır, eyni zamanda, bu dövlətin formalaşmasında, bu siyasətin həyata keçirilməsində yaxından iştirak edir.Yeni Azərbaycan Partiyasının ölkəmizdəki siyasi rolundan və apardığı siyasətdən danışan natiqlər gənclərin böyük bir qüvvə olduğunu və hər bir gənci seçkilərdə fəal itirak etməyə çağırıb öz layiqli namizədinə səs verməyə çağırıb.
Tədbirdə çıxış edən gənclər Yeni Azərbaycan Partiyasının namizədi Aqil Məmmədovla görüşlərindən məmnunluq hissi duyduqlarını, bu partiyanın sədri ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşdiklərini ifadə edərək tam əminliklə Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildirdilər. Daha sonra bir qrup gənc növbədənkənar parlament seçkilərində bütün kəlbəcərli gəncləri 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Aqil Məmmədova səs verməyə çağıran müraciət ünvanlayıb. Tədbir daha sonra bədii hissə ilə davam edib, sonda gənclərlə xatirə şəkili çəkdirilib.

Aqil Məmmədov  gənclərlə görüşdü - GəncədəAqil Məmmədov  gənclərlə görüşdü - GəncədəAqil Məmmədov  gənclərlə görüşdü - GəncədəAqil Məmmədov  gənclərlə görüşdü - GəncədəAqil Məmmədov  gənclərlə görüşdü - GəncədəAqil Məmmədov  gənclərlə görüşdü - GəncədəAqil Məmmədov  gənclərlə görüşdü - GəncədəAqil Məmmədov  gənclərlə görüşdü - GəncədəAqil Məmmədov  gənclərlə görüşdü - GəncədəAqil Məmmədov  gənclərlə görüşdü - GəncədəAqil Məmmədov  gənclərlə görüşdü - Gəncədə
 
"Mənə verilən məlumata görə, bəzi hallarda işçiləri vaxtından çox işlədirlər. Bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir. Amma daha çox pula qənaət etmək üçün 10 saat, 12 saat, ondan da çox işlədirlər".

"Ölkə.Az" xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransında çıxışında deyib. 

Dövlət başçısı bildirib ki, buna son qoyulmalıdır və Nazirlər Kabineti buna nəzarət etməlidir:

"Xüsusi müşavirə keçirilsin ki, bu məsələlər müzakirə olunsun və əgər belə hallara yol verilirsə, o sahibkar cəzalandırılacaq. İşçilərə də müraciət edirəm. Siz də əmək müqaviləsi olmadan işləməyin. Mən bilirəm ki, bəzi hallarda sizi məcbur edirlər. Amma bilin ki, əgər əmək müqaviləsi olmasa, sabah pensiya, tibbi sığorta ala bilməyəcəksiniz.

Ona görə sahibkarlar vergisini ödəməli, bütün qanuni tələblərə riayət etməli və məsuliyyətli olmalıdırlar. İmkanlı sahibkarlar, əlbəttə ki, öz sosial məsuliyyətini də dərk etməlidirlər. Eyni zamanda, əsassız olaraq işçiləri ixtisar etməməlidirlər. Çünki ixtisar edilən hər bir iş yeri bir ailəni çörəksiz qoyur. Buna getmək olmaz".

Ermənistanın Baş naziri Nikol Paşinyan son müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maraqlı açıqlama verdi. Nikol Paşinyan keçmiş prezident Serj Sərkisyanın 7 rayonun Azərbaycana geri qaytarmağı müzakirə etdiyini açıqlaması ilə iki məqsəd güdüb.

Bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində əks olunub. Təhlildə Paşinyanın açıqlamasının iki məqsədi olduğu qeyd olunub:

Birinci məqsəd odur ki, Paşinyan guya sirrin üstünü açaraq ermənilərə bəyan edir ki, keçmiş hakimiyyət “Qarabağı satmağa hazırlaşırdı”. Ermənistanın baş naziri bu yolla erməni cəmiyyətinin gözündə əsas rəqibi olan Qarabağ klanının mövqelərini zəiflətməyə çalışır.

Paşinyanın ikinci məqsədi isə erməni cəmiyyətinə göstərməkdir ki, o, Azərbaycan torpaqlarını boşaltmaq variantını qəbul etməsə də, mərhələli həll planı müzakirə olunur.

Paşinyan bu açıqlamanı verdikdən sonra yenə Dağlıq Qarabağa gəldi. Paşinyan Dağlıq Qarabağda hərbçilər üçün tikilən evlərin açılışında iştirak etdi. O, tez-tez Dağlıq Qarabağa gəlməklə göstərmək istəyir ki, separatçıların razılığı olmadan Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmayacaq. Paşinyanın bu siyasəti bölgədə müharibə riskini artırır. Məsələn, Dağlıq Qarabağın təmsilçiləri deyirlər ki, Azərbaycan müharibəyə hazırlaşır. Bu, həqiqətən belədir. Əgər danışıqlarda müsbət nəticə yoxdursa və separatçılar Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmaq istəmirlərsə, bölgədə müharibə riski azalmayacaq”.

Qeyd edək ki, Nikol Paşinyan bir neçə gün öncə Qafanda keçirdiyi mətbuat konfransında Qarabağ danışıqları ilə bağlı “Sərkisyandan ona qalan mirasın” detallarını açıqlamışdı.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Məmməd oğlu Mehdiyevə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilsin. 

Qeyd edək ki, ölkə başçısının sərəncamı ilə bundan əvvəl Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verilib. Səfər Mehdiyevin də general-polkovniklər siyahısına daxil olması nəticəsində Azərbaycanda bu rütbəni daşıyanların sayı 15 nəfərə çatdı.

Modern.az hazırda bu rütbəni daşıyan şəxslərin siyahısını təqdim edirik:

 

  • Tofiq Ağahüseynov – Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri (SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı)
  • Namiq Abbasov – Azərbaycanın sabiq milli təhlükəsizlik naziri (1995-2004)
  • Səfər Əbiyev – Azərbaycan Respublikasının eks-müdafiə naziri
  • Nəcməddin Sadıkov – Müdafiə nazirinin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi
  • Ramil Usubov –  Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi
  • Eldar Mahmudov – sabiq milli təhlükəsizlik naziri
  • Elçin Quliyev – Dövlət Sərhəd Xidmətinin rəisi
  • Vaqif Axundov – Xüsusi Dövlət Mühafizəsi Xidmətinin rəisi
  • Kəmaləddin Heydərov – Fövqəladə Hallar naziri
  • Aydın Əliyev – Dövlət Gömrük Komitəsinin keçmiş sədri
  • Bəylər Əyyubov – Xüsusi Dövlət Mühafizəsi Xidməti rəisinin 1-ci müavini və Prezidentin Şəxsi Mühafizə İdarəsinin rəisi
  • Zakir Həsənov – Azərbaycanın Müdafiə naziri
  • Mədət Quliyev – Azərbaycanın Müdafiə Sənayesi naziri
  • Vilayət Eyvazov – Azərbaycanın Daxili İşlər naziri
  • Məhərrəm Əliyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri
  • Səfər Mehdiyev – Dövlət Gömrük Komitəsinin sədri
Tağı Əhmədovun tikintisinə icazə verdiyi binalarXəbər verdiyimiz kimi, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov "Space" TV-nin "Sadə həqiqətlər” verilişinin qonağı olub. O, bildirib ki, rəis olduğu müddətdə Xətai metrostansiyasının yanında sahibkar 21 mərtəbəli bina tikmək üçün onun yanına gəlib. Sabiq rəis isə sahibkara deyib ki, 21 mərtəbəli binanı tikmək üçün haqqı olan məbləğ budur.

"Ölkə.Az" unikal.org-a istinadən xəbər verir ki, sözügedən bina ilə bağlı araşdırma aparıb. Məlum olub ki, sabiq metro rəisinin dediyi paytaxtın Xətai rayonu Xocalı prospektində yerləşən "Demirchi Tower"in binasıdır. Tikintisinə 2011-ci ildə başlanılan Biznes mərkəzi 2013-cü ildə istifadəyə verilib.

Xatırladaq ki, Bakı Metropoliteninin sabiq rəisi T.Əhmədov Sahil metrostansiyasının üzərində də yüksəkmərtəbəli bina tikilməsinə razılıq verib. 2014-cü ildə Sahil Ticarət Mərkəzində yanğın olarkən Tağı Əhmədov yaşadığı binada baş verən hadisəni öz mənzilinin eyvanından izləyib.

Bundan başqa T.Əhmədov Bakı Metropoliteninin rəisi olduğu dövrdə metronun Nərimanov stansiyasının mühafizə zolağında "Oksigen" Klinikasının tikintisinə də icazə verib.

Tağı Əhmədovun tikintisinə icazə verdiyi binalar -FOTOLAR

Tağı Əhmədovun tikintisinə icazə verdiyi binalar -FOTOLARTağı Əhmədovun tikintisinə icazə verdiyi binalar -FOTOLARTağı Əhmədovun tikintisinə icazə verdiyi binalar -FOTOLAR

Bakıda Beynəlxalq Türk Akademiyasının III toplantısı keçirilib. 

Turkustan.info xəbər verir ki, Azərbaycan Təhsil Nazirliyinin ev sahibliyi etdiyi toplantıya türk ölkələrindən rəsmi şəxslər, diplomatlar qatılıb.

Toplantıda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev də iştirak edib. Tədbirin sonunda akademik R.Mehdiyevə bir sıra hədiyyələr təqdim olunub. Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Xıdırəli isə R.Mehdiyevə Qazax-Türk Xaqanlarına aid Milli qazax qiyafətini hədiyyə edib.

Fotolar, 

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

 Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 136 il ötür.

Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyub, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib. Milli istiqlal hərəkatımızın və təkcə türk ellərində deyil, bütün Şərq, İslam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçilib.

1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurub.

Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşib. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.

1992-ci ilin 24 dekabrında Azərbaycan Prezidenti Əbülfəz Elçibəy Məhəmməd Əmin Rəsulzadənin anadan olması münasibətilə "Görkəmli ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb.

1993-cü ilin 29 dekabrında Azərbaycan Prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" fərman imzalayıb.

Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü ilin 22 noyabrında "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb

5 nəfərə general rütbəsi verildi — SİYAHI


Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-leytenantı ali xüsusi rütbəsi verilib:

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Xəlil oğlu Hüseynova

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səhət İsa oğlu Həbibbəyliyə.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib:

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi Həsən Nəbi oğlu Eyubova

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Bəhruz Faiq oğlu Quliyevə.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Yusuf oğlu Məmmədova tibb xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.