MSK ayın sonuna qədər seçkilərin yoxlanılmasını və yekun vurulmasını təmin edəcək

Bu ay Mərkəzi Seçki Komissiyası Milli Məclisə keçirilən seçkilərin yoxlanılmasını və yekun vurulmasını təmin edəcək.

Seçki Məcəlləsinin 171.2 maddəsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən ən geci 20 gün keçənədək seçkilərin nəticələrini yoxlamalı və yekun vurmalıdır.

Milli Məclisə fevralın 9-da keçirilən növbədənkənar seçkilərlə əlaqədar bu müddət fevralın 29-dək olan dövrü əhatə edir.

MSK seçkilərin ümumi yekunları haqqında protokol tərtib edildikdən sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir.

Xanım sədr istefaya göndərildi
"Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos FMMM) rəhbəri Mehriban Sadıqova Rusiyada yaşayan azərbaycanlıların təkidli tələblərindən sonra istefa verib".

Bu barədə modern.az-a Rusiyada yaşayan Azərbaycan diasporunun nümayəndələri məlumat verib.

Məlumata görə,  Mehriban Sadıqova  qurumun  bu gün çağırılan növbədənkənar toplantısında istefa verməyə məcbur olub.

Belə ki təşkilatın üzvləri tələb ediblər ki, M.Sadıqova istefa verməsə, azərbaycanlılar təşkilatı kütləvi tərk edəcək.

Məlumata görə, Rusiyada, xüsusən Moskvada azərbaycanlıların birləşməsinə mane olduğu bildirilən Mehriban Sadıqovanın istefası uzun müddətdir təşkilat üzvləri tərəfindən tələb edilirdi.

Yeni sədrin seçilməsi üçün bu ilin aprelinə qurultay çağırılıb.

Məlumatı Diasporla iş üzrə Dövlət Komitəsindən təsdiqləyiblər.

Xanım sədr istefaya göndərildi - RƏSMİ
İlham Əliyev nekroloq imzaladı


Prezident İlham Əliyev “Azərkontrakt” Səhmdar Cəmiyyətinin sədri Miri Əhəd oğlu Qənbərovun ölümü ilə əlaqədar nekroloq imzalayıb.
“Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. “Azərkontrakt” Səhmdar Cəmiyyətinin sədri Miri Əhəd oğlu Qənbərov 2020-ci il fevral ayının 11-də ömrünün 85-ci ilində vəfat edib.

Miri Qənbərov 1935-ci il mayın 25-də Lerik rayonunun Siyov kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1952-1954-cü illərdə Lənkəran kərpic zavodunda texnik-nəzarətçi və komsomol təşkilatının katibi işləyib, 1954-1956-cı illərdə Bakı Kooperativ Texnikumunda oxuyub, 1959–1964-cü illərdə isə Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsində əmtəəşünaslıq ixtisası üzrə ali təhsil alıb.

Miri Qənbərov 1956-cı ildən etibarən Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı sistemində fəaliyyət göstərmiş, 1961-ci ilədək “Azərittifaq”ın mərkəzi aparatında əmtəəşünas və baş əmtəəşünas, 1961–1978-ci illərdə “Azərittifaq”ın təsərrüfat, tikinti və sənaye malları satışı idarəsində direktor və baş direktor, 1978–1979-cu illərdə yenidən “Azərittifaq”ın mərkəzi aparatında baş əmtəəşünas, 1979–1980-ci illərdə “Azərittifaq” İstehsalat İdarəsinin rəisi olmuş, 1980–1981-ci illərdə Bakı Şəhər Ticarət İdarəsində şöbə rəisi, 1981–1982-ci illərdə Bakı şəhərinin Oktyabr rayonunda ticarət idarəsinin direktoru, 1982–1994-cü illərdə Respublika İdman və Mədəni Mallar İdarəsinin baş direktoru işləmişdir.

Miri Qənbərov 1994–1997-ci illərdə Azərbaycan Respublikasının Ticarət naziri olmuş, 1997-ci ilin iyun ayından ömrünün sonunadək “Azərkontrakt” Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışmışdır.

Uzun illər boyu çalışdığı vəzifəsindən asılı olmayaraq, bütün sahələrdə Miri Qənbərov daim işgüzarlıq, peşəkarlıq və təşkilatçılıq qabiliyyəti nümayiş etdirmişdir. Yüksək tələbkarlığı, dərin məsuliyyət hissi və dövlətçilik prinsiplərinə sadiqliyi ona həmkarları arasında nüfuz və hörmət qazandırmışdır. O, müxtəlif dövrlərdə respublikada ticarət sisteminin təkmilləşdirilməsi və zamanın tələblərinə uyğun qurulması, habelə ölkəmizin ticarət və iqtisadi əlaqələrinin genişləndirilməsi üçün böyük əmək sərf etmişdir.

Miri Qənbərov respublikanın ictimai həyatında fəal iştirak etmiş, bir neçə çağırış Bakı şəhər Sovetinin deputatı olmuş və müstəqil Azərbaycan Respublikasının ikinci çağırış Milli Məclisinə üzv seçilmişdir.

Miri Qənbərovun uzunmüddətli əmək fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının iqtisadi inkişafındakı xidmətlərinə görə bir sıra orden və medallarla, eləcə də 2005-ci ildə ölkəmizin ali mükafatlarından olan “Şöhrət” ordeni ilə, 2010-cu ildə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir.

Tanınmış ictimai xadim və səmimi insan Miri Əhəd oğlu Qənbərovun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Oqtay Əsədov

Samir Nuriyev

Şahmar Mövsümov

Natiq Əmirov

Eldar Əzizov”.
İlham Əliyev onları təltif etdi — SİYAHI


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Vergi xidməti işçilərinin peşə bayramı günü ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı işçiləri təltif ediliblər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Bayramov Mənaf Bayram oğlu

Ələkbərov Sahib Nurəddin oğlu

Məmmədxanov Sahir Polad oğlu

1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

Fətizadə Zaur İntiqam oğlu

Məmmədov Elçin Fərrux oğlu

2-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

Bəylərov Elçin Bəylər oğlu

Hüseynov İlham Qulamhüseyn oğlu

3-cü dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

Ağammədov Yaqub Sabir oğlu

Alcanov Fuad Oktay oğlu

Alimova Nigar Əyyub qızı

Balakişiyev Natiq Halay oğlu

Bayramlı Nurlan Famil oğlu

Bayramov Bayram Afər oğlu

Bədəlov Eldar Mülküm oğlu

Əhmədov Eldəniz Yunis oğlu

Hacıyev Elnur Sabir oğlu

Hüseyinov Fəxri İxtiyar oğlu

İsmayılov Pərviz Həmid oğlu

İsmayılova Zibeydə Rafiq qızı

Quliyev Mehrəli Gülməmməd oğlu
Quliyev Səxavət Gülbaba oğlu

Quliyev Toğrul Fəxrəddin oğlu

Qurbanov Vüqar Əlyar oğlu

Mansurov Elnur Məhəmməd oğlu

Məmmədov Sarxan Murad oğlu

Mustafayev Fateh Fazil oğlu

Paşayev İlqar Mirzə oğlu

Səfərov Şahin Sabir oğlu

Şabanov Əli Hacı oğlu

Şəkərov Ramil Fikrət oğlu

Tağıyeva Təranə Mehmandar qızı

Təhməzov Qərib Dadaş oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Əkbərli Zaur Fəxrəddin oğlu

Əliyev Azər Rəsul oğlu

İmanov Nicat Şükür oğlu

Quliyev Zaur Zakir oğlu

Seyidov Nuri Söyünqulu oğlu

Yusubov Elçin Mustafa oğlu

Zinatov Ruslan Viktoroviç

“Tərəqqi” medalı ilə

Ağakişiyev Elçin Nadir oğlu

Balakişiyeva Yeganə Nəsir qızı

Kazımov Mirəli Sahib oğlu

Şirinov Natiq Telman oğlu.
 
Ərdoğan Azərbaycana gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.
APA xəbərinə görə, səfər fevralın 24-25-nə nəzərdə tutulur.
Səfər çərçivəsində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Bakıda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclası keçiriləcək.

Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü də olacaq.

Daxili İşlər orqanlarında növbəti təyinat olub.

 Daxili İşlər naziri, general polkovnik Vilayət Eyvazovun əmri ilə polis mayoru Ramil Salayev Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsinin rəisi təyin edilib.

O, bu təyinata qədər həmin şöbənin baş müstəntiqi olub.

Xəbəri Şirvan ŞPŞ-dən Unikal.org-a təsdiqləyiblər.

Daha bir icra başçısı vəzifəsindən azad edilir

Daha bir icra başçısı vəzifədən gedir.

Modern.az xəbərinə görə, bu, 9 fevral 2020-ci parlament seçkilərində adı qalib namizədlər sırasında olan Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovdur.

Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi məlumatda A.Məmmədov 71,7 faiz səs çoxluğu ilə bütün rəqiblərini geridə qoyub.

Yaxın günlərdə ölkə Prezidenti tərəfindən A.Məmmədovun Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilməsilə bağlı sərəncam imzalayacağı gözlənilir.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülən A.Məmmədov 7 yanvar 2020-ci ildən məzuniyyətdə idi.

Hazırda onun səlahiyyətlərini birinci müavin Eldəniz Mehtiyev icra edir.

MSK: “Sosial şəbəkələrdəki videogörüntülər araşdırılır”
Sosial şəbəkələrdə paylaşılan materiallara hüquqi qiymət verilməsi üçün üzərində araşdırma işləri aparılır.

Report xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK üzvü Qabil Orucov deyib. 

Onun sözlərinə görə, materiallara MSK-nın iclasında baxılması üçün hazırlıq işləri görülür: “Çalışacağıq ki, həmin materiallar üzərində araşdırma işlərini bu gün axşam və ya sabah yekunlaşdıraq". 

MSK üzvü bildirib ki, seçkilərlə bağlı sosial şəbəkələrdə 300-ə yaxın videopaylaşım var: “Onlar ümumilikdə 50-60 seçki məntəqəsini əhatə edir”

Baş nazirdən vacib
Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsini maliyyələşdirmə Normativləri”nin təsdiq edilməsi barədə” qərara aydınlıq gətirib.

Nazirlər Kabinetindən  verilən məlumata görə, bu normativlər Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrinin cari fəaliyyətini həyata keçirmək üçün büdcə vəsaitlərinə olan tələbatın proqnozlaşdırılması qaydasını özündə təsbit edir.

Sözügedən təhsil müəssisələrinin növbəti maliyyə ili üçün xərc növləri üzrə maliyyələşdirmə normativlərinin həddinin formalaşması cari ildə bu sahəyə ayrılan faktiki büdcə təxsisatlarının (vəsaitlərinin) həddindən asılı olaraq müəyyənləşdiriləcək.

Kəmaləddin Heydərovun atası yenidən deputat oldu
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun atası Fəttah Heydərov yenidən deputat seçilib.

F.Heydərovun adı “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondu və Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə keçirdiyi “exit poll”un siyahında yer alıb.

Qeyd edək ki, Fəttah Heydərovun 83 yaşı var.(Pravda.az)