Paşinyan yalan danışdı, İlham Əliyev belə reaksiya verdi
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyanın iştirakı ilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirəsində maraqlı anlar yaşanıb.

Qafqazinfo xəbər verir ki, Paşinyan çıxışında keçmiş Şaumyan rayonunun Dağlıq Qarabağın tərkib hissəsi olduğunu bildirib.

Bu zaman İlham Əliyev erməni Baş Nazirin çıxışına reaksiya verərək onun yalan danışdığını bildirib. Prezidentin "Şaumyan Dağlıq Qarabağa aid deyil. Görürsüz yalan danışır" deməsindən sonra Paşinyan çətin anlar yaşayıb.

Vilayət Eyvazov rəisi — İŞDƏN ÇIXARDI
Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov Nəqliyyatda Baş Polis İdarəsinin vəzifəli şəxsini təqaüdə göndərib.
Axeber.az məlumatına görə, nazirin əmri ilə Xətt Polis İdarəsinin Gəncə şəhər şöbəsinin rəisi, polis polkovnik-leytenantı Şadəm Hüseynov xidmət olmanın son yaş həddi ilə bağlı vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.
İlham Əliyev Almaniyada — YENİLƏNİB + FOTO

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 56-cı Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına səfəri başlayıb.
Bu gün Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms və assosiasiyanın Cənubi Qafqaz ölkələri üzrə işçi qrupunun rəhbəri, “Veridos GmbH” şirkətinin baş icraçı katibi Andreas Reşmayer ilə görüşüb.

Prezident İlham Əliyev: “Sabahınız xeyir”.

Mixael Harms: “Cənab Prezident, Sizinlə burada - Münhen Təhlükəsizlik Konfransında görüşmək bizim üçün böyük şərəfdir. Mən son beş-altı ildə konfransda iştirak etmişəm və hər dəfə Sizin çıxışlarınız, baxışlarınız mənə çox müsbət təsir bağışlayıb”.

Prezident İlham Əliyev: “Təşəkkür edirəm”.

Mixael Harms: “Yəni, ikitərəfli münasibətlərlə yanaşı, region və beynəlxalq düzənlə bağlı baxışlarınızı nəzərdə tuturam. Bizim assosiasiyanın nümayəndələri ilə görüşməyinizi çox yüksək qiymətləndiririk. Cənab Reşmayer bizim assosiasiyada Cənubi Qafqaz üzrə sözçüdür, mən baş icraçı direktoram”.

Prezident İlham Əliyev: “Xoş sözlərinizə görə çox sağ olun. Mənim üçün də konfransda iştirak etmək mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə mən Münhenə neçə ildir ki, səfər edirəm. Bu, auditoriya qarşısında çıxış etmək üçün hər zaman yaxşı fürsətdir. Çünki dünyada, regionumuzda vəziyyət dəyişir. Biz indi Azərbaycanda yeni inkişaf mərhələsinə qədəm qoyuruq. Buna görə də bu mühüm məsələlərin müzakirəsi çox önəmlidir. Xüsusilə səfərimin ikitərəfli formatı da çox əhəmiyyətlidir. Çoxsaylı görüşlər var. Xatırlayıram ki, əksər hallarda bəzi ilkin fikir mübadilələri bir sıra çox nəzərəçarpan nəticələrə gətirib çıxarıb. Buradakı təmaslar nəticəsində çoxlu sayda ticarət müqavilələri imzalanıb. Həmçinin zəruri olan regional təhlükəsizlik, regional əməkdaşlıq, enerji siyasəti dünya üçün daha çox əhəmiyyət kəsb edir. Mən də sizi görməyə çox şadam. Çünki bildiyiniz kimi, bizim alman şirkətləri ilə çox dərin əməkdaşlığımız var. Onlar uzun illərdir Azərbaycanda fəaliyyət göstərir və ölkəmiz üçün çox mühüm olan müxtəlif infrastruktur, enerji istehsalı və tikinti ilə bağlı layihələr həyata keçiriblər. Düşünürəm ki, qarşıdakı illərdə daha çox imkanlar olacaq, çünki daha böyük potensiala malik Azərbaycanın imkanları artır”.

Mixael Harms: “Biz bilirik ki, Siz iqtisadiyyatın şaxələndirilməsi strategiyasını təqdim etmisiniz. Mən Azərbaycanın gücünü nəzərdə tuturam və biz bunu ikitərəfli ticarətdə, əsasən də neft və qaz sahəsində müşahidə edirik. Bu, çox böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, bu, Sizin ölkənizin rəqabətliliyini təmin edən üstünlükdür, eləcə də infrastruktur sahəsində gördüyünüz işlər. Məsələn, mən Bakı limanına baş çəkdim, bu, çox dərin təəssürat yaradan layihədir. Bir neçə həftə əvvəl “Yaşıl həftə” sərgisində sizin Kənd Təsərrüfatı nazirinizlə görüş keçirdik. Bu da böyük maraq kəsb edir. Rəqəmsallaşma “Giesecke+Devrient” şirkətinin fəaliyyətinin əsas sahəsidir. Siz də “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulmusunuz və İpək Yolunun qovşağındasınız”.

Prezident İlham Əliyev: “Bəli, doğrudur”.
Görüşdə Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı və şaxələndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. İqtisadiyyatın rəqəmsallaşdırılmasının və Davos Forumu ilə Azərbaycan arasında əldə edilmiş razılaşmaya əsasən Dördüncü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılmasının əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı Azərbaycanın 2020-2024-cü illəri əhatə edən regionların inkişafı planından, ölkəmizdə sənayenin inkişafı istiqamətində görülən işlərdən bəhs edilib, bu prosesdə alman şirkətlərinin daha da fəal iştirak etməsinin əhəmiyyəti vurğulanıb.

Həmçinin ölkəmizdə xarici investorlar üçün cəlbedici sərmayə mühitinin olduğu diqqətə çatdırılıb. Eyni zamanda, Azərbaycanın Şimal-Qərb, Şimal-Cənub və Şərq-Qərb istiqamətləri üzrə nəqliyyat dəhlizlərindəki əsas rolundan bəhs olunub, Azərbaycanın öz coğrafi yerləşmə potensialını fürsətlərə çevirdiyi bildirilib.

Görüşdə Azərbaycan və Almaniya biznes dairələrini bir araya gətirən biznes forumların keçirilməsinin vacibliyi vurğulanıb. Azərbaycanda peşə təhsili sahəsində Almaniya ilə birlikdə əməkdaşlığın önəmi qeyd olunub.

***

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 56-cı Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına səfəri başlayıb.

"Ölkə.Az" xəbər verir ki, bu gün Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Almaniya İqtisadiyyatının Şərq Komitəsi”nin Cənubi Qafqaz ölkələri üzrə işçi qrupunun rəhbəri, “Veridos GmbH” şirkətinin baş icraçı katibi Andreas Reşmayer ilə görüşüb.
Hadı Rəcəbli Hüseynbala Mirələmov haqda

Mərkəzi Seçki Komissiyasının dünənki qərarlarına əsasən, nəticələri ləğv edilən dairələrlə bağlı sosial şəbəkələrdə gedən müzakirələr davam etməkdədir.

Qafqazinfo xəbər verir ki, şikayətçilər və onların tərəfdarları nəticələrin ləğv edilməsinə sevinir. Eyni zamanda, ləğv olunan dairələrlə bağlı maraqlı məlumatlar paylaşılır. Bunlardan biri də 74 saylı seçki dairəsindən nəticələri ləğv edilən Hadi Rəcəbli və 33 saylı seçki dairəsindən nəticələri ləğv edilən Hüseynbala Mirələmovla bağlıdır.

Bildirək ki, H. Rəcəbli ilə H. Mirələmov 65 ildir ki, dostdurlar. Hər iki şəxs orta məktəbdə bir oxuyub. Onların parta arxasından başlayan dostluğu Milli Məclisin iclas zalına qədər davam edib. Belə ki, hər iki şəxs 3 çağırış bir stol arxasında əyləşiblər.

H. Rəcəbli mətbuata müsahibələrində Mirələmovla dostluğu barədə maraqlı fikirlər də söyləyib:

“Hər ikimiz həmişə deyirik ki, bizə göz dəyməsin. Çünki belə xoş təsadüflər nadir hallarda olur. Anam Hüseynbalaya “böyük oğlum” deyərdi. Məktəb vaxtı qız dalınca düşməkdən tutmuş dalaşmağa qədər bütün sirlərimiz bir olub. Arada idmanla da məşğul olmuşuq. Hətta 12 yaşında işləyib dərsliklərimizi özümüz almışıq. Bütün həyatımızın ən maraqlı illəri bir yerdə keçib. Uşaqlıqda bir neçə dəfə dalaşmışıq da, hərdən valideynlərdən gizli loto da oynamışıq, şərab da içmişik, amma heç vaxt aludə olmamışıq. Siqaret çəkmədik, bu gün də çəkmirik. Bir də görürsən ki, Milli Məclisdə çıxış edirəm. Dayanmaq bilmirəm. Ona deyirəm ki, vaxtım bitəndə mənim ətəyimi dart. O da vaxtın bitməsinə az qalanda ətəyimi dartır ki, vaxtın bitir. Bax, biz belə parta yoldaşıyıq”.

Sosial şəbəkədə isə hamı bu dostluqla bağlı  “Bir başladılar, bir getdilər” deyir...

Qeyd edək ki, Hadı Rəcəbli 5 çağırış, Hüseynbala Mirələmov isə 3 çağırış deputat olub.

Qənimət Zahidlə İlqar Məmmədov arasında qalmaqal: “Sənin başın xarab olub?!”

Bu ilin yanvar ayında Strasburqa səfər edən REAL Partiyasının sədri İlqar Məmmədovla bağlı maraqlı detal üzə çıxıb.

Həmin vaxt Strasburqda olan azərbaycanlı şahidlərdən birinin dediyinə görə, səfər zamanı İ.Məmmədov Fransada yaşayan jurnalist Qənimət Zahidlə görüşüb.

Görüş Avropa Şurası Parlament Assambleyasının binasının qarşısında olub və təsadüfən baş tutub. Amma bu “görüş” hər hansı əməkdaşlıq məsələləri  ilə bağlı deyil, İ.Məmmədovun Q.Zahidə iradları ilə müşayət olunub.

Q.Zahidi REAL Partiyasına qarşı qərəzli xəbərlər yaymaqda günahlandıran Məmmədov ondan bu fəaliyyətə son qoymağı istəyib. Görüşə şahid olan şəxslər deyir ki, partiya sədrinin bu tələb və ittihamı hamı üçün gözlənilməz olub.

Lakin İ.Məmmədovu axıra kimi dinləyən Q.Zahidin bu ittihamlara yalnız bir cümlə ilə  cavab verdiyi deyilir:

“Bəy, sizin başınız xarab olub?!”

Q.Zahiddən belə “cavab” alan İ.Məmmədov bu sözlərdən bərk qəzəblənib və hadisəyə şahid olanların araya girməsindən sonra oradan uzaqlaşıb.



Mərkəzi Seçki Komissiyasının (MSK) fevrlın 13-də keçirdiyi iclasda 9 fevral 2020-ci ildə Milli Məclisə keçirilən seçkilərin yekunları ilə əlaqədar olaraq 4 seçki dairəsinin nəticələri ləğv olunub.

Azərbaycan Konstitusiyası və seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq nəticələri ləğv edilmiş seçki dairələrindən təkrar seçkilər keçirilməlidir.

Seçki Məcəlləsinin 172-ci maddəsində bildirilir ki, seçkilər müvafiq seçki dairəsi üzrə etibarsız sayılarsa və seçkilərin yekunları təsdiq edilməzsə, Mərkəzi Seçki Komissiyası (MSK) təkrar seçkilər keçirir.

Qanunvericiliyin tələblərinə uyğun olaraq Milli Məclisə keçirilən növbədənkənar parlament seçkilərində nəticələri ləğv edilmiş seçki dairələrində təkrar seçkilər seçkilərin nəticələri tam yekunlaşdıqdan sonra və Konstitusiya Məhkəməsindən rəyindən sonra keçirilə bilər.

 Hazırda MSK növbədənkənar parlament seçkiləri ilə bağlı daxil olmuş şikayətlərə baxır. MSK qanunvericiliyin tələbinə uyğun olaraq dairə seçki komissiyalarından daxil olan protokolları səsvermə günüdən ən geci  20 gün müddətində Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Konstitusiya Məhkəməsi  də öz növəbsində MSK-nın təqdim etdiyi protokolları uyğun olaraq araşdırıb yekun rəy verməlidir. Konstitusiya Məhkəməsi seçkinin nəticələrini həm tam, həm də müəyyən dairələr üzrə ləğv etmək hüququna malikdir. 

Ancaq  növbədənkənar parlament  seçkiləri ilə bağlı təkrar seçkilər Konstitusiya Məhkəməsinin yekun rəyindən sonra Azərbaycan Pezidentinin qərarı ilə keçirilməlidir.

Çünki Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin, eyni zamanda Seçki Məcəlləsinin 145-ci maddəsinin tələblərinə uyğun olaraq Milli Məclisə seçkilər və günü  Prezident tərəfindən təyin olunur.

Seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq  MSK Prezident tərəfindən elan olunmuş seçkinin  keçirilməsini təşkil edir.
9 fevral Milli Məclisə keçirilmiş növbədənkənar parlament seçkilərində nəticələri ləğv edilmiş seçki dairələri üzrə təkrar seçkilər və onun keçirilmə vaxtı ilə bağlı  Azərbaycan Prezidenti tərəfindən müvafiq sərəncam olacaq. 

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilən iclasında 33 saylı Xətai Birinci Seçki Dairəsi, 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, 74 saylı Lənkəran Kənd Seçki Dairəsi və 80 saylı İmişli-Beyləqan Seçki Dairəsinin nəticələri ləğv edilib.

MSK-nın açıqladığı ilkin rəsmi nəticələrə görə, həmin dairələrdə müvafiq olaraq Hüseynbala Mirələmov, Rauf Arifoğlu, Hadi Rəcəbli və Çingiz Qənizadə lider namizəd idilər.



“Fevralın 12-də növbədənkənar parlament seçkilərinin nəticələri ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) edilən şikayətlər yekunlaşıb”.
Modern.az xəbər verir ki, MSK sədri Məzahir Pənahov diqqətə çatdırıb. O, vurğulayıb ki, fevralın 12-si şikayətlərin göndərilməsinin sonuncu günü idi:
“MSK qəbul olunan şikayətlərə tam baxacaq. Bizə göndərilən şikayətlərin 90 faizi sosial şəbəkələrdə yayılan məlumatlardır”.
Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən seçkinin keçirildiyi gündən sonra 3 gün müddətində MSK-ya şikayət edə bilərlər. Göstərilən müddət bitdikdən sonra Komissiyaya edilən şikayətlər əsassız sayılır.


“Son günlər sosial şəbəkələrdə müəllimlərlə bağlı əxlaqa zidd və təhqiredici statuslar oxuyuram. Bunlar məni narahat etməyə bilməz. Hər birimizin ailəsində, qohum-əqrabasında müəllimlik peşəsində çalışanlar var. Türk dünyasının böyük dövlət xadimi Mustafa Kamal Atatürkün “Müəllim şam kimidir, özü yanıb tükənərkən ətrafını işıqlandırır” sözləri nəhəng şəxsiyyətin müəllimə nə qədər dəyər verdiyini göstərirdi”.
 
Bu fikirləri millət vəkili Adil Əliyev söyləyib. O bildirib ki, insanların vətənpərvər kadr kimi inkişafında və həyatda uğur qazanmasında müəllimlərin rolu əvəz olunmazdır:
 
“Hamımız övladlarımızı savadlı və gərəkli vətəndaş olması üçün müəllimlərimizə təhvil veririk. Övladlarımız uğur qazanan kimi müəllimlərimizlə fəxr edirik. Onların əməyini yüksək qiymətləndiririk. Heç kimə sirr deyil ki, Azərbaycan təhsil sisteminin əsas yükü şərəfli, ləyaqətli, intellektual müəllimlərin üzərindədir. Müəllimsiz cəmiyyət hansı vəziyyətə gəlib çıxa bilər?Bu sualın cavabını ölkəsini düşünən və sevən insanlar yaxşı bilirlər”.
 
A.Əliyevin fikrincə, seçki prosesinə xələl gətirən və öz peşəsinə yaraşmayan işlərə imza atanları müəllim adlandırmaq olmaz:
 
“Cəmiyyət bu cür insanlara öz qiymətini verdi və bundan sonra da verəcək. Təhsil Nazirliyi onların əməllərinə qiymət verəcəyini bildirib. Ümumiyyətlə, bəzilərini hədəf götürüb Azərbaycan müəllimlərinə qarşı çirkin, iyrənc kampaniya aparmaq təhsil sistemini və cəmiyyətin gələcəyini zərbə altında qoyur”.   /BakuPost/
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərdə təəccüblə qarşılaşdığı pozuntuları açıqlayıb.
 
MSK sədri bəzi seçki komissiya üzvlərinin hərəkətlərinin onda təəccüb doğurduğunu bildirib.
 
“Bu seçkilərdə başa düşmədiyim hal olub. Fərz elə ki, məntəqədə hamının gözünün qabağında götürüb bülleteni qutuya atır. Deyilir ki, kamera çəkir və hələ bir az da həvəslə atır. Deyək ki, bəlkə də o, bunun yolverilməz olduğunu bilmir. Hamı bilir, hətta uşaq da bilir ki, bunu etmək olmaz. Digər tərəfdən adamda bir məntiq də olmalıdır da. Əgər bunu bilir və edirsə, nə üçün edir? Mən demirəm ki, o, bunu qəsdən edir. Amma normal bir məntiq yozum olmalıdır – nə üçün edir? Deməli, bunu etməkdə hansısa maraq var. Ona görə də bu məsələ məndə təəccüb doğurub. Çünki seçki prosesində istənilən xoşagəlməyən hal biz istəsək də, istəməsək də Azərbaycanın ünvanına yazılır. Təəccüb doğuran odur ki, doğrudan da belə insanlar var. Onlar istəyir ki, Azərbaycanın ünvanına öz hesabına neqativ bir xal əlavə eləsin.
 
Mən belə pozuntuları görürdüm. Bunlar məntiqi olmayan pozuntulardır. Bu, Azərbaycana xidmət edən məntiq deyil. Buna ancaq Azərbaycandan kənara xidmət edən məntiq kimi izah tapmaq mümkündür. Burada söhbət daxildə nədənsə razı və ya narazı olmaqdan getmir. Dünyanın hər yerində insanlar nədənsə razı, nədənsə də narazıdır. Bu, adi haldır və insan həmişə hər şeydən razı olmur”, – deyə MSK sədri qeyd edib.  /Report/

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentlə xudahafizləşib.

“Report”un əldə etdiyi məlumata görə, H.Rəcəbli artıq Milli Məclisdəki kabinetindən əşyalarını çıxarıb.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının dünən keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizədlər Bəşirov Rəvan və Əzizxan Əzizovun müraciətinə baxılıb. İclasda Hadi Rəcəblinin lider olduğu dairənin 27 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilib və 74 saylı Lənkəran kənd seçki dairəsinin nəticələri ləğv edilib.

Xatırladaq ki, 1947-ci il təvəllüdlü H.Rəcəbli ilk dəfə 1985-ci ildə 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 1990-cı ildə onu səlahiyyət müddəti bitib. Növbəti dəfə parlamentə (bu dəfə Milli Məclisə) 1995-ci ildə üzv olan H.Rəcəbli həmin vaxtdan indiyədək deputat idi.