Prezident Səfər Mehdiyevə general-polkovnik rütbəsi verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Məmməd oğlu Mehdiyevə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilib.
Prezident ona “Şöhrət” ordeni verdi — SƏRƏNCAM


Prezident İlham Əliyev Xeyrəddin Qocanın təltif edilməsi ilə haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ədəbi və ictimai həyatında fəal iştirakına görə Xeyrəddin Sayəddin oğlu Qocayev (Xeyrəddin Qoca) “Şöhrət” ordeni ilə təltif edilib.
Vaqif Əsədov: “Qəzaların baş verməsi sürücü diqqətsizliyindən olur”

Hər bir yol-qəza hadisəsi faktlar üzrə ayrı-ayrılıqda nəzərdən keçirilib

Paytaxtda hərəkətin etibarlı təhlükəsizliyi istiqamətində kompleks maarifləndirmə tədbirlərin genişləndirilməsi diqqət mərkəzindədir. Avtosfer.az-ın məlumatına görə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, yeni dövrün çağırış və təhdidləri, yol-qəza hadisələrinin faktlar üzrə təhlilləri göstərir ki, yollarda hərəkət iştirakçılarının məsuliyyəti əsas şərtlərdən biridir, bunu nəzərə alaraq, ötən il qeydə alının hər bir yol-qəza hadisəsi faktlar üzrə ayrı-ayrılıqda nəzərdən keçirilib. “Qabaqlayıcı profilaktik tədbirlərin səmərəli təşkil edilməsi, yeni məzmunda təbliğat və təşviqatın yaxşılaşdırılması üçün cəmiyyətin hər bir üzvünün fəallığı tələb olunur. Bu tələb, hər bir hərəkət iştirakçısının məsuliyyətdən, qanunlara ehtiramından, başqalarının hüquq və vəzifələrinə rəğbətindən asılıdır.
Şərh etmədən bir sıra yol-qəza hadisələri ilə bağlı “Təhlükəsiz Şəhər” kameralarının qeydə aldığı faktları diqqətə çatdırırıq. Görünən odur ki, tərəflərin yol hərəkəti qaydalarına ehtiyatsız münasibəti, piyada səhlənkarlığı, sürücü diqqətsizliyi hadisələrin baş verməsinə real zəmin yaradır.
Məqsədimiz real, montaj olunmadan qeydə alınan hadisələrin – sürət həddinin aşılması, hərəkət istiqamətində diqqətsizlik, qarşı hərəkət zolağına çıxma, təyin olunmayan yerlərdən hərəkət, yol ayrıclarında, yol kəsişmələrində tələblərin pozulması və digər xətalar insan təlafatına, xəsarət və əmlakın zədələnməsi ilə nəticələnir”.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidməti (YPX) şöbəsinə rəis təyinatı olub.
Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, BDYPİ-nin YPX Şöbəsinin Baş Dövlət Avtomobil müfəttişi vəzifəsində çalışan polkovnik-leytenant Sadin Əsgərov idarənin YPX şöbəsinə rəis təyin olunub.
BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev faktı təsdiqləyib.
Qeyd edək ki, BDYPİ-nin YPX şöbəsinə daha əvvəl K.Əliyev rəhbərlik edirdi. (report)
Bu gün Məmmədyarovun erməni həmkarı ilə görüşünün növbəti raundu keçiriləcək

Bu gün Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında Cenevrə görüşünün növbəti raundu keçiriləcək. 

"Ölkə.Az" xəbər verir ki, görüşdə Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov, fransalı həmsədri Stefani Viskonti və amerikalı həmsədri Endryu Şofer, eləcə də, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndə Anjey Kasprşik iştirak edəcək. 

Qeyd edək ki, dünən Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Cenevrə görüşünün ilk raundu baş tutub. Görüş yeddi saat davam edib. 

Ümumilikdə tərəflər, eləcə də, ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların intensivləşdirilməsinin və danışıqlar gündəliyindəki bütün məsələlər üzrə konkret nəticələrin əldə olunması mövqeyindən çıxış edirlər.

Əli Əsədov 4 şöbəyə müdir əvəzi təyin etdi
Baş Nazir Əli Əsədovun sərəncamları ilə Nazirlər Kabineti Aparatında dörd şöbənin müdiri vəzifəsinin həvalə edildiyi şəxslər məlum olub.

 APA xəbər verir ki, Nazirlər Kabineti Aparatında Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinin icrası Ərəstü Həbibbəyliyə, Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri vəzifəsi Musa Pənahova, Hüquq və qanunvericilik şöbəsinin müdiri vəzifəsi Xalid Qasımlıya həvalə olunub.

Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri vəzifəsi isə Bəhruz Məmmədova həvalə edilib.

Arif Həsənov: Son illər cənab Prezidentin ordu quruculuğuna, hərbçilərə və onların ailə üzvlərinə göstərdiyi diqqət istiqamətində həyata keçirdiyi tədbirlər bütün xalqımızda vətənpərvərlik hissini daha da artırmışdır
Bu gün Azərbaycan və Ermənistanın XİN rəhbərləri görüşəcək

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşəcək.

Report xəbər verir ki, görüş İsverçrənin Cenevrə şəhərində baş tutacaq.

XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizamlanmasını müzakirə edəcəklər.

Qeyd edək ki, ötən gün Azərbaycanın XİN rəhbəri Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

“Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş prezident Serj Sarkisyanın 7 rayonu Azərbaycana geri qaytarmağı müzakirə etdiyini açıqlamasıyla iki məqsəd güdür”.

Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

7 rayon Azərbaycana qaytarılacaqdı və… – Paşinyanın şok sirri açmasının SƏBƏBİ ÜZƏ ÇIXDI


Onun sözlərinə görə, birinci məqsəd odur ki, Paşinyan guya sirrin üstünü açaraq daxili auditoriyaya bəyan edir ki, keçmiş hakimiyyət “Qarabağı satmağa hazırlaşırdı”: “ Ermənistanın baş naziri bu yolla erməni cəmiyyətinin gözündə əsas rəqibi olan Qarabağ klanının mövqelərini zəiflətməyə çalışır. Paşinyanın ikinci məqsədi isə erməni cəmiyyətinə göstərməkdir ki, o Azərbaycan torpaqlarını boşaltmaq variantını qəbul etməsə də, masada istər-istəməz mərhələli həll planıdır”.


Qeyd edək ki, Paşinyan Sarkisyan hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı onlara “ağır miras” qoyduğunu açıqlayıb.
“Füzuli, Ağdam, Zəngilan, Qubadlı, Cəbrayıl, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarılırdı, lakin Qarabağla Ermənistan arasında dəhlizin olması da şərt kimi sazişə daxil idi. Tərəflər ATƏT, yaxud BMT-nin bayrağı altında referendum yolu ilə Dağlıq Qarabağın yekun statusunu müəyyən etməli idi. Həmin referendumun nəticəsi məcburi hüquqi önəmə malik olmalı və bütün beynəlxlaq prinsiplərə riayət etməli idi. Qarabağ ətrafındakı 5 rayondan erməni qoşunları çıxarılandan sonra bölgəyə beynəlxalq sülhməramlılar daxil olur, bundan sonra azərbaycanlılar geri qayıdırlar. Digər müddəa Dağlıq Qarabağın yekun statusunun müəyyənləşməsinə qədər keçid status almasında idi”, – erməni baş nazir deyib. (publika.az)


Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Nazirlər Kabinetində, Ümumdünya Səhiyyə Təşkilatının və Çin Xalq Respublikası hökumətinin elan etdiyi kimi, ÇXR-in Uhan şəhərində yayılmış və artıq dünyanın başqa regionlarında da qeydə alınmış koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün müşavirə keçirilib.

Baş Nazirin sədrlik etdiyi müşavirədə aidiyyəti dövlət qurumlarının rəhbərləri iştirak ediblər.

Müşavirədə epidemiyanın Azərbaycana daxil olmasının qarşısının alınması üçün müzakirələr aparılıb.

Müşavirənin yekununda belə hallar üçün nəzərdə tutulmuş aşağıdakı tədbirlərin görülməsi haqda qərar qəbul edildi:

– sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçilməsi;

– ÇXR-dən, xüsusilə epidemiya zonasından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması;

– xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və ərzaq bazarında həmin məhsullara nəzarətin gücləndirilməsi;

– səhiyyə ocaqlarında qaynar xətlərin yaradılması;



– virus və onunla mübarizə metodları haqda əhali ilə maarifləndirmə işlərinin aparılması;
– vəziyyətlə bağlı əhaliyə mütəmadi məlumat verilməsi.

Əhalinin nəzərinə çatdırılır ki, ölkədə belə vəziyyətlərdə ehtiyacın yarana biləcəyi bütün tibbi ləvazimatlar kifayət qədərdir.

O da vurğulanıb ki, hazırda ölkəmizdə belə xəstəliyə yoluxma halları müşahidə olunmayıb, Azərbaycanda əhalinin sağlamlığı ilə bağlı vəziyyət dövlətin tam nəzarətindədir və narahatlıq üçün heç bir əsas yoxdur.

Müşavirədə Səhiyyə nazirinin rəhbərliyi ilə və aidiyyəti qurumların iştirakı ilə İşçi qrupunun yaradılması qərarı qəbul edilib.

Tədbirlərin görülməsində Ümumdünya Səhiyyə Təşkilatının müvafiq tövsiyyələri nəzərə alınır.

Azərbaycanın ÇXR-dəkı səfirliyi və ÇXR-in Azərbaycandakı səfirliyi ilə sıx əlaqə saxlanılır. Habelə, Azərbaycanın Çindəki səfirliyi ÇXR-in dövlət qurumları və Çində olan Azərbaycan vətəndaşları ilə daimi təmasdadır.

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

Seçki elan olunandan indiyə qədər müşahidələr göstərir ki, əvvəlki seçkilərdən fərqli olaraq, bu dəfə namizədliyini irəli sürənlər arasında biznesmenlər çox azdır. Sosial şəbəkələrdə də bu barədə müzakirələr, biznesmenlərin deputatlığa marağının azalmasının səbəbləri haqqında irəli sürülən versiyalar diqqəti cəlb edir. Bir kəsim düşünür, biznesmenlərin siyasətə ona görə marağı azalıb ki, öz gəlirlərini, biznes fəaliyyətlərini daha üstün tuturlar. Digər qrup isə harınlamış məmurların aqibətinin biznesmenlər üçün də nümunə olduğunu düşünənlərdir. Ümumilikdə ortaq mənzərə isə budur ki, təkcə Azərbaycanda deyil, bütün dünyada iqtisadi imkanları, biznesi olan şəxslər siyasətdə təmsil olunmağa o dərəcədə əhəmiyyət vermirlər.

Bu barədə Modern.az-a danışan Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı isə marağın azalmadığını hesab edir. O, bildirib ki, namizədlər öz əmlakları, fəaliyyətləri barədə Mərkəzi Seçki Komissiyasına (MSK) məlumat verməyiblərsə, bizneslə məşğul olmadıqları anlamına gəlmir:

“Ola bilər, biznesmenin oğlu, qardaşı oğlu, digər yaxın qohumu seçkilərdə iştirak edir. Çünki gənclərin bir hissəsi bu seçkilərdə iştirak edəndə onların da müəyyən dəstək verənləri olur. Azərbaycanda nəinki biznesmenlər, məmurlar da deputatlığa maraq göstərir. Çünki deputat toxunulmazlıq statusuna malikdir”.

Çoxlu yeni namizədlərin olduğunu vurğulayan M. Zülfüqarlının sözlərinə görə, onlar mandat əldə edərlərsə, fəaliyyətləri də ictimaiyyətin marağına səbəb olacaq:

“Nə dərəcə özlərini doğruldacaqlar deyə bilmərəm. Amma hesab edirəm ki, Azərbaycanda nəinki biznesmenlər, fəhlədən tutmuş nazirə qədər hamı parlament seçkilərində maraq göstərir”.

Seçki texnoloqu Azərbaycanda məmurların biznesə maraq göstərdiyini qeyd edib:

“Müstəqillik dövründən bu yana kapitalizmin inkişafına nəzər salsaq, dövlət və ya məmur kapitalizminə oxşar cəhətlər ölkəmizdə daha çoxdur. Nazirlər, deputatlar bizneslə məşğul ola bilməzlər, amma dolayı yolla məşğul olurlar. Ona görə, düşünməyin ki, siyasətçilər ancaq öz işləri məşğuldurlar, biznesləri yoxdur. Azərbaycanda imkanı olan adamların hamısının biznesi var”.

Siyasətçi Yadigar Sadıqlı isə Azərbaycanda biznesmenlərin seçkiyə marağının son dəfə 2005-ci il parlament seçkilərində müşahidə olunduğunu deyib:

“O zaman bunun müəyyən əsasları var idi. Hələ neft pullarından asılı vəziyyətə düşməmişdik. Buna görə, müəyyən qədər müstəqil biznesmenlər var idi. Onlar öz namizədliklərini irəli sürmüşdülər. Amma heç biri parlamentə düşə bilmədi. Hətta seçkilərdən sonra onlar cəzalandırıldılar”.

Onun fikrincə, biznesmenlərdə siyasətə, seçkilərə həvəsin olmaması iki səbəblə əlaqədardır:

“Birincisi, ölkədə müstəqil biznesmenlər demək olar ki, yoxdur. Ciddi biznesmenlər, burjuaziya kimi baxa biləcəyimiz, insanlar içərisində nüfuzu olanlardan söhbət gedir.

İkincisi, 2005-ci ildən çox vaxt ötməyib. Müstəqillik, özbaşınalıq etmək istəyən biznesmenləri hansı cəzalar gözlədiyini gördülər və bu onların yadında qalıb”.

Y.Sadıqlı qətiyyətlə bildirib ki, siyasətlə siyasətçilər məşğul olmalıdır:

“Biznesmenlər, müğənnilər, idmançılar siyasətə qarışmasalar yaxşıdır. Siyasət həvəskarların yeri deyil. Peşəkar şəkildə siyasətlə məşğul olanlar bu sahədə olmalıdırlar. Digər sahələrdə peşəkar olan şəxslər peşəkar siyasətçiləri dəstəkləyə bilərlər. Amma heç vaxt siyasətlə məşğul olmamış şəxsin birdən-birə deputat olması ölkəyə yaxşı heç nə vəd etmir”.