Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidməti (YPX) şöbəsinə rəis təyinatı olub.
Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, BDYPİ-nin YPX Şöbəsinin Baş Dövlət Avtomobil müfəttişi vəzifəsində çalışan polkovnik-leytenant Sadin Əsgərov idarənin YPX şöbəsinə rəis təyin olunub.
BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev faktı təsdiqləyib.
Qeyd edək ki, BDYPİ-nin YPX şöbəsinə daha əvvəl K.Əliyev rəhbərlik edirdi. (report)