Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda “Carlsberg Group” şirkətinin baş icraçı direktoru Ceest Hartla görüşüb.

Prezident İlham Əliyev ölkəmizdə son illərdə aparılan islahatların artıq müsbət nəticələr verdiyini, bunun xüsusilə şəffaflığın və hesabatlılığın artırılması hesabına vergi və gömrük orqanlarının topladığı büdcə gəlirlərində özünü göstərdiyini qeyd edib. Dövlət başçısı ölkəmizdə investisiya və biznes mühitinin daha da əlverişli olması istiqamətində islahatların davam etdiriləcəyini, xarici və yerli investorlar üçün vergi, gömrük və digər sahələrdə proqnozlaşdırıla bilən siyasətin həyata keçiriləcəyini vurğulayıb.

Görüşə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən “Carlsberg Group” şirkətinin baş icraçı direktoru Ceest Hart dövlət başçısı tərəfindən son illərdə aparılan uğurlu islahatlardan, Azərbaycandakı əlverişli biznes və investisiya şəraitindən məmnunluğunu ifadə edib, bu tədbirlərin biznes və rəqabət mühitinin sağlamlaşdırılması, həmçinin şəffaflığın artırılması üçün geniş imkanlar yaratdığını vurğulayıb. Baş icraçı direktor “Carlsberg Group” olaraq xarici investor kimi bu islahatlara hər zaman dəstək verdiklərini və bu dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirib. Ceest Hart bu imkanlardan faydalanaraq Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyətində olduqlarını qeyd edib. O, həmçinin aidiyyəti hökumət qurumları ilə şəffaflığın, hesabatlılığın və mühasibatlılığın daha da yüksək səviyyəyə qalxması üçün əməkdaşlıq etdiklərini söyləyib.

Söhbət zamanı bildirilib ki, bu ildən başlayaraq “Carlsberg Group” şirkəti kənd təsərrüfatı sektoruna da investisiya qoyuluşunu həyata keçirəcək və bu istiqamətdə artıq pilot layihələrin icrasına başlanılıb. (azertac)

Azərbaycan Prezidenti İlham Əliyev TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli Mixail Solomonoviç,

70 illik yubileyinizlə əlaqədar mənim səmimi-qəlbdən təbriklərimi və ən yaxşı arzularımı qəbul edin.

Sizin geniş dünyagörüşünüz, işgüzar və şəxsi keyfiyyətləriniz Sizə layiqli nüfuz və hörmət qazandırıb. Xüsusi yaradıcı yanaşmanız, zəngin təcrübəniz və yüksək peşəkarlığınız sayəsində əvəzsiz müəllifi və aparıcısı olduğunuz “Hakimiyyətin formulu” verilişi bütün dünyada tamaşaçı auditoriyası arasında çox populyardır.

Azərbaycanda Sizi sevir və dəyər verirlər. Siz uzun müddət ərzində Azərbaycan-Rusiya mədəni əlaqələrinin genişlənməsinə geniş töhfə verirsiniz və bununla da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə xidmət edirsiniz.

Hörmətli Mixail Solomonoviç, bu əlamətdar gündə Sizə möhkəm can sağlığı, gələcək yaradıcılıq uğurları arzulayıram, ən xoş arzularımı çatdırıram”.

Bu gün işinə başlayan Davos İqtisadi Forumuna qatılan Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın “Rossiya 1” telekanalına müsahibə verib.

Bu barədə telekanalın aparıcısı Nailə Əsgərzadə öz İnstagran səhifəsində məlumat paylaşıb.

“Davos forumunda fəaliyyətimiz ənənəvi olaraq Azərbaycan prezidenti İlham Əliyevlə müeasahibə almaqdan başlayır. Efirimizi izləyin!”-deyə jurnalist paylaşım edib.

Xatırladaq ki, Davos Forumu yanvarın 21-dən 24-nə qədər davam edəcək. (modern.az)

Ermənistan mətbuatı baş nazir Nikol Paşinyanla bağlı sensasion məqaləni üzə çıxarıb.

Bu barədə məlumatı İrəvanın “Politik.am” saytı yayıb.

Sayt Paşinyanın jurnalist işləyərkən Ermənistanda o vaxtlar ən məşhur “Mollak” qəzetindəki yazısını arxivdən taparaq ictimailəşdirib.

11 fevral 1998-ci ildə Nikol Paşinyan “Ermənilər və azərbaycanlılar – xoşbəxt xalqlar” başlığı altında çıxan məqaləsində ermənilərin düşüncə tərzində problemlər olduğunu bidirib.

O yazıb ki, bu düşüncə pozğunluğu söhbət günahsız azərbaycanlı və türklərin ölməsindən gedəndə özünü daha açıq büruzə verir.

Paşinyan məqaləsində qeyd edir ki, Bakıda günahsız öldürülən insanlar qarşısında baş əyir: “20 Yanvar günü mən bakılıları 1 dəqiqəlik sükutla yad etdim”. (axar.az)

Paylaş:

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik ötən gün Astarada iranlı həmkarı Qasım Rzayi ilə görüşüb.

Xeyli mehriban şəraitdə keçən görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivindən danışan generallar əsasən dövlət sərhədində yeni buraxılış məntəqələrinin fəaliyyətə başlaması məsələlərini müzakirə ediblər.

Bunu jurnalistlərlə söhbətində Elçin Quliyev bildirib. Onun sözlərinə görə, İranla Azərbaycam arasında xoş münasibətlər var və bu, dünənki görüşlərdə də bir daha özünü büruzə verib.

“Bütün bunlar ölkələrimiz arasında olan xoş münasibətin təzahürü, göstəricisidir. Prezident İlham Əliyev daim Azərbaycan-İran əlaqələrinin sərhəd mühafizəsi istiqamətində inkişafına dair göstərişlər verir. Biz də çalışırıq ki, dövlətimizin başçısının bu tapşırıqlarının ən yüksək səviyyədə icrasını təmin edək”, – deyə E.Quliyev vurğulayıb.

Görüşə İranın Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayinin DSX-nin rəisi Elçin Qurbanovun barmağına üzük taxması öz möhürünü vurub. Qonağın sözlərinə görə, həmkarına verdiyi bu hədiyə Həzrət Əlidən “təbərrük” edib, yadigar qalıb.

Bəs, niyə məhz üzük?

Məsələ burasındadır ki, üzük qədim dövrlərdən indiyədək müəyyən hərbi-siyasi anlam daşıyan simvollardan sayılıb və güc nümayişi kimi qəbul edilib. Xüsusilə islam mədəniyyətində üzüyə böyük əhəmiyyət verilib və bunun bir səbəbi də ərəbcə üzüyə “möhür” deyilməsi ilə bağlıdır. Yəni qədim ərəb mentalitetində bir adama üzük verilməsi həm də ona möhür vurulması ilə eyni anlama gəlir. İslam mədəniyyətinə üzük ərəb adət və ənənələrindən keçdiyindən daşıdığı anlamı da qoruyur. Bu gün Azərbaycan xalqı arasında yalnız toy-düyünlərdə izləri qalan həmin ənənənin məqsədi də elə möhür vurulmasını bəyan etməkdir. Başqa sözlə desək, bəy gəlinin barmağına üzük taxmaqla ona möhür vurur, mənsubiyyətini elan edir.

Qədim ərəb və İslam mədəniyyətində üzük yalnız evlilik mərasimlərinə vurulan möhür anlamı daşımırdı. O, həm də hərbi və siyasi gücün bəyanı idi. Təsadüfi deyil ki, Məhəmməd peyğəmbər də nüvubətini elan etdiyi və regional kralları biətə səslədiyi zaman məktub yazıb üzüyə keçirərək onlara göndərirdi. Peyğəmbərin dəvətini qəbul edənlər üzüyü barmaqlarına taxırdılar. Qəbul etməyənlər isə Sasani hökmdarı kimi məktubu cırıb üzüyü geri qaytarırdılar. İranlı general “bu üzük Həzrət Əlidən təbərrük edib” deyərkən də bunu nəzərdə tutur. Görünür, Həzrət Əli də Məhəmməd peyğəmbər kimi biətə səslədiyi əşirət və tayfa rəhbərlərinə həlqəsinə məktub taxılan üzük göndərirmiş. İndi o üzüklər Həzrət Əlinin yadigarları sayılır və onlardan biri də İranlı generala nəsib olubmuş.

Üzük təkcə müsəlman dünyasında deyil, digər səmavi dinlərdə də güc, əzəmət, hegemoniya simvolu kimi tanınıb. 10 min il bundan əvvəl qurulmuş və yəhudilərin tarixi imperiyası sayılan  Süleyman səltənətinin hegemoniyası da üzüklə simvollaşmışdı. İslam ədəbiyyatında bu üzük “Möhri-Süleyman” adlanıb və dünya gücünün simvolu kimi alqılanırdı.

Görünən budur ki, eyni ənənə bu gün İranda da davam edir. İranın dini lideri Xamaneinin ən sadiq generallarına üzük hədiyyə etməsi barədə tez-tez məlumatlar yayılır. Bildirildiyinə görə, bir müddət əvvəl ABŞ tərəfindən qətlə yetirilən general Qasim Süleymaniyə məşhur üzüyünü Xamanei hədiyə etmişdi və bu, generala verilmiş ən yüksək təltif hesab olunurdu. Qasim Süleymaninin öldürülərkən qopmuş barmağındakı həmin üzüyün Qərb mediası tərəfindən xüsusi işıqlandırılması da bu mənada təsadüfi görünmür.

Bununla belə, ümidvarıq ki, İran Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayi azərbaycanlı həmkarına üzük hədiyə edərkən hər hansı siyasi və hərbi mesaj vermək istəməyib. Əks halda DSX sədrinin bu üzüyü qəbul etməsi Tehranda Azərbaycanın sərhədlərin mühafizəsində İranın hegemonluğu dairəsinə girməsi kimi başa düşülə bilər. Halbuki, bizdə üzük hər hansı hərbi-siyasi simvolik anlam daşımır və sözsüz ki, Elçin Qurbanov o üzüyü sadəcə dost yadigarı kimi qəbul edib.  /ovqat.com/

Prezident İlham Əliyevin Davosda “Carlyle Group” şirkətinin həmtəsisçisi ilə görüşü olubYanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda "Carlyle Group" şirkətinin həmtəsisçisi Devid Rubinşteynlə görüşü olub.

"Ölkə.Az" bildirir ki, görüşdə "Carlyle Group" şirkətinin həmtəsisçisi Devid Rubinşteyn rəhbərlik etdiyi qurumla Azərbaycan Dövlət Neft Fondu arasında əməkdaşlığı yüksək qiymətlənirdi və bu əməkdaşlığın gələcək istiqamətləri barədə dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, ötən il ölkəmizdə qeyri-neft sənayesinin 14 faiz, kənd təsərrüfatının isə 7 faiz artdığını bildirdi.

Söhbət zamanı Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığı qeyd edildi. Ölkəmizlə vəsaitlərin idarə olunması sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan "Carlyle Group" arasında əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulandı.

İsveçrədə səfərdə olan Prezident İlham Əliyev Davosda Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb.

Prezident İlham Əliyev yanvarın 20-də Davosda “VTB Bank”ın prezidenti-idarə heyətinin sədri Andrey Kostinlə görüşüb.

Görüşdə “VTB Bank”ın Azərbaycanda uzun müddət uğurlu fəaliyyət göstərdiyi qeyd olundu. Bildirildi ki, Azərbaycan Dövlət Neft Fondu ilə “VTB Bank” arasında səmərəli əməkdaşlıq davam edir. Prezident İlham Əliyev “VTB Bank”ın Azərbaycan iqtisadiyyatının real sektoruna kredit qoyuluşunun artırılmasını təklif etdi.

Andrey Kostin təklifə müsbət yanaşdığını bildirdi və dövlətimizin başçısını əmin etdi ki, “VTB Bank” bu istiqamətdə fəaliyyətini daha da genişləndirəcək.

Söhbət zamanı Azərbaycanla Rusiya arasında bütün sahələrdə olduğu kimi, iqtisadi-ticari sahədə də əlaqələrin uğurla inkişaf etdiyi bildirildi. Ticarət dövriyyəsinin artan istiqamətdə davam etməsinin və daha da sürətləndirilməsinin vacibliyi qeyd olundu.

Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Davosda “CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru ilə görüşübAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda "CISCO" şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramerlə görüşüb.

Görüşdə "CISCO" şirkəti ilə Azərbaycanın uzun müddətdir müxtəlif sahələrdə əməkdaşlıq etdiyi bildirildi. Qeyd olundu ki, "CISCO" şirkəti hazırda Azərbaycanda prioritet istiqamətlər üzrə layihələr reallaşdırmaqdadır. Bu layihələrin bir çoxunun ilkin mərhələləri artıq həyata keçirilib.

Prezident İlham Əliyev "CISCO" şirkətinin Azərbaycan üçün önəmli tərəfdaş olduğunu qeyd etdi. Dövlətimizin başçısı bildirdi ki, bu şirkət üçün Azərbaycanda çox böyük biznes potensialı mövcuddur.

"CISCO" şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru Kelli Kramer Azərbaycanda gedən inkişaf proseslərini yüksək qiymətləndirdi və şirkətlə ölkəmiz arasında uğurlu təcrübə mübadiləsinin aparıldığını bildirdi. Xanım Kelli Kramer qeyd etdi ki, Azərbaycan "CISCO" şirkəti üçün regionda ən önəmli ölkədir.

Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib — YENİLƏNİB (FOTO)
Fotolar əlavə olunub.
***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad edib.
Dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Dövlət və hökumət rəsmiləri, ölkədəki dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad ediblər.

Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib — YENİLƏNİB (FOTO)Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib — YENİLƏNİB (FOTO)Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib — YENİLƏNİB (FOTO)Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib — YENİLƏNİB (FOTO)
 
Birinci vitse-prezident Mehriban Əliyeva: 20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı paylaşım edib.
Trend-in məlumatına görə, paylaşımda deyilir: "20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub. 30 il bundan əvvəl xalqımızın qəhrəman oğul və qızları azadlıq və Vətənimizin istiqlaliyyəti uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Ümumxalq Hüzn Günündə 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm".

Birinci vitse-prezident Mehriban Əliyeva: 20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub