"Yaradılan imkanlardan istifadə etməklə əməkdaşlar ötən il ərzində 3,3 milyona yaxın yol hərəkəti qayda pozuntusu aşkarlayıblar ki, onların da 64 faizi xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınıb”.
"Ölkə.Az" yenisabah-a istinadən xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov deyib.
General bildirib ki, qayda pozuntularına görə ümumilikdə 7 min 316 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb.