“Yanacaq ehtiyatının maliyyələşdirilməsi, yaradılması, qorunması, istifadəsi, həcmi və uçotunun həyata keçirilməsi Qaydası” təsdiqlənib. Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov “Yanacaq ehtiyatının maliyyələşdirilməsi, yaradılması, qorunması, istifadəsi, həcmi və uçotunun həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Qərar imzalayıb. Qərara əsasən, “Yanacaq ehtiyatının maliyyələşdirilməsi, yaradılması, qorunması, istifadəsi, həcmi və uçotunun həyata keçirilməsi Qaydası” təsdiq edilib. Qərar dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minir.