"Ölkə.Az" baku.ws-ə xəbər verir ki, qətnaməni demokrat senator Robert Menendez və respublikaçı senator Ted Kruz təqdim ediblər.
Qanun layihəsi ilə bağlı Senatın Baş Məclisində keçirilən iclasda iştirak edən senatorlardan etiraz edən olmayıb.
Qeyd edək ki, bundan əvvəl respublikaçı senatorlar Lindsey Graham və daha sonra David Perdue səsvermənin qarşısını almışdılar.
Oktyabrın 29-da isə Nümayəndələr Palatasının Baş Məclisi 11 senator əleyhinə, 405-i isə lehinə səs verməklə 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıyan qətnamə qəbul etmişdi.
Bildirilib ki, bütün bunlardan sonra qətnamə layihəsi ABŞ Prezidenti Donald Trampa təqdim ediləcək.
Onu da xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtona səfəri zamanı Nümayəndələr Palatası tərəfindən Osmanlı İmperiyasındakı "erməni soyqırımı"nın tanınmasının Türkiyə-Amerika münasibətlərinə kölgə saldığını bildirmişdi.