Prezident bu şəxsləri təltif etdi — SİYAHI

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Bakı Dövlət Universitetinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar elm xadimi”

Əliyev Fikrət Əhmədəli oğlu

Əzizov Abdulsəyid Əbdülhəmid oğlu

Qurbanov Elşad Məcnun oğlu

Səlimov Arif Ağacan oğlu

Şəmsizadə Nizaməddin Şəmsəddin oğlu

Yaqubov Məmməd Haqverdi oğlu

“Əməkdar müəllim”

Abbasova İpək Soltan qızı

Abdullayev İmran Məmmədəli oğlu

Abdullayev Rizvan Əhməd oğlu

Ağakişiyev Əliheydər Yunis oğlu

Allahverdiyeva Səfurə Bayram qızı

Bayramov Rafael Vəli oğlu

Bədəlbəyli Ülfət İsmayıl qızı
Cəfərov Yasin İsa oğlu

Cəlilov Abutalıb Hümbət oğlu

Fiqarova Sofya Rüstəm qızı

Hüseynov Hidayət Məmməd oğlu

Qocamanov Məqsəd Hüseyn oğlu

Quliyev Hamlet Fərman oğlu

Mahmudzadə Ramin Əlinazim oğlu

Məmmədov Kərəm Hətəm oğlu

Məmmədov Knyaz Şiraslan oğlu

Məmmədov Nuru Zeynalabdin oğlu

Məmmədova Afət Oqtay qızı

Orucov Elşar Qurban oğlu

Orucov Həmzağa Davud oğlu

Rzayev Etibar Abasəli oğlu

Vəliyev İslam Dini oğlu

Yusubov Şakir Şıxı oğlu.
“Bizim elan etmədiyimiz işlər də var... ” - Mehriban Əliyeva

Noyabrın 21-24-də Rusiyada rəsmi səfərdə olan Birinci vitse-prezident Mehriban Əliyeva TASS agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusmana, “Rossiyskaya qazeta” və “Rossiya-24” telekanalına müsahibə verib.

“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, Mehriban Əliyeva müsahibələrində səfərinin yekunları barədə danışıb.

- Hər vaxtınız xeyir, Mehriban xanım. Sizinlə görüşmək imkanına görə çox sağ olun. Sizin Moskvaya, Rusiyanın paytaxtına rəsmi səfəriniz başa çatır. Səfərinizin proqramı son dərəcə zəngin olub, çoxlu görüşlər, o cümlədən Rusiyanın rəhbərliyi ilə görüşlər keçirmisiniz. Səfərin yekunlarını necə qiymətləndirirsiniz? Bu günlər ərzində Moskvada Sizin üçün ən çox yadda qalan nə olub?

- Hər vaxtınız xeyir, hörmətli Mixail Solomonoviç. Sizi görməyimə çox şadam. Yenidən Moskvada olmağıma çox şadam. Mən, ilk növbədə, Rusiya Federasiyasına rəsmi səfərə dəvətə, səmimi qəbula, maraqlı görüşlərə və danışıqlara görə Rusiya Federasiyasının rəhbərliyinə, Prezident Vladimir Vladimiroviç Putinə, Hökumətin başçısı Dmitri Anatolyeviç Medvedevə, Federasiya Şurasının sədri Valentina İvanovna Matviyenkoya dərin minnətdarlığımı bildirmək istəyirəm.

Ölkələrimizi möhkəm dostluq və mehriban qonşuluq ənənələri bağlayır. Bu gün biz Azərbaycan-Rusiya münasibətlərini strateji tərəfdaşlıq kimi səciyyələndiririk. Hesab edirəm ki, hazırda ölkələrimiz arasında münasibətlər öz tarixi ərzində ən yüksək səviyyədədir.

Fəal siyasi dialoq mövcuddur, Azərbaycan və Rusiya Prezidentləri arasında mütəmadi görüşlər bizim münasibətlərin çoxvektorluluğunu təyin edir və demək olar ki, bütün sahələrdə qarşılıqlı əlaqələrin inkişafına təkan verir.

Qeyd etdiyim kimi, Azərbaycan ilə Rusiyanı qədim və möhkəm dostluq və mehriban qonşuluq ənənələri bağlayır, ölkələrimiz dinamik inkişaf edir. Bu, dövlətlərarası əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaradır. Siz qeyd etdiyiniz kimi, mənim səfərim dolğun, maraqlı oldu. Əlbəttə, ilk növbədə, Rusiya Federasiyasının Prezidenti, hörmətli Vladimir Vladimiroviç Putin ilə görüşümü qeyd etmək istəyirəm. Bu, bizim ikitərəfli münasibətlərin bir çox aspektlərini müzakirə etmək üçün gözəl fürsət idi. Bu görüş zamanı Rusiya Federasiyasının Prezidenti mənə “Dostluq” ordenini təqdim etdi. Bu mükafatı almaq mənim üçün böyük şərəfdir, mən onu Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyəsinin daha bir təsdiqi kimi qiymətləndirirəm. Əlbəttə, şadam ki, bizim strateji tərəfdaşlığımızın inkişafı işində mənim də müəyyən töhfəm var.


“Bizim elan etmədiyimiz işlər də var... ” - Mehriban Əliyeva


Mehriban xanım, Siz tamamilə haqlı olaraq dediniz ki, Rusiya ilə Azərbaycanın münasibətləri həqiqətən heç vaxt indiki qədər sıx olmayıb və bu münasibətlərin kökləri doğrudan da uzaq keçmişə gedib çıxır. Lakin digər tərəfdən, bugünkü münasibətlərə görə biz, əlbəttə, ilk növbədə, - bunu Siz də qeyd etdiniz, – ölkələrimizin liderlərinin, Prezident Vladimir Vladimiroviç Putinin və Prezident İlham Heydər oğlu Əliyevin sıx qarşılıqlı əlaqələrinə borcluyuq. Onlar bu əlaqələri daha da möhkəmləndirirlər. Bununla belə, - Siz çoxvektorluluq barədə danışdınız, – Sizin fikrinizcə, bizim əməkdaşlığımız hansı sahələrdə daha perspektivlidir? Hansı sahələrdə bu əməkdaşlıq daha real bəhrələr verir və harada, ola bilsin, Sizin fikrinizcə, hələ reallaşdırılmamış potensial var?

- Qeyd etdiyim kimi, Rusiya-Azərbaycan münasibətləri çox geniş spektri əhatə edir. Buraya iqtisadi blok, humanitar sahədə qarşılıqlı fəaliyyət daxildir. Azərbaycan və Rusiya beynəlxalq arenada bir-birini dəstəkləyir. İqtisadi sahəyə, bu sahədə qarşılıqlı əlaqələrə nəzər salsaq, burada uğurlu qarşılıqlı fəaliyyət artıq öz bəhrələrini verir. Rusiya Azərbaycanın ticarət tərəfdaşlarından biridir, qeyri-neft məhsullarının idxalına görə birinci yeri tutur. Sevindirici haldır ki, ölkələrimiz arasında əmtəə dövriyyəsinin durmadan artması müşahidə olunur. Ötən il Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 19 faiz artaraq 2,6 milyard dollara bərabər olub. Cari ilin doqquz ayı ərzində bu göstəricinin artıq 26 faizə çatması müşahidə olunur, qarşılıqlı sərmayə qoyuluşu göstəriciləri də yaxşıdır. Rusiyanın Azərbaycanda sərmayə qoyuluşunun həcmi 4,9 milyard dollardır. Azərbaycan Rusiya iqtisadiyyatına 1,2 milyard dollar investisiya yatırıb. Çox sevindirici haldır ki, son vaxtlar neft sektorunda ənənəvi qarşılıqlı fəaliyyətlə bərabər, qeyri-neft sektorunda, maşınqayırma, istehsal avadanlığı, kimya sənayesi, əczaçılıq, energetika, nəqliyyat kimi sahələrdə çoxsaylı müştərək layihələr inkişaf etdirilir.

Konkret nümunələr kimi “SOCAR Polymer” müəssisəsinin, “Azərikimya” müəssisələrinin modernləşdirilməsi, “KamAZ” yük avtomobillərinin yığılması və istehsalı, “P-Farm” dərman preparatları zavodunun birinci növbəsinin tikintisini göstərə bilərəm.

Tranzit-nəqliyyat sistemi bizim qarşılıqlı fəaliyyətdə çox mühüm və perspektivli istiqamətdir. Burada Qərbi Avropa bazarlarını asiyalı istehlakçılarla birləşdirəcək “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması ən mühüm müştərək layihələrdən biridir. Bu layihənin reallaşdırılması başlayandan bəri ötən il uzunluğu yeddi min kilometrdən çox olan bu marşrut üzrə yükdaşımaların həcmi səkkiz dəfə, cari ilin altı ayı ərzində isə 60 faiz artıb. Gələn il həmin layihə çərçivəsində Bakıdan Rusiya Federasiyası ilə sərhədə qədər yeni dördzolaqlı magistral yol istifadəyə veriləcək. Bu ilin sonuna qədər sərhədyanı Samur çayı üzərindən birgə tikilən körpünün inşası başa çatacaq və o, istifadəyə veriləcək.

Mehriban xanım, mənim bildiyinə görə, Siz Birinci vitse-prezident kimi humanitar, sosial və mədəni sahələrin inkişafına xüsusi diqqət yetirirsiniz. Bu sahələr Sizin ciddi maraq obyektinizdir. Mənim fikrincə, bu da Rusiya-Azərbaycan əməkdaşlığının çox mühüm amilidir. Bu baxımdan, bizim qarşılıqlı münasibətlərimizin bu sahəsi necə inkişaf edir? Axı bu humanitar sahə bütün insanlara, mənəvi həyata, bizim, bir daha deyirəm, tarixi köklərimizə aiddir. Bu mənada, indi Siz nəyi daha vacib hesab edirsiniz?

- Siz tamamilə düzgün vurğuladınız. Humanitar sfera, humanitar sahə dövlətlərarası münasibətlərdə belə adlandırıldığı kimi şəxsiyyətlərarası ünsiyyətdir. Bunu qeyd etməyə çox şadam ki, humanitar sahədə Azərbaycan-Rusiya münasibətləri nümunəvi xarakter daşıyır. Bizim paytaxtımızda Rusiya və Azərbaycan Prezidentlərinin təşəbbüsü ilə yaradılmış Beynəlxalq Humanitar Forum mütəmadi keçirilir. Azərbaycanda rus mədəniyyətinə və rus dilinə qayğıkeş və hörmətli münasibət hamıya məlumdur. Bizim ölkəmizdə 300-dən çox məktəbdə tədris rus dilində aparılır, hər il rus dili olimpiadası keçirilir, 14 dövlət ali məktəbində rus dili kafedraları və rus bölməsi fəaliyyət göstərir. Keçən il 130 mindən çox orta məktəb şagirdi və 25 mindən artıq ali məktəb tələbəsi rus dilində təhsil alıb.

Ali məktəblər arasında əməkdaşlıq da yüksək səviyyədədir. Azərbaycanda, bizim paytaxtda Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Bu ildən etibarən Azərbaycan Diplomatik Akademiyasının və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ikili magistr diplomları proqramının birlikdə icrasına başlanıb.

Azərbaycanda çoxminli rusdilli icma var, bu icma ölkəmizin ümumi inkişafına layiqli töhfə verir, çoxsaylı sərgilər keçirilir. Bu il Azərbaycanda Rusiya Mədəniyyəti Günləri keçirilib. Gələn il qarşılıqlı tədbir – Rusiyada Azərbaycan Mədəniyyəti Günləri keçirilməsi planlaşdırılır. Dediyim kimi, bu sahədə bizim münasibətlərimiz nümunəvidir. Bu, çox vacibdir, çünki bu sahə həqiqətən insanları, xalqları yaxınlaşdırır. Biz də bu ortaq humanitar məkanı qoruyub saxlamaqda maraqlıyıq.

- Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyev dəfələrlə deyib, – biz bunu müxtəlif tribunlardan kifayət qədər tez-tez eşidirik, – təəssüf ki, bir sıra Avropa ölkələrində özünü doğrulda bilməmiş multikulturalizm Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir, üstəlik, bu gün Azərbaycanda onu real olaraq müşahidə edirik. Belə adlandırılan çoxkonfessiyalılıq da multikulturalizmlə qarşılıqlı bağlıdır. Lap yaxın vaxtlarda Bakıda Dünya dini liderlərinin ikinci Sammiti keçirildi. Həmin tədbirdə dünyanın ən müxtəlif dinlərinin nümayəndələri iştirak edirdilər. Onlar hamısı Azərbaycanda heyrətamiz çoxkonfessiyalılığı qeyd etdilər. Buna nəyin hesabına nail olursunuz? Bu, yalnız tarixi köklərdən irəli gəlir, yoxsa, bugünkü Azərbaycan iqtidarının məqsədyönlü fəaliyyətinin nəticəsidir? Bu baxımdan, Siz gələcək inkişafı necə görürsünüz?

- Azərbaycan Respublikasının Prezidenti öz çıxışlarının birində qeyd edib ki, “multikulturalizm” sözü bizim leksikonumuzda yetərincə təzə sözdür, lakin bu sözün arxasında dayanan ənənələrin çoxəsrlik tarixi var. Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin qovuşuğunda yerləşir və sözsüz ki, bu, onun çoxəsrlik tolerantlıq və multikulturalizm mədəniyyətinə də təsir göstərir. Müxtəlif millətlərə, mədəniyyətlərə və dinlərə mənsub insanlar əsrlərboyu ölkəmizdə sülh, həmrəylik və dostluq şəraitində yaşayıblar və yaşayırlar, bu gün də bu ənənə dövlət siyasəti ilə dəstəklənir. Buna görə Azərbaycan bu gün beynəlxalq aləmdə artıq dinlərarası, millətlərarası, mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə yönəlmiş çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi tanınmış məkana çevrilib. Siz bu yaxınlarda bizim paytaxtda Dünya dini liderlərinin ikinci Sammitinin keçirilməsini qeyd etdiniz.

Siz tamamilə düzgün olaraq vurğuladınız ki, müasir dünyada, təəssüf ki, ümumi gərginlik artır. Biz irqçilik, ksenofobiya, islamofobiya, antisemitizm, millətlərarası və dinlərarası qarşıdurmanın qızışdırılmasında dindən istifadə edilməsi kimi təhlükəli meyillərin artmasının şahidləriyik. Bu gün bütün bu məsələlər ümumbəşəri əhəmiyyət kəsb edir və Azərbaycanda bu məsələlərin ən yüksək dövlət səviyyəsində qaldırılması, zənnimcə, təsadüfi deyil, ona görə ki, mənim dediyim kimi, Azərbaycanda qədim ənənələr var. Bununla bərabər, belə beynəlxalq tədbirlərdə səslənən bu cür ismarıcların bütün dünya ictimaiyyətinə çatdırılması vacibdir. Dünya dini liderlərinin ikinci Sammitində Moskvanın və bütün Rusiyanın patriarxı Kirill də iştirak və çıxış etdi. Hesab edirəm ki, onun bütün ismarıcları, müraciətləri bu gün aktualdır, bəlkə də həmişəkindən daha aktualdır, ona görə ki, dünyada bu təhlükəli hadisələrin artması meyili təəssüf doğurur. Mən əminəm ki, bu təhdidləri yalnız ümumi səylərlə, həm dövlət başçıları səviyyəsində, həm də adi vətəndaş cəmiyyəti arasında səylərlə dayandırmaq olar.

- Mənim daha bir sualım var. Sizin Moskvada keçirdiyiniz çox mühüm görüşlər arasında, zənnimcə, bir görüş xüsusi fərqlənib və Rusiya mətbuatında geniş işıqlandırılıb. Mən əvvəllər Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi adlandırılan məkanda yeni “Azərbaycan” pavilyonunun açılışını nəzərdə tuturam. Bu pavilyonun da öz tarixi var və Siz açılışda bu barədə çox yaxşı danışdınız. Lakin mən bir məqama diqqət yetirdim ki, pavilyonun yenilənməsi, faktiki olaraq yenidən yaranması Sizin başçılıq etdiyiniz Heydər Əliyev Fondu ilə bağlıdır. Bu işdə çoxları, o cümlədən Moskvanın hakimiyyət orqanları, Moskva təşkilatları da iştirak ediblər, lakin mən belə başa düşürəm ki, bütün bunlara Sizin başçılıq etdiyiniz Heydər Əliyev Fondu himayədarlıq edib. Bununla əlaqədar mən sərginin ərazisində, digər tərəfdən moskvalılar üçün də tamamilə nadir məkana çevrilmiş pavilyon mövzusuna bir daha qayıtmaq istərdim və xahiş edərdim ki, Siz Fond barədə bir neçə kəlmə deyəsiniz. Çünki o, iri beynəlxalq ictimai humanitar xeyriyyə təşkilatlarından birinə çevrilib. Bu gün o, dünyada çox nüfuzlu humanitar təşkilat imicinə malikdir və bütün bu illər ərzində Fonda Siz başçılıq edirsiniz. Siz bu Fondun gələcək inkişafını, deyək ki, bu pavilyon prizmasından necə görürsünüz?

- Mən, ilk növbədə, Rusiya Federasiyasının rəhbərliyinə, Moskva şəhəri hökumətinə Azərbaycan dövləti üçün Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin ərazisində milli “Azərbaycan” pavilyonumuzun bərpasında iştirak etmək imkanı yaratdıqlarına görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Çox şadam ki, bu əlamətdar hadisə mənim rəsmi səfərim çərçivəsində baş verdi. Bizim milli pavilyonun açılışında iştirak etməkdən qürur duyurdum.

Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi bu gün dünyanın ən iri sərgi mərkəzlərindən biridir. Hər il Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinə çoxsaylı qonaqlar gəlir və Moskvanın bu memarlıq-mədəniyyət mərkəzinin tarixi həqiqətən çox maraqlıdır. Bizim “Azərbaycan” pavilyonu 1939-cu ildə inşa edilib, sonrakı illərdə başqa pavilyonlar kimi o da çoxsaylı dəyişikliklərə məruz qalıb. 1966-cı ildə pavilyon bütöv metal qutu ilə örtülüb, onun siması tamamilə dəyişib və o, öz funksional və milli identikliyini, demək olar ki, itirib. Bərpa işləri 2017-ci ildə başlandı. Təbii ki, bu, Azərbaycan dövlətinin qərarı idi və Heydər Əliyev Fondunun rəhbərliyi altında həyata keçirilirdi.

Qeyd etməliyəm ki, Fondun komandası bu işə çox böyük qayğı və məsuliyyətlə yanaşıb, çünki pavilyonun ilkin simasını bərpa etmək, onun milli autentikliyini qaytarmaq məqsədi qarşıya qoyulmuşdu. Böyük işçi qrupu yaradıldı, həm Rusiyadan, həm də Azərbaycandan ən yaxşı mütəxəssislər cəlb edildi. Orijinal simanı bərpa etmək üçün hər incəliyə, hətta naxışlara da diqqət yetirilirdi. Əlbəttə, bizim bu gün gördüklərimiz çox sevindiricidir, əminəm ki, bu, hər bir azərbaycanlını sevindirir. Yenilənmiş “Azərbaycan” pavilyonu öz qapılarını paytaxtının qonaqlarının da üzünə açır. Bununla bərabər o, bizim əlaqələrin - ölkələrimiz arasında, xalqlarımız arasında, o cümlədən humanitar sahədə əlaqələrin möhkəmlənməsinə xidmət edəcək daha bir məkandır.

Fonda gəldikdə isə, Heydər Əliyev Fondu 2004-cü ildə yaradılıb. Onun fəaliyyətinin əsas istiqamətləri təhsilin, səhiyyənin, gənclərin, ölkəmizin əhalisinin ən imkansız təbəqələrinin dəstəklənməsi, o cümlədən qaçqınlara və məcburi köçkünlərə kömək kimi mühüm sahələrdir.

Zənnimcə, belə desəm yanılmaram ki, Fond 15 illik fəaliyyəti ərzində həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda böyük hörmət qazanıb. Fondun əsas ideologiyası ondan ibarətdir ki, irimiqyaslı layihələri reallaşdırmaqla bərabər, bu illər ərzində ölkəmizdə Fondun xətti ilə həqiqətən çox işlər görülüb, yüzlərlə məktəb və uşaq bağçası tikilib, tarixi abidələr bərpa edilib, çoxsaylı tədbirlər təşkil edilib. Biz həmişə bir məqamı unutmamağa çalışırıq ki, bütün bu işlər ölkəmizdə insanların daha yaxşı yaşamasına yönəlib, biz konkret vətəndaşı görməyə və eşitməyə çalışırıq. Ona görə Fondun hamıya məlum olan, yaxşı işıqlandırılan işindən əlavə, bizim elan etmədiyimiz işlər də var. Yəni, bu gün Azərbaycanda bizim vətəndaşlarımız bilirlər ki, onlar Fonda müraciət etdikdə mümkün olan hər cür kömək edilməsi üçün maksimum səy göstəriləcək. Mən fəxr edirəm ki, Fondda bu cür vətənpərvər, yaxşı təhsil görmüş, artıq müstəqil Azərbaycanda böyümüş gənclər komandası var və bizim uğurlarımız, əlbəttə ki, komanda şəklində işin uğurudur. Buna görə mənim fikrimcə, Heydər Əliyev Fondunun əsas nailiyyəti ondan ibarətdir ki, o, Azərbaycan xalqının bu cür hörmətini və sevgisini qazanıb.

- Hörmətli Mehriban xanım, söhbət üçün Sizə təşəkkür etmək istəyirəm. Artıq Yeni il yaxınlaşır. Onu həm Azərbaycanda, həm də Rusiyada qeyd edəcəklər. Sizinlə sağollaşmağa çox təəssüflənəcəyəm, çünki Yeni ilə qədər bu sözləri eşidə biləcəyimizə əmin deyiləm. Ona görə sağollaşmaqdan əvvəl Sizdən xahiş etmək istərdim, qarşıdan gələn ildə rusiyalılara və öz həmvətənlərimizə arzularınızı bildirəsiniz.

- Mən həm Rusiya xalqına, həm də Azərbaycan xalqına, ilk növbədə, əlbəttə, sülh arzulamaq istəyirəm. Dövlətlərimizin uğurlu inkişafını, onların qarşısında duran planların həyata keçməsini arzulamaq istəyirəm. Tamamilə adi insani istəklərimi - möhkəm cansağlığı, nurlu və xeyirli günlər arzulamaq istəyirəm. İstəyirəm ki, uğurlar kədərlərdən çox olsun. Kədər bizdən yan keçsin. İnsanlar müəyyən çətinliklərin öhdəsindən gəlmək üçün özündə qüvvə tapsınlar. Ona görə ki, həyatda çətinliklər, kədərli günlər də olur, amma istərdim ki, şad, parlaq, işıqlı günlər daha çox olsun.

- İcazə verin, bu arzularınıza görə Sizə təşəkkür edim və öz növbəmdə, Sizə də onları arzu edim. Sizə cansağlığı, uğurlar arzulayır, ən xoş diləklərimi bildirirəm. Çox sağ olun.

- Sağ olun.
Prezident Qatsalova “Dostluq” ordeni verdi

Azərbaycan Prezidenti İlham Əliyev Hacımurad Qatsalovu təltif edib.

Dövlət başçısının sərəncamına əsasən, Azərbaycan və Rusiya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə Qatsalov Hacımurad Harumoviç “Dostluq” ordeni ilə təltif edilib.
Şagirdlərə verilən ev tapşırıqları ləğv edilsin“Məktəblərdə, xüsusilə də rus bölməsində dərsliklərin keyfiyyətinə nəzarət edilməlidir. Dərsliklər yenidən işlənməlidir, çünki hazırda kitabların keyfiyyəti heç kimi qane etmir”.

“Ölkə.Az” xəbər verir ki, bu fikirləri deputat Elmira Axundova parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O, V sinif Ana dili dərsliyini analiz etdiyini də qeyd edib: “Bu dərslikdə nəinki uşaqlara rəsmi dövlət dilini öyrədəcəyik, əksinə, onlarda bu dilə qarşı etinasızlıq yaranacaq. Axı nə üçün orta məktəblərdə şagirdləri həddindən artıq ev tapşırığı ilə yükləyirlər? Bəzi hallarda heç tapşırıqların izahı da verilmir. Müəllimlər üzərinə düşən vəzifələri çox vaxt valideynlərin çiyinlərinə yükləyirlər. Səbəb kimi də proqramın gərginliyi ilə izah edirlər”.
Deputat vurğulayıb ki, 6 yaşlı uşaqlar dərsdən gələrkən axşam saat 8-9-a kimi yalnız ev tapşırıqları ilə məşğul olurlar: “Axı, onlar uşaqdırlar. Bu qədər ağır yük altında şagirdlərin məktəbə qarşı nifrəti oyana bilər. I və II sinifdə ev tapşırıqları ya ləğv olunsun, ya da cüzi olsun. Yoxsa uşaqlarımız idman və ya hər hansı incəsənət növləri ilə məşğul olmağa vaxt tapmayacaqlar. Belə olan halda məktəblər robot insanlar yetişdirəcək. Şagirdlərin bu qədər oturaq həyat tərzi keçirməsi onların səhhətlərində ciddi problemlər yarada bilər”. 

Vəzifəli şəxslər hadisə yerindəBakının Bibiheybət qəsəbəsində baş verən sürüşmə zonasında yaranmış fəsadlar daha aydın görünür.

"Ölkə.Az" BAKU.WS-ə istinadən xəbər verir ki, gecə saatlarında baş verən sürüşmədən sonra ərazidə böyük problemlər yaranıb.

Qeyd edək ki, Baş Nazir Əli Əsədov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və digər qurumların rəhbərləri paytaxtın Bibiheybət qəsəbəsində sürüşmə baş verən ərazidə olub.

Xatırladaq ki, noyabrın 24-də Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsində torpaq sürüşməsi baş verib.

Sürüşmə baş verən ərazidən son görüntüləri təqdim edirik.

“Mağazada erməni olduğumuzu biləndə şok keçirdilər”17-21 noyabr tarixlərində Azərbaycana səfər edən erməni icmalçısı, “Şant” telekanalının şərhçisi Artyom Yerkanyan Ermənistan və Azərbaycan jurnalistlərinin ölkələr arasında qarşılıqlı səfərlərini misli görünməmiş bir şey hesab edir.

"Ölkə.Az" qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, “Sputnik Ermənistan”a müsahibəsində danışıb.

“Hər iki ölkə rəhbərlərinin razılığı əsasında ərsəyə gələn belə bir görüş ilk dəfə keçirilirdi, təbii ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin dəstəyi ilə”, - Yerkanyan deyib.

Onun sözlərinə görə, erməni jurnalistlərin sıravi Azərbaycan vətəndaşları ilə bir neçə dəfə görüşmək imkanı olub. “Məsələn, mağazada satıcı bizim erməni olduğumuzu biləndə, bu, onun üçün şok idi, amma heç bir neqativ münasibət yox idi”, - Yerkanyan deyib.

İcmalçı qeyd edib ki, onlar “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin nümayəndələrindən konstruktiv münasibət görüblər.

Artyom Yerkanyan Azərbaycanda bir neçə görüş keçirdiklərini təsdiqləyib, hansılar haqda ki, məlumat açıqlanmır. Onun sözlərinə görə, jurnalistlər, qeyri-hökümət təşkilatlarının nümayəndələri ilə görüşlər baş tutub. Erməni jurnalistlər Gəncədə və Qazaxda da olublar. Onlar Bakıdakı erməni kilsəsini ziyarət ediblər. Erməni jurnalistlərin Azərbaycandakı təhlükəsizliyindən danışan Yerkanyan qeyd edib ki, bu baxımdan hər şey yüksək səviyyədə idi. Erməni jurnalistlərin 12-13 cangüdəni var idi.

“Sputnik Ermənistan” qeyd edir ki, bu, Yerkanyanın Azərbaycana ilk səfəri deyildi. O, burada 1995 və 2001-ci illərdə olub. Jurnalistin danışdığına görə, onun nənəsi Bakıda anadan olub. Yerkanyanın nənəsinin qardaşı Azərbaycanda məşhur adam, incəsənət xadimi olub. Bunu bilən azərbaycanlı jurnalistlər Yerkanyana onun barəsində ən azı hansısa məlumatları tapmağa və ona təqdim etməyə çalışacaqlarına söz veriblər.

“Səfərin nəticələrinə yekun vuraraq, demək istəyirəm ki, onun məqsədi inam körpüsünün yaradılması idi. Əgər ikitərəfli səfərlər sərhəddə daha az adamın ölməsinə kömək edəcəksə, onda bu proses davamlı xarakter daşıyacaq”, - o qeyd edib.   

Xatırladaq ki, Ermənistan tərəfdən Azərbaycana “Şant” telekanalının icmalçısı Artyom Yerkanyan, “Mediamaks” informasiya agentliyinin baş redaktoru David Alaverdyan və İctimai Televiziyanın jurnalisti Edqar Elbayan, Azərbaycan tərəfdən isə Ermənistana “Trend” xəbər agentliyinin baş redaktoru Elçin Vəliyev, “1news.az” saytının müxbiri Elşən Rüstəmov və “Vestnik Kavkaza”nın Azərbaycandakı müxbiri Orxan Yolçiyev səfər ediblər.

Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, "proqram ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kaspşikin birbaşa razılığı, Ermənistan və Azərbaycanın müvafiq idarələrinin iştirakı ilə hazırlanıb həyata keçirilib".

Mehriban Əliyeva və qızı Moskvada QalereyadaAzərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfəri çərçivəsində Dövlət Tretyakov Qalereyasında olub.

"Ölkə.Az" Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva hazırda davam edən 8-ci Moskva Beynəlxalq Müasir İncəsənət Bienallesi ilə tanış olublar.

Birinci vitse-prezident Mehriban Əliyevanı Dövlət Tretyakov Qalereyasının direktoru Zelfira Trequlova və Moskva Beynəlxalq Müasir İncəsənət Biennalesinin kuratoru Yuliya Muzıkantskaya qarşıladılar.

Tretyakov Qalereyasının direktoru Zelfira Trequlova Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya qalereyada davam edən 8-ci Beynəlxalq Müasir İncəsənət Biennalesi haqqında məlumat verdi.

Biennaledə Rusiya, Avstriya, Bəhreyn, Almaniya, Səudiyyə Ərəbistanı, İtaliya, Almaniya, Çin, Niderland, ABŞ, Fransa rəssamları iştirak edirlər. Biennalenin əsas layihəsinin kuratoru Moskvadakı “Federasiya” və “Moskva-Siti” komplekslərinin müəllifi Dmitri Çernyakovdur. Müəllif bir neçə pavilyonda müxtəlif mövzu və janrları kiçik kapsullarda və evlərdə ümumi dialoqda birləşdirib. Bütün bu müxtəlifliyi bir-biri ilə uzlaşdırmaq asan olmadığından sərgi “Məkan oriyentasiyası” adlandırılıb. “Məkan oriyentasiyası” mövzusuna həsr olunan Müasir İncəsənət Biennalesində 11 ölkədən 34 rəssamın 50-dən çox əsəri nümayiş etdirilir.

Birinci vitse-prezident Mehriban Əliyeva ekspozisiyada Azərbaycan rəssamları Orxan Məmmədovun “Estetikanın saxlanması ideyası” və Leyla Əliyevanın “Əbədiyyət” multimedia installyasiyaları ilə tanış oldu.

Orxan Məmmədovun təqdim etdiyi installyasiyada müxtəlif dövrlərə aid 50-dən çox Azərbaycan xalçasının naxışları toplanıb. Rəssamın süni intellektdən istifadə edərək hazırladığı art-obyektdə naxışlar bir-birini əvəzləyir.

Leyla Əliyevanın rəhbərliyi ilə 20 nəfərdən ibarət yaradıcı kollektivin videoart janrında hazırladığı “Əbədiyyət” əsərində insan cəsarətindən söhbət açılır.

Qeyd olundu ki, Moskva Biennalesinin tərəfdaşı dünyanın ən sanballı qrafik əsərlər toplusu olan Avstriyanın məşhur Albertina muzeyidir. Sərgidə XX əsrin 11 məşhur rəssamının muzeydə saxlanılan əsərləri ümumi mədəni məkanda nümayiş etdirilir.

 













 
Əli İnsanov siyasi partiya yaratdıKeçmiş Səhiyyə naziri Əli İnsanov Haqq Ədalət Partiyası yaradıb.

"Ölkə.Az" xəbər verir ki, bu barədə o, Feysbuk səhifəsində məlumat verib.

Səsvermə yolu ilə Əli İnsanov Təşkilat Komitəsinin sədri, Rəşad Abbaslı isə katibi seçilib.

Təşkilat Komitəsinin üzvlərinin 15 nəfərdən ibarət olması barədə qərar qəbul edilib.

Vilayət Eyvazovdan yeni — TƏYİNAT

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Oxu.az məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, polis mayoru Emil Həsənov Göygöl Rayon Polis Şöbəsinə xidmət üzrə rəis müavini təyin edilib.

Qeyd edək ki, E.Həsənov bu vəzifəyə qədər Gəncə şəhəri, Nizami Rayon Polis İdarəsində İctimai Təhlükəsizlik Şöbəsinin rəisi vəzifəsində çalışıb.