Cavid Qurbanov Prezidentə qatarda hesabat verdiBu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Abşeron dairəvi dəmir yolu xəttində aparılmış yenidənqurma işlərindən sonra Pirşağı stansiyasının açılışı olub.

"Ölkə.Az" qafqazinfo-ya istinadən xəbər verir ki, Prezident İlham Əliyev açılışda iştirak edib.

Açılış mərasimindən sonra dövlət başçısı Pirşağı stansiyasından qatarla Zabrat-2 stansiyasına yola düşüb. Bu zaman “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Prezidentə görülən işlərlə bağlı məlumat verib.

Leyla Əliyeva Atatürk parkındaBu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakının Atatürk prospektində yerləşən parkda 10 tutuquşu buraxılıb.

"Ölkə.Az" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə şəhər mühitinə aid olan növlərin mühafizəsi istiqamətində də geniş tədbirlər həyata keçirilir.

Bu xüsusda, Bakıda küçə heyvanlarının qorunmasına yönəlmiş IDEA Heyvanlara Qayğı Mərkəzi fəaliyyət göstərir, şəhərboyu pişiklər üçün xüsusi evciklər qurulur və digər işlər aparılır.

Bütün bu səylərin əsas məqsədi şəhərdə yaşayan insanlarla ətraf mühit arasında ahəngliyin yaradılması, daha sıx və daha sağlam əlaqənin möhkəmləndirilməsidir.



Vətəndaşlar İlham Əliyevlə selfi çəkdirdi - Fotolar
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün “28 May” metrostansiyasının qarşısında paytaxt sakinləri ilə görüşüb, onların şikayətlərini dinləyib.

Görüşdən fotoları təqdim edirik:

Vətəndaşlar İlham Əliyevlə selfi çəkdirdi - Fotolar
Vətəndaşlar İlham Əliyevlə selfi çəkdirdi - Fotolar
Vətəndaşlar İlham Əliyevlə selfi çəkdirdi - Fotolar
Vətəndaşlar İlham Əliyevlə selfi çəkdirdi - Fotolar
Vətəndaşlar İlham Əliyevlə selfi çəkdirdi - Fotolar
Vətəndaşlar İlham Əliyevlə selfi çəkdirdi - Fotolar
Vətəndaşlar İlham Əliyevlə selfi çəkdirdi - Fotolar
Vətəndaşlar İlham Əliyevlə selfi çəkdirdi - Fotolar
Vətəndaşlar İlham Əliyevlə selfi çəkdirdi - Fotolar
Vətəndaşlar İlham Əliyevlə selfi çəkdirdi - Fotolar
Vətəndaşlar İlham Əliyevlə selfi çəkdirdi - Fotolar
Vətəndaşlar İlham Əliyevlə selfi çəkdirdi - Fotolar
Əli Əsədov onu da vəzifəsindən azad etdi

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Ayaz Mirzəyev tutduğu vəzifədən ayrılıb.
Bu barədə A.Mirzəyev özü “Facebook” səhifəsində yazıb.
“Bu müddət ərzində mənim fəaliyyətimə dəstək göstərən, bu vacib işi mənə etimad edən, inanan keçmiş və indiki rəhbərliyimə təşəkkür edirəm. Eyni zamanda, bu müddət ərzində mətbuat xidməti olaraq mənimlə birgə işləyən, əməkdaşlıq edən media sahəsindəki həmkarlarıma minnətdarlığımı bildirirəm.

Həyatımda əhəmiyyətli rol oynayan dövlət işi təcrübəsi qazandım. Bu vəzifədə bundan sonra fəaliyyət göstərəcək gələcək həmkarıma da bəri başdan uğurlar diləyirəm”, - deyə A.Mirzəyev əlavə edib.
Prezident Pirşağı stansiyasındaNoyabrın 19-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Abşeron dairəvi dəmir yolu xəttində aparılmış yenidənqurma işlərindən sonra Pirşağı stansiyasının açılışı olub.

“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyev açılışda iştirak edib.

Dövlət başçısı stansiyanın rəmzi açılışını bildirən lenti kəsib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov görülən işlər barədə Prezidentə məlumat verib.

 


Prezident “28 May” metrostansiyasının qarşısında
Bu gün Sumqayıtın 70 illik yubileyi münasibətilə şəhərdə bayram tədbiri keçiriləcək.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edəcək.

Prezidentin Bakı- Sumqayıt qatarı ilə tədbirə gedəcəyi bildirilir.

Bununla bağlı İlham Əliyev “28 May” metrostansiyasının qarşısına gəlib.

O, metrostansiyanın qarşısında şəhər sakinləri ilə görüşüb.

Eldar Əzizov direktoru işdən çıxardı

Bakı Şəhər İcra Hakimiyyətində kadr dəyişiklikləri olub.

Oxu.az məlumatına görə, BŞİH-in başçısı Eldar Əzizovun əmrinə əsasən, “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin direktoru Təyyar Abdullayev vəzifəsindən azad edilib.

İcra başçısının digər əmri ilə onun yerinə Eldar Eldarov gətirilib. 

Milli Məclis bu gün növbəti iclasa toplaşırBu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

"Ölkə.Az" xəbər verir ki, iclasın gündəliyinə 21 məsələ daxildir.

Bunlar aşağıdakılardır:

- "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Uşaq hüquqları haqqında", "Təhsil haqqında", "Reklam haqqında" və "Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş) 

- "Kinematoqrafiya haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Nəşriyyat işi haqqında", "Televiziya və radio yayımı haqqında", "İctimai televiziya və radio yayımı haqqında", "Telekommunikasiya haqqında" və "Teatr və teatr fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş)
- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş) 

- Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş) 
- Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş). 

- Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Uşaq hüquqları haqqında" və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş) 

- Azərbaycan Respublikasının "Diaspor fəaliyyətində xidmətə görə" medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş) 

- "Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında" və "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş) 
- "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş) 

- Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş)
- "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş)

- "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş)

- Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

- Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş) 

- Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş) 

- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş) 

- "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş)

- "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

-"Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş)

- "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında 

- "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş)

Novruz Məmmədova bu gün vəzifə veriləcək

Azərbaycanın sabiq Baş Naziri Novruz Məmmədovun yeni vəzifəyə təyin olunacağı gözlənilir. 

"Qafqazinfo" Modern.az-a istinadən xəbər verir ki,  N.Məmmədov bu gün Azərbaycan Dillər Universitetinə prorektor təyin olunacaq.

Qeyd edək ki, keçmiş Baş Nazir fransız dili üzrə mütəxəssisdir.