Bakıda intihar hadisəsi baş verib.

Axar.az Mediapost.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Belə ki, 2012-ci il təvəllüdlü Nadirova Fərəh Vahid qızı özünü yaşadığı evin 13-cü mərtəbəsindən atıb.

Aparılan araşdırmalar zamanı müəyyən olunub ki, intihar edən qızın atası Vahid Nadirov evə mütəmadi olaraq sərxoş halda gəlib. Bunun fonunda V. Nadirov öz həyat yoldaşını döyüb, qızını isə otağına kilidləyib.

F. Nadirovanın intihar etməmişdən öncə otağına bağlandığı ehtimal edilir.

Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.

Suraxanıda “Hyundai” yandı

Bakı şəhərinin Suraxanı rayonunda maşın yanıb. 

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. 

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Goranboy rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Dəlıməmmədli şəhərində qeydə alınıb.

Yaşadığı ünvanın vanna otağında dəm qazından boğulan 1949-cu il təvəllüdlü Fətəliyeva Şəfiqə Əli qızı Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ona ilkin yardım göstərildikdən sonra Gəncədə yerləşən klinikalardan birinə köçürülüb.

18:07

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda 2 nəfərin (təxminən 10-12 yaşlarında) təsərrüfat sahəsindəki su hovuzuna (suvarma təyinatlı, dərinliyi təqribən 10 m) düşməsi və batması barədə məlumat daxil olub.

Axar.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Axtarışlar nəticəsində 2 nəfərin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

İtkin düşmüşdü, meyiti meşədə tapıldı

Şirvanda itkin düşən kişinin meyiti tapılıb.

"Qafqazinfo"nun məlumatına görə, bir neçə gün öncə itkin düşmüş 1968-ci il təvəllüdlü Həsənov İlyas İsa oğlunun meyiti meşə ərazisində aşkarlanıb.

İ.Həsənovun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şirvan şəhər mərkəzinə təhvil verilib.

 

Onun hansı səbəbdən öldüyü hələ ki, məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Şirvanda 46 yaşlı qadın itkin düşüb

Şirvanda 46 yaşlı qadın itkin düşüb.

"Qafqazinfo"ya qadının yaxınları müraciət edərək bildirib ki, rayonun S.Vurğun küçəsi, ev 2, mənzil 18 ünvanında yaşayan Nəcəfova Səxavət Məmməd qızı noyabrın 20-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

S.Nəcəfova evdən çıxarkən əynində qara rəngdə idman gödəkçəsi və uzun qara donu olub.

 

Onu görənlərdən Şirvan ŞPŞ ( 021 215 14 50 ) və ya DİN 102 çarğrı mərkəzinə zəng etmələri xahiş olunur.

Mənzilində meyiti tapıldı

Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

“Qafqazinfo” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb.

 

Onlar orada aşkarlanan 1962-ci il təvəllüdlü Qurbanov Azad Şəmil oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

 

 

 
Astarada COVID-19 xəstələri saxlanıldı
 

Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş daha 2 nəfər rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Publika.az-a verilən məlumata görə, Astara rayonunun Pensər kənd sakini A.Nəsirova və Vaqo kənd sakini R.Xankişiyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə əsasən ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb

Lakin Astara RPŞ-nin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar rayon ərazisində müxtəlif yerlərdə saxlanılaraq yaşadıqları ünvanlara geri qaytarılıblar.

Onların törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Astara RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

Zaqatalada güclü yanğın
 

Zaqatala rayonunun Yuxarı Tala kəndində güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a erilən məlumata görə, ümumi sahəsi 2000 m² olan fermanın yanar konstruksiyaları, içərisinə yığılan 20 ton ot bağlaması, 30000 ədəd taxtadan ibarət boş tara və yaxınlıqda dayanan “QAZ” markalı yük avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Narkotik satan 2 qadın və 3 kişi tutulduBakıda narkotik alveri ilə məşğul olan iki qadın və üç kişi saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Bakı şəhər sakini Günel Abdullayeva saxlanılıb və onun üzərinə baxış zamanı 395 qram heroin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Günel Abdullayevanın Yasamal rayonunda yaşadığı evdən 7 kiloqram 150 qram heroin, 780 qram metamfetamin və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. 

Yasamal rayonunda keçirilən daha bir əməliyyat zamanı isə paytaxt sakini Pərvanə İsayeva tutulub. Onun üzərinə baxış zamanı 9 qrama yaxın, yaşadığı evdən isə 635 qram heroin, 22 qramdan artıq psixotrop maddə  metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Abşeron rayonunda keçirilən əməliyyat zamanı isə paytaxt sakini, əvvəllər məhkum olunmuş Tehran Məcidov tutulub. Saxlanılan zaman onun üzərindən 52 qram heroin, 17 qram metamfetamin, yaşadığı Saray qəsəbəsində yerləşən evindən isə 200 qram heroin və 1 ədəd elektron tərəzi aşkar edilib. 

Sumqayıt şəhərində həyata keçirdikləri daha bir əməliyyat zamanı isə paytaxt sakini, əvvəllər məhkum olunmuş Tural Abıyev də saxlanılıb. Onun üzərinə baxış zamanı satışı və istifadəsi qadağan olunan 56 qram “Alisa”, 16 qram “Tramadol”, 67 qram “Paden 300” markalı güclü təsiredici xassəyə malik narkotik tərkibli həblər aşkar olunaraq götürülüb. Daha sonra Tural Abıyevin paytaxt ərazisində icarə əsasında işlədiyi aptekin ofisindən isə 117 qram “Paden 300” və 23 qram “Tramadol” adlı güclü təsiredici xassəyə malik narkotik tərkibli həblər aşkar olunaraq götürülüb. 

Qeyd edək ki, bu əməliyyat zamanı Tural Abıyevdən ümumilikdə 1148 ədəd satışı qadağan edilən psixotop tərkibli dərmanlar aşkarlanıb.
 
Paytaxtın Nizami rayonunda həyata keçirilən sonuncu əməliyyat zamanı isə Naxçıvanski küçəsində yaşayan Bəxtiyar Zeynalov Baş İdarənin əməkdaşları tərəfindən tutulub. Onun üzərindən 53 qrama yaxın narkotik vasitə heroin və 32 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb. 

Həyata keçirilən sonuncu silsilə əməliyyatlar zamanı Baş İdarəsinin əməkdaşları tərəfindən 10 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və psixotrop maddə, o cümlədən satışı qadağan edilmiş narkotik xassəli həblər qanunsuz dövriyyədən çıxarılıb. 

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslər tutularaq istintaqa təqdim olunublar. Əldə edilən narkotik vasitələrin mənbələrinin və ölkəmizə gətirilmə mexanizmlərinin aşkar edilməsi istiqamətində zəruri istintaq, eləcə də  əməliyyat-axtarış tədbirləri davam etdirilir.