Slovakiyada mağazadan iki şokolad konfet oğurlayan kişi buna görə 10 il həbs cəzasına məhkum edilə bilər.
Milli.Az APA-ya istinadən bildirir ki, koronavirus pandemiyası səbəbindən ölkədə tətbiq olunan fövqəladə vəziyyət rejimi ilə əlaqədar prokurorluq həmin şəxsə məhz belə bir cəza verilməsini tələb edir. Eyni zamanda, həmin şəxsin yaxınları belə bir cəzanın törədilmiş cinayət faktına uyğun gəlmədiyini düşünürlər. Onlar kömək üçün Slovakiya prezidenti Zuzana Çaputovaya müraciət etməyi planlaşdırırlar.
Bildirilir ki, oğurlanmış konfetlərin qiyməti bir neçə avro olub. Bundan əlavə, həmin kişi oğurluqdan sonra hadisə yerindən qaçmağı da bacarmayıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Oğuz rayonu ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.
“Qafqazinfo”ya verilən məlumata görə, Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakony
Sumqayıt sakinindən odlu silah və patronlar götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhər sakini Ə.Quliyev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan iki ədəd bıçaq aşkarlanıb. Ona məxsus “Niva” markalı avtomobilə baxış zamanı isə oradan “AK-74” markalı avtomat, patron sandığı və 27 ədəd patron aşkar edilərək götürülüb.
Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb.
Bakıda anbarda yanğın başlayıb.
Axar.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsi ünvanında anbarda yanğın olması barədə məlumat daxil olub.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.
İlkin məlumata görə, yanğının sahəsi təqribən 250 m² təşkil edir. Hazırda yanğınsöndürmə işləri aparılır.
Dekabrın 5-də Sabunçu rayonu ərazisində Rəşad İsmayılov və Cəmalə Babayevaya balta zərbələri vurularaq xəsarətlər yetirilməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.
Sabunçu rayon prokurorluğundan Axar.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.
Aparılmış araşdırmalarla Mehdi İsmayılovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı oğlu Rəşad İsmayılovu və gəlini Cəmalə Babayevanı balta zərbələri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.
İş üzrə müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Mehdi İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
İt dişləməsinə fikir verilmədiyi üçün səkkiz yaşlı uşaq quduzluqdan öldü.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, faciə Rusiyanın Volqoqrad vilayətində baş verib.
Məktəbli şəhər xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, it uşağı hələ avqust ayında "ev şəraitində" dişləyib. Ancaq valideynləri buna əhəmiyyət verməyiblər. Noyabr ayında uşaq ayaqlarında ağrıdan şikayət etməyə başlayıb, sonra quduzluğun ilkin əlamətləri müşahidə olunub.
Bildirilir ki, qız simptom yaranmazdan əvvəl həkimə göstərilsəydi, onun həyatını xilas etmək mümkün olardı.
Yerevanda polietilen paket istehsalı zavodunda yanğın baş verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, yanğın gecə saatlarında başlayıb.
Hadisə nəticəsində iki dəzgah, dam örtüyü və inşaat tullantıları yanıb.
Yanğının qarşısı bir saatdan sonra alınıb. Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.
Goranboy rayonunda fərdi yaşayış evlərindən birində yanğın baş verib.
Axar.az xəbər verir ki, hadisə rayonun Kürək-Çay qəsəbəsində qeydə alınıb. Ev sahibi 44 yaşlı Altay Verdiyevə məxsus yaşayış evində baş verən hadisə nəticəsində ev sahibi yanaraq dünyasını dəyişib. Ev sahibinin həyat yoldaşı, 1981-ci il təvəllüdlü Mehriban Əbülfəz qızı Mustafayeva isə müxtəlif yanıq xəsarətləri ilə Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Alov yaxınlıqda yerləşən daha 3 evə keçib. Alovu söndürmək üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Goranboy rayon Yanğından Mühafizə İdarəsinin briqadaları cəlb olunub.Təxminən 1 saat sonra alovu ram etmək mümkün olub.
İlkin ehtimala görə, hadisə qaz sobasının yanında olan uşaq paltarına alovun düşməsi səbəbindən baş verib. Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma başlanılıb.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Vüsal Abdullayev koronavirusa yoluxub.
Axar.az Report-a istinadən xəbər verir ki, onun COVİD-19-la bağlı verdiyi testin nəticəsi pozitiv çıxıb.
Hazırda V.Abdullayev rəhbərlik etdiyi xəstəxanada müalicə olunur.
Qeyd edək ki, V.Abdullayev koronavirus xəstələrinin müalicəsində aktiv fəaliyyət göstərən həkimlərdəndir. O, eyni zamanda İkinci Qarabağ müharibəsində yaralı hərbçilərimizin müalicəsi üçün arxa cəbhədə fəal olub.