Telavi Bələdiyyəsinin Pşaveli kəndində qayın ov tüfəngi ilə yeznəsini başından vuraraq öldürüb.
Publika.az Gürcüstan mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına əsasən, şübhəli şəxsin 24 yaşı var və o, hadisədən qısa zaman sonra saxlanılıb:
Kaxeti Polis Şöbəsinin əməkdaşları aparılan istintaq və əməliyyat tədbirləri nəticəsində məlum olub ki, 24 yaşlı T.B. bacısı ilə rəsmi nikahda olmayan 1982-ci il təvəllüdlü Z.B-nı əvvəllər yaranan fikir ayrılığı səbəbiylə ov tüfəngi ilə baş nahiyyəsindən vuraraq öldürdüb
Şübhəli şəxs, cinayətdən bir müddət sonra Pşaveli kəndində saxlanılıb və cinayətdə işlətdiyi ov tüfəngi sübut kimi götürülüb.
Faktla bağlı, Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə cinayət işi açılıb, saxlanılan şəxsi 7 ildən 15 ilədək həbs cəzası gözləyir.