“Məşədi Dadaş” məscidinin imamına qarşı sui-qəsddə, iki və daha çox şəxsi öldürməyə cəhd etməkdə təqsirləndirilən Elşən Fəxrəddin oğlu Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Axar.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Rəsul Həsənov ifadə verib.

O bildirib ki, məsciddə xidmətçi kimi çalışıb:

"Məscidin axundunun otağının yanında oturmuşdum. Qapı döyüldü, bu şəxs içəri girdi. Dedi qapını aç Hacının yanına girəcəm, dedim olmaz, hazırda burada yoxdu. Mənə zərbələr vurmağa başladı. Qapının çölünə çıxdıq, bilməzdim ki, bunda bıçaq ola. Həmin zaman məni bıçaqla vurdu. Bıçaqla da vuran zaman məni də, hacını da, hətta qardaşımı da öldürəcəyini deyirdi. Çölə qaçdım. Bir qadın təcili yardım çağırdı. Qanım gedirdi, bu həmin vaxt məscidin həyətində durmuşdu. Hətta təcili yardım məni aparanda belə ordaydı. Polisə məlumat verdim, dedim, hazırda oradadır. Bunu polis saxladı. Məni xəstəxanaya gətirdilər, əməliyyat olundum".

Dövlət ittihamçısının suallarını cavablandıran Rəsul Həsənov bildirib ki, daha əvvəl də bu şəxs məscidin imamı ilə görüşmək istəyib:

"Bir dəfə gəldi, dedim, məscid imamının yanında qonaqları var. Əli Şərbətov özü də dedi ki, qonaqları yola salım, görüşərik. Mən onun nə səbəbdən görüşmək istədiyini soruşdum. Dedi özü ilə görüşəcəm, digər xidmətçilərə 12-ci imam olduğunu demişdi. Mən də olduğu kimi məscidin imamına çatdırdım. Əli Şərbətov da qonaqlar gedəndən sonra onu dinləyəcəyini bildirdi. Sadəcə qonaqlar gedəndən sonra, axtardım, yox idi. Sadəcə bu adamda mən hər hansı bir anormal hal hiss etməmişdim".

Zərərçəkən təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, aralarında barışıq olmadığını bildirib:

"Həyatıma qəsd edən adamı bağışlamaram".

Şahid qismində dindirilən Elvira Əhmədova məscidin yaxınlığında dindar mağazada işləyir və zərərçəkmiş Rəsul Həsənovu tanıyır:

"Hadisə günü Rəsul mağazaya girəndə onu qan götürmüşdü. Mən bint verdim, pəncərədən baxdım ki, əli bıçaqlı şəxs bizim tərəfə gəlirdi. Mən qışqırdım, Rəsul o biri tərəfə qaçdı. Təcili yardım və polisi çağırmağımı tapşırdı, mən də elədim".

Digər şahid Dəyanət Mehdiyev deyib ki, məscidə ibadət etmək üçün gələn zaman yerdə qan ləkələrini görüb:

"Mən Elşəni həyətdə gördüm. Hətta elə bildim, bunu təkliyiblər. Yaxınlaşdım Elşənə. O da dedi ki, mənim yanımda durma, başın ağrıyar. Dedim nə məsələdir, dedi dava-dalaş olub. Sonra dedi ki, sonuncu peyğənbərəm. Mən də ürəyimdə dedim ki, bunun başı xarabdır, çıxıb ordan getdim".

İş üzrə növbəti prosesi dekabrın 10-a təyin edilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırmalarla müəyyən olunub ki, 2023-cü ilin dekabrın 30-da Elşən Hüseynov Nəsimi rayonunda yerləşən “Məşədi Dadaş” məscidinə bıçaqla daxil olaraq oranın imamı olan və ictimai xadim sayılan Əli Şərbətovun xidməti fəaliyyətinə son qoymaq niyyəti ilə ona sui-qəsd etmək qərarına gəlib.

Elşən Hüseynov Əli Şərbətovun otağına daxil olmaq istəyərkən məscidin xidmətçisi Rəsul Həsənli onun qarşısını alıb. Bu zaman Elşən Hüseynov Rəsul Həsənlini qəsdən öldürmək məqsədilə ona çoxsaylı bıçaq xəsarətləri yetirib. Elşən Hüseynov Rəsul Həsənlinin müqaviməti səbəbindən Əli Şərbətovun xidməti otağına girə bilməyib. Bu səbəbdən o, Əli Şərbətova sui-qəsd istəyini reallaşdıra bilməyib.

Elşən Hüseynova Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən AR Cinayət Məcəlləsinin 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədilə adam öldürməyə cəhd) 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29, 120.2.11 (terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29, 120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (İctimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittiham irəli sürülüb. DTX-nin İstintaq baş idarəsinin vəsatəti əsasında onun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

13 May 2025 Fəhlənin sinəsinə armatur batdı
06 May 2025 Bakıda fəhlə hündürlükdən yıxılaraq öldü
14 Aprel 2025 Qumar oyunları təşkil edən şəxs sərbəst buraxıldı
24 Mart 2025 Duracaqda 22 maşın külə döndü - Video
19 Mart 2025 Çərşənbə şənliyi: kürdlər şəhərimizə iddia etdi
08 Mart 2025 Çərşənbə tonqalında yanan azyaşlı öldü
08 Mart 2025 Psixoloji problemi olan şəxs dərmandan zəhərlənib öldü
18 Fevral 2025 Bank kartlarından oğurluq edən şəxs saxlanıldı
17 Fevral 2025 Nazirlik əməkdaşı özünü güllələdi
12 Fevral 2025 Kişi təmizlik edərkən yuyucu tozdan zəhərlənib öldü
11 Fevral 2025 Dörd qadın futbolçunu ildırım vurdu
20 Yanvar 2025 İtinə görə adam döydü: elektron qolbaqda gəzəcək
20 Yanvar 2025 Əmir Şirinbəylinin evindən 244 min manatlıq qızıl oğurlandı
10 Yanvar 2025 Bakıda gözətçini hədələdi, 10 minlik oğurluq etdi
08 Yanvar 2025 Qubada küçə itləri qadınlara hücum etdi
20 Dekabr 2024 At arabası ilə qəza törətdi, məhkəməlik oldu
18 Dekabr 2024 Məsciddən samovar oğurladılar
18 Dekabr 2024 Narkotik çəkib yük maşını sürən şəxs saxlanıldı
14 Dekabr 2024 Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü
09 Dekabr 2024 17 yaşlı oğlanı öldürən şəxsə 17 il həbs cəzası verildi
06 Dekabr 2024 Ölkəyə qanunsuz valyuta gətirən şəxs saxlanıldı
05 Dekabr 2024 Ermənistanda kütləvi dava: bıçaqlananlar var
04 Dekabr 2024 Mingəçevirdə 36 yaşlı kişi yeniyetməni döydü
04 Dekabr 2024 Bakıda kafedə qadınlar arasında dava: xəsarət alan var
03 Dekabr 2024 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı
02 Dekabr 2024 Tikiş sexində 16 azərbaycanlı dəm qazından zəhərləndi
02 Dekabr 2024 Bakıda əməliyyat: 251 min dollarlıq dələduzluq...
26 Noyabr 2024 3 nəfər dönərdən zəhərləndi, biri azyaşlıdır
20 Noyabr 2024 Falçı Bakıya karqoda qurd yağı göndərdi
05 Noyabr 2024 Polisin əmrinə tabe olmayan sürücü həbs olundu