![]() |
![]() |
Bakıda mənzildən böyük məbləğdə pul və qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 27-də rayon ərazisindəki evlərin birindən 70 000 ABŞ dolları və 100 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Ağayev saxlanılıb.
Tərtər sakinindən odlu silah götürülüb.
Daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 32 cinayətin üstü “isti izlər”lə açılıb.
DİN-in Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilibi.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.
Ötən il Bakı şəhəri üzrə 460 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
Onun sözlərinə görə, baş verən hadisələr nəticəsində 169 nəfər ölüb, 387 nəfər isə yaralanıb: "Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 109 fakt (yəni, 19.2 faiz), ölümlərin sayı 17 nəfər (yəni, 9.1 faiz), xəsarət alanların sayı isə 131 nəfər (25.3 faiz) azalıb. Bu da yol polisi rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü tədbirlərin nəticəsidir.
Yol nəqliyyat hasidələrinin baş vermə səbəblərinə gəlincə isə Vaqif Əsədov bildirib ki, manevr qaydalarının pozulması 36.3 faiz (167 fakt), sürət həddinin aşılması 27.2 faiz (125 fakt), ara məsafəsinin pozulması 12.2 faiz (56 fakt), yol ayrıcının keçmə qaydalarının pozulması 7.4 faiz (34 fakt), piyada keçidinin də keçmə qaydalarının pozulması 3.5 faiz (16 fakt) olub".
Bölmə rəisi bildirib ki, hadisələrin növünə görə analiz göstərir ki, qəzaların əksəriyyəti piyadaların nəqliyyat vasitəsi ilə vurulmasıdır: "Bu da xidmət etdiyim İdarə və Nazirlik rəhbərliyini çox ciddi narahat edir. Yol polisi bununla bağlı müxtəlif qabaqlayıcı tədbirləri davam etdirir. Növbəti illərdə hadisələrin sayının daha da azalması istiqamətində qabaqlayıcı tədbirlər davam etdiriləcək."
Vaqif Əsədov onu da bildirib ki, yol-nəqliyyat hadisələrinin 57.8 faizini (yəni, 266 fakt) piyadaların vurulması təşkil edib. "Nəticədə 62.7 faiz (106 nəfər) həlak olub, 43.7 faiz (169 fakt) müxtəlif dərəcəli xəsarət alıb."
Bölmə rəisi azyaşlılarla bağlı qeydə alınan qəzaların statistikasını da açıqlayıb. Bildirib ki, Bakı şəhəri üzrə ötən il ilə müqayisədə 12 hadisə azalması müşahidə olunub. "Nəticədə 4 ölüm faktı, 15 xəsarət sayı aşağı düşüb. Yəni, 2020-ci ildə Bakı şəhəri üzrə azyaşlıların iştirakı ilə 33 qəza baş verib ki, nəticədə 7 nəfər həyatını itirib, 26-sı isə xasarət alıb. 2019-cu ildə isə müvafiq olaraq 45 hadisə qeydə alınıb ki, nəticədə 11 ölüm, 41 yaralanma qeydə alınıb."
Qəzaların daha çox hansı saatlarda baş verməsini açıqlayan Vaqif Əsədov bildirib ki, günün qaranlıq saatları üstünlük təşkil edir.
"Hadisələrin təhlili göstərir ki, günün saatlarına görə, 13:00-dan 18:00-a, 20:00-dan 00:00-a qədər daha çox hadisə baş verir. Yəni, qeyd olunan saatlarda Bakı şəhəri üzrə 235 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 92 nəfər ölüb, 190 nəfər isə xasarət alıb. Bu da ümumi hadisələrin 51.1, həlak olanların 54.4, xəsarət alanların isə 49.1 faizini təşkil edib."
V.Əsədov hadisələrin daha çox qeydə alındığı küçə və prospektləri də açıqlayıb. Bildirib ki, daha çox qəzalar paytaxtın Ziya Bünyadov (19 hadisə, 6 ölüm,18 xəsarət), Babək prospekti (10-1-9), Neftçilər prospekti (9-3-16), Fətəli Xan Xoyski (7-1-6), Nobel prospekti (7-6-5), Qara Qarayev (10-2-10), Gəncə prospekti (5-3-3), Lökbatan-Xocahəsən yolu (11-8-9), Məhəmməd Hadi küçəsi (14-2-12), R. Rüstəmov küçəsi (7-4-8), Ağa Neymətulla (9-1-8), B. Çobanzabə (4-1-5), Koroğlu Rəhimov (6-1-6), Həsən Əliyev küçəsi (4-0-4) daha çox qəzaların baş verdiyi ərazilərdir. Nəticədə bu küçələrdə 161 fakt qeydə alınıb ki, 56 nəfər ölüb, 146 nəfər xəsarət alıb. Ümumi hadisələrin isə 35 faizini, ölənlərin 33.1, yaralananların isə 37.7 faizini təşkil edir.
DYP rəsmisi 2020-ci ildə avtobusların iştira
2021.01.21, 22:00
Şəmkir rayonunda qətl hadisəsi törədən şəxs saxlanılıb.
Axar.az Report-a istinadən xəbər verir ki, hadisə yanvarın 21-də rayonun Qədim Qala kəndində baş verib.
Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü Bəxtiyar Əliyev dayısı oğlu Vasif Aslanov tərəfindən odlu silahla qətlə yetirilib.
Məlumata görə, bir neçə gün əvvəl B.Əliyev V.Aslanovu şantaj edib. Qohumunun bu əməlindən bezən V.Aslanov B.Əliyevi odlu silahla öldürüb.
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılan V.Aslanovdan lüləyi kəsilmiş tüfəng götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Xatırladaq ki, B.Əliyevin bölgədə fəaliyyət göstərən qəzetlərdən birinin redaktoru və təsisçisi olduğu bildirilir.
Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, əməliyyat zamanı Qax rayonu Qaxingiloy kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Fuad Mustafazadə tutularaq istintaqa təqdim olunub. Şəxsi axtarış zamanı F.Mustafazadədən sellofan torbada çəkisi 33 qram narkotik vasitə olan qurudulmuş marixuana və pnevmatik tapança aşkar edilib. Saxlanılan şəxsin ətrafında davam etdirilən tədbirlərlə şəhər ərazisində gizlətdiyi 435 qram qurudulmuş marixuana da aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Cinayət Axtarış İdarəsininin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Axar.az-a verilən məlumata görə, şəhər sakini Etibar Yaqubov saxlanılaraq ŞBPİ-yə gətirilib və üzərinə baxış keçirilən zaman 76 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Aparılan araşdırmalar zamanı həmi E.Yaqubova narkotik vasitə satan şəxsin Gəncə şəhər sakini “Eliş” ləqəbəbi ilə tanınan Eldəniz İmanlı olduğu müəyyən edilib. E.İmanlıya və bibisinə məxsus şəhər ərazisindəki fərdi yaşayış evlərində keçirilən əməliyyat-axtarış zamanı 11 qutuda, ümumi çəkisi 32 kq və qarabazarda satış dəyəri 300 000 manat olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
İlkin dindirilmə zamanı E.İmanlı narkotik vasitənin toxumunu bir neçə il bundan əvvəl Gürcüstan Respublikasından gətirdiyini və satmaq üçün ötən ilin mart ayında əkərək ona qulluq etdiyini bildirib.
Saxlanlın şəxslər maddi sübutlar ilə birlidə istintaqa təhvil verilib.
Faktla bağlı Gəncə ŞBPİ-nin İstiq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.
Qanunsuz balıq ovunun və qeyri-qanuni əldə edilmiş ov məhsullarının yol kənarlarında satışının qarşısının alınması məqsədi ilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən növbəti nəzarət tədbirləri keçirilib.
Xidmətin rəsmisi Bəhruz Məhəmmədov Axar.az-a bildirib ki, Lənkəran rayonu, Qumbaşı kəndi ərazisində və Ələt-Astara magistral yolunun Biləsuvar rayonundan keçən hissəsində ovlanmış çöl quşlarının satılması faktları aşkar edilib.
O qeyd edib ki, araşdırma zamanı qanun pozucularının Biləsuvar rayon sakinləri Rafiq Orucov və Fariz Abbasov olduğu məlum olub:
"Faktlarla bağlı protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb. Kür çayının Tovuz rayonu Hunanlar kəndi ərazisindən keçən hissəsində isə qanunsuz balıq ovlayan bir nəfər saxlanılıb, qanun pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır”.
B.Məhəmmədov əlavə edib ki, ayrı-ayrı inzibati rayonların ərazisində qanunsuz ov edən Ağdaş rayon sakini Kamil İbrahimov, İmişli rayon sakini Toğrul Müseyiboğlu, Qusar rayon sakini Vahid Ələskərov, Şabran şəhər sakini Samir Gülməmmədov, Xırdalan şəhər sakini Vüqar Mahmudov, Bakı şəhər sakinləri Babək Babayev, Mənsum Köçəriyev, Qax rayon sakini Şeyx Musayev, Xızı rayon sakini Kamil Quliyev saxlanılıb və barələrində protokol tərtib edilərək cərimələnib.