Bakıda oğurluq edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki mağazaların birindən 300 manat pul və 1800 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Hüseynov və Şirvan rayon sakini O.Xudaverdiyev saxlanılıblar.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-də R.Firudinzadəyə məxsus içərisində 630 manat və 4 ədəd bank kartı olan pul kisəsini oğurlamaqda şübhəli bilinən M.Allahverdiyev saxlanılıb.

Balakəndə ad günü məclisi təşkil edənlər cərimələnib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, Balakəndə xüsusi karantin rejimi qaydalarının pozularaq ad günü məclisi təşkil edilməsinin qarşısı polislər tərəfindən alınıb.

Belə ki, martın 16-sı axşam saatlarında şəhər ərazisində yerləşən “5+” adlı kafedə oranı icarə əsasında işlədən, Hənifə kənd sakini Dilbər Mustafayevanın özünə doğum günü münasibətilə məclis təşkil etdiyi məlum olub. Polislər tərəfindən obyektə baxış zamanı karantin qaydalarının pozulduğu aşkar edilib, D.Mustafayeva və qonaqlar barəsində qanunvericiliyə uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimə protokolu tərtib olunub.

Qax rayonunun orta məktəblərindən biri təhsil müəssisəsində koronavirus infeksiyasının aşkarlanması səbəbindən distant təhsilə keçib.

Axar.az-ın Report-a istinadən məlumatına görə, Qax şəhər Etibar Babayev adına 4 saylı tam orta məktəbin müəllimində COVID-19 aşkarlanıb.

Bu səbəbdən martın 15-dən məktəbdə 14 gün müddətinə distant təhsilə keçilib.

Səhiyyə Nazirliyi sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına görə Davud LTD MMC ("Doktor Davud" özəl klinikası) barədə inzibati protokol tərtib edib.

Axar.az Report-a istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsi klinikanın İnzibati Xətalar Məcəlləsinin 215.1-ci (Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə) maddəsinə əsasən cərimə edilməsi barədə qərar çıxarıb.

Davud LTD MMC qərardan apellyasiya şikayəti verib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Baş İdarəyə əvvəllər məhkum olunmuş Ağcabədi rayonunda yaşayan Qorxmaz Quluzadənin qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə əməliyyat məlumatı daxil olub. Baş İdarə və Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin şəxs tutulub. Onun yaşadığı evə baxış zamanı 1 ədəd “Kalaşnikov” tipli avtomat, 1 ədəd “Makarov” markalı tapança, həmin silahlara məxsus ümumilikdə 26 ədəd patron və 2 ədəd sandıqça aşkar olunaraq götürülüb.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Qorxmaz Quluzadə barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yanalma körpüsündə doğranmaqda olan gəmidə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Axar.az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

ABŞ-Rusiya münasibətləri Soyuq müharibənin bitməsindən bəri ən aşağı səviyyədədir və ehtimal ki, daha da pisləşəcək.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidentinin siyasi məsələlər üzrə məsləhətçisi vəzifəsinə namizəd Kolin Kol deyib.

"Rusiya davranışlarını Vaşinqtonun fikirlərinə uyğun olaraq dəyişdirməsə, bu münasibətlər pisləşməyə davam edəcək. Moskvanın beynəlxalq aləmdə qəbul edilən normalara qayıtması iki ölkə arasındakı münasibətlərin davamlı inkişafı üçün şərtdir", - Kol söyləyib.

O qeyd edib ki, Rusiya iqtisadi sahə daxil olmaqla, bir çox mövqeyini itirib:

"Rusiya öz enerji qaynaqlarına çox güvənir. İqtisadiyyatının, demoqrafik göstəricilərinin bir çoxu Moskvanın əlində deyil. Bu isə Rusiyanı daha təhlükəli edir".

Şabran sakini həmyerlisini tüfənglə hədələyib, itini öldürüb.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayon sakini Y.Mövlanovun fevralın 21-də Çaraq kəndi ərazisində bir nəfərin onu tüfənglə öldürəcəyi ilə hədələməsi və yanındakı çoban itini tüfəngdən açdığı atəşlə öldürməsi barədə müraciət edib.

Müraciətlə əlaqədar Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakini R.Quliyev müəyyən edilərək saxlanılıb.Ondan nömrəsi silinmiş ov tüfəngi götürülüb.