Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 13 yanğına çıxış və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində intihara cəhd edən 1 nəfər xilas edilib.
Yardımlı rayonunda yeznə qayınına odlu silahdan atəş açıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinə Telavar kəndi ərazisində kənd sakini H.Quliyevin münaqişə zəminində tüfəngdən açdığı atəşlə qaynı C.Zabitova xəsarət yetirməsi barədə məlumat daxil olub.
Xəstəxanaya yerləşdirilən C.Zabitovun vəziyyəti qənaətbəxşdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən H.Quliyev saxlanılaraq istintaqa təhvil verilib. Ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.
Araşdırma aparılır.
Ağdamda 62 yaşlı qadını ilan sancıb.
Füzuli rayon Böyük Bəhmənli kənd Ehtiram Piriyev adına 1 nömrəli tam orta məktəbin direktoru Məmməd Əliyev 54 yaşında vəfat edib.
Axar.az xəbər verir ki, bu barədə Füzuli rayon Təhsil Şöbəsi məlumat yayıb.
Bildirilib ki, o, bir müddət əvvəl koronavirusa yoluxubmuş.
M.Əliyev müalicə aldığı İmişli Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Bakıda intihar hadisəsi baş verib.
İngiltərənin Berkşir qraflığınınTetçem şəhərinin sakinin başına qeyri-adi hadisə gəlib.
Abşeron rayonunun Mehdiabad qəsəbəsində ümumi sahəsi 18 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.
İnsan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə cəlb olunması sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 155 insan alveri, habelə insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 40 cinayət qeyd alınıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun 2020-ci il üzrə hesabatında deyilir.
Sənəddə qeyd edilib ki, 2019-cu illə müqayisədə sözügedən hüquqa zidd əməllərin sayı 14 fakt və ya 7,5 faiz artması əvvəli illərdə törədilmiş latent xarakter daşıyan cinayətlərin daha çox aşkarlanması ilə əlaqədar olub.
Məcburi əmək cinayətlərinin hamısı, insan alveri cinayətlərinin isə 98 faizi açılıb, onları törətmiş 7 nəfərdən ibarət 3 cinayətkar qrup zərərsizləşdirilib. Axtarışda olan 23 təqsirləndirilən şəxsdən 10-u tutulub, xarici dövlətlərdə gizlənən 13 nəfərin aşkarlanıb ölkəyə ekstradisiya olunması istiqamətində hazırda lazımi tədbirlər görülür.
İnsan alveri və məcburi əmək cinayətlərinə görə başlanılmış cinayət işləri üzrə 20 şəxs (17 qadın, 3 kişi) təqsirləndirilən qismində cəlb edilib. Məhkəmələr tərəfindən ittiham hökmü çıxarılmış 15 nəfərdən 12-i azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, 2 nəfər şərti məhkum edilib, 1 nəfərin cəzası təxirə salınıb.