Mayın 17-də saat 13 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Fuad Vüqar oğlu Vahidlinin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə Axar.az-a Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.
Aparılan araşdırmalarla müəyyən edilib ki, Nərimanov rayonu, Z.Bünyadov prospektində fəaliyyət göstərən dizayn studiyasında dizayner işləyən 2003-cü il təvəllüdlü Fuad Vahidli iş zamanı elektrik cərəyanı vurması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.
Mərhum rok ulduz Viktor Tsoyun atasının avtomobili oğurlanıb.
Milli.Az lent.az-a istinadən xəbər verir ki,naməlum şəxslər 83 yaşlı Robert Tsoyun "Folksvagen" markalı avtomobilini qaçırıblar. Məlumata görə, avtomobil təxminən 250 min rubl (təxminən 3400 dollar) dəyərindədir.
Astarada aptekdən oğurluq edən şəxs “isti izlər”lə saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, Astara şəhəri ərazisində yerləşən apteklərdən birindən gecə saatlarında 426 manat pulun oğurlanması ilə bağlı Rayon Polis Şöbəsinə müraciət daxil olub.
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının “isti izlər”lə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun Astara şəhər sakini İ.Əhmədov olduğu müəyyən edilib. Həmin şəxs törətdiyi əməli etiraf edib və oğurladığı pulların bir qismi ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Dmanisidə sadəcə gənclər arasında konflikt yaşanıb.
Axar.az xəbər verir ki, bunu Dmanisi meri Georgi Tatuaşvili dünən bir qrup svanın azərbaycanlılara hücumunu şərh edərkən deyib. O, konfliktin səbəbini bilmədiyini, amma istintaq orqanlarının insidentin tam araşdırmasını aparacaqlarını bildirib:
“Mən ilk dəfədir bu cür şeylə qarşılaşıram. Əminəm ki, gələcəkdə belə şeylər olmayacaq. Bu qarşıdurma etnik zəmində deyil, Dmanisidə belə şeylər baş vermir. Onlar arasında yəqin hansısa anlaşılmazlıq olub. Kadrlardan görünür ki, gənclər mübahisədən sonra dağılıblar. Gənclər arasında sadəcə konflikt yaşanıb, amma kimsə spekulyasiyalara yol verir, etnik məsələni buraya qatır. Bu baş verənlərin yanlış interpretasiyasıdır. Biz Dmanisidə dostluq şəraitində yaşayırıq, bir-birimizin qayğısına qalırıq”.
Qeyd edək ki, ötən gün Başkeçidə (Dmanisi) köçürülən svanlar azərbaycanlılara hücum edərək, ağır xəsarətlər yetiriblər. Bu gün isə küçələrə çıxan şoxsaylı svan və gürcü azərbaycanlılara və onların yaşadıqları evə hücum edib.
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.
Gəncə şəhərində iki gün bundan əvvəl sirkə turşusu içən yaşlı kişi bu gün xəstəxanada dünyasını dəyişib.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Milli.Az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə,"112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 27 yanğına çıxış , 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 12 nəfər xilas edilib, 1 nəfərin isə meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
İsrail ordusuna adi PUA Suriya-Livan sərhədi yaxınlığında Hizbullah qruplaşmasına aid avtomobili vurub.
Axar.az xəbər verir ki, bu barədə “Əl Hədət” telekanalı məlumat yayıb.
Məlumata görə, avtomobildə Hizbullah döyüşçüləri olub. Ölən və yaralananlar barədə məlumat verilməyib.
Paytaxtın Yasamal rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.