Qax rayonunda traktor yanıb.
Axar.az FHN-ə istinadən xəbər verir ki, rayonun Qorağan kəndində "T-82" markalı traktorun 2 ədəd qoşqusunun yanar hissələri və qoşqulara yığılan 4,4 ton ot bağlamasının 2,2 tonu ot yanıb.
Traktor və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Tikinti materiallarında müşahidə edilən qiymət dəyişikliyi payızdan etibarən mənzillərin də qiymətinə təsir edəcək.
Axar.az xəbər verir ki, bunu ARB24-ün "Nə baş verir?” verilişinə açıqlamasında Ramil Qasımzadə deyib.
O bildirib ki, hazırda daşınmaz əmlak bazarında sıçrayışlı qiymət artımı müşahidə edilməyib:
"Mənzil bazarında qiymət artımı olsa da, bu, cüzi olaraq baş verir. Lakin artıq bir neçə gündür ki, tikinti materialları bazarında sıcrayışlı qiymət artımları müşahidə edirik. Təbii ki, bu da gələcəkdə mənzillərin qiymətinə təsirsiz ötüşməyəcək. Əvvəllər 1 kub metri 280 manata satılan taxta hazırda bazarda 400-450 manata təklif olunur. Bu qiymətlərin daha da artacağı istisna edilmir. Bunun da səbəbi taxtanın gətirildiyi ölkə olan Rusiyada müəyyən məhdudiyyətlərin tətbiq edilməsi və qiymətlərin yerli bazarda artmasıdır. Bundan başqa dəmir məmulatların da qiymətinin artması bizə əsas verir ki, gələcəkdə daşınmaz əmlak bazarında qiymətlər əvvəlki qiymətlərdən daha artıq olacaq”.
Belarus Prezidenti Aleksandr Lukaşenko 17 sentyabrı Xalq Birliyi Günü elan edib.
Axar.az xəbər verir ki, bu barədə məlumat Belarus Prezidentinin rəsmi saytında yer alıb. Lukaşenko bu günün Belarus xalqına münasibətdə tarixi ədalət aktı olacağını bildirib
Qeyd edək ki, 1939-cu ilin 17 sentyabrında SSRİ qoşunları Molotov-Ribbentrop paktına uyğun olaraq Polşa ərazisinə daxil olub və ölkənin şərq ərazilərinin işğalına start verib. Polşanın Almaniya ilə SSRİ tərəfindən ortaq işğalı oktyabrın əvvəlində bitib.
Son günlər Belarusla Polşa arasında münasibətlər pisləşib. Minsk Polşanı ölkədəki etirazlara dəstəkdə və Lukaşenkonu devirmə cəhdində ittiham edib.
Bakıda yanğın hadisəsi olub.
Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Binəqədi rayonunda ümumi sahəsi 618 m² olan (hər mərtəbəsi 206 m²) üçmərtəbəli evin 2-ci mərtəbəsində pəncərə altlığı 0,5 m² sahədə və 1 ədəd kondisioner, 3-cü mərtəbəsində ayrı-ayrı otaqlarda 6 m² sahədə məişət əşyaları yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas olunub.
Zaqatalada intihar hadisəsi olub.
Moskvada 2017-ci il təvəllüdlü uşaq valideyn nəzarətindən yayınaraq 7-ci mərtəbədən yıxılaraq ölüb.
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 və 8 saylı cəzaçəkmə müəssisələrinə mobil telefon aparatlarının keçirilməsi cəhdinin qarşısı alınıb.
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin may ayının 27-də Muğan Gəncəli kəndi ərazisində yerləşən fermaların birindən 176 baş qoyun oğurlamaqda şübhəli bilinən iki nəfər şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, araşdırmalarla onların Salyan rayon sakini Tufan Bayramov və Gəncə şəhər sakini Vilayət İsrafilov olduqları müəyyən edilib. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.
Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, dəstə üzvlərinin digər oğurluq hadisələrində iştiraklarının olub-olmaması araşdırılır.
Gecə saatlarında Gəncə şəhərində avtomobil yanıb.
Milli.Az unikal.org-a istinadən bildirir ki, yanan avtomobilin içərisində azyaşlı uşaqların olduğu bildirilib.
Milli.Az